Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-408/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.2000-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməkli, əvəllər məhkum olunmamış, Qusar rayonu Əcəxur kəndində qeydiyyatda olmaqla,Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yeni tikilidə kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasınınvətəndaşı, evli, ali təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Qusar rayonu Əcəxur kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 18, mənzil 30-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Qusar rayonu Əcəxur kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi ev7A, mənzil 46-da kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 23 mart 2024-cü il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Məkan11” adlı kafedə yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edib həmin kafedə işləyən Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, kafenin çıxış hissəsində olan dəmir barmaqlığı sındırıb kafenin qarşısında ictimai yerdə, ətrafda olan şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs1 və qardaşı İmranı yumruqla vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə təpiklə bədənlərinin müxtəlif nahiyələrinə vurub döyərək Zərərçəkmiş şəxs2 sol əlin və sağ dizin oynağı nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs1 isə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, sağ qaşın bayır səthinin əzilmiş-cırılmış yarası, sol gözaltı nahiyənin və sol sağ çiyin qurşağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 23 mart 2024-cü il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Məkan11” adlı kafedə yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edib həmin kafedə işləyən Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, kafenin çıxış hissəsində olan dəmir barmaqlığı sındırıb kafenin qarşısında ictimai yerdə, ətrafda olan şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və qardaşı İmranı yumruqla vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə təpiklə bədənlərinin müxtəlif nahiyələrinə vurub döyərək Zərərçəkmiş şəxs2 sol əlin və sağ dizin oynağı nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs1 isə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, sağ qaşın bayır səthinin əzilmişcırılmış yarası, sol gözaltı nahiyənin və sol sağ çiyin qurşağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 23 mart 2024-cü il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Məkan11” adlı kafedə yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edib həmin kafedə işləyən Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, kafenin çıxış hissəsində olan dəmir barmaqlığı sındırıb kafenin qarşısında ictimai yerdə, ətrafda olan şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və qardaşı İmranı yumruqla vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə təpiklə bədənlərinin müxtəlif nahiyələrinə vurub döyərək Zərərçəkmiş şəxs2 sol əlin və sağ dizin oynağı nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs1 isə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, sağ qaşın bayır səthinin əzilmişcırılmış yarası, sol gözaltı nahiyənin və sol sağ çiyin qurşağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 20 radələrində həmyerliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Xırdalan şəhərində Texnikomun yanında yerləşən “Məkan” adlı kafeyə getmişlər.Kafedə əyləşib pivə içmişlər, o, digərlərindən çox içmişdir. Təxminən saat 23 radələrində hesabı istəmişlər. kafedə işləyən İmran adlı şəxs hesabı gətirmiş, lakin onlar hesabın artıq olduğunu bildirdikdə bu səbədən aralarında mübahisə yaranmışdır. İmran kafenin dəmi rbarmaqlıqlarını bağlayıb qardaşını çağırmış, İmranın qardaşı Rövşən adlı şəxs gəlib onlara qarşı nalayiq ifadələr işlətmiş və Ravidə yumruq atmışdır, Ravid əməliyyatdan təzə çıxdığına görə o, narahat olub Rövşəni yumruqla vurub yerə yıxmışdır. Sonra dəmirbarmaqlığı sındırıb küçəyə çıxmışlar və orada dava-dalaş başlamışdır, Ravidlə o, Rövşən və qardaşı İmranı təpik və yumruqla vurub döymüşlər , Murad kənarda dayanmış, dava zamanı Murad heç kimə əlqol atmamışdır. Ətrafda olan tanımadığı şəxslər araya girib onları sakitləşdirmişdir. Bir qədər sonra hadisə yreinə post-patrul maşını gəlmiş, polis əməkdaşları onları avtopatrul maşını ilə Abşeron rayon Polis idarəsinə aparmışdır. İdarədə sonra sərxoşluq müayinəsindən keçmişlər, yüngül dərəcəli sərxoş olduğuqları müəyyən olunmuşdur. Sonradan onlar zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışlar. Hazırda Rövşən və İmranın onların barəsində şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 23 mart 2024cü il tarixdə saat 20 radələrində həmyerliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Xırdalan şəhərində Texnikomun yanında yerləşən “Məkan” kafesinə getmişlər. Kafedə əyləşib pivə içmişlər, təxminən saat 23 radələrində hesabı istəmişlər. Kafedə işləyən İmran adlı şəxs hesabı gətirmiş lakin onlar hesabın artıq olduğunu bildirmişlər və mübahisə yaranmışdır. İmran kafenin dəmirbarmaqlıqlarını bağlayıb qardaşını çağırmış, İmranın qardaşı Rövşən adlı şəxs gəlib onlara qarşı nalayiq ifadələr işlətmiş və ona tərəf yumruq atmışdır, o, əməliyyatdan təzə çıxdığına görə Şənlik əsəbləşmiş və Şənlik Rövşəni vurub yıxmışdır, sonra dəmir barmaqlığı sındırıb küçəyə çıxmışlar və orada dava-dalaş başlamışdır, Şənliklə o, Rövşən və qardaşı İmranı təpik və yumruqla vurub döymüşlər, Murad kənarda dayanmış, dava zamanı Murad heç kimə əl-qol atmamışdır. Ətrafda olan tanımadığı şəxslər araya girib onları sakitləşdirmişdir. Bir qədər sonra ora post-patrul maşını gəlmiş. Polis əməkdaşları onları avtopatrul maşını ilə Abşeron rayon Polis idarəsinə aparmışlar. İdarədə sonra onları sərxoşluq müayinəsinə aparmışlar. Yüngül dərəcəli sərxoş olduqları müəyyən olmuşdur. Sonradan onlar zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və barışmışlar. Hazırda Rövşən və İmranın onların barəsində şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 20 radələrində həmyerliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Xırdalan şəhərində yerləşən kafeyə getmişlər. Kafedə əyləşib yeyib içdikdən sonra təxminən saat 23 radələrində hesabı istəmişlər. Kafedə işləyən adı sonradan ona məlum olan İmran adlı şəxs hesabı gətirmiş, lakin onlar hesabın artıq olduğunu bildirmişlər və mübahisə yaranmışdır. İmran kafenin dəmirbarmaqlıqlarını bağlayıb gedib qardaşını çağırmış İmranın qardaşı adı sonradan ona məlum olan Rövşən adlı şəxs gəlib onlara qarşı nalayiq ifadələr işlətmiş və onlara əl-qol atmış Şənlik Rövşəni vurub yıxmış, sonra dəmir barmaqlığı sındırıb küçəyə çıxmışlar, küçədə Şənliklə Ravid kafenin işçiləri ilə dalaşmağa başlamışlar. O, və ətrafda olan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirmişdir. Bir qədər sonra ora polis əməkdaşları gəlmiş, Polis əməkdaşları onları avtopatrul maşını ilə Abşeron rayon Polis idarəsinə aparmışdır. Daha sonra onları sərxoşluq müayinəsinə aparmışlar, yüngül dərəcəli sərxoş olduqları müəyyən olmuşdur. Onlar hamısı pivə içmişlər. Hadisə zamanı o kimsəyə xəsarət yetirməmişəm, heç kimi vurmamışdır, dalaşanları aralaşdırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarından qardaşı Zərərçəkmiş şəxs2 Xırdalan şəhəri Texnikomun yanında yerləşən “Məkan 110” adlı kafeni icarə əsasında işlədir. 23 mart 2024-cü il tarixdə saat 23 radələrində evdə olarkən qardaşı İmran ona zəng edib təcili kafeyə gəlməsini istəmişdir. O, dərhal kafeyə getdikdə, İmranın kafenin qarşısında dayandığını görmüş nə baş verdiyini soruşduqda İmran kafedə oturan müştərilərlə hesab üstündə mübahisə düşdüyünü bu səbəbdən kafenin dəmir barmaqlığını bağlayıb çıxıb çöldə gözlədiyini bildirmişdir. O, həmin şəxslərdən nə səbəbə hesabı vermədiklərini soruşduqda onlar əcəb etdiklərini deyib söyüş söymüşlər, o da qarşılıq verdikdə onların arasından adı sonradan ona məlum olan Şənlik adlı şəxs təpiklə sinəsindən vurmuş o, arxaya tərəf yerə yıxılmış, sonra dəmir barmaqalığı sındırıb onların üzərinə cummuşlar və onları döyməyə davam etmişlər. O, yerdə olarkən yenədə təpiklə üz və bel nahiyələrindən vurub xəsarət yetirmişlər. Bir qədər sonra ətrafda olan şəxslər və hadisə yerinə polis əməkdaşları gəlib onları aralaşdırmışdır və onları Abşeron Polis İdarəsinə aparmışlar. İdarədə onlar ərizə və izahat yazmışlar. Onun baş nahiyəsində xəsarət olduğundan təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslər onlara dəyən ziyanı ödəmişlər, aralarında barışıq əldə olunmuşdur.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarından Xırdalan şəhəri Texnikomun yanında yerləşən “Məkan 110” adlı kafeni icarə əsasında işlədir. 23 mart 2024-cü il tarixdə saat təxminən 16 radəllərində əvvəllər də kafeyə müştəri qismində gəlmiş Ravid Şənlik və yanlarında olan şəxslər kafeyə gəlib əyləşmişlər. Təxminən saat 22 radələrində hesabı istəmişlər onlar artıq sərxoş vəziyyətdə olmuşdur. O, hesabı verdikdə 100 manatdan artıq hesabın çox olduğunu bildirib onunla mübahisə etmişlər və qeyri-etik sözlər işlətməyə başlamışlar. O, kafedə tək olmuş başqa da müştəri olmamışdır. Onların içkili olduğunu görüb dava –dalaş olmaması üçün kafenin qapısının dəmir barmaqlığını kilidləyib qardaşı Rövşənə və 102 xidmətinə zəng vurmuşdur. Rövşən gəldikdən sonra nə baş verdiyini soruşmuş olanlar barədə Rövşənə danışmışdır. Rövşən müştərilərdən nə səbəbə hesabı vermədiklərini soruşduqda onlar əcəb etdiklərini deyib söyüş söymüşlər və Şənlik təpiklə Rövşənin sinəsindən vurmuşdur, Rövşən arxaya tərəf gəlib ona dəymiş və hər ikisi yerə yıxılmışdır. Sonra dəmir barmaqalığı sındırıb onların üzərinə cummuş və döyməyə başlamışlar. O bir təhər ayağa qalxıb kənara çəkilə bilmiş, onlar Rövşəni vurmağa davam etmişlər. Ətrafda olan şəxslər və hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə onları aralaşdırmışlar. Dahs sonra onları Abşeron Polis İdarəsinə aparmışlar, idarədə ərizə və izahat yazmışlar. Təqsirləndirilən şəxslər onlara dəyən ziyanı ödəmişlər, aralarında barışıq əldə olunmuşdur.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə dindirilərkən zərərçəkənlər hadisə zamanı Təqsirləndirilən şəxs3 da onlara xəsarət yetirdiyini bildirmişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə Xırdalan şəhərində həmkarı Şahid2la birlikdə avpatrul maşını ilə xidmətdə olarkən Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Texnikomun yanındakı “Məkan11” kafesinin qarşısında vətəndaşların əlbəyaxa olub dalaşdıqlarını görmüşlər, dərhal onlara yaxınlaşıb sakitləşmələrini tələb edib ayırmışlar. Müəyyən olmuşdur ki, kafeni işlədənlərlə müştərilər arasında hesab üstündə mübahisə baş verib. Onlar hadisə yerinə çatdıqda adı sonradan mənə məlum olan Zərərçəkmiş şəxs1 yerdə olduğunu digərlərinin ona xəsarət yetirdiyini görmüşlər, Rövşənin üzü qan olmuşdur. Həmin şəxsləri avtopatrul maşını ilə idarəyə gətirib təhvil vermişlər və raportla müraciət etmişlər. İdarədə müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1dur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş ş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 həmkarı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 mart 2024cü il tarixdə saat 22:56-da Təqsirləndirilən şəxs2 kafenin giriş qapısının dəmir barmaqlığı bağlı vəziyyətdə İmran və Zərərçəkmiş şəxs1 qardaşları ilə sözlü mübahisə edir daha sonra Təqsirləndirilən şəxs1 ora gəlib əlindəki siqarəti irəliyə doğru atır, Təqsirləndirilən şəxs3 da gəldikdən sonra birlikdə dəmir barmalığı qırmağa başlayırlar və kafedən küçəyə çıxırlar, hadisə vaxtı qaranlıq vaxtı olduğundan həmçinin mübahisənin baş verdiyi yer kameranın görüntü dairəsindən kənarda olduğundan küçədə baş vermiş mübahisə görünməsə də, hadisənin başqa şəxslərin gözü qarşısında baş verdiyi, avtomobillərin hərəkətinin dayandığı görünür. Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 568 saylı tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin və sağ dizin oynağı nahiyyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 569 saylı tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması, sağ qaşın bayır səthinin əzilmişcırılmış yarası, sol gözaltı nahiyənin və sol sağ çiyin qurşağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxslərin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 28 saylı əlavə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması və sağ qaşın bayır səthinin əzilmiş-cırılmış yarası ayrı-ayrıılıqda qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər -sol gözaltı nahiyənin, sol sağ çiyin qurşağı nahiyəsinin qançırları və sağ dirsək oynağı nahiyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Alkoqol qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yüngül dərəcəli sərxoş olmuşlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 mübahisə zamanı kimsəyə xəsarət yetirməməsi barədə dəlillləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, video görüntülərə ,baxış protokolu və məhkəmə-tibbi ekspertiza rəyləri ilə təkzib edilir. Onunifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdırlar. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal zərərçəkənlərlə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal zərərçəkənlərlə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal zərərçəkənlərlə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmalarını mümkün sayır. Buna görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir.xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hər üç təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından tutulduğu 02 gün CM-nin 68.1.1-1 maddəsinə əsasən 04 gün müddətə bərabər hesab olunmaqla cəzasından 04 gün çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4,Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2,Təqsirləndirilən şəxs3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə məhkəmədə 30 saat üçün nəzərdə tutulan 330 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD diski sübut qismində işdə saxlanmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaqda şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, CM-nin 68.1.1-2 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, cəzasını yaşayış yeri üzrə çəksin, cəzasının icrası müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Qusar rayon İcra Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, cəzasını yaşayış yeri üzrə çəksin, cəzasının icrası müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Qusar rayon İcra Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Qusar rayonu Əcəxur kəndində fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, cəzasını yaşayış yeri üzrə çəksin, cəzasının icrası müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 Qusar rayon İcra Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD diski sübut qismində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5,Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2,Təqsirləndirilən şəxs3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə 30 saat üçün nəzərdə tutulan hər birinə 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-408/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-408/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver