Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-406/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, 30 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci sovxozda olan nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxxx 2000-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən fərdi əməklə məşğul olan, subay, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Görədil qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Fatmayi kəndində Şahid1 məxsus hasarlanmış torpaq sahəsinə birlikdə qanunsuz daxil olaraq, oradan sonuncunun tanışı Zərərçəkmiş şəxs məxsus 11500 manat dəyərində fərqli ölçüdə olan fermanın quraşdırılması üçün istifadə olunan dəmir avadanlıqları, 10500 manat dəyərində fərqli ölçüdə 750 ədəd dəmir borunu, 1 ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 2100 manat olan 6 ədəd paslanmayan dəmir məmulatından hazırlanmış rəfləri, 1 ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 750 manat olan 3 metr uzunluğunda 15 ədəd paslanmayan boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24850 manat məbləğində xeyli ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Fatmayi kəndində Şahid1 məxsus hasarlanmış torpaq sahəsinə birlikdə qanunsuz daxil olaraq, oradan sonuncunun tanışı Zərərçəkmiş şəxs məxsus 11500 manat dəyərində fərqli ölçüdə olan fermanın quraşdırılması üçün istifadə olunan dəmir avadanlıqları, 10500 manat dəyərində fərqli ölçüdə 750 ədəd dəmir borunu, 1 ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 2100 manat olan 6 ədəd paslanmayan dəmir məmulatından hazırlanmış rəfləri, 1 ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 750 manat olan 3 metr uzunluğunda 15 ədəd paslanmayan boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24850 manat məbləğində xeyli ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Fatmayi kəndində Şahid1 məxsus hasarlanmış torpaq sahəsinə birlikdə qanunsuz daxil olaraq, oradan sonuncunun tanışı Zərərçəkmiş şəxs məxsus 11500 manat dəyərində fərqli ölçüdə olan fermanın quraşdırılması üçün istifadə olunan dəmir avadanlıqları, 10500 manat dəyərində fərqli ölçüdə 750 ədəd dəmir borunu, 1 ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 2100 manat olan 6 ədəd paslanmayan dəmir məmulatından hazırlanmış rəfləri, 1 ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 750 manat olan 3 metr uzunluğunda 15 ədəd paslanmayan boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24850 manat məbləğində xeyli ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onunla aralarında heç bir ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdən Abşeron rayonu, Fatmayi kəndində fəhlə kimi fərdi yaşayış evində işləmişdir. İşə gedən zaman Fatmayi kəndində yerləşən ətrafı mişar daşları ilə hörülmüş boş torpaq sahəsində dəmir məmulatlarının olduğunu görmüş, banka kredit borcu olduğuna görə həmin dəmir məmulatlarını oğurlayıb satmaq istəmişdir. Əldə etdiyi pul vəsaiti ilə isə kredit borcunu ödəmək niyyətində olmuş, tanışı Təqsirləndirilən şəxs2 ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Fatmayidə olan çayxanaların birində görüşmüş, bir neçə saat sonra Təqsirləndirilən şəxs3da gəlmiş, əvvəllər Təqsirləndirilən şəxs3 tanımamış, onu ilk dəfə idi ki, həmin gün görmüşdür. Röyal tanışı Raufun çoxdan tanıdığı şəxs olmuş, Fatmayi kəndində boş torpaq sahəsində dəmir məmulatları olduğunu həmin dəmir məmualatlarının özünə məxsus olduğunu deyib, onları daşımağa və satmaqda ona köməklik etmələrini xahiş etmiş, sonuncular da etiraz etməmişlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanımadığı markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə həmin yerə getmiş, qeyd olunan boş torpaq sahəsinə darvazadan daxil olmuşlar. Darvaza açıq olmuş, bundan sonra həyətdə olan dəmir məmuatlarını dəmir kəsən alətlə kəsmiş. həmin ərəfədə Rauf və Röyal torpaq sahəsinin və içərisində olan dəmir məmulatlarının ona məxsus olmadığını bilmişlər. Bundan sonra Röyal tanışı Hüseyn adlı şəxsi çağırmış ki, həmin dəmir məmulatlarını sonuncuya məxsus “Ford” markalı yük maşınına yığsın. Rauf həmin dəmir məmualtlarının ona məxsus olduğunu Hüseynə demiş, Hüseyn həmin dəmir məmuatlarını aparmaq üçün 30 manat pul istəmişdir. Həmin pulu Hüseynə Rauf vermiş, birlikdə köməkləşib dəmir məmulatları, 750 ədəd dəmir borunu, dəmir rəfləri və nerjavika boruları maşına yığdıb Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən dəmir məmulatları sexinə aparmış, həmin dəmir məmulatlarını 3 dəfəyə aparmışlar. Dəmir məmulatları qəbulu sexini işlədən Surxay adlı şəxs həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmiş, onunla razılaşmalarına əsasən satdıqları dəmir məmulatlarının pulunu xx.xx.2023-cü il tarixdə götürməli olmuşlar. Sonradan onları oğurluq hadisəsi törətməkdə şübhəli kimi Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Göstərmişdir ki, birlikdə Fatmayi qəsəbəsində olan boş topraq sahəsinə gələndən sonra həmin dəmir məmulatlarının ona məxsus olmadığını, sahibini tanımadığını tanışlarına bildirmiş, bundan sonra artılq tanışları Rauf və Röyal oğurluq etdiklərini başa düşmüşlər. Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, aralarında heç bir ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 tanışıdır. O, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Aqşın ilə Fatmayi qəsəbəsində yerləşən çayxanaların birində zəngləşib görüşmüş, bir neçə saat sonra tanışı Röyal ona zəng vurmuş və sonuncu da onların yanına gəlmişdir. Aqşin təklif etmişdir ki, onun Fatmayi qəsəbəsində yerləşən torpaq sahəsində olan dəmir məmulatlarını yığmağa və satmağa köməklik etsinlər. Onlar da etiraz etməmiş, qeyd olunan torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanımadığı markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə getmiş, qeyd olunan boş torpaq sahəsinə darvazadan daxil olmuş, darvaza açıq vəziyyətdə olmuş, sonra həyətdə olan dəmir məmuatlarını dəmir kəsən alətlə Aqşin kəsmiş, həmin ərəfədə torpaq sahəsinin və içərisində olan dəmir məmulatlarının ona məxsus olmadığını başa düşmüşdür. Artıq oğurluq etdiklərini başa düşmüş, bu barədə Aqşindən soruşmuşdur. Aqşin də əşyaları oğurlamağa gəldiklərini izah etmiş, sonra Hüseyn adlı tanışını çağırmışdır. Hüseynə oğurluq etmələri barədə heç bir söz deməmiş, Hüseyn oğurladıqları dəmir məmuatlarını aparmaq üçün 30 manat pul istəmiş, həmin pulu o, sonuncuya vermişdir. Birlikdə köməkləşib dəmir məmulatları, 750 ədəd dəmir borunu, dəmir rəfləri və nerjavika boruları maşına yığıb, Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən dəmir məmulatları sexinə aparmış, belə ki, həmin dəmir məmulatlarını Hüseyn adlı şəxsə məxsus maşına yığıb 3 dəfəyə daşımışlar. Dəmir məmulatları qəbulu sexini işlədən Surxay adlı şəxs həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmiş, onunla razılaşmalarına əsasən satdıqları dəmir məmulatlarının pulunu xx.xx.2023-cü il tarixdə götürməli olmuşlar. Sonradan onları oğurluq hadisəsi törətməkdə şübhəli kimi saxlayıbAbşeron rayon polis idarəsinə dəvət etmişlər. Göstərmişdir ki, tanışı Hüseynin oğurluq etmələrindən məlumatı olmamış, hadisə vaxtı ətrafda heç kəs olmamış, onun pula ehtiyacı olduğu üçün oğurluq etməyə etiraz etməmiş və köməkləşib həmin əşyaları oradan oğurlamışlar. Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 da tanımır, sonuncunu tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. O, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində tanışı Rauf ilə Fatmayi qəsəbəsində yerləşən çayxanaların birində zəngləşib görüşmüş, həmin vaxt Aqşin də həmin çayxanada olmuş, Aqşin təklif etmişdir ki, onun Fatmayi qəsəbəsində yerləşənən torpaq sahəsində olan dəmir məmulatlarını yığmağa və satmağa köməklik etsinlər və onlar da etiraz etməmişlər. Qeyd olunan torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanımadığı markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə getmiş, qeyd olunan boş torpaq sahəsinə darvazadan daxil olmuş, darvaza açıq vəziyyətdə olmuşdur. Bundan sonra həyətdə olan dəmir məmuatlarını dəmir kəsən alətlə Aqşin kəsmiş, həmin ərəfədə torpaq sahəsinin və içərisində olan dəmir məmulatlarının ona məxsus olmadığını başa düşmüşdür. Artıq oğurluq etdiklərini başa düşmüş, bu barədə Aqşindən maraqlanmışdır. Sonuncu da əşyaları oğurlamağa gəldiklərini ona izah etmiş, bundan sonra Röyal tanışı Hüseyn adlı şəxsi çağırmış ki, həmin dəmir məmulatlarını sonuncuya məxsus “Ford” markalı yük maşınına yığsın. Rauf həmin dəmir məmulatlarının Aqşinə məxsus olduğunu Hüseynə demiş, Hüseyn həmin dəmir məmuatlarını aparmaq üçün 30 manat pul istəmişdir. Həmin pulu Hüseynə Rauf vermiş və birlikdə köməkləşib dəmir məmulatları, 750 ədəd dəmir borunu, dəmir rəfləri və nerjavika boruları maşına yığıb, Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən dəmir məmulatları sexinə aparmışlar. Həmin dəmir məmulatlarını Hüseyn adlı şəxsə məxsus maşına yığıb 3 dəfəyə daşımış, dəmir məmulatları qəbulu sexini işlədən Surxay adlı şəxs həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişlər. Onunla razılaşmalarına əsasən satdığı dəmir məmulatlarının pulunu xx.xx.2023-cü il tarixdə götürməli olmuş, sonradan bizi oğurluq hadisəsi törətməkdə şübhəli kimi Abşeron rayon polis idarəsinə dəvət edilmişlər. Göstərmişdir ki, tanışı Hüseynin oğurluq etmələrindən məlumatı olmamış, hadisə vaxtı ətrafda heç kəs olmamış, onun pula ehtiyacı olduğu üçün oğurluq etməyə etiraz etməmiş və köməkləşib həmin əşyaları oradan oğurlamışlar. Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Fatmayi kəndində hasara alınmış 80 sot torpaq sahəsi tanışı Şahid1 məxsusdur. Həmin torpaq sahəsində dəmir avadanlıqlar saxlamışdır. Bundan başqa torpaq sahəsində heç bir tikili yoxdur. Bu avadanlıqlar ferma tikmək üçün istifadə edilir. Naməlum şəxs və ya şəxslər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində qeyd olunan darvazadan daxil olaraq torpaq sahəsinə yığıdı dəmir məmulatlarını oğurlamış, həmin şəxslər 11500 manat dəyərində fərqli ölçüdə olan feramın quraşdırılması üçün dəmir avadanlıqları, 10500 manat dəyərində fərqli ölçüdə 750 ədəd dəmir borunu, bundan başqa bir ədədinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 2100 manat olan 6 ədəd paslanmayan dəmirdən hazırlanmış rəfləri, 1 ədədinin dəyəri 50 manat olmaqla 50 ədəd ümumi dəyəri 750 manat olan 3 metr uzunluğunda paslanmayan boruları oğurlayaraq ona ümumilikdə 24.850 manat dəyərində ziyan vurmuşlar. Təqsirlənidirilən şəxslər ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Foton Ollın” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla qazanc əldə edir. Röyalı tanıyır, Aqşin isə tanımır, Raufu üzdən tanısa da münasibəti yoxdur. Rauf xx.xx.2023-cü il tarixdə ona zəng vurmuş, dəmur məmulatlarını aparmaq üçün köməklik lazım olduğunu bildirmişdir. O da etiraz etməyib, sonuncuların çağırdığı yerə getmişdir. Onlar üç nəfər olmuş, o, torpaq sahəsinin və dəmir məmulatlarının kimə məxsus olduğunu soruşmuş, Rauf bildirmişdir ki, Surxan adlı şəxsindir, həmin şəxs Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi şossesində dəmir məmulatları zavodu işlədir. O da inanmış, həmin dəmir məmulatlarını 3 dəfəyə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi şossesində yerləşən metal qəbulu sexinə daşıyıb boşaltmış və bunun müqabilində 30 manat pul almışdır. Bir gün sonra Aqşin, Rauf və Röyalın tutulduğunu eşidib, həmin dəmir məmulatlarının oğurluq olduğunu başa düşmüşdür. Onun həmin dəmir məmulatlarının oğurluq olması barədə məlumatı olmayıb, sonuncular bu barədə ona bildirməmiş, yalandan onu aldadıb qeyd olunan torpaq sahəsinin və maşını ilə daşıdığı dəmir məmulatlarının Surxan adlı şəxsə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 doğma qardaşıdır və qardaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi direktorudur. Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi şossesi 60 A ünvanında dəmir məmulatları qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs2 təxminən 3 il olar ki, tanıyır, yaxşı münasibətləri olmuş, aralarında heç bir ədavəti yoxdur. Rauf onun Abşeron rayonu, Fatmayi qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmir tikinti işləri ilə məşğul olmuşdur. Həmin vaxtdan ara-sıra ona iş gördürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vurmuş və dəmir məmulatları satdığını bildirmişdir. O da qardaşı Pərvizə demiş və dəmir məmulatlarını qarşılamasını xahiş etmişdir. Qardaşı da Təqsirləndirilən şəxs2 şəxsiyyyət vəsiqəsinin surətini çıxardıb metalı gətirdikləri avtomobilin nömrəsini qeyd edib və Raufa xx.xx.2023-cü il tarixdə gəlməsini bildirmiş, belə ki, qəbul olunan metal təhvil veriləndən sonra baxış keçirilir, qiymətləndirilir, aralarında akt bağlanır və bundan sonra pulu ödənilir. Həmin vaxt isə gec olduğuna görə qeyd olunan preosesi həyata keçirmək mümkün olmamış, sonradan qardaşı Pərvizə polis əməkdaşları Raufun tanışları ilə dəmir məmulatlarını oğurlamasını bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi direktorudur. Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi şossesi 60 A ünvanında dəmir məmulatları qəbulu məntəqəsi işlədir. Həmin sexə gətirilmiş dəmir məmulatlarını gətirən şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə götürürür. Həmin şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsində gətirən şəxsin mobil nömrəsini və gətirdiyi maşının dövlət qeydiyyat nişanını qeyd edir. Bundan sonra isə həmin şəxsdən götürdüyü dəmir məmulatlarının qəbulu, çəkisi və forması ilə bağlı akt tərtib edir, hər iki tərəf imzaladıqdan sonra götürdüyü dəmir məmulatlarının pulunu ödəyir. Şahid4 Hüseyin oğlu doğma qardaşıdır. Təqsirləndirilən şəxs2 qardaşı Surxayın tanışıdır, onun evində təmir işləri görmüşdür, həmin vaxtdan da sonuncunu tanıyır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 qardaşı Surxaya zəng vurmuş və dəmir məmulatları satdığını bildirmiş, qardaşı Surxay metal qəbulu məntəqəsinə gedib, dəmir məmuatlarını qəbul etməyimi xahiş etmişdir. O da özünə məxsus metal qəbulu məntəqəsinə gəlmiş, Təqsirləndirilən şəxs2 yanında üç nəfər şəxslə gəlmiş, onlardan biri “Daf” markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, digər iki nəfər şəxs isə maşından dəmirləri düşürmüşdür. O, Raufdan həmin dəmir məmulatlarını haradan əldə etməsini soruşmuş, sonuncu isə özünə məxsus olduğunu demişdir. Onlar 3 dəfə ərzində dəmir məmulatlarını ona məxsus məntəqəyə boşaltmış, o, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini götürmüş, şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə onun mobil nömrəsini və dəmir məmulatarını gətirdiyi maşının qeydiyyat nişanını qeyd etmişdir. Razılaşmışlar ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Rauf gələcək, dəmir məmulatlarına baxış keçiriləcək, qiymətləndiriləcək, aralarında akt bağlanacaq və dəmir məmulatları qiymətləndiril-dikdən sonra pulunu ödəyəcəkdir. Bir gün sonra polis əməkdaşlarının vasitəsilə bilmişdir ki, həmin dəmir məmulatları oğurluqdur. Hal-hazırda da Təqsirləndirilən şəxs2 verdiyi dəmir məmulatları ona məxsus metal qəbulu məntəqəsindədir. Təqsirləndirilən şəxs2 həmin məmulaları gətirəndə bir neçə dəfə haradan əldə etməsini soruşmuş, sonuncu da özünə məxsus olduğunu heç bir narahatçılıq olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Fatmayi kəndində 20,0 ha torpaq sahəsi ona məxsusdur. Qeyd olunan torpaq sahəsi boş olmuş, heç bir tikinti işləri aparılmamış, ətrafı mişar daşları ilə hasarlanmışdır. Qeyd olunan torpaq sahəsindən istifadə etmək üçün 2021-ci ilin dekar ayından tanışı Zərərçəkmiş şəxs vermişdir. Vahid də özünə məxsus dəmir məmulatlarını oraya yığmış, həmin torpaq sahəsi ətrafı mişar daşları ilə hasarlanmaqla dəmir darvazası vardır. 2023-cü ilin fevral ayında bir qrup şəxs ona məxsus həmin torpaq sahəsinə qanunsuz daxil olub orada olan dəmir məmulatlarını oğurlaması barədə məlumat almış, bu barədə Zərərçəkmiş şəxs telefon vasitəsilə ona bildirmiş, həmin vaxt o, Bakı şəhərində olmamşıdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs Nürəddin oğlu notariat qaydada məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən onlara qarşı şikayət və tələbinin olmadığını, həmçinin onlarla barışdığını bildirmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə maddi sübut olan polad əsaslı ərintidən hazırlanmış tikintidə dam örtüklərinin quraşdırılması üçün nəzərdə tutulmuş 750 ədəd boru, polad əsaslı ərintidən hazırlanmış 6 ədəd rəf və paslanmayan ərintidən hazırlanmış 500 kq metal qırıntısı saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsindəm həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər törətdiyi əməlləri Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən himayəsində azyaşlı iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidirlər. Barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi sübut olan polad əsaslı ərintidən hazırlanmış tikintidə dam örtüklərinin quraşdırılması üçün nəzərdə tutulmuş 750 ədəd boru, polad əsaslı ərintidən hazırlanmış 6 ədəd rəf və paslanmayan ərintidən hazırlanmış 500 kq metal qırıntısı qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 aid hissdə Bakı şəhər Probasiya İdarəsinə, digər Təqsirləndirilən şəxs3 aid hissədə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan polad əsaslı ərintidən hazırlanmış tikintidə dam örtüklərinin quraşdırılması üçün nəzərdə tutulmuş 750 ədəd boru, polad əsaslı ərintidən hazırlanmış 6 ədəd rəf və paslanmayan ərintidən hazırlanmış 500 kq metal qırıntısı qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 aid hissdə Bakı şəhər Probasiya İdarəsinə, digər Təqsirləndirilən şəxs3 aid hissədə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-406/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-406/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver