Məhkəmə qərarları › İş №1(012)-407/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-407/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-407/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə 06 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 86-da qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 04 saylı evin 06-cı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində həmkəndlisi və tanıdığı Zərərçəkmiş şəxs işlədiyi Mehdiabad qəsəbəsi, Cavanşir küçəsində yerləşən “Elcan” marketin qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik göstərərək sonuncunun onun ödəmə terminalına daxil etmək istədiyi pulu güya dəyişmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydalara qarşı etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarını və davranış qaydalarına qarşı saymamazlıq edərək bilərəkdən öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoymaqla, gücünü nümayiş etdirməklə, ictimai yerdə gecə vaxtı nalayiq ifadələr işlədib üzərində olan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sonuncunun sol kürək nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol əlin ön-bayır səthinin və sol əlin İV barmağının dəri lostuqunun yoxluğu yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağamhğın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Mehdiabad qəsəbəsində yerləşən “Elcan” marketə getmiş ki ödəmə terminalı vasitəsi ilə tanışının bank hesab nömrəsinə pul köçürsün. Ödəmə terminalının qarşısında dayanıb ödəniş edən zaman mağazda satıcı işləyən Ceyhun terminalın yeni əskinası götürmədiyini, köhnə əskinas verməsini ona təklif etmişdir. Onun əlində olan əskinasın bir tərəfinin cırıq olduğunu demiş, Ceyhun isə cırıq əskinası qəbul etməmişdir. Bundan sonra Ceyhun kobud formada ona “bir gün sənin iynəni vuracam” deyə bildirmiş, o da Ceyhuna kobud cavab vermişdir. Ceyhun piştaxtanın üzərində olan bıçağı əlinə almış və ona tərəf getmişdir. Ceyhun səni vurararam deyə onu hədələmiş və ona nalayiq ifadə işlətmişdir. Ceyhunu sağ çiynindən itələmiş və 5 dəqiqəyə gələcəyini deyib gözləməsini demişdir. Mağazadan çıxıb dostu Raminə zəng edib Ceyhunun ona qarşı etdiyi hərəkəti danışmış və bundan hirsləndiyini bildirmişdir. Həmin vaxtı idarə etdiyi avtomobildə saxladığı balaca cib bıçağını gödəkçəsinin altında gizlətmişdir. Ramin onunla görüşmüş və təmkinli səbirli olmağını məsləhət etmişdir. Avtomobili idarə edib “Elcan” marketin qarşısında saxlamış və avtomobildən düşüb Ceyhunun atasına yaxınlaşıb salamlaşıb hal-əhval tutmuşdur. Ceyhunun çiynindən tutb kənara çəkib söhbət etmək istədyini demişdir. Ceyhun yenədə mənə sərt cavab qaytarmış və əlini atıb gödəkçəsinin altında gizlətdiyi bıçağı çıxardan zaman Ceyhun bıçağı görüb qaçmağa başlamışdır. O, da Ceyhunun arxasınca qaçmış və əlində olan bıçaqla Ceyhunun kürəyinə bir dəfə vurmuşdur. Kənarda daynmış tanışı Ramin onun arxasıyca gəlib, onu tutub sakitləşdirib avtomobilə əyləşdirmişdir. Bu zaman səs-küyə Ceyhunun adını bilmədiyi, lakin üzdən tanıdığı kürəkəni Ceyhungilin həyətindən çıxıb mağazaya daxil olub bıçaq götürüb onun üstünə gəlməyə başlamışdır. Həmçinin Ceyhunda şüşəni qırıb onun üstünə gəlmişdir. Həmin vaxtı avtomobili sürüb oradan uzaqlaşıb getmişdir. Ceyhunu vurduqdan sonra bıçağı çöllük sahəyə atdğını qeyd etmişdir. Zərərçəkmiş şəxslə üzür istəyib barışmışdır. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin qarşısında ona məxsus “Elcan” adlı ərzaq mağazası yerləşir, həmin mağazada özü satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində mağazada tək olduğu zaman əvvəllər tınıdığı Asim adlı şəxs müştəri qismində mağazaya gəlmiş mağazada yerləşən ödəmə terminalı vaistəsi ilə pul ödəməyə başlamışdır. O, Asimə ödəmə terminalının yeni əskinasları qəbul etmədiyini bildirmiş və Asimə ödəniş etmək üçün köhnə əskinas verməyi təklif etmişdir. Asim kobud formada əskinasları dəyişmək istəmədiyini bildirib, nalayiq ifadə işlətmişdir. Asim nalayiq ifadə işlətdiyinə görə iradını bildirmişdir. O, Asimə zarafatyana başqa vaxt pul istəsən xırdalamaram “sənin iynəni vuraram.” deyə bildirmişdir. Bu sözündən sonra Asif onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş və bundan sonra o, Asimdən mağazanı tərk eləməsini tələb etmişdir. Asim ona burda ol gedib beş dəqiqəyə qayıdıram deyə bildirmişdir. Asim çıxıb getmiş və təxminən 15 dəqiqə sonra Ramin adlı tanıdığı şəxslə birlikdə mağazaya qayıtmışdır. Həmin vaxtı o, mağazanın qarşısında dayanıb siqaret çəkirmiş. Asim avtomobildən düşüb ona yaxınlaşmış və çiynindən tutub çəkərək söhbət etmək istədiyini bildirmişdir. Asimdən kənarlaşmasını tələb etmiş və bu zaman Asim əlini belinə atıb bıçaq çıxartmış və onu vurmaq istəyəndə əli ilə bıçağı tutmuş, bıçaq sol əlimi kəsmişdir. Asim təkrar bıçaqla kürəyinə bir dəfə vurmuş, o, Asimin əlindən çıxıb qaçmış və Asim avtomobilə əyləşib oradan uzaqlaşıb getmişdir. Həmin vaxtı orada Raminin olduğunu və atası Canpoladın Asimin onu vurmsaından sonra küçəyə çıxdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir tanıyır, yoldaşlıq edirlər. xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində yaşadıqları evdə olan zaman Asim onun mobil telefonuna zəng etmiş və söhbət əsnasında Mehdiabad qəsəbəsində “Elcan” marketdə işləyən Ceyhunla aralarında mübahisə olduğunu bildirmiş və Ceyhunun onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Asim onunla görüşüb söhbət etmək istədiyini demişdir. O, Asimin telefonla danışan zaman əsəbi olduğunu hiss etmiş və görüşüb sakitləşdirmək istəmişdir. Yaşadığı evin qarşısında Asimlə görüşmüş, Asimin idarə idarə etdiyi avtomobilə əyləşmişdir. Asimə səbirli sakit olmasını bildirmişdir. Asimin idarə etdiyi avtomobillə “Elcan” marketin qarşısına gəlmiş, o, avtomobildə əyləşib gözləmiş, Asim avtomobildən düşüb Ceyhuna yaxınlaşmışdır. Həmin vaxtı Asim əlini Ceyhunun çiyninə qoyub kənara çəkmiş və Asim əlini belinə atıb bıçaq çıxartmışdır. Bu zaman Ceyhun çevrilib qaçarkən Asim Ceyhunun arxasınca qaçıb bıçaqla kürək nahiyəsinə bir dəfə vurmuşdur. O, avtomobildən düşüb Asimi qucaqlayıb maşına tərəf çəkmiş və Asim avtomobili sürüb oradan çıxıb getmişlər. Qarşıda avtomobildən düşüb evinə getmiş, Asimdə avtomobili sürüb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs yaşadıqları evin qarşısında ərzaq mağazası işlədir. Hər gün saat 00:00-dək Ceyhun mağazada işləyir, bundan sonra o, və həyat yoldaşı Tamara ilə mağazada səhərədək işləyirlər. xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində o, küçəyə çıxıb mağazaya getmişdir. Həmin vaxtı mağazanın zibillərini toplamış və Ceyhunda mağazanın qarşısında dayanmışdır. Bu zaman Mehdiabad qəsəbəsi sakini Asim adlı oğlan ona yaxınlaşıb salamlaşmış və Ceyhunun yanına getmişdir. Bir neçə dəqiqə sonra Ceyhunun qaçmağa başladığını və Asimində Ceyhunun arxasına qaçdığını görmüşdür. O, Ceyhundan nə olduğunu soruşmuş və Ceyhun Asimin bıçaqla onu vurduğunu bildirmişdir. Bundan sonra Asim avtomobilinə qayıtmış və avtomobilində olan Ramin adlı şəxslə oradan çıxıb getmişdir. Ceyhun sol kürək nahiyəsindən xəsarət aldığı üçün qayını Mircavad onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir və Ceyhun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi 28-də yaşadığı evin qarşısında ərzaq mağazası işlədir. O. mağazada Ceyhuna kömək etmək üçün hər gün saat 18 radələrində işdən çıxıb mağazaya gəlmiş və saat 00:00-dək mağazada olmuşdur. xx.xx.2022-ci il tarixdə 23:30 radələrində o, mağazadan çıxıb evə Ceyhungilin həyətlərinə keçmiş və bundan bir neçə dəqiqə sonra küçədə səs-gəldiyini eşidib küçəyə çıxmışdır. Həmin vaxtı bir nəfər adının sonradan Asim olduğunu bildiyi bir nəfər şəxsin avtomobilinin yanında dayanıb “vurmuşam yaxşı etmişəm ged nə istəyirsən elə” dediyini eşitmişdir. Asim adlı şəxsdən nə olduğunu soruşmuş və Asim adlı şəxs heç nə olmayıb deyib avtomobilinə əyləşib getmişdir. Asimin yanında avtomobildə bir nəfər şəxsdə olmuşdur. Ceyhuna yaxınlaşmış və Ceyhun Asimin onu bıçaqla vurduğunu bildirdib, sol kürək nahiyəsinə baxmağını istəmişdir. Ceyhunun kürək nahiyəsinə baxmış və xəsarət aldığını görüb Ceyhunu əvvəl Mehdiabad polis bölməsinə və oradanda Bakı şəhərinə xəstəxanaya aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Hüseynov X2 qəsəbəsində yaşadıqları evin qarşısında ərzaq mağazası işlədir. Hər gün saat 00:00-dək Ceyhun mağazada işləyir, bundan sonra o, həyat yoldaşı Canpoladla mağazada səhərədək işləyirilər. xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində həyat yoldaşı Canpolad küçəyə çıxıb mağazaya getmişdir. O, da Canpoladın arxasınca mağazaya getməyə hazırlaşmışdır. Canpolad evdən getdikdən təxminən 5 dəqiqə sonra küçədə səs-küy gəldiyini eşitmiş və bu zaman Canplad onu çağırıb Ceyhunun bıçaqlandığım bildirmişdir. Küçəyə çıxmış və Ceyhunun əlini sol kürək nahiyəsinə tutduğunu görmüşdür. Ceyhundan kimin onu vurduğunu soruşmuş və Ceyhun Asimin bıçaqla onu vurduğunu bildirmişdir. Ceyhuna xəstəxanaya getməsini bildirmiş və Ceyhun polis bölməsinə gedəcəyini bildirmişdir. Ceyhun yol maşınına əyləşib polis bölməsinə getmiş və oradanda Bakı şəhərinə xəstəxanaya getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizanın xx.xx.2022-ci il tarixli 365 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol kürək nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsdilmiş yarası, sol əlin ön-bayır səthinin və sol əlin İV barmağının dəri losqutunun yoxluğu ilə müşayiət olunan yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən tömmişdir, qərarda qeyd olunan və onun tibbi yardım üçün X7 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Kərimli X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 valideynləri Təqsirləndirilən şəxs və X4r. Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cəza təyini Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar