Məhkəmə qərarları › İş №1(012)-408/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-408/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-408/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 01.20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən at heykəlinin yaxınlığında, insanların gözü önündə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə idarə etdiyi Daevoo Ravon markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə söyüb təhqir edərək qolundan tutub avtomobildən yerə yıxaraq sifət nahiyəsinə qəsdən yumruq zərbələri vurmaqla, sonuncuya alt dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ bazunun, sağ saidin, sağ bel nahiyəsinin sıyrıqları, hər iki baldırın qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, icarə əsasında götürdüyü və etibarnamə ilə idarə etdiyi Daevoo Ravon markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə saat təxminən 01 radələrində ona iki sifariş gəlmiş, həmin sifarişlərdən biri şikayət edən qadın olmuş və o, Binəqədi rayonunda yerləşən “Lake” otelə taksi sifariş vermiş, digər sifariş isə Xırdalan şəhərində yerləşən Bravo marketin qarşısına olmuş, o, qazanc əldə etmək məqsədi ilə hər iki sifarişi qəbul etmişdir. Belə ki, o, Lake otelə getmək üçün Xırdalan şəhərinə gəlməli olmuş, o, sifarişlərin birini Qurtuluş-93 yaşayış kompleksi ilə üzbəüz binadan bir nəfər şəxsi avtomobilə əyləşdirmiş, həmin şəxs avtomobilin qabaq oturacağında əyləşmiş, bundan sonra onun avtomobilinə Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci massivdə yerləşən binadan bir qadın avtomobilə yaxınlaşmış, həmin qadın ön tərəfdə bir nəfər şəxsin əyləşdiyini görmüş, o, həmin qadına ön tərəfdə əyləşən şəxsin Xırdalan şəhərində düşəcəyini, bundan sonra isə həmin qadını Lake otelə aparacağını bildirmiş, qadın onunla razılaşmış və avtomobilin arxa oturacağında əyləşmiş, onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İcra Hakimiyyətinin qarşısında olduqları zaman arxada oturan qadın ona əlavə sərnişin götürdüyü üçün narazılıq etməyə başlamış, həmin qadın onu söydüyü üçün o, Xırdalan şəhərinda yerləşən at heykəlinin yaxınlığında avtomobili saxlamış, qadına avtomobildən düşməyi tələb etməsinə baxmayaraq o düşmədiyi üçün həmin qadının qol nahiyyəsindən tutub dartaraq avtomobildən çıxartmış, bu zaman qadın yerə yıxılmış, mübahisə zamanı avtomobildə əyləşən digər şəxs avtomaşından çıxıb qaçmış, o da həmin yerdən yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmiş, sonradan ona həmin qadının onun barəsində polisə şikayət etdiyini məlum olmuşdur. Məhkəmədən onun təqsiri olmadığı üçün bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, vəfat etmiş qızının uşağı-nəvəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Pandemiya şəraiti ilə əlaqədar işi bağlanmış bacısına pul lazım olduğuna və səhər tezdən rayona çıxdığına görə ona pul çatdırmaq üçün xx xxx 2020-ci il tarixdə saat 01 radələrində o, Binəqədi rayonunda “Lake” otelin yaxınlığında yaşayan bacısıgilə getmək üçün taksi sifariş vermiş, ünvanıda Binəqədi rayonunda “Lake” otelin yaxınlığı deyə söyləmiş, sonradan ona zəng gəlmiş və o, həyətə düşmüş, onun sifarişi ilə gəlmiş Daevvo Ravon markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşən zaman qabaq tərəfdə bir nəfər şəxsin əyləşdiyini görmüş, o, sürücüdən həmin şəxsin kim olduğunu soruşmuş və sürücü ona həmin şəxsin qabaqda düşəcəyini bildirmiş, o, arxa oturacaqda əyləşmiş, onlar Xırdalan şəhərində yerləşən at heykəlinin yanına çatdıqda o, sürücüdən ön oturacaqda oturan şəxsin hara getdiyini soruşmuş, sürücü ona “maşın mənimdi özüm bilirəm” sözlərini bildirib onu nəlayiq sözlərlə təhqir etmiş, o, sürücüyə sifariş verdiyi taksinin sifarişin sonuna qədər ona aid olduğunu bildirmiş, bundan sonra sürücü avtomobildən düşmüş və arxa qapını açaraq onu qolundan tutaraq sürüyüb yerə düşürmüş, sifətinə yumruqla vurmuş, bundan sonra avtomobildə olan digər sərnişin qaçaraq getmiş, sürücü onu yerdə sürüyərkən onun qışqırığına adamlar toplaşmış, sürücü onu həmin yerdə qoyaraq getmiş, həmin gün o, şikayət etməsə də, hadisədən bir neçə gün sonra isə onun ağrıları olduğundan polisə şikayət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dinidrilmiş X8 ifadəsində göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün taksi sifariş vermiş, sonradan ona zəng gəlmiş və o, həyətə düşmüş, o, Seymur adlı şəxsin idarə etdiyi Daevvo Ravon markalı, **- PN-*** dövlət nömrə nişanlı avtomobildə ön oturacaqda əyləşmiş, daha sonra onun olduğu avtomobilə Abşeron rayonu, Masazır qəsəbəsi, 2-ci massivdə yerləşən binadan bir qadın minmiş, o arxa oturacaqda əyləşmiş, onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İcra Hakimiyyətinin qarşısında olduqları zaman arxada oturan qadın ona əlavə sərnişin götürdüyü üçün narazılıq etməyə başlamış, bundan sonra qadın sürücüyə avtomobilə yeni sərnişin mindirdiyi üçün öz narazılığını bildirmiş və onlar arasında mübahisə başlamış, mübahisə zamanı qadın Seymuru telefonla vurmuş, o ünvana çatarkən sürücü avtomobildən düşüb qadına yerə düşməyi tələb edərkən o qorxub oradan qaçıb uzaqlaşmış, arxaya baxarkən qadının yerdə uzandığını, adamların toplaşdığını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 922 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan aşkar edilmiş xəsarətlər: -alt dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ bazunun, sağ saidin, sağ bel nahiyəsinin sıyrıqları, hər iki baldırın qançırları küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fizikizor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə,sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxudabilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 134-cümaddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş material üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və ekspertiza rəyi, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-cimaddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasəncəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X9 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünürki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı -xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları var. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını onuncəzasını yüngülləşdirənhallar kimi nəzərə alır. Təqsirləndirilən şəxscəzasınıağırlaşdıranhal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növün cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar