Məhkəmə qərarları › İş №1(012)-41/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-41/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-41/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MTK-in nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi5 iştirakı ilə, xx.xx.1967-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində hazırda işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 04.06.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin baş mühasibi vəzifəsində hazırda işləyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 04.06.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək 2018-ci ilin oktyabr-noyabr aylarında "xxxx" MTK-nın təsisçiləri olan Şahid2 və Şahid3 ilə sonuncu müəssisənin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanındakı ofisində görüşərək, danışıq əsnasında özlərində olan ümumilikdə 50.000 manat dəyərində tikintidə istifadə olunan metal ləvazimatını (dəmir armaturu) onlara "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilən binadan eyni dəyərdə hər hansı mənzillə natura şəklində dəyişə biləcəklərini belə niyyətləri olmadan yalandan deyib aldadaraq, yaranmış etibarlı münasibətdən sui-istifadə edib Şahid2 və Şahid3 binanın 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilin həmin armaturun qarşılığında özünə veriləcəyi barədə razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs2la əvvəlcədən planlaşdırılmış cinayətkar niyyətə uyğun hərəkət edərək 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə vəşəraitdə sonuncu vasitəsilə tanıdığı cinayətdən xəbərsiz olanŞahid5 guya mülkiyyətçisi olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 2 otaqlı mənzili ona 50.000 manata, o cümlədən 41000 manat dəyərində istintaqla müəyyən edilməyən müxtəlif formada, əyyarda vəçəkidə qızıl məmulatları, 9000 manat nağd pul verilməsi qarşılığında satılması ilə bağlı razılaşıb Şahid5 29.01.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilən "xxxx" MTK-ın binasının qarşısında razılaşdıqları kimi ümumilikdə 50.000 manat dəyərində qızıl-zinyət əşyalarını və nağd pulu alaraq, sonuncu ilə birlikdə mənzilin alqı-satqısı üçün "xxxx" MTK-ın qeyd olunan ünvanda yerləşən ofisinə gəlib, həmin mənzilin Şahid5 adına sənədləşməsini Şahid2 və Şahid3 xahiş etməklə, sonuncular isə yaranmış etibarlı münasibətə görəəvvəlcədən hər hansı məbləğdə armatur almadan və qrupun cinayətkar niyyətindən məlumatları olmadan 29.01.2019-cu il tarixdə ofis otağında göstərilən ünvanda yerləşən binanın 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilin 50.000 manat müqabilində Şahid5 təqdim edilməsi, dəyərin müqavilə bağlanan tarixdə tam ödənilməsi ilə bağlı 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə, habelə 50.000 manatın ödənilməsi barədə eyni tarixli kassa mədaxil orderinin MTK tərəfindən sonuncuya təqdim edilməsinə nail olmaqla faktiki olaraq mənzilin 50.000 (əlli min) manat məbləğində dəyərinin Şahid5 tərəfindən Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə özünə əvvəlcədən ödənilməsinə baxmayaraq MTK-ya müvafiq mənzilə görə heç bir məbləğdə pul ödəməyərək və ya hər hansı metal material (armatur) vermədən Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəyə, "xxxx" MTK-ya məxsus olan 50.000 manat dəyərində mənzili yəni xeyli miqdarda əmlakınıələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək sonuncunun 2018-ci ilin oktyabr-noyabr aylarında "xxxx" MTK-nın təsisçiləri olan Şahid2 və Şahid3 ilə həmin kooperativin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanındakı ofisində görüşərək, danışıq əsnasında özlərində olan ümumilikdə 50.000 manat dəyərində tikintidə istifadə olunan metal ləvazimatını (dəmir armaturu) onlara "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilən binadan eyni dəyərdə hər hansı mənzillə natura şəklində dəyişə biləcəklərini belə niyyətləri olmadan yalandan deyib aldadaraq, yaranmış etibarlı münasibətdən sui-istifadə edib Şahid2 və Şahid3 binanın 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilin həmin armaturun qarşılığında özünə veriləcəyi barədə razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs1la əvvəlcədən planlaşdırılmış cinayətkar niyyətə uyğun hərəkət edərək 2019-cu ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə vəşəraitdə tanışı cinayətdən xəbərsiz olan Şahid5 guya mülkiyyətçisi olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 2 otaqlı mənzili ona 50.000 manata, o cümlədən 41000 manat dəyərində istintaqla müəyyən edilməyən müxtəlif formada, əyyarda vəçəkidə qızıl məmulatları, 9000 manat nağd pul verilməsi qarşılığında satılması ilə bağlı razılaşıb Şahid5 29.01.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilən "xxxx" MTK-ın binasının qarşısında razılaşdıqları kimi ümumilikdə 50.000 manat dəyərində qızıl-zinyət əşyalarını və nağd pulu alaraq, sonuncu ilə birlikdə mənzilin alqı-satqısıüçün "xxxx" MTK-ın qeyd olunan ünvanda yerləşən ofisinə gəlib, həmin mənzilin Şahid5 adına sənədləşməsini Şahid2 və Şahid3 xahiş etməklə, sonuncular isə yaranmış etibarlı münasibətə görəəvvəlcədən hər hansı məbləğdə armatur almadan və qrupun cinayətkar niyyətindən məlumatları olmadan 29.01.2019-cu il tarixdə ofis otağında göstərilən ünvanda yerləşən binanın 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilin 50.000 manat müqabilində Şahid5 təqdim edilməsi, dəyərin müqavilə bağlanan tarixdə tam ödənilməsi ilə bağlı 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə, habelə 50.000 manatın ödənilməsi barədə eyni tarixli kassa mədaxil orderinin MTK tərəfindən sonuncuya təqdim edilməsinə nail olmaqla faktiki olaraq mənzilin 50.000 (əlli min) manat məbləğində dəyərinin Şahid5 tərəfindən özünə vəözünün vasitəsilə Təqsirləndirilən şəxs1 əvvəlcədən ödənilməsinə baxmayaraq MTK-ya müvafiq mənzilə görə heç bir məbləğdə pul ödəməyərək və ya hər hansı metal material (armatur) vermədən Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəyə, "xxxx" MTKya məxsus olan 50.000 manat dəyərində mənzili, yəni xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, tikinti materiallarının alqı-satqısı, həmçinin tikinti işləri ilə uzun müddətdir ki, məşğul olmuş, qeyd edilmiş işlərlə 2019-cu ilə qədər qeyri-rəsmi olaraq məşğul olmuşdur. 2019-cu ilin oktyabr ayında "xxxx" MMC-ni təsis etmiş, cəmiyyətin təsisçisi və direktoru da özü olmuşdur. Ancaq həmin cəmiyyət adından hansısa təsərrüfat əməliyyatı aparmamışdır. "xxxx" MTK-nı Kənan adlı tikinti materiallarının alqı-satqısı ilə məşğul olan tanışına görə tanımış, 2018-ci ilin dekabr ayında Kənan ona həmin MTK-dan xatırladığı qədər 3 otaqlı 61000 manat dəyərində mənzil vermişdir. Kənanın həmin mənzili MTK-dan necə aldığını bilməmiş, Kənanla razılaşmalarına əsasən sonuncu ona 61000 manat dəyərində olan göstərilən mənzili verməli, o da Kənana həmin məbləğ müqabilində beton verməli olmuşdur. Bundan sonra mənzil tanışı Vüsal adlışəxsin adına rəsmiləşdirilmişdir. Vüsaldan o, həmin vaxtı 61000 manat dəyərindəşebel almış, bunun müqabilində də ona qeyd edilmiş mənzili vermişdir. Mənzil Vüsalın adına rəsmiləşdiriləndən sonra Kənanın tələbi əsasında o 32000 manat dəyərində beton məmulatını Sumqayıt şəhərində "xxxx" MTK-ya göndərmişdir. 32000 manat dəyərində beton məmulatını Dərnəgül bazarında xatırlamadığışəxslərdən sənədsiz olaraq almışdır. Vüsalın adına mənzil rəsmiləşdirilən zaman "xxxx" MTK tərəfindən mənzilin onun tanışının adına rəsmiləşdirildiyini bilməmişdilər. Göstərilən vaxtlarda Bəşir adlı tanışı vasitəsilə "xxxx" MTK-nın təsisçisi kimi Bakir və Ehtiramı tanımış, onlar "xxxx" MTK-nın təməl işlərini qoyduqları binanın tikintisini görməyi ona həvalə etmiş, həmin tikintini o görməli olmuşdur. Bunun müqabilində "xxxx" MTK tərəfindən ona 49000 manat dəyərində ikinci mənzil verilmişdir. Həmin mənzil onun xahişi əsasında Elman adlı tikinti materiallarının alqı-satqısı ilə məşğul olan tanışının adına rəsmiləşdirilmişdir. Daha doğrusu Elman MTK-da olduğu zaman Hikmət adlışəxsin adına mənzili rəsmiləşdirmişdir. Elmanın Hikmətlə nəöhdəliyinin olduğunu bilməmiş, Elman ona 49000 manat dəyərində taxta, dikt, armatur, sement və qismən də məbləğini razılaşdırmadıqları pul verməli olmuşdur. Mənzil Hikmətin adına rəsmiləşəndən sonra o, təxminən 61000 manat dəyərində armatur və kərpic materiallarını Bakirə vermişdir. 61000 manatlıq armatur materialını o, Dərnəgül bazarında xatırlamadığışəxslərdən sənədsiz olaraq alıb Bakirə vermişdir. Göstərilən zaman Bakirlə binanın tikintisi işlərinin qiymətində fikir ayrılıqları olduğu üçün həmin tikinti işlərinin görülməməsini razılaşdırmışdır. Həmçinin Bakir onun tanışı olduğunu artıq bildiyi Vüsalın adına rəsmiləşdirilmiş mənzilə görə ona Kənan tərəfindən heç bir dəyərin ödənilmədiyini, mənzilə görə 61000 manatın ona ödənilməli olduğunu, həmin zaman verdiyi təxminən 61000 manat dəyərində armatur və kərpic materiallarını Vüsalın adına yazılmış mənzilə görə hesabladığını, ikinci mənzilin isə tikinti materialları şəklində ödənişinin olunmalı olduğunu bildirmişdir. Bundan sonra Kənan 32000 manatı sonradan hissə-hissə tikinti materialları formasında ona tam qaytarmışdır. Sonra 49000 manatlıq öhdəlik məbləğindən o, təxminən 18000 manat dəyərində beton materialını "xxxx" MTK-ya göndərmiş, daha doğrusu həmin 18000 manatlıq materialın 4000 manatlıq hissəsi göndərilən zaman MTK-nın iş icraçısı tərəfindən betonun keyfiyyətli olmadığı bildirilmiş və qaytarılmışdır. Sonra Bakir, Elman, o, Ehtiram, Məşədi Arif və Hikmət təxminən 2019-cu ilin dekabr ayında görüşmüş, orada olanda Elman 49000 manat dəyərindəki evə görə heç nəödəmədiyini etiraf edərək 40000 manatlıq armatur materialını qısa müddət ərzində göndərəcəyini və qalıq hissəni də digər tikinti materialları iləəvəzləşdirəcəyini bildirmişdir. Ancaq Elman dediklərinəəməl etməmiş, tikinti materiallarını da göndərməmişdir. Həmin ərəfədə Elman ona demişdir ki, mənzilə görə ona Hikmət tərəfindən təxminən 10000 manat pul verilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin baş mühasibi vəzifəsində 2019-cu ilin payız aylarından etibarən işləmiş, həmin cəmiyyət qardaşı Elmar Həsənov tərəfindən təsis edilmiş, cəmiyyətin əsas fəaliyyəti tikinti materiallarının topdan və pərakəndə satışı olmuşdur. İşlədiyi cəmiyyətin “Holçim”, “Retro Holdinq”, “Akkord” şirkətinin sement satışşirkəti "xxxx" MMC, “Norm” sement zavodu ilə müqavilələri olmuş, bu göstərilən şirkətlərdən sement məhsulları alıb qaimələr əsasında müxtəlif şirkətlərə vəşəxslərə satışı həyata keçirmişdir. "xxxx" MTK-nı tanışı Təqsirləndirilən şəxs1 görə tanımış, Elçin tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuş, Elçinə sement məhsullarının satışını həyata keçirmişdir. Elçin ona 2018-ci ilin təxminən sonlarında "xxxx" MTK-da 48500 manat dəyərində mənzilinin olduğunu bildirmişdir. Göstərilən zaman Elçinə 49000 manat dəyərində taxta, dikt, armatur, sement və qismən də məbləğini razılaşdırmadıqları pul verməli olmuş, 49000 manatlıq qeyd etdiyi şifahi öhdəlik müqabilində Elçin ona mənzili verməli olmuşdur. Həmin vaxtlar da Hikmət Nəsirov adlı emulsiya satışı ilə məşğul olan tanışı Abşeron rayonu ərazisində qohumu üçün mənzil almaq istədiyini, dəyərini qızıl məmulatları iləödəyəcəyini bildirmişdir. O da həmin zaman Elçinin 48500 manatlıq mənzilini ona təklif etmiş, Hikmət isə 56000 manatlıq qızıl məmulatları ilə dəyəri ödəyəcəyini bildirmişdir. Bundan sonra Hikmətin təklifini o, Elçinə bildirmiş, Elçin razılaşmış, Hikmətin etibarlı adam olub-olmadığını soruşmuş, o da Hikməti tanıdığıüçün etibarlı olduğunu bildirmişdir. Sonra Elçin "xxxx" MTK-nın təsisçisi kimi Bakirə zəng edəcəyini, Hikmətin gedib mənzili adına rəsmiləşdirə biləcəyini demişdir. Bundan sonra da Hikmət qızıl məmulatlarını götürmək üçün kimisə evinə göndərmişdir. Sonra o Hikmətlə "xxxx" MTK-ya rəsmiləşdirməüçün getsə də orada heç kim olmuş, bu səbəbdən növbəti günü MTK-ya yenidən getməyi razılaşdırmışdır. Növbəti günü Hikmət özü gedib mənzili adına rəsmiləşdirmişdir. Həmin günü də o 750 əyar təxminən 172 qramlıq ağ qızıldan olan 16 ədəd qızıl məmulatını ona təhvil vermişdir. Təxminən 3 gün sonra həmin qızıl məmulatlarını DİN iləüzbəüz yerləşən univermağın çöl tərəfində sonuncu qızıl alışı mağazasında işləyən adını xatırlamadığı zərgərə 13000 manat müqabilində vermişdir. Həmin zərgər ayrı-ayrılıqda satıldığı təqdirdə həmin qızıl məmulatlarının dəyərinin təxminən 40000 manat olduğunu bildirib həmin qiymətə satışüçün 3 ay müddət istəmişdir. Ancaq onun Elçinlə razılaşma müddətləri şifahi olaraq bir ay olduğu üçün o, 13000 manata həmin qızılların götürülməsinə razılıq vermiş, həmçinin bu barədə Elçinin də razılığını almışdır. Elçinə göstərilən 13000 manatı vermişdir. Bundan sonra Hikmətlə danışıb 13000 manatdan savayı yerdə qalan hissənin ödənişini tələb etsə də sonuncu 56000 manat dəyərində qızıl verdiyini, göstərilən qızılın 13000 manata götürülməsinin onun problemi olmadığını demiş və əlavə ödəniş etməkdən imtina etmişdir. Daha sonra da Elçin Şahid2 ilə danışıb Hikmətin evin dəyərini tam ödəmədiyini və onları aldatdığını, həmin mənzilin dəyərinin göstərilən şəxsdən tələb edə biləcəyini bildirmişdir. 2019-cu ilin sonlarında da o, Elçin, Hikmət, sonuncunun tanışı Arif, Bakir və Ehtiram göstərilən məsələ barədə müzakirə aparsalar da, sonda 30000 manat dəyərində onun tərəfindən armatur, 20000 manat dəyərində Elçin tərəfindən armatur verilməsini razılaşdırsalar da, sonradan Bakir pul şəklində dəyərin ödənilməsini tələb etmiş və bu səbəbdən dəyərin ödənilməsi həmin zaman mümkün olmamışdır. Elçinə 13000 manat puldan əlavə, təxminən 37000 manat dəyərində 188 ton sement məhsulu vermiş, beləliklə də mənzilə görə dəyəri Elçinəödəmişdir. Elçinin dediklərini təsdiq etməmiş, mənzilə görə 56000 manatlıq qızıl məmulatlarının veriləcəyi, sonradan zərgər tərəfindən onun 13000 manata götürüldüyünü Elçinlə razılaşdırmış, həmçinin 13000 manatı da Elçinə vermişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MTK-in nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli nəticəsində "xxxx" MTK-ya 50000 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid5 tanışı X11 adlı tanışına görə tanımış, X11 2019-cu ildə ona müraciət etmiş, Elçin adlı tikinti materialları satan şəxsi tanıdığını, onun materiallar müqabilində mənzil götürdüyünü bildirmiş, habelə onu müsbət şəxs kimi xarakterizə etmişdir. O da həmin zaman Şahid3 adlı MTK-nın təsisçi ilə bu barədə fikir mübadiləsi aparmışdır. Ehtiram 2014-cü ildə təsisçi olmuş, sonradan da təsis paylarını satmışdır. Həmin zaman Ehtiramla 2018-ci ildə tikilməkdə olan binalarıüçün armatur alınmasını razılaşmış, bunun üçün Elçin, o və Ehtiram hətta 2018-ci ilin oktyabr-noyabr aylarında görüşmüşdür. Görüş zamanı da təxminən 49700 manat dəyərində armaturun Elçindən alınmasını, həmçinin də göstərilən dəyərdə mənzilin ona təqdim edilməsini şifahi olaraq razılaşdırmışlar. Həmçinin tikinti materiallarının Elçindən alınmasına görə hansısa sənədləşmə tərtib olunmamış, ancaq mənzil təqdim edilməsi razılaşmalarına əsasən hər bir halda rəsmiləşdirilməli olmuşdur. Həmçinin göstərilən görüşdə Elçin aralarında etibar yaranmasıüçün ilkin olaraq mənzilin ona verilməsini xahiş etmiş, onlar da razılaşmışlar. Bundan bir neçə gün sonra Elçin ona zəng etmiş, Elman adlı tanışının binaya getdiyini, mənzili onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin zaman MTK-da Elmanın yanında olan hansısa şəxsə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzil rəsmiləşdirilmişdir. Ancaq həmin mənzilə görə hansısa tikinti materialları yaxud nağd ödəniş həyata keçirilməmişdir. Daha sonra Ehtiramdan öyrəndiyi qədər Hikmət adlı "xxxx" MTK üçün rəngləmə işləri görən şəxs mənzilin yenidən rəsmiləşdirilməsi üçün binada olduğu zaman Ehtiramla danışmış, sonuncu da razılıq vermişdir. Daha sonra isə həmin mənzilin məhz Elçinlə danışdıqları, ancaq dəyəri ödənilməyən mənzil olduğu müəyyən edilmişdir. Bu zaman da həmin mənzilin təmir olunmasıüçün razılıq verməmişdir. Mənzilin dəyəri ödənilmədiyi üçün 2019-cu ilin dekabr ayında o, Elçin, Elman, Ehtiram, Hikmət, sonuncunun nümayəndəsi Məşədi Arif adlışəxslə görüşmüşdür. Həmin görüş zamanı da göstərilən şəxslər iki gün ərzində tikinti materiallarını MTK-ya təqdim edəcəklərini vəd etsələr də, vədlərini yerinə yetirməmişlər. X6 tərəfindən 2019-cu il fevral ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzilin dəyərinin tam ödənilməsinin rəsmiləşdirilməsi, 2019-cu ilin dekabr ayında onun müqaviləsinin alınaraq həmin müqaviləyə dəyərin tikinti materialları formasında Şahid5 tərəfindən ödənilməli olduğu, həmin tikinti materialları təqdim edildikdən sonra mənzil təqdim ediləcəyi barədə müddəa əlavə edilməsi barədə o, göstərmişdir ki, qeyd edilmiş sənədləşmənin tərtibatında o, iştirak etməmiş, göstərilən mənzilin başqa şəxslərə satışı olmamışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvandakı "xxxx" MTK tərəfindən qeyd edilmiş binanın 2-ci giriş, 4-cü mərtəbəsində 26 nömrəli 2 otaqlı 94.50 kvadratmetr sahəli mənzilin X12 təqdim edilməsinə dair 11.01.2019cu il tarixli müqavilə Heydər Səfiquliyev və Taleh adlı bina tikən şəxslərə görə bağlanılmışdır. Belə ki, 2019-cu ilin yanvar ayının əvvəllərində Heydər Səfiquliyev və Taleh adlı bina tikən şəxslərlə görüş zamanı sonuncular ona "xxxx" MTK tərəfindən inşa edilmiş binada istifadə edilməsi üçün ümumilikdə 63315 manatlıq, armaturun MTK-ya təhvil verildiyi gün üçün zavod tərəfindən armaturun satış dəyərində armatur materialları təklif edib qarşılığında həmin dəyərdə MTK-dan mənzil istəmiş, o da razılaşmışdır. X14 və Taleh adlı bina tikən şəxslər ilk öncə mənzilin Vüsal Orucovun adına rəsmiləşdirilməli olduğunu bildirmiş, o da həmin təkliflə razılaşmış, "xxxx" MTK tərəfindən qeyd edilmiş binanın 2-ci giriş, 4-cü mərtəbəsində 26 nömrəli 2 otaqlı 94.50 kvadratmetr sahəli mənzil Vüsalın adına həmin vaxtı rəsmiləşdirilmişdir. Ancaq 2019-cu ilin təxminən fevral ayında o, öyrənmişdir ki, Heydər Səfiquliyev və Taleh adlı bina tikən şəxslər göstərilən mənzili Qabil adlışəxsə vermiş, sonuncu mənzili Elçinə vermiş, Elçin də mənzili Qabilin vasitəsilə Vüsal Orucova satdığıüçün Heydər Səfiquliyev və Taleh mənzilin məhz Vüsal Orucovun adına rəsmiləşdirilməsini istəmişdir. Həmçinin sonradan armatur materialları MTK-ya verilmədiyi üçün o, Heydər Səfiquliyev və Taleh adlı bina tikən şəxsə etirazımı bildirdikdən sonra həmin şəxslər mənzilin Qabilə verildiyini, sonuncu ilə danışdıqda isə mənzili Elçinə verdiyini bir daha öyrənmişdir. Daha sonra mənzilə görə 46540 manat dəyərində armatur materialları Taleh və Heydər tərəfindən, 3700 manatlıq kərpic materialları isə Elçin tərəfindən MTK-ya təhvil verilmişdir. Həmin zaman da, yəni mənzilin Elçinin adamının, yəni Vüsalın adına rəsmiləşdirilməsini öyrəndiyi zaman ikinci mənzil, yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzil Şahid5 adına artıq rəsmiləşdirilmişdir. O, həmin zaman Ehtiramla birlikdə Elçinlə görüşmüş, görüş zamanı Elçinlə MTK-ya ödənilmiş armatur materiallarının hər ton üçün 1100 manat olmaqla cəmi 45189 ton MTK-ya təhvil verilmiş armatura görə 49707 manat hesablanacağını razılaşdırmış, bunun əvəzində də Elçin gələcəkdə bina üçün tikinti materiallarının verəcəyini vəd vermişdir. Həmin vədəəsasən də armatur materialları MTK tərəfindən 49707 manat dəyərində qəbul edilmişdir. Ancaq sonradan Elçin vədlərini yerinə yetirməmiş, sonuncuya dəfələrlə "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzilin dəyərinin ödənilməli olduğunu bildirmiş və həmin mənzilin dəyərini tələb etmişdir. Ancaq Elçin "xxxx" MTK-nın 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzilinə görə dəyəri ödəmək barədə ona verdiyi vədi yerinə yetirməmişdir. O səbəbdən dəəvvəllər təhvil verilmiş armatur materialları 49707 manat dəyərində deyil, zavodun satış qiyməti yəni hər ton üçün 1030 manat olmaqla cəmi 45189 ton armatura görə 46540 manat dəyərində MTK tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid5 2018-ci ilin sonlarında ilk dəfə görmüş, həmin zaman Hikmət Elman adlışəxsin yanında gəlmiş, göstərilən vaxt "xxxx" MTK-ya tikinti materiallarının verilməsi müqabilində Hikmətin adına mənzil rəsmiləşdirilmiş, ancaq MTK-ya hər hansı tikinti materialları verilməmişdir. Daha sonra Hikmət həmin mənzili başqa şəxsin adına rəsmiləşdirən zaman MTK rəhbərliyi tərəfindən ona qeyd edilmiş mənzilə görə dəyərin ödənilmədiyi bildirilmiş, ancaq Hikmət tərəfindən dəyərin ödəniləcəyi vəd edilmişdir. Buna baxmayaraq "xxxx" MTK-ya tikinti materialları verilməmiş, sonra 2019-cu ilin dekabr ayında Hikmətin mənzili yenidən rəsmiləşdirdiyi Vahidova Ruhiyyə MTK-ya gəldiyi zamanı müvafiq dəyərin ödənilmədiyi sonuncuya bildirilmiş, habelə Ağamoğlan tərəfindən onun müqaviləsinə Hikmətin materialları təqdim etmədiyi, materialları təqdim etdikdən sonra mənzilin təqdim ediləcəyi barədə qeyd yazılmışdır. Hazırki günə qədər həmin mənzilə görə hər hansı formada dəyər MTK-ya ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ilin may ayından 2015-ci ilin avqust ayına qədər "xxxx" MTK-nın təsisçilərindən biri olmuş, MTK-nın müxtəlif dövrlərdə müxtəlif təsisçiləri olmuşdur. "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda 5 bina tikmişdir. Həmin binaların mərtəbə sayı bəzilərində 8, bəzilərində 12, bəzilərində isə 15 olmuşdur. Bina tikintisi payçıların mənzillərə görəödədiyi məbləğlər hesabına həyata keçirilmişdir. MTK-da sədr təxminən 2010-cu ildən 2019-cu ilin xatırlamadığı ayına qədər Ağamoğlan Ağayev işləmişdir. X7 və X9 tanımamış, qeyd edilmişşəxslərə mənzillərin satışında iştirak etməmiş, onlara hansı mənzillərin satılmasından, o cümlədən onlara satılmış mənzillərin sonradan başqa şəxslərə satılmasından məlumatsız olmuşdur. Şahid5 binada müəyyən işlər görmüş Xəyal adlışəxsin yanında bir-iki dəfə gördüyünə görə tanımışdır. 2019-cu ilin təxminən fevral ayında Hikmət onun mobil telefon nömrəsinə zəng etmiş, "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binadan mənzil aldığını, həmin mənzili başqa şəxsin adına rəsmiləşdirmək istədiyini, ondan hansısa ödəniş istənildiyini bildirmiş vəödənişin məbləğinin aşağı salınmasında ona köməklik göstərməyini xahiş etmiş, o da həmin zaman ofisdə kimin olduğunu Hikmətdən soruşmuş, Hikmət isə Amilin ofisdə olduğunu dedikdə o telefonu Amilə verməyi xahiş etmiş, həmin zaman Amilə Hikmətin ödənişində köməklik etməyi xahiş etmiş, bundan sonra da nə baş verdiyini daha bilməmişdir. Hikmətin MTK qarşısında nəödənişinin olduğunu, nəödənişi tələb olunduğunu, tələb olunan məbləği bilməmiş, Hikmət ona MTK tərəfindən ümumi olaraq, hansısa məbləğ demədən ödənişin tələb olunduğunu demişdir. Qeyd edilmiş gündə Şahid2 ona zəng edərək Hikmət adlışəxsin adından yenidən rəsmiləşdirmə aparılmış mənzilin MTK-ya ödənişi tikinti materialları formasında ödənilməsi razılaşdırılmış, ancaq müqabilində tikinti materialları verilməmiş mənzil olduğunu bildirmiş, o da Hikmətin adından yenidən rəsmiləşdirmə aparılmış mənzilin məhz onlara tikinti materialları müqabilində verilməsi razılaşdırılmış mənzil olduğunu bilmədiyini Bakirə demişdir. Qeyd edilmişöhdəlik barədə o bildirmişdir ki, Bakirin tanışı X11 2019-cu ildə sonuncuya müraciət etmiş, Elçin adlı tikinti materialları satan şəxsi tanıdığını, onun materiallar müqabilində mənzil götürdüyünü bildirmiş, habelə onun müsbət şəxs kimi xarakterizə etmişdir. Bakir də həmin zaman tanışı kimi onunla bu barədə fikir mübadiləsi aparmışdır. Həmin zaman Bakirlə 2018-ci ildə tikilməkdə olan bina üçün armatur alınmasını razılaşdırmış, bunun üçün Elçin, o və Bakir hətta 2018-ci ilin oktyabr-noyabr aylarında görüşmüşdür. Görüş zamanı da təxminən 49700 manat dəyərində armaturun Elçindən alınmasını, həmçinin də göstərilən dəyərdə mənzilin ona təqdim edilməsini şifahi olaraq razılaşdırmışlar. Həmçinin tikinti materiallarının Elçindən alınmasına görə hansısa sənədləşmə tərtib olunmamış, ancaq mənzil təqdim edilməsi razılaşmalarına əsasən hər bir halda rəsmiləşdirilməli olmuşdur. Həmçinin göstərilən görüşdə Elçin aralarında etibar yaranmasıüçün ilkin olaraq mənzilin ona verilməsini xahiş etmiş, onlar da razılaşmışlar. Bundan bir neçə gün sonra Elçin Bakirə zəng etmiş, Elman adlı tanışının və daha kimlərinsə binaya getdiyini, mənzili qeyd edilmişşəxsin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin zaman MTK-da Elmanın yanında olan hansısa şəxsə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzil rəsmiləşdirilmişdir. Ancaq həmin mənzilə görə hansısa tikinti materialları yaxud nağd ödəniş həyata keçirilməmişdir. Mənzilin dəyəri ödənilmədiyi üçün 2019-cu ilin dekabr ayında o, Elçin, Elman, Bakir, Hikmət, sonuncunun nümayəndəsi Məşədi Arif adlışəxslə görüşmüşlər. Həmin görüş zamanı da göstərilən şəxslər iki gün ərzində tikinti materiallarını təqdim edəcəklərini vəd etsələr də, vədlərini yerinə yetirməmişlər. X5 2019-cu il fevral ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzilin rəsmiləşdirilməsi, 2019-cu ilin dekabr ayında onun müqaviləsinə dəyərin tikinti materialları formasında Şahid5 tərəfindən ödənilməli olduğu, həmin tikinti materialları təqdim edildikdən sonra mənzil təqdim ediləcəyi barədə müddəa əlavə edilməsi barədə o, göstərmişdir ki, qeyd edilmiş sənədləşmənin tərtibatında iştirak etməmiş, bu barədə məlumatsız olmuşdur. Hikmət onunla hansısa konkret məbləğ demədən danışmış, MTK tərəfindən ondan hansısa ödənişin istənildiyini, həmin ödənişdə ona köməklik göstərilməsini xahiş etmiş, o da Hikmətə köməklik göstərilməsi üçün Amillə danışmış, sonra da nələr olduğunu daha bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ikinci adı Hüseyn olmuş, ətrafı onu həmin ad iləçağırmışdır. "xxxx" MTK-da o təxminən 2015-ci ildə təsisçi olmuş, sonradan isə təsis paylarını Qədir adlışəxsə satmışdır. Buna baxmayaraq MTK-da gündəlik olaraq olmuş, əvvəlki təsisçi kimi zəruri işlərin görülməsinə köməklik etmişdir. "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda 5 bina tikmişdir. Həmin binaların mərtəbə sayı bəzilərində 8, bəzilərində 12, bəzilərində isə 15 olmuşdur. Bina tikintisi payçıların mənzillərə görəödədiyi məbləğlər hesabına həyata keçirilmişdir. MTK-da sədr təxminən 2010-cu ildən 2019-cu ilin xatırlamadığı ayına qədər Ağamoğlan Ağayev işləmişdir. MTK-da baş mühasib Xuraman adlı qadın olmuşdur. X7 və X10 mənzil satışından məlumatı olmamışdır, həmin şəxsləri tanımamışdır. Göstərilən şəxslərə, o cümlədən hər hansı mənzil almaq istəyən şəxsə satışı Ağamoğlan Ağayev etmişdir. Şahid5 2018-ci ilin sonlarında ilk dəfə görmüş, həmin zaman Hikmət Elman adlışəxsin yanında gəlmiş, göstərilən vaxt "xxxx" MTK-ya tikinti materiallarının verilməsi müqabilində Hikmətin adına mənzil rəsmiləşdirilmiş, ancaq MTKya hər hansı tikinti materialları verilməmişdir. Daha sonra Hikmət həmin mənzili başqa şəxsin adına rəsmiləşdirən zaman MTK rəhbərliyi tərəfindən ona qeyd edilmiş mənzilə görə dəyərin ödənilmədiyi bildirilmiş, ancaq Hikmət tərəfindən dəyərin ödəniləcəyi vəd edilmişdir. Buna baxmayaraq "xxxx" MTK-ya tikinti materialları verilməmiş, sonra 2019-cu ilin dekabr ayında Hikmətin mənzili yenidən rəsmiləşdirdiyi Vahidova Ruhiyyə MTK-ya gəldiyi zamanı müvafiq dəyərin ödənilmədiyi sonuncuya bildirilmiş, habelə Ağamoğlan tərəfindən onun müqaviləsinə Hikmətin materialları təqdim etmədiyi, materialları təqdim etdikdən sonra mənzilin təqdim ediləcəyi barədə qeyd yazılmışdır. Hazırki günə qədər həmin mənzilə görə hər hansı formada dəyər MTK-ya ödənilməmişdir. Hikmət yaxud Ruhiyyədən hansısa sənədi almamış, ora hansısa müddəa əlavə etməmişdir. MTK-nın sədri Ağamoğlan olmuş, göstərilən qeyd sonuncu tərəfindən yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin dekabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən "xxxx" MTK-dan 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzili 50000 manat ödəməklə almışdır. Həmin mənzili o, Elman adlı tanışı vasitəsilə almışdır. Özü münasib qiymətə mənzil olduğu halda mənzil alıb sonradan onu satmaq yaxud başqa əmlakla barter etməklə məşğul olmuşdur. Elman adlı tanışı da təxminən 2018-ci ilin sonlarında "xxxx" MTK-dan münasib qiymətə mənzil ala biləcəyini bildirmişdir. Göstərilən MTK-nın təsisçiləri kimi Ehtiram və Bakir adlışəxsləri tanımışdır. Bu səbəbdən mənzil almaq üçün Ehtiramla telefon əlaqəsi saxlamış, ondan mənzil almaq istədiyini bildirmiş, o isə mənzillərin problemsiz olduğunu və ona mənzil sata biləcəklərini bildirmişdir. Bundan sonra Elmanla birlikdə "xxxx" MTK-nın ofisinə getmişdir. Oraya gedənə qədər o, Elmanla, o cümlədən Ehtiramla qiymətin 50000 manat olduğunu razılaşdırmışdır. MTK-nın ofisində olanda Hüseyn və Ağamoğlan adlı işçilər müqavilə və kassa mədaxil orderini ona vermiş, müqavilədə MTK tərəfindən 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzilin 50000 manat müqabilində ona satılması rəsmiləşdirilmiş, kassa mədaxil orderində isə onun tərəfindən dəyərin MTK-ya ödənildiyi göstərilmişdir. O, təxminən 41000 manat nağd şəkildə Elmana vermiş, qalan 9000 manat dəyərində hazırda xatırlamadığı tikinti materiallarını da Elmana vermiş, beləcəümumilikdə 50000 manat Elmana mənzilə görə vermişdir. Elmanın hansı işlə məşğul olduğunu bilməmiş, Elmanın da həmin puldan kiməsə hansısa məbləğdə pul verdiyini bilməmişdir. Qeyd etdiyi mənzili aldığı vaxtdan təxminən iki ay sonra, 2019-cu ilin fevral ayında qohumu X5 elə 50000 manat müqabilində satmış, bu barədə sənədləşdirmə aparılmasıüçün MTK-nın Ağamoğlan adlı işçisinə müraciət etdikdə o yenidən rəsmiləşdirmə aparılmasıüçün ondan 2000 manat pul istəmiş, o, bundan sonra Ehtirama zəng etmiş, Ehtirama yenidən rəsmiləşdirmə aparılmasıüçün 2000 manat məbləğin çox olduğunu bildirdikdə o 1500 manat müqabilində göstərilən işi həll edəcəyini bildirmiş, sonra da 1500 manatı Ağamoğlana vermiş, daha sonra da X3 adına rəsmiləşdirmə aparılmışdır. Qeyd etdiyi 1500 manatın ödənilməsi ilə bağlı MTK tərəfindən hansısa sənəd tərtib edilməmişdir. Mənzili X1 MTK tərəfindən göstərilən mənzilin sonuncuya satılması haqqında 2019-cu ilin fevral ayında müqavilə bağlanmış, həmçinin dəyərin ödənilməsi haqqında kassa mədaxil orderi tərtib edilmişdir. Sonradan 2019-cu ilin dekabr ayında X6 mənzili təmir etdirmək istərkən MTK-nın Hüseyn və Ağamoğlan adlı işçiləri Ruhiyyənin müqavilə və orderini almış, müqavilədə guya onun tikinti materiallarışəklində MTK qarşısında hansısa öhdəliyinin olduğu, həmin öhdəliyimin yerinə yetirilməsindən sonra mənzilin təqdim ediləcəyi əlavə qeyd formasında yazılmış, tarix olaraq yenə 2019-cu ilin fevral ayı göstərilmişdir. Şikayətlərindən sonra təxminən 2019-cu ilin dekabr ayının sonlarında MTK tərəfindən 4-cü giriş 3-cü mərtəbə 14 nömrəli iki otaqlı 75.72 kvadratmetr sahəli mənzil X3 istifadəsinə verilmişdir. Qeyd edilmiş mənzilin daha kiminsə adına rəsmiləşdirilməsindən məlumatsız olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri X8 iləŞahid5 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 4-cü giriş3-cü mərtəbədə 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli iki otaqlı mənzilin 49218 manat müqabilindəsonuncuya təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 29.01.2019-cu il tarixli kassa mədaxil orderindən Şahid5 müvafiq mənzilə görə 49218 manat ödədiyi görünür. Şahid5 adına "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 4-cü giriş3-cü mərtəbədə 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli iki otaqlı mənzilin rəsmiləşdirilməsinə dair müqavilədə və kassa mədaxil orderində mənzilin dəyərinin 49218 manat göstərilməsinə baxmayaraq müvafiq mənzilə görəTəqsirləndirilən şəxs1 həmin mənzilə görəŞahid2 və Şahid3 məhz 50.000 manat dəyərində tikintidə istifadə olunan metal ləvazimatının verilməsini belə niyyəti olmadan vəd verməsi, sonradan cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid5 müvafiq mənzilə görə 50000 manat dəyərdə qızıl məmulatları və tikinti materiallarını alması son nəticədə"xxxx" MTK-ya 50.000 manat ziyan vurulduğunu sübut etmiş olur. Bu səbəbdən cinayət işi üzrə"xxxx" MTK-ya vurulmuş ziyan 50.000 manat qəbul edilmişdir. Şahid5 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 29.01.2019-cu il tarixli kassa mədaxil orderinin surəti maddi sübut kimi tanınmışdır. "xxxx" MTK-in nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan tam şəkildə ödənildiyinə görə onlara qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 13.03.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 28.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon polis idarəsinin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 04.06.2021-ci il tarixdə tutularaq, Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun məhkumluğu yoxdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində həbsetmənin əvvəli 13.03.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 20.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon polis idarəsinin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu polis əməkdaşları tərəfindən 04.06.2021-ci il tarixdə tutularaq, Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. "xxxx" MTK-nın nizamnaməsindən görünür ki, qeyd edilmiş MTK Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına və nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeyri-yaşayış binasıdır, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylıƏrazi Vergilər Başİdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN almışdır. Məhkəmədə təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı onların ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, əvvəl təqsirli olduqlarını etiraf etmiş, daha sonra Şahid5 arasında nə öhdəliyinin olduğunu bilmədiklərini, ona Təqsirləndirilən şəxs2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilmiş "xxxx" MTK-nın binasının 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilinə görə heç bir dəyər ödənilmədiyini, müvafiq mənzilə görə "xxxx" MTK-ya təxminən 18000 manat dəyərində beton materialından ilkin hissə - 4000 manatlıq hissəsi göndərilən zaman MTK tərəfindən betonun keyfiyyətli olmadığı səbəbi ilə qəbul edilmədiyini, Təqsirləndirilən şəxs2 Şahid5 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında inşa edilmiş "xxxx" MTK-nın binasının 4-cü giriş, 3-cü mərtəbəsində olan 14 nömrəli 2 otaqlı 75.72 kvadratmetr sahəli mənzilə görə ona sonuncu tərəfindən təhvil verilmiş qızıl məmulatlarını DİN ilə üzbəüz yerləşən univermağın çöl tərəfində sonuncu qızıl alışı mağazasında işləyən adını xatırlamadığı zərgərə 13000 manat müqabilində verdiyini, həmin zərgərin ayrı-ayrılıqda satıldığı təqdirdə həmin qızıl məmulatlarının dəyərinin təxminən 40000 manat olduğunu bildirib həmin qiymətə satış üçün 3 ay müddət istədiyini, ancaq Elçinlə razılaşma müddətləri şifahi olaraq bir ay olduğu üçün 13000 manata həmin qızılların götürülməsinə razılıq verdiyini, göstərilən mənzilə görə dəyəri Təqsirləndirilən şəxs1 tam ödədiyin bildirmişlər. Cinayət işinə əlavə edilmiş üzləşdirmə istintaq hərəkətindən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 "xxxx" MTK tərəfindən Şahid5 adına rəsmiləşdirilmiş mənzilə görə ona heç bir məbləğin ödənilmədiyi, mənzilə görə dəyərin qızıl məmulatları ilə ödəniləcəyindən mənzilin Şahid5 adına rəsmiləşməsinndən sonra xəbəri olduğu, göstərilən mənzilə görə Təqsirləndirilən şəxs2 təxminən 10000 manat pul ödənildiyinə dair ifadələri ilə Təqsirləndirilən şəxs2 qeyd edilmiş mənzilə görə Elçin Xanlarova 13000 manat pul və 37000 manat dəyərində sement verməklə dəyəri ödədiyinə, dəyərin bir hissəsinin qızıl məmulatları ilə ödənilməsindən mənzil Hikmət Rəsulovun adına rəsmiləşdirilməsindən əvvəl Elçin Xanlarovun məlumatlı olmasını Elçin Xanlarovun onun üzünə qarşı demişdir. Bundan əlavə, istintaq zamanı Şahid5 Təqsirləndirilən şəxs2 vasitəsilə "xxxx" MTK-dan aldığı mənzilə görə sonuncuya 41000 manat nağd pul və 9000 manat dəyərində tikinti materialları verməsi ilə bağlı üzləşdirilməsi zamanı Şahid5 mənzilə görə Təqsirləndirilən şəxs2 41000 manat dəyərində qızıl məmulatları və 9000 manat dəyərində tikinti materialları verdiyini onun üzünə qarşı bildirərək, onu ifşa etmişdir. O cümlədən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi Şahid5 tərəfindən ona verilmiş 41000 manat dəyərində qızıl məmulatlarını satdığı qızıl alışı mağazasının müəyyənləşdirilməsi məqsədilə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması həyata keçirilmiş, qeyd edilmiş istintaq hərəkəti zamanı sonuncu müvafiq qızıl alışı mağazası kimi ünvan 16 ünvanda yerləşən “Pasco Diamond” adlı qızıl alışı mağazasını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş “Pasco Diamond” adlı qızıl alışı mağazasının zərgəri X4 Elman İdayəddin oğlu adlı şəxsi tanımadığını, 2018-ci ilin dekabr ayında 750 əyar 170 qram çəkidə 16 ədəd qızıl məmulatını qiymətləndirmədiyini yaxud almadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədləri hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özlərini müdafiə etmək olmuşdur. Məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilərək, törətdikləri əməlləri etiraf etmiş, zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alaraq, onlara yüngül cəza verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13.03.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 15 gün, 04.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 08 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13.03.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 15 gün, 04.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 08 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut Şahid5 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 29.01.2019-cu il tarixli kassa mədaxil orderinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13.03.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 15 gün, 04.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 08 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13.03.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 15 gün, 04.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 08 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Şahid5 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2019-cu il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 29.01.2019-cu il tarixli kassa mədaxil orderinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar