Məhkəmə qərarları › İş №1(012)-409/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-409/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-409/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qarakişi oğlunun, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Ağcəbədi rayonu, Yeni Qaradolaq kəndindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Qazax rayonu Soflu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Stansiya Sumqayıt yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində Xırdalan şəhərinin ərazisi olan Xırdalan dairəsində yerləşən “999” adlanan avtomobillərin ehtiyyat hissələri mağazasının qarşısında qardaşı Şahid idarə etdiyi “Opel” markalı, 50DL325 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qsimində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Qarakişi oğluna idarə etdiyi “Mersedes” markalı, 99CA501 dövlət qeydiyyat nişanlı avtomobilini yolun hərəkət hissəsində saxlamasını cuzi bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ilə mübahisə edərək, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əli ilə bir dəfə yumruq zərbəsi vuraraq ona sol yanaq və üst dodaq nahiyyəsinin qançır – şişkinlik halında əzilməsi, hərəkət məhdudluğu ilə, üst dodağın və ağız boşluğunun selikli qişasının əzilmiş yaraları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngülzərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə qardaşı Elmidarın həyat yoldaşı Zərifəni özünə məxsus “Opel” markalı, 50DL325 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə Zərifəni yaşadığı ünvana aparmışlar.Avtomobilini qardaşı Elmidar idarə etmişdir. Saat 13 radələrində Xırdalan dairəsindən Bakı şəhəri istiqamətinə gedəndə Xırdalan dairəsində tıxac olduğunu görmüşdür. Buna görə də qardaşı avtomobili əsas yolla yox, köməkçi yolla idarə etməyə başlamışdır. Köməkçi yoldan əsas yola, yəni Xırdalan dairəsinə çıxanda orada “999” adlanan avtomobil ehtiyyat hissələri satışı mağazasının qarşısında dayanmış, taksi fəaliyyəti ilə məşğul olan “Mersedes” markalı, 99CA501 dövlət qeydiyyat nişanlı avtomobilin yolun çıxışını kəsdiyini görmüşdür. Həmin avtomobilin sürücüsünə onlara yol verməsini demişdir. Həmin avtomobilin sürücüsü, sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara başqa yolla hərəkət etməyi deyərək, nalayıq ifadə işlətmişdir. Bundan sonra avtomobildən düşərək və həmin avtomobilin sürücüsü Rasimə yaxınlaşaraq avtomobildə qadın olduğunu nalayıq ifadə işlətməsinə görə irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı bir dəfə yumruqla Rasimin sifət nahiyyəsinə zərbə vurmuşdur. Avtomobildən düşən qardaşı və orada olan tanımadığı şəxslər onları ayırmışlar.Avtomobilə oturub, oradan yoluna davam etmişlər. Onların mübahisəsi təxminən 10 dəqiqə davam etmiş, ətrafda çoxlu tanımadığı adamlar olmuş və ətrafda olan adamlar da bu mübahisə və dalaşmanı görmüşlər.Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qarakişi oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mersedes” markalı, 99CA501 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.Əsasən də Xırdalan dairəsində yerləşən “999” adlı avtomobil ehtiyyat hissələri mağazasının qarşısında dayanıb oradan müştəriləri sifariş etdikləri ünvanlara aparır. xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində həmişə dayandığı yerdə avtomobili ilə dayanıb müştəri gözləmişdir. Bu zaman qeydiyyat nömrəsini görmədiyi bir “Opel” markalı avtomobilin sürücüsünün avtomobillə köməkçi yoldan əsas yola çıxmaq istədiyini görmüşdür. Həmin avtomobildə qabaq oturacaqda oturan adını sonradan bildiyi Nahid ona qışqıra-qışqıra avtomobili nəyə görə orada saxladığını və avtomobilimi kənara çəkməyini demişdir. Avtomobilini kənara çəkib onlara yol verəndən sonra Nahiddən nə üçün qışqırdığını, sakit şəkildə söz deməsini bildirmişdir. Bundan sonra Nahid avtomobildən yerə düşərək ona yaxınlaşıb, onunla mübahisə edərək onu nalayıq ifadələrlə təhqir etmişdir. “Opel” markalı avtomobilin sürücüsü və ətrafda olan şəxslər Nahidi ondan aralaşdırmaq istəmişlər.Bu zaman Nahid qəfildən qarşılıqdan istifadə edərək yumruqla bir dəfə sifət nahiyyənə zərbə vurmuşdur.Ondan sonra həmin avtomobilə oturub və sürücü də avtomobili idarə edərək oradan getmişlər. Onların mübahisəsi təxminən 10 dəqiqə davam etmiş, ətrafda çoxlu tanımadığı adamlar olmuş və ətrafda olan adamlar da bu mübahisə və dalaşmanı görmüşlər. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı Zərifəni qardaşı Nahid məxsus “Opel” markalı, 50DL325 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə Zərifəni yaşadığı ünvana aparmışdır. Qardaşı Nahidə məxsus “Opel” markalı avtomobili özü idarə etmiş,saat 13 radələrində Xırdalan dairəsindən Bakı şəhəri istiqamətinə gedəndə Xırdalan dairəsində tıxac olduğunu görmüşlər. Buna görə avtomobili əsas yolla yox, köməkçi yolla idarə etməyə başlamışdır. Köməkçi yoldan əsas yola, yəni Xırdalan dairəsinə çıxanda orada taksi fəaliyyəti ilə məşğul olan “Mersedes” markalı, 99CA501 dövlət qeydiyyat nişanlı avtomobilin yolun çıxışını kəsdiyini görmüşdür. Nahid həmin avtomobilin sürücüsünə onlara yol verməyini demişdir. Lakin həmin avtomobilin sürücüsü, sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara başqa yolla hərəkət etməyi demişdir. Həmçinin Nahidə nalayıq ifadə işlətmişdir. Bundan sonra Nahid avtomobildən düşərək və həmin avtomobilin sürücüsü Rasimə yaxınlaşaraq avtomobildə qadın olduğunu nalayıq ifadə işlətməsinə görə irad bildirmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, mübahisə zamanı Nahid bir dəfə yumruqla Rasimin sifət nahiyyəsinə zərbə vurmuşdur. Tez avtomobildən düşüb və orada olan tanımadığı şəxslərlə onları ayırmışlar. Nahidi avtomobilə oturdub, oradan yollarına davam etmişlər. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, ətrafda çoxlu tanımadığı adamlar olmuş və ətrafda olan adamlar da bu mübahisə və dalaşmanı görmüşlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 174saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Qarakişi oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol yanaq və üst dodaq nahiyyəsinin qançırşişkinlik halında əzilməsi, hərəkət məhdudluğu ilə, üst dodağın və boşluğunun selikli qişasının əzilmiş yaraları bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt şəhər 23 saylı MKS-in xasiyyətnaməsindəngörünürki,Təqsirləndirilən şəxsyaşayış yeri üzrə müsbət xarakterizəolunur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə azad edilərək, Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. MəhkəməTəqsirləndirilən şəxs təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının 10-dan 2020-ci ilin iyun ayının 11-dək tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 12 saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının 10-dan 2020-ci ilin iyun ayının 11-dək tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 12 saat göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar