Məhkəmə qərarları › İş №1(012)-41/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-41/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-41/2023 13.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1997-ci ildə Ağcəbədi rayonu Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcəbədi rayonu Hindarx kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi evdə kirayədə yaşamış, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Nərimanabad 1 qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Baksol yaşayış məhəlləsində kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 2022-ci ilin mart ayının ortalarında, saat 15 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində, Novxanı-Mehdiabad yolu üzərində yerləşən, hasara alınmış saxlanc yeri olan əraziyə darvazası olmayan açıq yerdən qanunsuz daxil olaraq torpaq sahəsində qoyulmuş Zərərçəkmiş şəxs Müirvət oğluna məxsus 3000 manat dəyərində 35 ton su tutumu həcmində, 10 ton çəkidə dəmir materialdan olan su çənini gizli yolla birlikdə talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 2022-ci ilin mart ayının ortalarında, saat 15 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində, Novxanı-Mehdiabad yolu üzərində yerləşən, hasara alınmış saxlanc yeri olan əraziyə darvazası olmayan açıq yerdən qanunsuz daxil olaraq, torpaq sahəsində qoyulmuş Babaşov Zəkəriyyə Müırvət oğluna məxsus 3000 manat dəyərində 35 ton su tutumu həcmində, 10 ton çəkidə dəmir materialdan olan su çənini gizli yolla birlikdə talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı-Mehdiabad yolu ilə piyadə hərəkət etdikləri zaman həyətlərin birində dəmir materialdan olan biri təxminən 25 ton həcmində su tutumu təxminən 4 ton ağırlığında, digəri isə təxminən 35 ton həcmində su tutumu təxminən 10 ton ağırlığında 2 ədəd su çənlərin olduğunu, həmin su çənlərin olduğu həyətin ətrafının hasar olmasına baxmayaraq qapısı olmadığını görmüşlər. Bir neçə gündən sonra yenə Elməddin ilə oradan keçəndə həmin su çənlərini gördükdə həyətə daxil olub onlara yaxından baxmışlar. Ətrafda heç kim olmadığından Elməddin ilə həmin çənlərdən birini oradan götürüb satmaqla pul qazanmaq qərarına gəlmişlər. Buna görə 2022-ci ilin mart ayının ortalarında, saat 15 radələrində Elməddin ilə birlikdə həmin su çənlərin olduğu yerə getmiş, çənlərdən birinin yəni, həcmi kiçik olan su çənin orada olmadığını görmüşlər. Mobil telefonu ilə zəng edərək ora çağırdığı “Evakuatr” avtomaşını ilə çəni Binəqədi rayonu ərazisində yerləşən “Bakstel' massivində yerləşən metal qəbulu məntəqəsinə aparıb metal kimi orada işləyən Rəşaib adlı şəxsə 490 manata satmışlar. Rəşaibə su çənin özlərinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını demişlər. Əldə etdikləri pulu Elməddin ilə aralarında bölmüşlər. Ona çatan 245 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsin ziyanının ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı-Mehdiabad yolu ilə piyadə hərəkət etdikləri vaxt, tanımadığı həyətlərin birində 2 ədəd çox tonlu dəmir materialdan olan su çənləri görmüşlər. Həmin çənlərdən biri təxminən 25 ton həcmində su tutumu olan, təxminən 4 ton ağırlığında olan su çəni, digər təxminən 35 ton həcmində su tutumu və ağırlığı 10 ton olan su çəni olmuşdur. Həmin su çənlərin olduğu həyətin ətrafının hasar olmasına baxmayaraq qapısı olmamışdır. Bir neçə gündən sonra İlhami ilə oradan keçəndə həmin su çənlərini görmüş və həyətə daxil olub yaxından baxmışlar. Ətrafda heç kimin olmadığını gördükdə İlhami ilə çənlərdən birini götürüb satmaqla pul qazanmaq qərarına gəlmişlər. 2022-ci ilin mart ayının ortalarında, saat 15 radələrində İlhami ilə birlikdə həmin su çənlərin olduğu yerə getmişlər, həcmi kiçik olan su çənin orada olmadığını görmüşlər.İlhaminin mobil telefonu ilə zəng edərək çağırdığı “evakuatırv' avtomobili ilə çəni Binəqədi rayonu ərazisində “Bakstel' massivində yerləşən metal qəbulu məntəqəsinə aparıb, metal kimi orada işləyən Rəşaib adlı şəxsə 490 manata satmışlar. Rəşaibə su çənin özlərinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını demişlər. Əldə etdikləri pulu İlhami ilə aralarında bölmüşlər. Ona çatan 245 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və və zərərçəkmiş şəxsin ziyanının ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Miirvət oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, onlar tərəfindən vurulmuş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Babaşov Zəkəriyyə Miirvət oğlunun ifadəsindən görünür ki, özünə məxsus 2000 manat dəyərində 25 ton su tutumu həçmində, 4 ton çəkidə dəmir materialdan olan və 3000 manat dəyərində 35 ton su tutumu həcmində, 10 ton çəkidə dəmir materialdan olan su çənlərini 06 fevral 2022-ci il tarixdə, tanışı X1 iştirakı ilə Abşeron rayonu Novxanı-Mehdiabad yolu üzərində yerləşən və hər tərəfdən daş ilə hasara alınmış torpaq sahəsinə gətirib, orada qoymuşdur. Lakin həyətin qapısı və orada yaşayan olmamışdır. Su çənlərini qoyduğu torpaq sahibini tanımır, həmin yer Orxan Əhmədovun tanışının olmuşdur. Bir neçə dəfə gedib çənlərinə nəzarət etmək üçün baxdıqda, çənlərin yerində olduğunu görmüşdür. Sonuncu dəfə 21 mart 2022-ci il tarixdə, saat 10 radələrində yenə gedib su çənlərinə baxdıqda, onları yerində görmüşdür. Bundan təxminən 2-3 gün sonra yenə gedib su çənlərinə baxdıqda onları görmədikdə, oğurlandığını bilmişdir. Bu barədə Orxana zəng edib dedikdə, Orxan həmin vaxt rayonda olduğunu, qayıdanda bununla maraqlanacağını demişdir. Bundan sonra 27 mart 2022-ci il tarixdə, saat 15 radələrində Orxan ilə birlikdə həmin yerə gedib baxmış, su çənlərinin olmadığını Orxan görmüşdür. Orxan su çənlərin oğurlanması barədə DİN-niıı 102 xidmətinə zəng edib, məlumat vermiş, özü isə su çənlərin oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə ərizə ilə müraciət etmişdir dim. Həmin 2 ədvəd su çənlərin oğurlanması nəticəsində ona ümumilikdə 5000 manat ziyan dəymişdir. Şahid ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, anket məlumatında qeyd etdiyi ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. 2021-ei ilin avqust ayından Binəqədi rayonu “Bakslel” massivində yerləşən metal qəbulu məntəqəsində, qara metal qəbulu ilə məşğul olur. Əhalidən qəbul etdiyim qara metalları Bakı şəhəri, Dərnəgül yolunda yerləşən “Bakstel” zavoduna satır. 2022-ci ilin mart ayının ortalarında, saat 16 radələrində işdə olduğu vaxt, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 və X5 “Evakuatr” avtomaşını ilə iş yerinə qara metaldan hazırlanmış təxminən 30-35 ton su tutumu olan, bir ton 400kq. çəkidə olan su çənin metal kimi ona satmağa gətirmişlər. “Evakuatr” avtomaşının sürücüsü su çənin iş yerinə qoyduqdan sonra sürüb getmişdir. İlhami və Elməddinin gətirdikləri həmin su çənin aralarında olan razılığa əsasən onlardan qara metal kimi 490 manata almışdır. İlhami və Elməddindən həmin çənin başqa yerdən ucuz qiymətə aldıqlarını və onlara məxsus olduğunu bildirmişlər. İlhami və Elməddinə inandığına görə su çənin onlardan almış və bu barədə iş yerində qeydiyyat kitabında müəyyən qeydiyatlar aparmışdır. Sonradan iş yerinə gəlmiş polis əməkdaşlarından həmin çənin oğurluq olduğunu bilmişdir. Buna görə həmin su çənin iş yerində saxlayır. İş materiallarında olan ‘‘X2” MMC tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 54 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş 35 ton su tutumu həcmində olan çənin hadisə baş verdiyi 2022-ci ilin mart ayının ortalarında təqribi orta bazar qiyməti 3000,0 manat məbləğində müəyyən edilir. Həmin çənin dəmir materialdan olmaqla, əl üsulu ilə hazırlandığı müəyyən edilmişdir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları və Şahid satdıqları, 1 ədəd çən Şahid işlədiyi Binəqədi rayonu “Bakstel” massivində yerləşən metal qəbulu məntəqəsinin həyətində saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əvvəllər məhkum olmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərara əsasən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və ibtidai istintaq orqanı tərəfindən həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və başqa cnayət törətməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 15 fevral 2023-cü il tarixə kimi uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Ağcabədi rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə, yəni Ağcabədi rayon Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda, yəni Ağcabədi rayon Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 15 iyul 2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddəti 15 fevral 2023-cü il tarixə kimi uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əvvəllər məhkum olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərara əsasən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və ibtidai istintaq orqanı tərəfindən həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2 məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, o, xx.xx.2022-ci il tarixində tutulmuş və Bakı İstintaq Təcridxanasında yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay 26 (iyimi altı) gün, cəmi 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla təyin edilən cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 26 (iyirmi altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Lənkaran şəhər ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə, yəni Lənkaran şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Lənkaran şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə alanadək qüvvəsində saxlanmalıdır. Maddi sübut olan və Şahid işlədiyi Binəqədi rayonu “Bakstel” massivində yerləşən metal qəbulu məntəqəsinin həyətində saxlanılan bir ədəd çən Zərərçəkmiş şəxs Miirvət oğluna qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Ağcabədi rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Ağcabədi rayonu Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Ağcabədi rayonu Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay 26 (iyimi altı) gün, cəmi 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla təyin edilən cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 26 (iyirmi altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Lənkaran rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Lənkaran şəhər Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olan və Şahid işlədiyi Binəqədi rayonu “Bakstel” massivində yerləşən metal qəbulu məntəqəsinin həyətində saxlanılan bir ədəd çən zərərçəkmiş şəxs Babaşov Zəkəriyyə Miirvət oğluna qaytarılsın. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar