Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-406/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş nümayəndəsi: Nümayəndə Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Daşkəsən rayonu. Bayan kəndində qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 15 yanvar 2023-cü il tarixdə saat 17 radəllərində ünvan 1 ünvanında yerləşən ünvan 2misinə qanunsuz daxil olaraq 394,875 manat dəyərində 45 metr uzunluğunda 100 mm diametrli, 171,08 manat dəyərində 28 metr uzunluğunda, 75 mm diametrli, 136,5 manat dəyərində 60 metr uzunluğunda 50 mm diametrili binanın isitmə sisteminin metal borularını kəsib oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 702,455 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 05 fevral 2023-cü il tarixdə saat 16 radəllərində ünvan 1 ünvanında yerləşən ünvan 2misinə qanunsuz daxil olaraq 596,7 manat dəyərində 68 metr uzunluğunda 100 mm diametrli, 232,18 manat dəyərində 38 metr uzunluğunda 75 mm diametrli. 109.2 manat dəyərində, 48 metr uzunluğunda 50 mm diametrili binanın isitmə sisteminin dəmir borularını kəsib oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 938,08 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 15 mart 2023-cü il tarixdə saat 19 radəllərində ünvan 1 ünvanında yerləşən ünvan 2misinə qanunsuz daxil olaraq 631,8 manat dəyərində 72 metr uzunluğunda 100 mm diametrli, 152,75 manat dəyərində, 25 metr uzunluğunda 75 mm diametrli, 102,375 manat dəyərində, 45 metr uzunluğunda 50 mm diametrili binanın isitmə sisteminin dəmir borularını kəsib oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 886,925 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 04 aprel 2023-cü il tarixdə saat 20 radəllərində ünvan 1 ünvanında yerləşən ünvan 2misinə qanunsuz daxil olaraq 307,125 manat dəyərində 35 metr uzunluğunda 100 mm diametrli. 421,59 manat dəyərində, 69 metr uzunluğunda 75 mm diametrli, 84,175 manat dəyərində, 37 metr uzunluğunda 50 mm diametrili binanın isitmə sisteminin dəmir borularını kəsib oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 812,89 manat məbləğində ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 ildir ki, Xırdalan şəhərində yaşayır. Onun maddi imkanı zəif olduğu və qalmağa yeri olmadığı üçün işlədiyi avtoyuma məntəqəsində, müxtəlif binaların zirzəmisində gecələmişdir. Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə, Nizami küçəsində yerləşən 2 saylı yataqxananın zirzəmisini axtararkən orada müxtəlif ölçülərdə dəmir borular olduğunu görmüşdür. Həmin yataqxananın komendantı olan Xanım adlı qadından zirzəmidə yararsız vaxtı keçən boruları kəsib satmaq üçün icazə istəsə də sonuncu ona icazə verməmişdir. 2023-cü ilin yanvar, fevral, mart və aprel aylarında pula ehtiyacı olduğu üçün Xırdalan şəhərində yerləşən 2 saylı yataqxananın zirzəmisindən müxtəlif ölçülü istifadəyə yararsız su borularını çirkabın içərisindən çıxarıb aparıb Xırdalan şəhərində M.Hüseynzadə küçəsində yerləşən Tofiq adlı şəxsin metal qəbulu məntəqəsinə və bir hissəsini isə Masazır qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Həmin yataqxananın zirzəmisi təxminən 1 metr hündürlüyündə çirkab su ilə dolmuş, zirzəminin qapısı olmamışdır. Boruları çirkab suların içərisindən çıxarmışdır. Təxminən 4 ay ərzində 4 dəfə həmin yataqxananın zirzəmisindən müxtəlif ölçüdə boruları əli ilə dartıb çıxamışdır. Bəzən taksi ilə, bəzən isə əlində aparıb metal qəbulu məntəqələrinə satmışdır. Yataqxananın zirzəmisindən oğurladığı boruları metal şəklində 130 -150 manata satmışdır. Həmin boruları tək oğurlamış və ona bu işdə heç kim kömək etməmişdir. O, boruların lazımsız olduğunu fikirləşmişdir. Həmin borular 100 mm-lik, 75 mm-lik və 50-mm-lik ölçüdə olsada çox hissəsi çürümüş vəziyyətdə olmuşdur. Əldə etdiyi vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməyə imkanı olmasa da, azadlıqda qalarsa işləyib, ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin nümayəndəi Nümayəndə istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 1974-cü ildən ünvan 3 ünvanında yerləşən 2 saylı yataqxanasında qeydiyyatda olmaqla komendant işləyir. Bakı Mebel kombinatı artıq fəaliyyət göstərmir. Həmin yataqxana hazırda Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Əvvəllər yataqxanada mərkəzi istilik sistemi olsa da, lakin sonradan istilik sistemi işləməmişdir. O, 2023-cü ilin aprel ayının 05-də yataqxananın zirzəmisindəki ististmə sisteminin dəmir borularının oğurlanmasını aşkar etmişdir. Zirzəminin qapısı olsa da həmin qapılar açıq vəziyyətdə olmuşdur. Həmin boruların nə vaxt və kimin oğurlamasını maraqlanmışdır. Sakinlərin deməsindən və ətrafda yaşayan şəxslərdən həmin boruları narkotik aludəçiləri olan Fuad və Kənan adlı şəxslərin 2023-cü ilin yanvar, fevral, mart və aprel ayında günün müxtəlif vaxtlarında qanunsuz olaraq yataqxananın zirzəmisinə daxil olub, hissə-hissə kəsib oğurladıqlarını eşitmişdir. O, Fuadı tanımamışdır. Binanın isitmə sisteminin boruları kəsilməsi səbəbindən xəttə olan su və kanalzasiya suyu zirzəmiyə axmışdır.Zirzəmidəki su çəkilənlən sonra oradakı boruların tamamilə kəsilib oğurlandığı məlum olmuşdur. Binanın zirzəmisindən daxilinə çəkilmiş isitmə sistemi borularının qalıqlarına əsasən zirzəmidən oğurlanmış boruların 50 mm-lik. 75 mm-lik və 100 mm-lik dismetrdə olluğu məlum olmuşdur. Aparılan ölçmələrə əsasən 220 metr uzunluqda 100 mm diametrli, 160 metr uzunluğunda 75 mm diametrli, 190 metr uzunluğunda 50 mm diametrli, ümumilikdə 570 metr uzunluğunda dəmir boruların oğurlandığı və təxminən 10000 manata yaxın maddi ziyan vurulduğunu müəyyən etmişdir. O, oğurluq nəticəsində yataqxanaya vurulmuş ziyan məbləğini həmin boruların yenidən alınıb və bərpa edilməsi xərclərini nəzərə alaraq 10000 manat olaraq dəyərləndirmiş, lakin boruların köhnəlməsini nəzərə almamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində metal və plasmas qəbulu ilə məşğul olur. 2023cü ilin yanvar ayının ortalarında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlədiyi metal qəbulu məntəqəsinə köhnəlmiş hissələrə ayrılmış 50, 75 və 100 mm-lik dəmir boru gətirmişdir. Fuad həmin boruları yaşadığı yataqxananın zirzəmisindən yararsız olduğu üçün çıxarılıb atıldığını bildirmişdir. O, boruların köhnə və yararsız olmasını görüb Fuadın şəxsiyyət vəsiqəsində olan anket məlumatlarını qeyd edib gətirdiyi 2-3 metrlik boruları tərəzidə çəkərək çəkisinə görə pulunu ödəmişdir. Fuad müxtəlif vaxtlarda ona hissələrə bölünmüş köhnəlmiş paslanmış dəmir boruları gətirib satmışdır. Sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə 50 və 100 mm-lik köhnə və bölünmüş vəziyyətdə cəkısi və uzunluğunu dəqiq xatırlamadığı boruları satmışdır. Onun həmin boruların Fuad tərəfindən oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamışdır. Fuad həmin boruların yaşadığı yataqxananın zirzəmisində köhnədən çəkildiyini, hazırda istifadəyə yararsız və lazımsız olduğu üçün sökülüb atıldığını, buna görə gətirib satmasını bildirmişdir. O, isə həmin boruların köhnə və cürük olmasını görüb almışdır. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində metal və plastik qəbulu ilə məşğul olur. 05 fevral 2023-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlədiyi metal qəbulu məntəqəsinə köhnə hissələrə ayrılmış 50, 75 və 100 mm-lik dəmir boru gətirmişdir. Fuad həmin boruları yaşadığı evin istilik sisteminin boruları xarab olduğu üçün çıxarıb satdığını bildirmişdir. O, həmin borunun köhnə və yararsız olmasını görüb Fuadın şəxsiyyət vəsiqəsində olan anket məlumatlarını qeyd edib vəsiqəsinin surətini mobil telefonla çəkərək gətirdiyi boru hissələrini 1 kq-nı 43 qəpikdən hesablayıb almışdır. Fuad 15 mart 2023-cü il tarixdə işlədiyi metal qəbulu məntəqəsinə yenidən bölünmüş halda paslanmış dəmir boruları gətirib satmışdır. Fuadın satdığı boru hissələrinin ölçüləri əsasən 50, 75 və 100 mm-lik olmuş, lakin nə qədər olmasını dəqiq xatırlamamışdır. Fuadın həmin boruları oğurluq yolu ilə əldə etməsindən onun məlumatı olmamışdır. Fuad həmin boruların yaşadığı evə köhnədən çəkildiyini, hazırda istifadəyə yararsız və lazımsız olduğu üçün sökülüb atıldığını və buna görə gətirib satmasını bildirmişdir. Həmin boruların köhnə və cürük olmasını görüb almışdır Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması” barədə 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış ilkin araşdırma materialı ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması” haqqında 04 iyun 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayəti törədən şəxsin müəyyən olunub, təqdim olunanadək dayandırılmışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması” haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycn Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan və Abşeron rayon, Xırdalan şəhərində müxtəlif ünvanlarda yaşamış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün icraat təzələnmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-659/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci ildə cərimə cəzasını tam ödəmişdir. - «X4» MMC-nin xx.xx.2023-cü il tarixli 144 saylı əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1954-cü ildə inşa edilmiş Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Bakı Mebel Kombinatının 2 saylı yataqxanasının zirzəmisində və fasad divarında olan istilik sisteminin işlənmiş vəziyyətdə və istifadə olunmayan müxtəlif divametrlı dəmir boruların oğurluq hadisələrinin baş verdiyi 2023-cü ilin yanvar, fevral, mart və aprel aylarına olan pərakəndə (sərbəst) satış qiyməti ilə ümumi dəyərinin 3340 manat 35 manat məbləğində müəyyən edilir. O, cümlədən: diametri 50 mm olan 190 metr uzunluğundametal borunun dəyəri 432.25 manat; diametri 75 mm olan 160 metr uzunluğunda metal borunun qiyməti 977,60 manat və diametri 100 mm olan 220 metr uzunluğunda metal borunun dəyəri 1930,50 manat təşkil edir. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əziz oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Cinayət işi üzrə Bakı Mebel Hissələrinin Kombinatının zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş və Abşeron rayon İcra Hakimiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə zərərçəkmiş şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs Əziz oğlu barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığı nəzərə alınaraq, həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Əziz oğlunun oğlunun himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və xx.xx.2008ci ildə cərimə cəzasını tam ödəmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan bir il keçməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, o cümlədən ona əvvəllər eyni xarakterli əmələ görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən hal kimi, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 sentyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi cəmi 25 iyirmi beş saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-406/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-406/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver