Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-407/2024 16.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkimş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində xx.xx.2023-cü il tarixdə «polisin nəzarəti altıa vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 9, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 127.1 və 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və ictimai qaydam kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və əmlakın məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxslə birlikdə bir qrup şəxs halında 31 mart 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır kəndində «Masazır dairəsi» yaxınlığında «Azsamand» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən həmin yolda onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Accent» markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobili sıxışdırması səbəbindən aralarında yaranmış mübahisə zamanı onun yanında olan naməlum şəxslə avtomobildən düşərək, ora çağırdıqları digər şəxslə birlikdə heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla, içtimai qaydanı kobud sürətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə küçədə kənar şəxslərin gözləri önündə ucadan nalayiq ifadələr işlədərək birlikdə yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə çoxsaylı zərbələr vurub ona burunla tənəffüs aktının pozulması ilə ənsə nahiyəsinin dərialtı hematoması sağ gözün ağılı qişasına qansızma ilə müşahidə olunan sağ üst və alt göz qapaqlarının, sağ gözaltı almacıq nahiyəsinin qançırları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs məxsus «Hyundai Accent» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 200 manat dəyərində sol yan güzgüsünü yumruqla vurub sındıraraq əmlakını məhv etməklə qərəzi hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.1 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanından Xırdalan şəhərinə adam başı 1 manata müştəri götürüb Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Həmin müştərilərdən 3-ü qadın biri isə cavan oğlan olmuşdur. Qadın müştərilərdən birinin Abşeron rayon İcra Hakimiyyəti yaxınlığında düşməli olduğundan o, avtomobili Bakı-Sumqayıt yolu ilə idarə edib Masazır dairəsindən Xırdalan şəhərinə daxil olmaq istəmişdir. Masazır dairəsinə yaxınlaşdıqda qarşıda olan avtomobillərin aralarında yol olduğu üçün həmin aradan keçdikdən sonra işıqforda “Hyundai Accent” markalı avtomobilin sol tərəfində dayanıb gözləmişdir. Bu vaxt Hunday markalı avtomobilin sürücüsü kinayəli formada ona “deyəsən pulun çoxdur” deyə sual vermişdir. O, isə sürücüyə cavab olaraq “sənə pul lazımdır?” sualını vermişəm. Cavabı sürücünün xoşuna gəlmədiyi üçün həmin sürücü onun ünvanına nalayiq söyüş işlətmişdir. yanında əyləşən tanımadığı oğlan müştəri serücünün danışığına fikir verməməsini və maşında qadın olduğunu bildirmişdir. Həmin sürücü isə ona maşını qabağa verib saxlamısı bildirmişdir. Həmin şəxsin hərəkətlərindən əsəbləşərək maşını yolun sağ tərəfində Araz marketin qarşısında saxlamış və yanındakı müştəri oğlanla birilkdə maşından düşmüşlər. “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı şəxs onlara yaxınlaşıb nə dediklərini soruşmuşdur. O, həmin şəxsə niaşında qadın müştəri olduğunu, niyə görə söyüşlə danışdığını soruşmuşdur. Həmin şəxs isə onlara uşaq olduqlarını bildirmişdir. Həmin vaxt onun maşınında olan oğlan sürücüyə nəsə demiş, sürücü isə ona və yanındakı oğlana var-yox və ana söyüşü işlətdiyindən əsəbləşərək sürücünün yumraqla sifətinə bir dəfə vurmuşdur. Həmin vaxt sürücü də ona yumruq və təpiklə zərbələr endirmişdir. Həmçinin onun avtomobilində olan oğlanda həmin şəxsi yumruqla vurmuşdur. Bundan sonra sürücü, yəni adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs maşına əyləşib onların ünvanına söyüş söyməkdə davam etmişdir. Vüsalın maşınının güzgüsünə yumruqla vurmuşdur ki, söyüş söyməsin. Bundan sonra Vüsal maşından düşüb onun idarə etdiyi Azsamand markalı avtomobilin buferinə qoşa təpiklə zərbə endirmişdir. Həmin vaxt avtomobilində olan qadın müştərilər maşından düşüb getmişlər. Təxminən 10 dəqiqə sonra maşınında olan oğlan müştərinin tanışı gəlib Hyundai markalı avtomobilin sürücüsünü maşından düşürməyə çalışmışdır. Hyundai markalı sürücüsü həmin şəxsdən kim olmasını soruşduqda, həmin şəxs “mənim varyoxumu söymüsən?” deyərək Vüsalın sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə endirmişdir. Eyni zamanda onun avtomobilində olan müştəri oğlan da Vüsalı vurmuşdur. Vüsal yerə oturub qışqırmağa başlamış və ətrafda olanları köməyə çağırmışdır. Buna görə onun avtomobilndə olan müştəri və çağırdığı şəxslər başqa maşına əyləşib oradan uzaqlaşmışlar. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığnı, ona vurmuş olduğu ziyanı tam şəkildə ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə əsasında “Hyundia Accent” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil adına olmasa da, onun istifadəsindədir. xx.xx.2023cü il tarixdə, saat 20:10 radələrində avtomobili ilə Bakı şəhərindən üzü Masazır qəsəbəsinə doğru hərəkətdə olmuşdur. Təxminən saat 20:25 radələrində Masazır qəsəbəsində yerləşən Araz marketin qarşısında olan zaman “Azsamand” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs yolda ziqzaqvari hərəkət edərək həm ona, həmçinin digər Sürücülərə narahatlıq yaratmışdır. Həmin avtomobilin sürücüsü onu da sıxışdırmağa başladığından əsəbləşib avtomobilin yan pəncərəsini açaraq həmin avtomobilin sürücüsünə diyəsən pulun çoxdu” sözlərini demişdir. Həmin vaxt avtomobili idarə edən adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona “sənə pul lazımdı” ifadəsini işlətmişdir. Sraca günlük 25 manat pula avtomobil götürüb işlətdiyini, öz yoluyla sürməsini və insanlara problem yaratmamasını bildirmişdir. Bundan sonra Srac qəfil avtomobili sağa çəkərək onun qabağını kəsmiş və o da məcbur olub avtomobili yolun sağına çəkərək saxlamışdır. Həmin vaxt Azsamand markalı avtomobildən 3 nəfər şəxs düşərək üzərinə gəlmişdir. O da, avtomobildən düşərək həmin şəxslərə doğru getmişdir. Həmin 3 nəfərdən Srac və digər adını bilmədiyi saqqallı oğlan ona əl qol atmağa başlamışdır. O da özünü müdafiə etmək məqsədilə əli və ayağı ilə özündən itələməyə başlamışdır. Daha sonra mübahisə etməyin boş olduğunu görüb avtomobilinə minmiş və oradan sürərək uzaqlaşmaq istəmişdir. Avtomobilə minib maşını işə salan zaman Təqsirləndirilən şəxs avtomobilin arxasına təpiklə vurub, sonar isə gəlib avtomobilin sol yan güzgüsünü yumruqla vuraraq sındırmışdır. O da, avtomobildən düşərək gedib Sracın avtomobilinin arxa hissəsindən təpiklə vurmuşdur. Bundan sonra Sracın onun avtomobilmə ziyan vurmasından əsəbləşərək dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. İlk öncə Srac və yanındakılarda orada gözlədiyindən düşünmüşdür ki polisin gəlməyini gözləyirlər. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər onun üzərinə başqa şəxsi çağırmışlar. Belə ki, o, qısa müddət orada gözlədikdən sonra ona zəng edilərək Abşeron RPİ-nə yaxınlaşıb ərizə yazmağı bildirilmişdir. O da bu məqsədlə avtomobili işə salıb hərəkətə gətirən zaman Srac və yanındakı saqqallı şəxs avtomobilin qarşısına keçərək əli ilə avtomobilə söykənib getməyinə icazə verməmişdir. Elə bu vaxt o, sol tərəfində bir nəfər qısa saçlı balaca boy, dolu oğlanın olduğunu görmüşdür. O, üzünü tam çevirməmiş və həmin şəxs sol yumruğu ilə onun burun nahiyəsinin üst hissəsinə vurmuşdur. Onun burnuna vuran həmin şəxsi daha öncə orada görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, saqqallı oğlan və burnuna vuran saçı az olan şəxs hər üçü onun sifətinin müxtəlif nahiyələrinə yumruqla vurmağa başlamışlar. O artıq huşunu itirməyə başladığından və 3-nə qarşı eyni anda müqavimət göstərə bilməyəcəyindən avtomobilin qapısını açıb ayaqları çöldə olacaq şəkildə avtomobilə əyləşmişdir. Lakin həmin vaxt adını bilmədiyi saqqallı şəxs avtomobilin qabaq sağ sərnişin qapısını açaraq içəri ticxil olub boğazından geriyə doğru çəkərək sifətinə yumruqla zərbələr endirməyə davam etmişdir. Daha sonra həmin şəxslər söyüş söyə-söyə oradan uzaqlaşmışlar. O da dərhal Abşeron RPİ-nə yaxınlaşmış və baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Ona məxsus “Hyundia Accent" markalı ili 2007 olan avtomobilinin sol yan güzgüsünün sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz market”in qarşısında baş vermiş və təxminən 20 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 618 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-burunla tənəffüs aktının pozulması ilə nəticələnən burun sümüyünün qapalı yerdəyişən sınığı, burun nahiyəsinin qançır şişkinliyi, başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ gözün ağli qişasına qansızma ilə müşahidə olunan sağ üst və alt göz qapaqlarının, sağ gözaltı-almacıq nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş,- ayaq və s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 127.1 və 221.2.1-ci maddələrinə tövsüf edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.1 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs Hüseyn oğlu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi MTİİTS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.1 və 221.2.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-407/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, Su Kanal İdarəsinin binasında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində sxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşaron rayonu, Ceyranbatan qəsəbəsi Gündüz Abdullayev küçəsində yerləşən Su Kanal İdarəsinin binasında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-407/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-407/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver