Məhkəmə qərarları › İş №1(012)-41/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-41/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-41/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 Mənaf oğlunun iştirakı ilə, xx.xx.1970-ci ildə Cəlilabad rayonunun Göy təpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yay fəslində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra daimi qeydiyyatda olduğu Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi ev 1A-da yaşamasına baxmayaraq «X10» Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2019-cu ildə ona verilmiş xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək etibarlılıq müddəti olan 99 05 723173 nömrəli sürücülük vəsiqəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməli olduğu halda həmin vəsiqəni dəyişdirməyib 05 may 2021-ci ildə saat 13:40 radələrində «X10» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun orta zolağı ilə Quba rayonu istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olan X2 idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən HONDA CİVİC minik markalı avtomobil 1-ci zolaqla Quba rayonu istiqamətinə hərəkətdə olan X4 50-60 km/saat sürətlə idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına düşərək MİTSUBİSHİ L200 minik markalı avtomobilin qabaq hissəsi HONDA CİVİC minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, ardından 1-ci zolaqla Quba rayonu istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi MİTSUBİSHİ L200 minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ tərəfli 8-ci, 9-cu, sol tərəfli 8-ci qabırğaların və sol iç topuğun qapalı, yerdəyişməyən sınıqları, sağ diz oynağı və sağ baldır nahiyəsinin orta 1/3nin əzilmiş yaraları kimi xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurmasına, HONDA CİVİC minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş- cırılmış yarası və sol qamış sümüyünün yuxarı 1/3-nin qaralı, yerdəyişən sınığı kimi xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurmasına, MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs4 5895 manat maddi ziyan vurmasına HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 9140 manat maddi ziyan vurmasına, MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 2500 manat maddi ziyan vurmasına və MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs3 1460 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır. xx.xx.2019-cu ildə ona Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən «BB1» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 2020-ci ilin yay fəslində Rusiyadan Azərbaycan Respublikasına qayıtmış, sürücülük vəsiqəsini Azərbaycan Respublikasında dəyişməmiş və bu barədə heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. 05 may 2021-ci ildə saat 13:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində etibarnamə əsasında idarə etdiyi MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən yağış yağmış və yol yaş olmuşdur. Bakı şəhəri istiqamətində sağ zolaqla onunla yanaşı yük avtomobili hərəkətdə olmuşdur. Bu anda təxminən 40 metr öndə 1-ci zolaqla Quba rayonu istiqamətində hərəkətdə olan HONDA minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobil önündə olan avtomobilin arxasından onun hərəkətdə olduğu orta zolağa çıxmış və bu anda hərəkəti üçün təhlükə yaranaraq, fara işıqlarını yandırıb-söndürməklə xəbardarlıq və tormoz etmiş, avtomobilin sürəti azalmış, amma həmin avtomobil öz hərəkət hissəsinə, yəni 1-ci zolağa qayıda bilməmiş, həmçinin sağ tərəfindəki zolaqda yük avtomobilləri hərəkətdə olduğu üçün sağa manevr edə bilməyib, orta zolaqda həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbədən HONDA minik markalı avtomobil 1-ci zolaqla Quba rayonu istiqamətinə hərəkətdə olan MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına düşmüş və həmin avtomobilin qabaq hissəsi HONDA minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, ardından isə 1-ci zolaqla Quba rayonu istiqamətinə hərəkətdə olan MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi MİTSUBİSHİ L200 minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü xəsarət almış və idarə etdiyi avtomobil əzilərək maddi ziyan dəymişdir. Həmçinin HONDA minik markalı avtomobildə olanlardan xəsarət alanlar olmuşdur. Hadisə yerindən taksi ilə Sumqayıt şəhər X14 Xəstəxanasının Zədə məntəqəsinə getmiş, orada ona tibbi yardım göstərilərək həmin gün evə buraxılmışdır. Hadisə zamanı sərxoş olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2018-ci ildə ona xx.xx.2028-ci il tarixədək etibarlı olan «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 may 2021-ci ildə saat 12 radələrində Lökbatan qəsəbəsində idarə etdiyi özünə məxsus HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında işlədiyi tikinti şirkətinin rəhbəri Zərərçəkmiş şəxs2 sərnişin qismində oturaraq tikinti materiallarım almaq üçün Sumqayıt şəhərinə yola düşmüşlər. Həmin gün saat 13:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə təxminən 60-70 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobil nisbətən aşağı sürətlə hərəkət etdiyinə görə onu ötmək üçün yolun orta zolağına manevr etmişdir. Bu anda orta zolaqla Bakı şəhəri istiqamətində hərəkətdə olan MERCEDES BENZ 220 minik markalı avtomobili görüb, səs siqnalı verərək tormoz etmişdir. Yaranan təhlükə ilə əlaqədar həmin avtomobilin sürücüsü də avtomobilin fara işıqlarını yandırıb söndürərək avtomobillər hərəkəti davam etmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi həmin MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağında toqquşmuşdur. Hadisə nəticəsində Vasif və özü xəsarət almış və avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 may 2021 -ci ildə saat 12 radələrində Lökbatan qəsəbəsində rəhbərlik etdiyi tikinti şirkətində usta işləyən Zərərçəkmiş şəxs1 idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturaraq tikinti materiallarını almaq üçün Sumqayıt şəhərinə yola düşmüşlər. Həmin gün saat 13:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində sərnişini olduğu avtomobil yolun orta zolağı ilə təxminən 60-70 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən həmin zolaqla Bakı şəhəri istiqamətində hərəkətdə olan MERCEDES BENZ 220 minik markalı avtomobilin gəldiyini görmüş, bu zaman sürücü Həsrət səs siqnalı vermiş, yaranan təhlükə ilə əlaqədar həmin avtomobilin sürücüsü də avtomobilin fara işıqlarını yandırıb söndürərək avtomobillərin hərəkəti davam etmişdir. Təhlükə yaranan andan təxminən 5 saniyə sonra sərnişini olduğu avtomobilin qabaq hissəsi həmin MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağında toqquşmuşdur. Hadisə nəticəsində sürücü Həsrət və özü xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2015-ci ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 may 2021-ci ildə saat 13:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən Quba rayonu istiqamətində orta zolaqla hərəkətdə olan HONDA minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi həmin zolaqla Bakı şəhəri istiqamətində hərəkətdə olan MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbədən HONDA minik markalı avtomobil onun qarşısında hərəkətdə olan MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin önünə düşmüşdür. MİTSUBİSHİ L200 minik markalı avtomobil tormoz etmiş, təhlükəni görüb toqquşmamaq üçün özü də tormoz etmişdir. Buna baxmayaraq MİTSUBİSHİ L200 minik markalı avtomobilin qabaq hissəsi HONDA minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Eyni zamanda idarə etdiyi avtomobilin qabaq hissəsi MİTSUBİSHİ L200 minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində qarşı-qarşıya toqquşan avtomobildə olanlardan xəsarət alanlar olmuşdur. Hadisə zamanı xəsarət almamış, amma idarə etdiyi avtomobil əzilərək özünə maddi ziyan dəymişdir. MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobil HONDA minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu anda idarə etdiyi avtomobillə toqquşma yeri arasında təxminən 10-15 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı yolu ilə 18 aprel 2021-ci ildə satın alaraq baş etibarnamə əsasında idarə edir. Həmin avtomobili bibisinin kürəkəni Təqsirləndirilən şəxs sürmək üçün vermiş və avtomobilin mülkiyyətçisi X3 Əliyevə etibarnamə vermişdir. 05 may 2021-ci ildə saat 13:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək özünə ümumilikdə 5895 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2016-cı ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə hüquqşünas vəzifəsində işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobili Cəmiyyətində sürücü işləyən X6 yol vərəsi əsasında idarə edir. 05 may 2021-ci ildə saat 13:40 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Quba rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ardından Quba rayonu istiqamətində hərəkətdə olan X4 idarə etdiyi MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobil HONDA minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, ardından Quba rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi MİTSUBİSHİ L200 minik markalı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində avtomobil əzilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 2500 manat zərər dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2013-cü ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 may 2021-ci ildə saat 13:40 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobilin qabaq sağ oturacağında iş yoldaşı Şahid2, arxa oturacaqda isə digər iş yoldaşı Şahid3 sərnişin qismində oturmuşlar. Bu zaman orta zolaqla Quba rayonu istiqamətində hərəkətdə olan HONDA minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi həmin zolaqla Bakı şəhəri istiqamətində hərəkətdə olan MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdur. Zərbədən HONDA minik markalı avtomobil onun qarşısına düşmüşdür. Toqquşmamaq üçün tormoz etmiş, amma buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi HONDA minik markalı avtomobilin arxa sol hissəsi ilə toqquşdur. Bu anda arxasınca hərəkətdə olan MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində qarşı-qarşıya toqquşan avtomobildə olanlardan xəsarət alanlar olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobil əzilərək maddi ziyan dəymişdir. Hadisə zamanı sərxoş olmamışdır. MERCEDES BENZ 220 minik markalı 10DN220 dövlət qeydiyyat nişanlı avtomobil HONDA minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu anda idarə etdiyi avtomobillə toqquşma yeri arasında təxminən 3-5 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid Mürsəl Əhmədovun ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 20 may 2021-ci il tarixli 964 №- li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər -sağ tərəfli 8-ci, 9cu, sol tərəfli 8-ci qabırğaların və sol iç topuğun qapalı, yerdəyişməyən sınıqları, sağ diz oynağı və sağ baldır nahiyəsinin orta 1/3-nin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 28 iyun 2021-ci il tarixli 23 Ə №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər -qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, başın sağ təpə- gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası və sol qamış sümüyünün yuxarı 1/3-nin qaralı, yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 2 iyun 2021-ci il tarixli 8/1064 №-li rəyi ilə müəyyən edilmişdir ki, MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs1 idarə etdiyi HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs3 idarə etdiyi MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə sürücü Zərərçəkmiş şəxs1 xəsarət almış Zərərçəkmiş şəxs2 ilə barışdığından ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 barəsində hissəvi xitam verilmişdir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2021-ci il tarixli 016-58067-1221 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixədək Azaybaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Ziyan aktlarından görünür ki, MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 5895 manat, HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 9140 manat, MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 2500 manat, MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 1460 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə xx.xx.2021-ci il tarixli, 2497 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:10-da müayinə olunarkən onda «sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrən görünür ki, onlara dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətlər və tələblərinin olmadığını bildirmişlər. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Əlisafa Əliyev və xx.xx.2012-ci il təvəllüdlü Nəzrin Əliyeva Təqsirləndirilən şəxs himayəsindədir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, üç zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs iş üzrə üç zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın aradan qaldırılmasına yönələn hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində sağ tərəfində nəqliyyat vasitələri hərəkət etdiyi üçün sağa manevr edə bilmədiyini, onun hərəkəti üçün təhlükə yaradan HONDA CİVİC minik markalı avtomobilin sürücüsünə fara işıqlarını yandırıbsöndürməklə xəbardarlıq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə müdafiə tərəfin gətirdiyi dəlilərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, özünü təqsirli bilməməsini onun göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi hesab edilmiş ibtidai istintaq zamanı MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4, HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətənə və MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin nümayəndəsinə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi hesab edilmiş ibtidai istintaq zamanı MERCEDES BENZ 220 minik markalı 10DN220i/o dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4, HONDA CİVİC minik markalı 05BX883 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1, MİTSUBİSHİ L200 minik markalı 99AV228 dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətənə və MERCEDES BENZ C200 CDİ minik markalı 99RL014 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin nümayəndəsinə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar