Məhkəmə qərarları › İş №1(012)-408/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-408/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-408/2023 28.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində yerləşən evlərinin qarşısında, ona satdığı iti icazəsiz olaraq həyətindən götürüb geri qaytarması ilə bağlı qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla qəsdən vuraraq, ona çeynəmə aktının pozulması ilə müşayiət olunan və üz nahiyəsinin asimmetriyası ilə nəticələnən sağ gicgahçənə oynağı nahiyəsinin, sağ yanaq nahiyəsi də əhatə olunmaqla iri ölçülü qançır-şişkinliyi (hematoması), sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol ağız bucağının sıynğından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. Təxminən 15-20 gün əvvəl Ceyhun həyətində saxladığı çoban itini satmaq fikri olduğunu ona bildirmiş, o isə həmin iti almaq istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ceyhun ona zəng edərək iti 150 manata satacağmı, 50 manat ödəyərsə qalan 100 manatı sonra verə biləcəyini ona demişdir. O isə öz növbəsində bu şərtlə razılaşmış və Ceyhun sözügedən iti onun həyətinə gətirmiş və 50 manat pulu aldıqdan sonra çıxıb getmişdir. Həmin gün saat 21 radələrində o, evdən çıxıb dükana getmiş, geri qayıtdığında isə itin həyətdə olmadığını görmüşdür. Bu zaman Ceyhun zəng edərək onu həyətinə çağırdığından o, iti Ceyhunun apardığım başa düşmüşdür. Bundan sonra onlar Ceyhunun evinin qarşısında görüşmüşlər. Söhbət əsnasında o, hansı səbəbdən ondan icazəsiz olaraq həyətindən iti götürüb apardığım soruşmuş və bu mövzuda davam edən söhbət zamam onlar arasmda mübahisə yaranmışdır. Həmin vaxt Ceyhun 50 manat pulu qaytarıb iti satmadığın demiş və onunla kobud tərzdə danışdığından o, əsəbiləşərək sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra isə oradan çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Təxminən 15- 20 gün əvvəl o, həyətində saxladığı çoban itini satmaq fikri olduğunu Xəqaniyə demiş, sonuncu isə həmin iti almaq istədiyini, lakin pulunu bir müddət sonra verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində, Xəqaniyə zəng edərək iti 150 manata satdığını və ilkin olaraq ondan 50 manat alacağım, qalan 100 manatı isə gözləyə biləcəyini demişdir. Xəqani də öz növbəsində bu şərtlə razılaşaraq onun ünvanına gəlmiş və 50 manat pulu ona verdikdən sonra iti götürüb çıxıb getmişdir. Təxminən 1-2 saatdan sonra o, Xəqanini küçədə görüb itə yeməyə nə verdiyini soruşmuş, sonuncu isə çiy ət verdiyini bildirmişdir. Onun bu sözündən sonra o, itə yaxşı baxmayacağı qənaətinə gəldiyindən həmin gün saat 21 radələrində Xəqaninin yaşadığı evin qapışma gedərək onu çağırmış, lakin Xəqani gəlməmişdir. Həmin vaxt it onun yanma gəldiyindən o, itini də götürüb evinə qayıtmışdır. Bir az sonra Xəqani onu səsləyib çağırdığından o, qapıya çıxmış və 50 manat pulu Xəqaniyə qaytarıb iti satmaq fikrindən daşındığını və onun da itə baxa bilməyəcəyini demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Xəqani gözlənilmədən onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra isə oradan çıxıb getmişdir. Buna görə də o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Hadisə 2-3 dəqiqə davam etmiş və həmin vaxt Xəqaniyə heç bir müqavimət göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 379 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – çeynəmə aktının pozulması ilə müşayiət olunan və üz nahiyəsinin asimmetriyası ilə nəticələnən sağ gicgah-çənə oynağı nahiyəsinin, sağ yanaq nahiyəsi də əhatə olunmaqla iri ölçülü qançır-şişkinliyi (hematoması), sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol ağız bucağının sıynğı küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş və sair.) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar