Məhkəmə qərarları › İş №1(012)-408/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-408/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-408/2024 01.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onn müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2, 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu, Yevlax şəhəri, X13 küçəsi, mənzil 27 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Tural, Turan, Nuran və Firat adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2023-cü il tarixdə saat 01 radələrində Şamaxı rayonu, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən X2 məxsus marketin qapısını istintaqa məlum olmayan alətlə sındırmaqla marketə qanunsuz daxil olaraq oradan 200 manat nağd pul və 100 manat dəyərində müxtəlif növ siqaretləri gizli olaraq talayıb, zərərçəkmiş X2 ümumilikdə 300 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Tural, Turan, Nuran və Firat adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində Şamaxı rayonu, Şamaxı şəhəri, Azərbaycan küçəsində yerləşən Zərərçəkmiş şəxs3 Elsəvər oğluna məxsus **-HP-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobildən bir ədəd “Pioner S1250” markalı maqnitafonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 Elsəvər oğluna 210 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Tural, Turan, Nuran və Firat adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2023-cü il tarixdə saat 02 radələrində Şamaxı rayonu, Şamaxı şəhəri, X12 küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus aptekin qapısını istintaqa məlum olmayan alətlə sındırmaqla aptekə qanunsuz daxil olaraq oradan bir ədəd 250 manat dəyərində kompyuter monitorunu və 20 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 270 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Kənan adlı şəxslə qabaqcandan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi topdan satış məntəqəsinə qanunsuz daxil olaraq oradan digər şəxslərlə birlikdə ümumi 148 manat dəyərində 04 blok “Winston” markalı, ümumi 114 manat dəyərində 03 blok “Kent” markalı, 28 manat dəyərində 01 blok “Pallmall” markalı, ümumi 840 manat dəyərində 30 blok “Rotmans” markalı və ümumi 2296 manat dəyərində 56 blok “Sobranie” markalı olmaqla, ümumilikdə 3426 manat dəyərində tütün məmulatlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 3426 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Kənan adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi topdan satış məntəqəsinə qanunsuz daxil olaraq oradan digər şəxslərlə birlikdə ümumi 148 manat dəyərində 04 blok “Winston” markalı, ümumi 114 manat dəyərində 03 blok “Kent” markalı, 28 manat dəyərində 01 blok “Pallmall” markalı, ümumi 840 manat dəyərində 30 blok “Rotmans” markalı və ümumi 2296 manat dəyərində 56 blok “Sobranie” markalı olmaqla, ümumilikdə 3426 manat dəyərində tütün məmulatlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 3426 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir, ittihamın mahiyyəti ona tam aydındır. 06 avqust 2023-cü il tarixdə o, Bakı və Xırdalan şəhərində yaşayan tanışları Tural, Turac, Turan, Nuran və Firat adlı şəxslərlə birlikdə istirahət etmək məqsədi ilə Şamaxı şəhərinə getmişdir. Onlar Şamaxı şəhərinə getdikdən sonra bir neçə gün Turalın qohumu Miri adlı şəxsin evində qalmışlar. Həmin evdə onlardan başqa heç kim yaşamamışdır. Onlar bir gün Şamaxı şəhərində qaldıqdan sonra növbəti gün, yəni 07 avqust 2023-cü tarixində Turac adlı şəxs valideynlərinin orada qalmasına icazə vermədiyini deyib Bakıya qayıtmışdır. O isə digər uşaqlarla birlikdə yenə də Şamaxı şəhərində qalıb istirahət etmişdir. 08 avqust 2023-cü il tarixində onlarən hamısı Şamaxı şəhərində qaldıqları evdə bir qədər yemək yeyib, spirtli içki qəbul etdikdən sonra gecə saatlarında, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə keçən gecə Şamaxı şəhərinə çıxıb gəzmək qərarına gəlmişlər. Onların qaldıqları evin yaxınlığında market olmuşdur. Hansı ki, həmin evdə yaşadıqları müddət ərzində nə lazım olsa həmin marketdan almışlar. 09 avqust 2023-cü il tarixdə təxminən saat 01:00 radələrində həmin marketin yanına çatarkən digər 04 nəfər şəxs yəni, Tural, Turan, Nuran və Firat həmin marketdən oğurluq etmək qərarına gəlmişlər. O, isə oğurluq etmək niyyətində olmadığı üçün kənarda gözləmişdir. Digər uşaqlar ilk əvvəl marketə yaxınlaşıb marketin plastik qapısının şüşəsini sındırmış və qaçaraq geri çəkilmişlər. Geri çəkilməklərinə səbəb isə qapının şüşəsinin sınarkən səs küyün çox olması olmuşdur. Bir qədər kənarda gözlədikdən sonra heç kimin gəlmədiyinə əmin olduqdan sonra təkrar marketə yaxınlaşmışlar. Turan, Nuran və Firat marketə daxil olmuş, Tural isə qapını açıb geri qayıtmışdır. Onlar marketə daxil olub çıxdıqdan sonra pul və 4-5 paçka siqaret götürdüklərini demişlər. Daha sonra yolla gedərkən uşaqlar pulu saydıqda oğurladıqları pulun 182 (yüz səksən iki) manat olması müəyyən olmuşdur. Bundan sonra onlar piyada olaraq Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “VİP” adlı marketin yanından keçərkən Nuran yolda dayanmış bir ədəd ağ rəngli Rusiya istehsalı olan markasını bilmədiyi bir avtomobilin qapısının bağlı olub-olmadığını yoxlamışdır. Həmin avtomobilin qapısı açıq olduğundan Nuran avtomobilin qapısını açmış və avtomobilin maqnitafonunu dartıb çıxarmışdır. Daha sonra onlar VİP marketin yaxınlığına gəlmiş və oradan da üzü aşağı istiqamətə gedən zaman yolun kənarında qapısı şüşəli aptek görüb həmin aptekin qapısını sındırıb oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdəndə Turan adlı şəxs aptekin qapısını sındırmaq üçün həmin aptekin şüşə qapısını silkələdikdə qapı sınmışdır. Həmin qapı sındıqdan sonra Nuran və Turan aptekə daxil olmuş, aptekin kassasından iki manat 80 qəpik pul olduğundan həmin pulu götürmüş, əlavə pul tapa bilmədiklərindən kompyuterin monitorunu və bir neçə dərman götürüb oradan qaçaraq çıxmışlar. Onlar qorxduqları üçün həmin aptekin yaxınlığındakı evin dam örtüyünə çıxmış və orada gizlənmişlər. Oğurladıqları kompyuter manitorunu və maqnitafonu dam örtüyündə gizlətmişlər. Bir qədər gizləndikdən sonra isə oradan düşüb yol ilə gedib qarşılarına çıxan iki üç ədəd Rusiya istehsalı olan avtomobillərin qapısını açaraq saxlanc yerlərinə baxıb pul olub-olmadığını yoxlamışlar. Lakin pul olmadığından həmin avtomobillərin qapısını bağlayıb oradan uzaqlaşmış və Şamaxı şəhərində avtovağzal dairəsi yaxınlığında bir neçə saat gəzdikdən sonra yol kənarında dayanmış, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı Mercedes markalı avtomobilin orta yaşlı sürücüsündən onları Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuşalr. Sürücü onları 50 manat müqabilidə apara biləcəyini dedikdə onlar razılaşmış və Xırdalan şəhərinə gəlmişlər. Həmin vaxtdan sonra o həmin uşaqlara rastlaşmamış və görüşməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 və Kənan adlı şəxsləri təxminən 3-4 il olar ki, tanıyır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Vüsal və Kənan onun Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşadığı məhəlləyə gəlib, onu yaşadığı mənzildən çağırmışlar. O, aşağı düşdükdən sonra üçlükdə bir qədər söhbət etmişlər. Təxminən bir saat söhbət etdikdən sonra çəkmək üçün siqaretləri, habelə siqaret almaq üçün pulları olmadığına görə o, Vüsal və Kənana oğurluq etmək barədə təklif etmişdir. Kənan və Vüsal oğurluğu haradan edəcəklərini soruşduqda o, Xırdalan şəhərində 119 adlanan ərazidə topdan satış məntəqəsi olduğunu, oraya daxil olmağın rahat olacağını demişdir. Bundan sonra hər üçü birlikdə Vüsalın idarə etdiyi motosikletə minib Xırdalan şəhərində 119 adlanan əraziyə getmişlər. Orada özləri ilə götürdükləri əlcək və maskaları taxdıqdan sonra növbə ilə hasardan aşaraq topdan satış məntəqəsinin həyətinə daxil olmuşlar. Daha sonra üçü birlikdə siqaretləri oradan tapdıqları qutulara yığmağa başlamışlar. Təxminən 60-70 blok müxtəlif markalarda siqaretlər götürdükdən sonra Vüsal və o topdansatış məntəqəsindən oradan tapdıqları nərdivanı istifadə etməklə tərk etmişlər. Kənan isə içəridə qalaraq bir az daha siqaret götürəcəyini demişdir. O, Vüsalla götürdükləri siqaretləri yaxınlıqdakı binanın giriş hissəsinə aparmışlar. Daha sonra Vüsalla birlikdə Vüsalın idarə etdiyi motosikletlə AAAF park yaşayış kompleksinə, onun yaşadığı binaya getmişlər. Oğurladıqları siqaretləri onun yaşadığı binaya aparmışlar. Həmin vaxt yolda Kənanla rastlaşmışlardır. Kənan topdansatış məntəqəsində mühafizəçi ilə rastlaşdığını, mühafizəçini aldadaraq oranı tərk etdiyini bildirdi. Bundan sonra onlar siqaretləri üçü arasında bölmüşdür. Ona çatan 15-20 blok siqaretin bir hissəsini özü çəkib, qalanını isə dostlarına paylamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini pula ehtiyacı olduğu üçün öz istəyi ilə etməsini, heç kəsin onu məcbur etmədiyini, hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəməsini və hadisəni törədən zaman yetkinlik yaşına çatmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. Rusiya Federasiyasında doğulsa da, təxminən 8-9 yaşından Xırdalan şəhərində yaşamışdır. Xırdalan şəhər 9 nömrəli orta məktəbin 11-ci sinfini 2020-ci ildə bitirmişdir. Kənan və Rauf adlı şəxsləri təxminən 3-4 il olar ki, tanıyır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, Kənanla birlikdə AAAF park yaşayış kompleksinə Raufun yaşadığı məhəlləyə gedib Raufu evdən çağırmışdır. Rauf aşağı düşdükdə onlar üçlükdə bir qədər söhbət etmişdir. Təxminən saat 04 radələrində siqaretləri qurtardığından və siqaret almaq üçün pulları olmadığından Rauf ona və Kənana oğurluq etmək barədə təklif etmişdir. Onlar Raufun təklifi ilə razılaşıb haradan oğurluq edəcəklərini soruşmuşlar. Rauf Xırdalan şəhərində yerləşən topdan satış məntəqsinin oğurluq etmək üçün əlverişli olduğunu bildirmişdir. Daha sonra üçü birlikdə onun idarə etdiyi motosikletə minib Xırdalan şəhərində 119 adlanan əraziyə getmişlər. Orada onlar üzlərinə maska taxdıqdan sonra hasardan aşaraq topdan satış məntəqəsinin həyətinə daxil olmuşlar. İçəridə təxminən 25-30 dəqiqə ərzində siqaretləri yığmağa başlamışlar. Həmin vaxt o, bir ədəd “Redbull” içkisi də götürüb içmişdir. Daha sonra o, Raufla birlikdə böyük qutulara yığdığı siqaretləri götürüb topdansatış məntəqəsini tərk etmişlər. Kənan isə orada qalaraq bir az daha siqaret götürəcəyini demişdir. Onlar Raufla oradan çıxdıqdan sonra birlikdə yaxınlıqdakı binanın blokuna girmişlər. Siqaretləri, maska və əlcəkləri çıxardıb orada tulladıqdan sonra blokdan çıxmış və yaxınlıqda saxladıqları motosikleti götürərək təzədən oraya qayıtmış və siqaretləri götürüb AAAF park yaşayış kompleksində Raufun yaşadığı binaya getmişlər. Yolda onlar Kənanla rastlaşdıqda Kənan içəridə mühafizəçi ilə qarşılaşdığını və mühafizəçini aldadaraq çıxıb qaçdığını bildirmişdir. Bundan sonra hər üçü birlikdə AAAF park yaşayış kompleksinə getdikdən sonra təxminən 80-90 blok siqareti aralarında bölmüşlər. Kənan ehtiyacı olduğunu bildirərək siqaretin çox hissəsini götürmüşdür. Ona və Raufa hərəsinə təxminən 15-20 blok siqaret düşmüşdür. O, özünə düşən siqaretləri yaşadığı məhəllədə gizlətmiş, təxminən bir ay ərzində istifadə edib qurtarmışdır. Həmin vaxtdan sonra nə Raufu, nə də Kənanı heç vaxt görməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsində icarə əsasında topdan satış məntəqəsi işlədir. Təhlükəsizlik məqsədi ilə gecələr də orada qalır. 01 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində səsə oyanıb binaya baxış keçirmək qərarına gəlmişdir. Həmin vaxt bir nəfər gənc oğlanla qarşılaşmış, həmin şəxs əlində elektroşok cihazı olduğunu bildirərək ondan getməsi üçün yol verməyini tələb etmişdir. Daha sonra əlindəki torbanı yerə qoyaraq heç nə aparmayacağını, sadəcə getmək istədiyini bildirmişdir. O, həm qorxduğu üçün, həm də həmin şəxsin heç nə aparmadığını fikirləşdiyindən yolundan çəkilmişdir. Daha sonra təhlükəsizlik kameralarına baxdıqda həmin şəxslərin üç nəfər olduğunu və topdan satış məntəqəsindən ona məxsus ümumi 148 manat dəyərində 04 blok “Winston” markalı, ümumi 114 manat dəyərində 03 blok “Kent” markalı, 28 manat dəyərində 01 blok “Pallmall” markalı, ümumi 840 manat dəyərində 30 blok “Rotmans” markalı və ümumi 2296 manat dəyərində 56 blok “Sobranie” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Buna görə də baş vermiş hadisə barədə Abşeron RPİ-nə və DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3426 manat maddi ziyan dəymişdir. Sonradan hadisəni törədən şəxslər müəyyən edilmiş, dəymiş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxslərlə barışmışdır. Hər hansı iddia və tələbi, həmçinin şikayəti yoxdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərərçəkmiş şəxs X3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onun Şamaxı şəhərində, Hüseyn Ciddi küçəsində özünə məxsus marketi vardır. 09 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində evdə olarkən qonşuları ona zəng edərək marketin qapısının sındırıldığını bildirmişlər. Dərhal marketə getmiş və qapının sındığını gördükdə DİN-nin 102 xidməti zəng mərkəzi siteminə zəng edərək məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Şamaxı RPŞ-nin əməkdaşları oraya yaxınlaşmış və birlikdə marketə baxış keçirmişlər. Baxış zamanı ona məlum olmuşdur ki, marketdən 200 manat nağd pul və ümumi 100 manat dəyərində müxtəlif markalı siqaretlər oğurlanmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Zərərçəkmiş şəxs3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus **-HP-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobili vardır. Həmin avtomobili 08 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 6 ünvanında kirayədə yaşadığı evin qarşısında saxlayaraq evə getmişdir. 09 avqust 2023-cü il tarixdə saat 08:00 radələrində yuxudan durub işə gedərkən avtomobili işə saldıqdan sonra maqnitofonu qoşmaq istədikdə yerində olmadığını aşkar etmiş, buna görə də bu barədə İN-nin 102 xidməti zəng mərkəzi siteminə zəng edərək məlumat vermişdir. Həmin maqnitofon Pioner S1250 markalı olmaqla 210 manat dəyərində olmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Zərərçəkmiş şəxs2 2023-cü ilin fevral ayından Şamaxı şəhərində yaşayır və əczaçılıq fəaliyyəti ilə məşğul olur. Şamaxı şəhəri, X12 küçəsində yerləşən apteki icarə əsasında işlədir. 09 avqust 2023-cü il tarixdə tanışları ona aptekin qapısının şüşəsinin sındırıldığını demişdir. Aptekin qapısı ümumilikdə şüşədən ibarətdir. Aptekə gedib qapısının sındığını gördükdə Şamaxı RPŞ-yə bu barədə məlumat vermiş, polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə baxış keçirdikdə aptekdən 20 manat pulun və bir ədəd 250 manat dəyərində kompyuter monitorunun oğurlandığını aşkar etmişdir. Bundan başqa şüşənin sınması nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 təxminən iki-üç il olar ki, tanıyır. Yaxın münasibətləri olmasa da ara-bir Xırdalan şəhərində yerləşən parkda görüşüb söhbət etmişlər. 06 avqust 2023-cü il tarixdə O, Rauf və Xırdalan şəhərindən tanıdığı Turan, Tural, Nuran və Firat adlı şəxslər birlikdə Şamaxı rayonuna istirahətə getmək barədə razılaşmışlar. Həmin gün hərəsi 20-30 manat pul yığaraq taksi ilə Şamaxı rayonunun hazırda adını xatırlamadığı kəndinə getmişlər. Orada Turalın ya da Turanın qohumu Miri adlı şəxsə məxsus evdə bir neçə gün birlikdə qalmışlar. Rauf, Turan, Tural, Nuran və Firat adlı şəxslər hər gün spirtli içki içdiyi üçün o, yaşadığı Xırdalan şəhərinə qayıtmaq qərarına gəlmişdir. Buna görə də 08 avqust 2023-cü il tarixdə günorta saatlarında oradan çıxıb getmişdir. Digər uşaqların oğurluq etməsindən isə xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 13 avqust 2023-cü il tarixdə, saat 20:05 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Şamaxı Rayon Məhkəməsinin 4(074)-62/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut kimi tanınma haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən aptekdən xx.xx.2023-cü il tarixdə oğurlanmış “BENQ” markalı kompyuter monitoru maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsinin tərkib əlamətləri olduğundan fakta bağlı ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Qanuni nümayəndənin təyin edilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 ********* nömrəli cinayət işi üzrə məhdud fəaliyyət qabiliyyətli oğlu xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində təyin edilmişdir. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 08 sentyabr 2023-cü il tarixdə, saat 15:00 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Qətimkan tədbiri seçmək barədə” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı Rayon Polis Şöbəsində istintaq olunan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsiə dair ********* saylı cinayət işi sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icaatda birləşdirilməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla istintaqı davam etdirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və tutulmasına dair” 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olumuşdur. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 11 oktyabr 2023-cü il tarixdə, saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-758/2024 saylı 13 oktyabr 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında vəsatət təmin olunmuş və Təqsirləndirilən şəxs2 barəsində 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-951/2024 saylı 07 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılması barədə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nəsimi Məhərrəmovun vəsatəti və vəsatətə əlavə olunmuş Abşeron rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Aslan Surxayevin təqdimatı təmin edilməmiş və Təqsirləndirilən şəxs2 barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri 28 dekabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 oktyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. -Məhkəmə iclasında oğurluqların qeydə alındığı 3 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin ittiham aktında qeyd edilən epizodlar üzrə mağaza və aptekdən oğurluq etmələri müəyyən edilir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadiəsi, digər zərərçəkmiş şəxslər və şahidlərin elan olunmuş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatsa da, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə yetkinlik yaşına çatdığı qanuni nümayəndənin səlahiyyətlərinə xitam verilmişdir. Lakin barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan vaxtı cinayət əməlini törətdiyi üçün cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Qeyd olunduğu kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda isə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş olan əməl az ağır cinayətlər kateqoriyasına aid olmaqla, dəymiş zərər ödənilmişdir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət əməlinin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini,cinayət törədərkən yetkinlik yaşına çatmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış evini tərk etməmək, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatsa da, Cinayət Prosessual Məcəllənin 170.8-ci maddəsinə əsasən barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş şəxs 18 yaşına çatdıqda və nəzarəti həyata keçirməli olan şəxslər onu lazımi nəzarət altında saxlamaq vəzifəsini davam etdirmək iqtidarında olduqlarını bildirdikdə qətimkan tədbiri dəyişdirilmir, odur ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək – 2 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 8 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 9 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, 27 (gün) və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 20 gün ev dustaqlığında saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 5 ay 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə hazırlıq iclası keçirilən zaman Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirilmədiyindən, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 50 saat üçün nəzərdə tutulan 300 manat və digər Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək – 2 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 8 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Sumqayıt şəhər Probasiya qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, 27 (gün) və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 20 gün ev dustaqlığında saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 5 ay 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (iki) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 9 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Sumqayıt şəhər Probasiya qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi2 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar