Məhkəmə qərarları › İş №1(012)-408/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-408/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-408/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1983-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, 3 uşaq atası, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyada olan və yaşayan, barəsində“həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 24 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Novxanı kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus evinin qarşısında olan 2044 manat dəyərində 870 kq dəmir metarialları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2044 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən X2 məxsus binaya qapıdan qanunsuz daxil olub oradan ümumilikdə 476 manat dəyərində olan, hər birinin uzunluğu 12 metr, 16-lıq ölçüdə olan 33 ədəd armaturları gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 476 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Yeni Məhəllədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus natamam tikilmiş fərdi yaşayış sahəsinin ikinci mərtəbəsindəki pəncərəyə həyətdən götürdüyü nərdivan ilə çıxaraq, plastikdən olan pəncərəni əli ilə sıxmaqla açaraq binaya qanunsuz daxil olub oradan ümumilikdə 995 manat dəyərində olan 1 ədəd 200 manat dəyərində preparatoru, 1 ədəd 300 manat dəyərində qaynaq aparatını, 1 ədəd 170 manat dəyərində direli, hər bir topu 65 manat olmaqla ümumi dəyəri 325 manat olan 5 top elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 995 dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 mart 2022-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Novxanı kəndi, Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub oradan ümumilikdə 1155 manat dəyərində olan 09 ədəd hər biri 02 metr uzunluğunda, 50 mm diametrli, divarın qalınlığı 2 mm olan, hər biri 5 (beş) manat ümumilikdə 45 manat dəyərində olan dəmir boruları, 30 ədəd hər biri 08 metr olan 720 manat dəyərində armaturları və 02 ədəd hər biri 20 manat dəyərində olan dəmir çarpayının başlıqlarını, həmin cinayətin davamı olaraq 22 mart 2022-ci il tarixdə saat 10 radələrində həmin evin həyətindən 02 ədəd hər biri 02 metr olan 350 manat dəyərində dəmir boruları vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1155 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 aprel 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs5 qızma məxsus fərdi yaşayış evinə hasardan keçməklə qanunsuz daxil olub, həyətdə yerləşən evin arxa hissəsində evin birinci mərtəbəsinin qaraj kimi istifadə edilən saxlanc yerinin hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 900 manat dəyərində 03 ədəd dəmirdən olan qapılarını və evin birinci mərtəbəsinin pəncərəsi üçün nəzərdə tutulmuş 100 manat dəyərində 01 ədəd dəmir barmaqlıqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 qızma ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 aprel 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış sahəsinə pəncərəni sındırmaqla qanunsuz daxil olaraq, oradan 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd qədimi mis qazanları, 1 ədədinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 2 ədəd mis su qablarını, 1 ədəd 70 manat dəyərində soyuducunun matorunu, 1 ədəd 100 manat dəyərində elektrik qurğusunu, ümumi dəyəri 30 manat təşkil edən şirniyyatları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 qızma ümumilikdə 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, yaşadığı Abşeron rayonu, Novxanı kəndində adının “Səbuhi” olduğunu bildiyi şəxsin evinin qarşısında çoxlu dəmir metalların olduğunu görmüş, 24 sentyabr 2021 -ci il tarixdə, saat 16 radələrində yoldan keçən tanımadığı yük avtomaşını ilə həmin dəmir mealları Novxanı kəndinə aparmış və orada metal qəbulu ilə məşğul olan Nahid adı ilə tanıdığı şəxsə 100 manata satmışdır. Satdığı həmin metalların özünə məxsus olduğunu, onları küçələrdən yığdığını demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 05 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Novxanı kəndindəki qəbirstanlığm arxasında piyada gəzərkən yarı tikilmiş vəziyyətdə fərdi yaşayış evin həyətinin qapısı olmadığını görüb həyətə daxil olmuş, lazımsız dəmir alətləri axtardığı vaxt təmiri başa çatmamış evin içində olan hər biri 12 metr uzunluğunda, 16-lıq ölçüdə olan 33 ədəd armaturları özü ilə apardığı əl arabasına yığaraq məftillə bərkidib oradan uzaqlaşmışdır. Oğurladığı həmin armaturları yoldan keçən metal alan tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünə 90 manata satmışdır. Onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün ucuz qiymətə satdığını demiş və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, yaşadığı evdən təxminən bir və ya bir kilometr yarım uzaqda yerləşən yeni məhəllədə “Azər” adlı şəxsin yeni tikdirdiyi evdə yoldan keçəndə heç kimin yaşamadığını və evdə təmir işlərin aparıldığını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. 27 fevral 2022-ci il tarixdə, saat 19 radələrində hasarın üstündən keçərək “Azər” adlı şəxsin həyətinə daxil olmuş, həyətdəki evin birinci mərtəbəsində pəncərələr üzərində dəmir barmaqlıqlar olduğundan evə daxil olmaq mümkün olmadığına görə həyətdə gördüyü nərdivan ilə evin iklinci mərtəbəsinin pəncərəsinə çıxmış və plastikdən olan pəncərəni əli ilə sıxaraq, açıb oradan evə daxil olmuşdur. Evdə gördüyü divara çəkilmiş, lakin üstü örtülməmiş elektrik naqillərini divardan çəkib çıxartmış, daha sonra 1 ədəd preparator, 1 ədəd qaynaq aparatı, 1 ədəd dreli, 3 top elektrik naqili oradan götürdüyü kisəyə yığaraq oğurlamış, onları evindən bir qədər kənarda gizlətmişdir. Oğurldığı həmin əşyaları sabahı günü, 28 fevral 2022-ci il tarixdə, səhər tezdən 1 ədəd preparatoru, 1 ədəd qaynaq aparatı, 1 ədəd dreli, 3 top elektrik naqili yoldan keçən tanımadığı taksi ilə Bakı şəhəri, 3-cü mikrorayon bazarına aparıb, tanımadığı şəxsə onları 250 manata satmış və özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 02 mart 2022-ci il tarixdə isə həmin elektrik naqillərin tanımadığı taksi ilə Masazır-Novxanı yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb, orada işləyən “Ələsgər” adlı şəxsə 30 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yaşadığı evin qonşuluğunda, qohumu Zərərçəkmiş şəxs3 fərdi yaşayış evində heç kim yaşamadığına görə 21 mart 2022-ci il tarixdə, saat 10 radələrində hasarın üstündən keçərək evin həyətinə daxil olmuş, orada üzüm ağacı üçün quraşdırılmış dəmir çardağın 9 ədəd dəmir boruların, armaturları və həyətdə olan dəmir çarpayının başlıqlarını oğurlayaraq öz həyətinə aparmışdır. Həmin gün 7 ədəd borunu, armaturları və çarpayı başlıqlarını Novxanı kəndinə, “Qazel” markalı avtomaşınla metal yığmağa gəlmiş tanımadığı kişiyə 80 manata satmışdır. 22 mart 2022-ci il tarixdə, saat 10 radələrində yenidən oradan torpağa basdırılmış 2 ədəd dəmir borunu çıxartmış və hasardan yaşadığı evin həyətinə aparmışdır. Oğurladığı 4 ədəd dəmir borunu 23 mart 2022-ci il tarixdə günorta saatlarında Novxanı kəndində metal qəbulu məntəqəsində işləyən Şahid1 30 manata satmış, əldə etdiyi 110 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin metalları satarkən onların özümə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Bundan başqa, 01 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən “Ceyran Baba” pirinin yaxınlığındakı evdə işıq yanmadığını gördükdə orada yaşayış olmadığını bilmiş və oğurluq etmək üçün hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan evin arxa tərəfində birinci mərtəbəsinin anbar kimi istifadə olan 03 ədəd dəmir qapılarını petləsindən çıxartmış və evin 1-ci mərtəbəsinin pəncərəsindəki 1 ədəd dəmir barmaqlıqları yerindən çıxardaraq oğurlamışdır. Beləliklə oğurladığı 03 ədəd dəmir qapıları və 01 ədəd dəmir barmaqlıqları özü ilə apardığı arabaya qoyaraq, yaşadığı evin həyətinə gətirmişdir. Səhər açıldıqda yaşadığı kəndə metal yığmağa gəlmiş nömrəsini və markasını xatırlamadığı, yük avtomobilin sürücüsünə həmin 03 ədəd dəmir qapıları və 01 ədəd dəmir barmaqlıqların özümə məxsus olduğunu bildirib, həyətindən çıxardaraq ümumilikdə 100 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, qonşusu Zərərçəkmiş şəxs6 axşamlar Novxanı məçidində mühafizəçi kimi qaldığını, buna görə evində heç kəsin olmadığını bildiyinə görə 17 aprel 2022-ci il tarixdə, saat 01 radələrində hasarın üstündən aşaraq Zərərçəkmiş şəxs6 həyətinə daxil olmuş, həyətdə olan evin pəncərəsini sındırıb evə daxil olmuş və evdən 2 ədəd qədimi mis qazanları, 2 ədəd mis su qabları, 1 ədəd soyuducu matorunu, 1 ədəd elektrik qurğusunu və paketdə olan şirniyyatları özü ilə apardığı araba ilə həyətinə aparmışdır. 18 aprel 2022-ci il tarixdə yaşadığı kəndə metal qəbul etməyə avtomobil ilə gəlmiş tanımadığı kişiyə onları 80 manata satmış və özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Şirniyyatı isə özü istifadə etmişdir. Həmin oğurluqları tək etmişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-cü il tarixdə Abşeron rayonu Novxanı kəndində aldığı 10 sot torpaq sahəsində yavaş-yavaş tikinti işləri aparmağa başlamışdır. 06 fevral 2022-ci il tarixdə, günorta saatlarında ora gedib baxdıqda həyətdə 33 ədəd uzunluğu 12 metrlik, 16-lıq dəmir armaturların oğurlandığını aşkar etmişdir. Həmin armaturları oğurluğu aşkar etdiyi gündən, təxminən 10 gün əvvəl 476 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 476 manat ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 1ndə yaşayış olmasada, mütamadi olaraq ora gedib nəzarət etmişdir. 20 mart 2022-ci il tarixdə evə gedib baxdıqda, evdə hər şeyin yerində olduğunu görmüşdür. Növbəti dəfə 23 mart 2022-ci il tarixdə, səhər saatlarında həmin evə gəlib baxdıqda, həyətdə dəmir konstruksiyalardan hazır edilmiş çardağın söküldüyünü, çardağın dəmir hissələrinin, torpağa basdırılmış iki ədəd dəmir borunun oğurlandığını aşkar etmişdir. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs hadisə ilə bağlı şübhələnərək ondan bu barədə maraqlandıqda, Anar həyətdən çardağı söküb dəmir hissələrini oğurladığını, oğurladığı dəmirləri Novxanı kəndində yerləşən metal qəbulu məntəqəsinə satdığını bildirmişdir. Həyətindən çardağın 9 ədəd 450 manat dəyərində hər biri 2 metr olan, 50 diametıiik dəmir boruları, hər biri 8 metr olan 720 manat dəyərində 30 ədəd armatur, 2 ədəd 4 diametrlik 350 manat dəyərində hər birinin uzunluğu 7 metr olan dəmir boruları və həyətdə olan iki ədəd hər birinin dəyəri 20 manat olan dəmir çarpayının başlıqları Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır, oğurluq nəticəsində ona ümumilikdə 1560 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 əlavə olaraq bildirdi ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli 9/3202 nömrəli ekspert rəyi ilə tanış olduğunu, ekspert rəyinə əsasən Abşeron rayonu Novxanı kəndindəki bağ evinin həyətindən 2022-ci ilin mart ayında oğurlanmış 9 ədəd, hər biri 2 metr uzunluğunda 50 diametrlik dəmir boruların hər birinin 5(beş) manata qiymətləndirilməsi, 9 ədəd həmin boruların ümumilikdə 45 manat qiymətləndirilməsi ilə razı olduğunu, ekspertin rəyini əsaslı hesab etdiyini, oğurluq nəticəsində ona ümumilikdə dəymiş ziyanın 1560 manat yox, 1155 manat olduğunun nəzərə alınmasını bildirdi. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən evinin qarşısında özünə məxsus 2044 manat dəyərində olan 870 kq. çəkidə dəmir metalın 26 sentyabr 2021-ci il tarixdə oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə istifadə etdiyi mobil telefonu ilə zəng edərək məlumat vermişdir. Bundan sonra oğurluq barədə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə 17 mart 2022-ci il tarixdə gedib baxmış, həmin vaxtı evdə və həyətdə əşyaların yerində olduğunu görmüşdür. Bundan sonra 01 may 2022-ci il tarixdə yenə həmin evə nəzarət etmək üçün gedib baxdıqda, evin arxasında olan qarajın dəmirdən olan hər birinin dəyəri 300 manat olan 3 ədəd dəmir qapıların və evin pəncərəsinin birinin 100 manat dəyərində olan dəmir barmaqlıqların olmadığını, onların oğurlandığını görmüşdür. Əmlaklarının oğurlanması nəticəsində ona ümumilikdə 1000 manat ziyan dəymişdir. O, ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yaşayır və kəndin məçidində işləyir, həm də gecələr həmin məçiddə qalır. 16 aprel 2022-ci il tarixdə saat 21 radələrində evdən çıxmışdır. 16 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər olan müddət ərzində yaşadığı evə pəncərədən daxil olan naməlum şəxs, evindən 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd qədimi mis qazanları, 1 ədədinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 2 ədəd mis su qablarını, 1 ədədi 70 manat dəyərində soyuducunun matorunu, 1 ədədi 100 manat dəyərində elektrik qurğusunu, ümumi dəyəri 30 manat təşkil edən şirniyyatları oğurlayaraq, ona ümumlikdə 700 manat ziyan vurmuşdur. O, ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, Yeni Məhəllədə yarımçiq tikdiyi fərdi yaşayış evində sonuncu dəfə 25 fevral 2022ci ildə təmir işləri ilə məşğul olmuşdur, sonra ora getməmişdir. 28 fevral 2022-ci il tarixdə həmin evinə gəlmiş, dəhlizdə olan ikinci qapını açmaq istəməsinə baxmayaraq, qapı açılmamışdır. Sonradan qapını açıb evin içinə daxil olub baxdıqda oradan 200 manat dəyərində 1 ədəd preparator, 300 manat dəyərində 1 ədəd qaynaq aparatın, 170 manat dəyərində 1 ədəd direlin, hər bir topun qiyməti 65 manat olan 3 top 100 metrlik elektrik naqilin və divarlara çəkilmiş 2 top elektrik naqillərin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 995 manat ziyan dəymişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, təxminən 2 ildir Abşeron rayonu Masazır-Novxanı avtomobil yolunun kənarında yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə, saat 10-11 radələrində onun işlədiyi həmin metal qəbulu məntəqəsinə gələrək ona mis elektrik naqilləri və dəmir borunu 30 manata satmışdır. Təqsirləndirilən şəxs ona satdığı mis elektrik naqillərin və dəmir borunun özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Daha sonra 23 mart 2022-ci il tarixdə, saat 12 radələrində işlədiyi metal qəbulu məntəqəsində olduğu vaxt yanına gəlmiş Təqsirləndirilən şəxs ona 4 ədəd, hər birinin uzunluğu 2 metr olan, 50 diametrlik dəmir boruları 30 manata satdığını, ona satdığı həmin boruların özünə məxsus olduğunu dediyini, sonradan məntəqəyə gəlmiş polis əməkdaşlarından Təqsirləndirilən şəxs ona satdığı həmin 4 ədəd dəmir boruların oğurluq olduğunu eşitmişdir. O, ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən metal qəbulu məntəqəsində işləyir. Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs tanımasına baxmayaraq, aralarında heç bir narazılıq və ədavət olmamış və hazırda da yoxdur. 24 sentyabr 2021- ci il tarixdə, saat 17 radələrində məntəqədə işdə olduğu vaxt Təqsirləndirilən şəxs yük avtomobili ilə gətirdiyi metal qırıntılarını ona 100 manata satmışdır. Təqsirləndirilən şəxs həmin metal qırıntılarını yol kənarından satmaq məqsədi ilə yığdığını, ona məxsus olduğunu, bildirmişdir. Təqsirləndirilən şəxs ona satdığı həmin metal qırıntıların oğurluq olduğunu bilməmişdir. O, ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 may 2022- ci il tarixli 9/3202 nömrəti ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 04 ədəd hər biri 02 metr uzunluğunda, 50 mm diametri, divarının qalınlığı 2 mm olan dəmir boruların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 20,00 (4x5) manat müəyyən edilir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 məxsus oğurladığı əşyalardan aşkar edilmiş 04 ədəd hər biri 02 metr uzunluğunda, 50 mm diametri, divarının qalınlığı 2 mm olan dəmir borular Abşeron RPİ-də saxlanılır. İş üzrə Zərərçəkmiş şəxs3 16 may 2022-ci il tarixli ifadəsinə əsasən ona dəymiş ziyanın ümumilikdə 1155 manat olduğu nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 gün (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və o, cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları Əli xx.xx.2011-ci il, Kərim xx.xx.2011-ci il, Hüseyn xx.xx.2009-cu il tarixdə anadan olmuşlar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, qətimkan tədbirinin tələblərini pozduğu üçün Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan, Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 04 ədəd hər biri 02 metr uzunluğunda, 50 mm diametri, divarının qalınlığı 2 mm olan dəmir borular Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probarsiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 04 ədəd hər biri 02 metr uzunluğunda, 50 mm diametri, divarının qalınlığı 2 mm olan dəmir borular Zərərçəkmiş şəxs3 qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar