Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-41/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Abşeron rayon şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə Təqsirləndirilən şəxs1 - xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi ev 42 ünvavında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirli Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 - xx xxxxxx 2001-ci il tarixdə Rusiya Federasiyası Yekaterinburq vilayəti Sverdlovks şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, subay, “Ləman” adlı restoranda qəlyançı işləyən, məhkumluğu olmayan, Neftçala rayonu Boyat kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən “Ləman” restoranında müvəqqəti yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 - xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonu Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, subay, mebel ustası işləyən, məhkumluğu olmayan, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 39 nömrəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən mebel sexində müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməklə vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədi ilə 08 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 3 ünvanında qonaq olan zaman saat 05 radələrində Zərərçəkmiş şəxs1 yuxuya getməsindən istifadə edərək qonaq otağında masanın üzərində olan sonuncuya məxsus üzərində balansında konturu olmayan 5 manat dəyərində “Bakcell GSM” mobil nömrə olan bir ədəd **********89483 İMEİ kodlu 1250 manat dəyərində “İphone” markalı, “11” modelli mobil telefonu, mobil telefonun yanında olan pulqabının içərisindən 150 manat pulu götürüb gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1405 (bir min dörd yüz beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən mağazanın plastik qapısını sındırmaqla qanunsuz olaraq içəri daxil olub piştaxtanın siyirməsindən 480 manat pulu, piştaxtanın içərisindən hər birinin dəyəri 3 manat 70 qəpik olan ümumi 340 manat 40 qəpik dəyərində 92 qutu “Kent” adlı siqareti, hər birinin dəyəri 3 manat 70 qəpik olan ümumilikdə 333 manat dəyərində 90 qutu “Davidoff”, adlı siqareti, hər birinin dəyəri 4 manat 20 qəpik olan ümumi 336 manat dəyərində 80 qutu “Sobiranie” adlı siqareti, hər birinin dəyəri 2 manat 70 qəpik olan ümumi 243 manat dəyərində 90 qutu “Rothmans” adlı siqareti, hər birinin dəyəri 2 manat 70 qəpik olan ümumi 256 manat 50 qəpik dəyərində 90 qutu “Winchester” adlı siqareti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1988,9 (bir min doqquz yüz səksən səkkiz manat doxsan qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən mağazanın plastik qapısının qıfılını sındırmaqla qanunsuz olaraq içəri daxil olub piştaxtanın siyirməsindən 50 manat pulun, piştaxtanın içərisindən hər birinin dəyəri 3 manat 70 qəpik olan ümumi 92 manat 50 qəpik dəyərində 25 qutu “Kent” adlı siqareti, hər birinin dəyəri 3 manat 70 qəpik olan ümumilikdə 92 manat 50 qəpik dəyərində 25 qutu “Davidoff” adlı siqareti, hər birinin dəyəri 4 manat 20 qəpik olan ümumi 84 manat dəyərində 20 qutu “Sobiranie” adlı siqareti, hər birinin dəyəri 2 manat 70 qəpik olan ümumi 54 manat dəyərində 20 qutu “Rothmans” adlı siqareti, hər birinin dəyəri 2 manat 70 qəpik olan ümumi 54 manat dəyərində 20 qutu “Winchester” adlı siqareti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində sonuncunun idarə etdiyi “DAEVOO GENTRA” markalı 77-HX -157 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi 42 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Bublik” şirniyyat evinin yaxınlığına gəlmiş, cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAEVOO GENTRA” markalı 77-HX -157 dövlət qeydiyyat nişanlı avtomobildən düşmədən onları gözləmiş, o isə Təqsirləndirilən şəxs3lə birlikdə avtomobildən düşərək “Bublik” şirniyyat evinin arxasına getmiş, sonuncu orada dayanıb hər hansı bir şəxsin gəlib-gəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, o isə şirniyyat evinin arxa qapısını özü ilə gətirdiyi vint açanla sındırmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 400 manat dəyərində dəmir seyfi və həmin seyfin içərisində olan 1360 manat ekvivalentində 800 ABŞ dollarını, 1200 manat pulu, hər biri 50 manat olmaqala ümumi 100 manat dəyərində olan iki ədəd “Şanel” adlı ətiri, hər biri 25 manat olmaqla ümumi 100 manat dəyərində “Divanə” adlı ətiri və Zərərçəkmiş şəxs3 məxsus 10 manat dəyərində şəxsiyyət vəsiqəsini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3170 manat ziyan vurmaqla oğurluq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2023-cü il tarixdə saat 00:30-da sonuncunun idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs5 işlətdiyi mağazanın yaxınlığına gəlmiş, cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşmədən onları gözləmiş, o isə Təqsirləndirilən şəxs3lə birlikdə avtomobildən düşərək sözügedən mağazanın qarşısına getmiş, sonuncu orada dayanıb hər hansı bir şəxsin gəlibgəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, o isə mağazanın qapısının kilidini üzərində olan vintaçanla sındırmaqla qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın üst gözündə saxlanılan 300 (üç yüz) manat pulu, piştaxtanın içərisindən hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumi 117 manat dəyərində 30 qutu “Kent” adlı siqareti, hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumilikdə 117 manat dəyərində 30 qutu “Davidoff” adlı siqareti, hər birinin dəyəri 4 manat 30 qəpik olan ümumi 107 manat 50 qəpik dəyərində 25 qutu “Sobiranie” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümumi 84 manat dəyərində 30 qutu “Rothmans” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümum 84 manat dəyərində 30 qutu “Winchester” adlı siqareti, soyuducuda olan hər birinin dəyəri 1 manat olan ümumi 3 manat dəyərində 3 ədəd “Bizon” adlı enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5a ümumilikdə 809,5 (səkkiz yüz doqquz manat əlli qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməklə vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində sonuncunun idarə etdiyi “DAEVOO GENTRA” markalı 77-HX- 157 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi 42 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Bublik” şirniyyat evinin yaxınlığına gəlmiş, cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAEVOO GENTRA” markalı 77-HX- 157 dövlət qeydiyyat nişanlı avtomobildən düşmədən onları gözləmiş, o, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək sözügedən mağazanın arxasına gedərək orada dayanıb hər hansı bir şəxsin gəlib-gəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, sonuncu isə şirniyyat evinin arxa qapısını özü ilə gətirdiyi vint açanla sındırmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 400 manat dəyərində dəmir seyfi və həmin seyfin içərisində olan 1360 manat ekvivalentində 800 ABŞ dollarını, 1200 manat pulu, hər biri 50 manat olmaqala ümumi 100 manat dəyərində olan iki ədəd “Şanel” adlı ətiri, hər biri 25 manat olmaqla ümumi 100 manat dəyərində “Divanə” adlı ətiri və Zərərçəkmiş şəxs3 məxsus 10 manat dəyərində şəxsiyyət vəsiqəsini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 3170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2023-cü il tarixdə saat 00:30-da sonuncunun idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs5 işlətdiyi mağazanın yaxınlığına gəlmiş, yollandıqdan sonra cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşmədən onları gözləmiş, o, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşüb sözügedən mağazanın qarşısına gedərək orada dayanıb hər hansı bir şəxsin gəlibgəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, sonuncu isə mağazanın qapısının kilidini üzərində olan vintaçanla sındırmaqla qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın üst gözündə saxlanılan 300 (üç yüz) manat pulu, piştaxtanın içərisindən hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumi 117 manat dəyərində 30 qutu “Kent” adlı siqareti, hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumilikdə 117 manat dəyərində 30 qutu “Davidoff” adlı siqareti, hər birinin dəyəri 4 manat 30 qəpik olan ümumi 107 manat 50 qəpik dəyərində 25 qutu “Sobiranie” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümumi 84 manat dəyərində 30 qutu “Rothmans” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümum 84 manat dəyərində 30 qutu “Winchester” adlı siqareti, soyuducuda olan hər birinin dəyəri 1 manat olan ümumi 3 manat dəyərində 3 ədəd “Bizon” adlı enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5a ümumilikdə 809,5 (səkkiz yüz doqquz manat əlli qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməklə vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Bublik” şirniyyat evinin yaxınlığına gəlmiş, cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomobildən düşmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 gözləmiş, sonuncular birlikdə avtomobildən düşərək sözügedən mağazanın arxasına getmiş, Təqsirləndirilən şəxs3 orada dayanıb hər hansı bir şəxsin gəlib-gəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə şirniyyat evinin arxa qapısını özü ilə gətirdiyi vint açanla sındırmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 400 manat dəyərində dəmir seyfi və həmin seyfin içərisində olan 1360 manat ekvivalentində 800 ABŞ dollarını, 1200 manat pulu, hər biri 50 manat olmaqala ümumi 100 manat dəyərində olan iki ədəd “Şanel” adlı ətiri, hər biri 25 manat olmaqla ümumi 100 manat dəyərində “Divanə” adlı ətiri və Zərərçəkmiş şəxs3 məxsus 10 manat dəyərində şəxsiyyət vəsiqəsini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 3170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində kirayə qalacağı Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, 13-cü küçə, ev 3, mənzil 9 ünvanında yerləşən mənzilin qapısını ev sahibinin verdiyi açarla açıb evə daxil olaraq qonaq otağından bir ədəd 800 manat dəyərində olan 105 dioqanallı “LG” markalı televizoru, yataq otağındakı dolabdan 02 ədəd, hər biri 40 manat olmaqla ümumi 80 manat dəyərində yataq dəstini, 300 manat dəyərində 06 ədəddən ibarət xrustal bakal dəstini gizli talyaraq oğurlamış, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yenidən həmin evə eyni qaydada daxil olub yataq otağından bir ədəd 500 manat dəyərində olan 90 doqanallı “LG” markalı televizoru vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1680 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2023-cü il tarixdə saat 00:30-da idarə etdiyi “DAEVOO GENTRA” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev prospektində yerləşən, Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi mağazanın yaxınlığına gəlmiş, cinayəti həyata keçirmək üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən avtomobildən düşmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 gözləmiş, sonuncular birlikdə avtomobildən düşərək sözügedən mağazanın qarşısına getmiş, Təqsirləndirilən şəxs3 orada dayanıb hər hansı bir şəxsin gəlib-gəlmədiyini bilmək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə mağazanın qapısının kilidini üzərində olan vintaçanla sındırmaqla qanunsuz olaraq içəri daxil olub mağazada olan piştaxtanın üst gözündə saxlanılan 300 (üç yüz) manat pulu, piştaxtanın içərisindən hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumi 117 manat dəyərində 30 qutu “Kent” adlı siqareti, hər birinin dəyəri 3 manat 90 qəpik olan ümumilikdə 117 manat dəyərində 30 qutu “Davidoff” adlı siqareti, hər birinin dəyəri 4 manat 30 qəpik olan ümumi 107 manat 50 qəpik dəyərində 25 qutu “Sobiranie” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümumi 84 manat dəyərində 30 qutu “Rothmans” adlı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan ümum 84 manat dəyərində 30 qutu “Winchester” adlı siqareti, soyuducuda olan hər birinin dəyəri 1 manat olan ümumi 3 manat dəyərində 3 ədəd “Bizon” adlı enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5a ümumilikdə 809,5 (səkkiz yüz doqquz manat əlli qəpik) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və CMnin 326.2-ci maddəsi üzrə özünü təqsirli bilmədi və bildirdi ki, maddi ehtiyacından oğurluq hadisələrini törətmişdir, lakin sənəd oğurlamamışdır, bu hissədə ittihamla razı deyil,əməlindən peşimandır, zərərçəkən Zərərçəkmiş şəxs2 ilə razılıq əldə olunmuşdur. Qeyd edilənlərin cəza təyinində nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 və 326.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunduğu tarixədək ünvan 1 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır. Əvvəllər Əhməd və Ruslanla aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, tanışlıq münasibətləri isə həmişə normal olmuşdur.Zərərçəkmiş şəxs1 tanıyır, Baratla əvvəllər aralarında dostluq münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, tez-tez Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 3 ünvanında qonaq kimi qalmışdır. Sonuncu dəfə 08 sentyabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 3 ünvanında qonaq kimi qalmışdır. Həmin gün səhərə yaxın saat 05 radələrində yuxudan ayılıb Baratın yatdığını görmüşdür. Bu fürsətdən istifadə edib Baratın xəbəri olmadan evdə qonaq otağındakı masanın üzərində olan bir ədəd “İphone” markalı, “11” modelli mobil telefonu və pul qabının içərisindən 150 manat pulu götürüb evdən çıxmışdır. 150 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Mobil telefonu isə bir müddət işlətmişdir. Bir neçə gündən sonra Barat onunla telefon əlaqəsi saxlayıb ondan polisə şikayət etdiyini, mobil telefonu və pulu geri qaytarmağını tələb etmişdir. O, Barata şikayətini geri götürməsini, bundan sonra mobil telefonu və pulu qaytaracağını bildirmişdir. Lakin sonra o, nə mobil telefonu, nə də pulu Barata qaytarmışdır. Sonra mobil telefonu, Bakı şəhərində tanımadığı şəxsə 300 manata satıb əldə etdiyib pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən mağazadan iki dəfə oğurluq etmişdir. 25 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində olarkən orada yerləşən mağaza diqqətini çəkmişdir. Həmin mağazaya yaxınlaşıb baxdıqda qapısının plastik olmasını görüb həmin qapını özü ilə gətirdiyi vintaçanla sındırıb mağazaya daxil olmuşdur. Mağazada piştaxtanın siyirməsinə baxdıqda siyirməsində 480 manat pul görüb həmin pulu götürüb cibinə qoymuşdur. Sonra mağazada vitrində və piştaxtanın içərisində olan “Kent”, “Davidoff”, “Sobiranie”, “Rothmans” və “Winchester” markalı siqaretlərdən qarışıq olmaqla ümumilikdə təxmini olaraq 400-450 qutu siqaret götürüb sellofan torbaya yığıb mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Həmin günün səhəri oğurladığı siqaretləri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən adını və yerini xatırlamadığı mağazaya ümumilikdə 500 manata satıb əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra siqaretlərin satışından əldə etdiyi pulu xərcləyib qurtardığını görüb yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 10 noyabr 2022-ci il tarixdə saat 03 radələrində yenidən ünvan 4 ünvanında yerləşən həmin mağazaya gəlmişdir. Ətrafa göz gəzdirib heç kəsin olmadığına və ona görmədiyinə əmin olduqdan sonra mağazaya yaxınlaşıb görmüşdür ki, mağazanın qapısının ağzına qıfıl vurulmuşdur. Həmin qıfılı özü ilə gətirən vintaçanla sındırıb mağazaya daxil olmuşdur. Mağazada piştaxtanın siyirməsinə baxdıqda siyirmədə 50 manat pul olduğunu görüb həmin pulu götürüb cibinə qoymuşdur. Sonra mağazada vitrində və piştaxtanın içərisində olan “Kent”, “Davidoff”, “Sobiranie”, “Rothmans” və “Winchester” markalı siqaretlərdən qarışıq olmaqla ümumilikdə təxmini olaraq 100-110 qutu siqaret götürüb sellofan torbaya yığıb mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Həmin günün səhəri oğurladığı siqaretləri Bakı şəhəri, Sabunçu rayonunda yerləşən adını və yerini xatırlamadığı mağazaya ümumilikdə 200 manata satıb əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi ehtiyaclarını ödədmək məqsədi ilə 13 yanvar 2023-cü il tarixdə saat 11 radələrində X4 idarə etdiyi “DAEVOO GENTRA” markalı ** HX *** dövlət nömrə nişanlı avtomobillə onun yaşadığı Bakı şəhəri, Nizami metrsounun yaxınlığında yerləşən evinə gəlmişlər. Evdə Əhməd ona Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasında seyf olduğunu və həmin seyfdə pul olduğu üçün həmin seyfi oğurlamağı təklif etmişdir. Bildirmişdir ki, həmin təklifi Ruslana da etmiş və Ruslan onun təklifi ilə razılaşmışdır. O, Əhmədin təklifi ilə razılaşmışdır. Daha sonra Ruslanın idarə etdiyi avtomobilə əyləşib Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat evinin qarşısına gəlib orada maşında oturub mağazanın bağlanmasını gözləmişlər.14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində şirniyyat sexinin bağlandığını və heç kimi içəridə olmadığı görmişlər. Bundan sonra, Ruslan avtomobili həmin binanın arxa tərəfinə sürüb saxlamışdır. O, və Əhməd avtomobildən düşüb həmin şirniyyat masğazasına tərəf getmişlər. Əhməd kənarda gözləyib ətrafa baxmışdır ki, gələn olsa ona xəbər versin. Ruslan isə avtomobildə əyləşib onları gözləmişdir. O, Şirniyyat evinin içərisinə girərək ambara keçib baxanda orada təxminən 50-60 kq çəkidə olan dəmir seyf görmüşdür. Çölə çıxıb Əhmədə demişdir ki, “Ruslana desin ki, avtomobili yan tərəfdəki binanın qarşısına sürüb saxlasın”. Əhməd də onun sözünü Ruslana deyib sonra onun yanına gəlmişdir. Ruslan da avtomobili həmin yerə sürüb saxlamışdır. Sonra o, Əhmədlə bir yerdə şirniyyat evinin ambarında olan bir ədəd dəmir seyfi götürüb gətirərək Ruslanın idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra Əhməd avtomobilin qabaq sərnişin oturacağında o, isə arxa sərnişin oturacaqda əylşəmişlər. Ruslan avtomobili sürərək onun dediyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” adlı şadlıq evinin qarşısına gəlmişlər. Orada o, tanışı ilə görüşmüş və açar alıb Ruslana demişdir ki, “maşını kirayə qaldığı evin qarşısına sürsün”. Ruslan da avtomobili onun kirayə yaşadığı evin qarşısına sürmüşdür. Orada o, avtomobildən düşüb Əhmədə və Ruslana bir yerdə seyfi kirayə yaşadığı həmin evdə açacağını demişdir. O, Ruslan və Əhməd avtomobildən düşüb yük yerindən seyfi götürüb həmin evə daxil olmuşlar. Orada o, Əhmədlə birlikdə lomla seyfi qırmışdır. Həmin seyfin içərisindən 800 ABŞ dolları, 1200 manat pul, müxtəlif növ qadın ətirləri və sənədlər olduğu görmüşlər. Bu vaxt o, həmin 800 ABŞ dollarından 200 ABŞ dolları Əhmədə və 200 ABŞ dolları Ruslana vermişdir. 1200 manat puldan da hər birinə 400 manat pul vermişdir. 800 dollardan qalan 200 ABŞ dollarını isə Əhmədlə Ruslana yalandan həmin evin sahibinə verəcəyini desə də öz ehtiyaclarına xərcləmişdir. Seyfin içərisində olan qadın ətirlərini və sənədləri naməlum istiqamətdə tullamışdır. Bundan başqa bildirmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Əhməd onunla və Ruslanla əlaqə saxlayıb çay içib söhbət etmək məqsədi ilə görüşüb Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən kafelərdən birinə getməyi planlaşdırmışlar. Həmin gün saat 00:00 radələrində o, Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığına gəlib Ruslan və Əhmədlə görüşərək Ruslanın idarə etdiyi avtomobilə əyləşmiş və onlar üçlükdə çay içmək məqsədilə Abşeron rayonu, Novxanı qəsəbəsinə doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt Ruslan avtomobilin sükanı arxasında, o, qabaq oturacaqda, Əhməd isə arxa oturacaqda əyləşmişdir. Saat 00:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsinə çatıb “Smart” adlı oteli ötüb keçdikdən təxminən 200-250 metr sonra o, yolun kənarında yerləşən mağazanı görən kimi Ruslandan avtomobili saxlamasını istəmişdir və “mən bura girəcəm” deməklə oğurluq etmək fikrini Əhmədlə Ruslana bildirmişdir. Ruslan, əvvəlcə, avtomobili saxlamaq istəməsə də, onun təkidlərindən sonra mağazanı keçib bir qədər irəlidə - yolun kənarında avtomobili saxlamışdır. Daha sonra o, avtomobilin qapısındakı boşluqda olan vintaçan götürüb avtomobildən düşmüşdür. Onun arxasınca Əhməd avtomobildən düşüb gələrək oğurluq etməməsini bildirsə də, o, qəti addımlarla mağazaya doğru getmişdir. Əhməd isə kənarda dayanıb ətrafa göz gəzdirməyə başlamışdır. Bu zaman Ruslan avtomobilin sükanı arxasından düşmədən onların qayıtmasını gözləmişdir. O, təkbaşına heç bir çətinlik çəkmədən əlindəki vintaçanla mağazanın qapısını açaraq içəri daxil olmuşdur. Mağazada kassaya baxdıqda kasada 300 manat pulun olduğunu görüb həmin pulu götürmüşdür. Sonra mağazadan bir ədəd sellofan torba götürüb piştaxtada olan müxtəlif siqaret qutularını torbaya yığıb soyuducudan 3 ədəd “Bizon” enerji içkisini götürüb mağazadan çölə çıxaraq Əhmədlə birlikdə gedib Ruslanın avtomobilinə əyləşmişlər. Avtomobilin içərisində o, sellofan torbadan “Bizon” markalı enerji içkiləri çıxarıb Əhmədə və Ruslana vermiş, torbanın içərisindəki tütün məmulatlarını mağazadan oğurladığını, satıb pulunu bərabər şəkildə aralarında bölüşdürəcəklərini demişdir. Bundan sonra o, Əhmədlə Ruslana çay içmək fikrindən daşınaraq Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına getmək istədiyini bildirmişdir. Ruslan avtomobili həmin istiqamətdə idarə edərək onu düşürdükdən sonra Əhmədlə geri qayıtmışdır. Ertəsi gün günorta saatlarında o, oğurladığı siqaretləri Bakı şəhəri, Nizami metrosu yaxınlığında tanımadığı şəxsə ümumilikdə 300 manata satmışdır. Sonra Əhmədlə mobil telefon əlaqəsi saxlayıb Ruslanla birlikdə Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına gəlmələrini istəmişdir. X6 Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında onunla görüşərkən o, Əhmədə və Ruslana ayrı-ayrılıqda 100 manat pul verərək oğurladığı tütün məmulatlarının satışından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 maddələri üzrə elan edilmiş ittiamda özünü təqsirli bildi və CMnin 326.2-ci maddəsi üzrə özünü təqsirli bilmədi və bildirdi ki,maddi ehtiyacından oğurluq hadisələrini törətmişdir, lakin sənəd oğurlamamışdır, bu hissədə ittihamla razı deyil,əməlindən peşimandır.Qeyd edilənlərin cəza təyinində nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 326.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında kirayə yaşayır. Abşeron rayon məhkəməsinin 2017-ci ilin aprel ayında verdiyi hökmlə islah işləri cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarına əsəsən cəzadan azad olunmuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, əvvəllər Xəyal və Əhmədlə ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, tanışlıq münasibətləri həmişə normal olmuşdur. O, əvvəllər ailəli olub sonradan boşandığı üçün aliment borcları olmuşdur. Buna görə də maddi cəhətdən sıxıntıları olmuşdur. 13 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Əhmədə zəng edib Abşeron rayonu, Xırdalan şəhərində onunla görüşmüşdür. O, Əhmədə pula ehtiyacı olduğunu deyəndə Əhməd də ona Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasında seyf olduğunu və həmin seyfdə pul olduğu üçün seyfi oğurlamağı təklif etmişdir. O da razılaşmışdır. Daha sonra onun kirayə götürərək idarə etdiyi “DAEVOO GENTRA” markalı ** HX *** dövlət nömrə nişanlı avtomobillə Əhmədlə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami metrsounun yaxınlığındakı evə getmişlər. Orada Əhməd ona etdiyi təklifi Xəyala da etmişdir. Xəyal da pula ehtiyacı olduğu üçün razılşamışdır. Daha sonra onun avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat evinin qarşısına gəlib orada maşında oturub mağazanın bağlanmasını gözləmişlər. 14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində şirniyyat sexinin bağlandığını və heç kimi içəridə olmadığı görmüşlər. Bundan sonra o, avtomobili həmin binanın arxa tərəfinə sürüb saxlamışdır. Əhməd və Xəyal avtomobildən düşüb həmin şirniyyat masğazasına tərəf getmişlər. Təxminən 15 dəqiqə sonra Əhməd onun yanına gəlib avtomobili yan tərəfdəki binanın qarşısına sürməsini demişdir. O da avtomobili həmin yerə sürüb saxlamışdır. Bu vaxt Əhməd və Xəyal bir ədəd dəmir seyf gətirmişlər. O da idarə etdiyi avtomobilin arxa yük yerini açmışdır. Əhmədlə Xəyal həmin seyfi avtomobilin yük yerinə qoyduqdan sonra Əhməd qabaqda avtomobilin qabaq sərnişin oturacağında Xəyal isə arxa sərnişin oturacaqda əylşəmişdir. O, avtomobili Xəyalın dediyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir küçəyə sürmüşdür. Orada Xəyal avtomobildən düşüb kimdənsə açar alıb seyfi həmin evdə açacağını demişdir. O, avtomobili sürüb Xəyalın göstərdiyi həmin evin qarşısında saxlamışdır. Hər üçü avtomobildən düşüb seyfi də götürüb həmin evə daxil olmuşlar. Orada Əhməd və Xəyal lom ilə seyfi qırmışlar. Həmin seyfin içəreisindən 800 ABŞ dolları, 1200 manat pul, müxtəlif növ qadın ətirləri və sənədlər olduğu görmüşdür. Bu vaxt Xəyal həmin 800 ABŞ dollarından 200 ABŞ dolları ona və 200 ABŞ dolları Əhmədə vermişdir. 1200 manat puldan da hər birimizə 400 manat pul vermişdir. 800 dollardan qalan 200 ABŞ dollarını isə həmin evin sahibinə verəcəyini demişdir. Bundan sonra Xəyal həmin evdə qalmışdır. O, isə Əhmədi də götürüb Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlmişlər. O, avtomobili sakit yerdə saxlayıb Əhmədlə həmin gecəni avtomobildə qalmışlar. Səhəri gün isə Əhməd çıxıb getmişdir. O, isə həmin 400 manat pulu və 200 ABŞ dollarını şəxsi ehtiyacına xərcləmişdir. Seyfin içərisində olan qadın ətirlərini və sənədləri Xəyal götürərək özü ilə aparmışdır. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdən tanımışdır. Həmin ərəfədə o, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində kirayə yaşamaq üçün ev axtardığına görə xx.xx.2023-cü il tarixdə “Tap.Az” internet saytına baxarkən həmin saytda Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, 13-cü küçədə yerləşən ev 3, mənzi 9 ünvanının kirayəyə verilməsi barədə elan yerləşdirildiyini görmüşdür. Ona görə də o, həmin gün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə elanda yerləşdirilmiş ***-***-**-** nömrəli mobil telefona zəng edərək kirayə verilən həmin evə baxmaq istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, adını sonradan bildiyi Fidan adlı şəxslə kirayə vermək istədiyi həmin mənzilin qarşısında görüşüb baxmaq üçün evə getmişdir. O, həmin mənzilə baxdıqdan sonra bəyəndiyini demiş və həmin mənzili aylıq 400 manata kirayəyə götürməsinə razılaşmışlar. Bundan sonra o, sürücülük vəsiqədsinin şəklini ev sahibəsinin, yəni Fidanın mobil telefonuna “Vhatsap” xidməti vasitəsilə göndərmişdir. Həmçinin o, Fidanın plastik kartına 50 manat beh göndərəcəyini və qalan 350 manat kirayə pulunu da 2 gündən sonra verəcəyini bildirmişdir. Bundan sonra Fidan evin giriş qapısının açarını ona təhvil verərək çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə o, Fidanın plastik kartına 50 manat beh göndərmişdir. Bildirmişdir ki, 19.012023-cü ildə ona təcili pul lazım olduğuna görə o, kirayə yaşadığı həmin mənzildəki 2 ədəd LG markalı plazma televizorları ev sahibəsinin xəbəri olmadan gizli şəkildə götürüb Lombarda qoyaraq əvəzində pul götürüb problemlərimi həll etmək, bir neçə gündən sonra da pulu olanda həmin televizorları Lombarddan götürüb geri həmin evə gətirib yerinə qoymaq qərarına gəlmişdir. Ona görə də mən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ilkin olaraq evin qonaq otağında olan 1 ədəd 105 diqanallı “LG” markalı televizoru, iki ədəd yataq dəstini, 6 ədəddən ibarət xrustal bakal dəstini götürüb evdən çıxmışdır. Bir ədəd televizoru Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında olan Lombarda təhvil verərək əvəzində 120 manat götürmüşdür. İki ədəd yataq dəstini və 6 ədəddən ibarət xrustal bakal dəstini Bakı şəhəri, 3-cü mikrorayon dairəsində tanımadığı şəxsə 60 manata satmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, evin yataq otağında olan 1 ədəd 90 dioqanallı “LG” markalı televizoru da götürüb həmin Lombarda təhvil vermiş və əvəzində 90 manat götürmüşdür. Qeyd etmişdir ki, o, həmin televizorları Lombarda təhvil verərəkən aralarında olan razılaşmaya əsasən həmin televizorları 10 gün müddətində geri təhvil almalı olmuşdur. Əks halda televizorların satışa çıxarılacağı ona bildirilmişdir. O, əldə etdiyi ümumilikdə 270 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmçinin o, həmin mənzilin qapısını bağlayaraq oradan çıxmış və istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini də söndürmüşdür ki, ev sahibəsi Fidan onunla əlaqə saxlaya bilməsin. Buna baxmayaraq həmin hadisədən təxminən 1 ay sonra o, həmin Lombarda gedərək pulunu verib televizorları götürmək istədiyini bildirdikdə onlar həmin televizorları vaxtında gəlib götürmədiyinə və Lombardın pulunu vaxtında ödəmədiyinə görə televizorları artıq başqa şəxslərə satdıqlarını bildirmişlər. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamışam, aramızda heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 21 yanvar 2023-cü il tarixdə Xəyal və Əhmədlə əlaqə saxlayıb çay içib söhbət etmək məqsədilə görüşüb Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən kafelərdən birinə getməyi planlaşdırmışlar. Həmin gün saat 15:00 radələrində onun kirayə götürərək idarə etdiyi “DAEVOO GENTRA” markalı ** HX *** dövlət nömrə nişanlı minik avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazarın yaxınlığına getmişdir. Əhməd orada avtomobilə əyləşdikdən sonra Bakı şəhərində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığına gedib saat 00:00 radələrinədək fərdi qaydada Abşeron rayonu, Xırdalan şəhərinə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşlar. Saat 00:00 radələrində Xəyal həmin metro stansiyasının yaxınlığına gəlib avtomobilə əyləşmiş və onlar üçlükdə çay içmək məqsədilə Abşeron rayonu, Novxanı qəsəbəsinə doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt o, avtomobilin sükanı arxasında, Xəyal sağ qabaq oturacaqda, Əhməd isə arxa oturacaqda əyləşmişdir. Saat 00:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsinə çatıb “Smart” adlı oteli ötüb keçdikdən təxminən 200-250 metr sonra Xəyal yolun kənarında yerləşən mağazanı görən kimi ondan avtomobili saxlamasını istəmiş və “Mən bura girəcəm” deməklə oğurluq etmək fikrini dilə gətirmişdir. O, əvvəlcə, avtomobili saxlamaq istəməsə də, Xəyalın təkidlərindən sonra mağazanı keçib bir qədər irəlidə - yolun kənarında avtomobili saxlamışdır. Daha sonra Xəyal avtomobilin qapısındakı boşluqda olan vintaçan götürüb avtomobildən düşmüşdür. Əhməd oğurluq etməməsi üçün dilə tutmaq məqsədi ilə avtomobildən düşüb Xəyalın arxasınca getmişdir. Xəyal qəti addımlarla mağazaya doğru addımlasa da, avtomobilin yan güzgüsündən Əhmədin mağazanın yaxınlığında dayandığını və ətrafa göz gəzdirdiyini görmüşdür. Bu zaman avtomobilin sükanından düşmədən Əhmədlə Xəyalın qayıtmalarını gözləməyə başlamışdır. Təxminən 5 dəqiqə gözlədikdən sonra Əhmədlə Xəyal qayıdıb avtomobilə əyləşmişlər. Avtomobilin içərisində Xəyal sellofan torbadan “Bizon” markalı enerji içkiləri çıxarıb ona və Əhmədə vermiş, torbanın içərisindəki tütün məmulatlarını mağazadan oğurladığını, satıb pulunu bərabər şəkildə aralarında bölüşdürəcəyini demişdir. Bundan sonra Xəyal çay içmək fikrindən daşınaraq Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına getmək istədiyini bildirmişdir. O, avtomobili həmin istiqamətdə idarə edərək Xəyalı düşürdükdən sonra Abşeron rayonu, Xırdalan şəhərinə qayıdıb Əhmədi evinə aparıb qoyduqdan son yaşadığı evə qayıtmışdır. Ertəsi gün günorta saatlarında Xəyal onunla mobil telefon əlaqəsi saxlayıb Əhmədlə birlikdə Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına gəlməsini istəmişdir. Əhmədlə mobil telefon əlaqəsi yaratdıqdan sonra Əhmədi Abşeron rayonu, Xırdalan şəhərindən götürüb Xəyalın çağırdığı yerə aparmışdır. Adı çəkilən metro stansiyasının yaxınlığında Xəyalla görüşərkən Xəyal ona və Əhmədə 100 manat pul verərək oğurladığı tütün məmulatlarının satışından əldə etdiyini bildirmişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələri üzrə elan olunan ittihamda özünü təqsirli bilərək, CM-nin 326.2-ci maddəsi üzrə elan olunan ittiahamda özünü təqsirli bilmədi, əməlinndən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olmaqla işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Ləman” restoranında müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2u tanıyır. Əvvəllər Xəyal və Ruslanla aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, tanışlıq münasibətləri həmişə normal olmuşdur. Bildirmişdir ki,13 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Ruslan ona zəng edib Abşeron rayonu, Xırdalan şəhərində onunla görüşmüşdür. Ruslan ona pula ehtiyacı olduğunu deyəndə o da Ruslana Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasında seyf olduğunu və həmin seyfdə pul olduğu üçün həmin seyfi oğurlamasını təklif etmişdir. Ruslan da onunla razılaşmışdır. Daha sonra Ruslanın idarə etdiyi “DAEVOO GENTRA” markalı ** HX *** dövlət nömrə nişanlı minik avtomobillə onunla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami metrsounun yaxınlığındakı evinə getmişlər. Orada o, Ruslana etdiyi təklifi Xəyala da etmişdir. Xəyal da pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Daha sonra Ruslanın idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat evinin qarşısına gəlib orada maşında oturub mağazanın bağlanmasını gözləmişlər. 14 yanvar 2023-cü il tarixdə saat 03 radələrində şirniyyat sexinin bağlandığını və heç kimi içəridə olmadığını görmüşlər. Bundan sonra, Ruslan avtomobili həmin binanın arxa tərəfinə sürüb saxlamışdır. O, və Xəyal avtomobildən düşüb həmin şirniyyat masğazasına tərəf getmişlər. O, kənarda gözləyib ətrafa baxmışdır ki, gələn olsa Xəyala xəbər versin. Xəyal da “Bublik” adlı şirniyyat evinə girmişdir. Ruslan isə avtomobildə əyləşib onları gözləmişdir. Təxminən 15 dəqiqə sonra Xəyal ona demişdir ki, “Ruslana de maşını yan tərəfdəki binanın qarşısına sürüb saxlasın”. O da Ruslanın yanına gəlib avtomobili yan tərəfdəki binanın qarşısına sürməsini demişdir. Ruslan da avtomobili həmin yerə sürüb saxlamışdır. Sonra o, və Xəyal bir ədəd dəmir seyfi şirniyyat evinin ambarından götürüb gətirərək Ruslanın idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar. O, avtomobilin qabaq sərnişin oturacağında Xəyal isə arxa sərnişin oturacaqda əylşəmişlər. Ruslan avtomobili Xəyalın dediyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir küçəyə sürmüşdür. Orada Xəyal avtomobildən düşüb kimdənsə açar alıb seyfi həmin evdə açacağını demişdir. Ruslan avtomobili Xəyalın göstərdiyi həmin evin qarşısında saxlamışdır. Hər üçü avtomobildən düşüb seyfi də götürüb həmin evə daxil olmuşlar. Orada o, Xəyalla birlikdə lomla seyfi qırmışdır. Həmin seyfin içərisindən 800 ABŞ dolları, 1200 manat pul, müxtəlif növ qadın ətirləri və sənədlər olduğu görmüşlər. Bu vaxt Xəyal həmin 800 ABŞ dollarından 200 ABŞ dolları mənə və 200 ABŞ dolları Ruslana vermişdir. 1200 manat puldan da hər birinə 400 manat pul vermişdir. 800 dollardan qalan 200 ABŞ dollarını isə həmin evin sahibinə verəcəyini demişdir. Bundan sonra Xəyal həmin evdə qalmışdır. Ruslan isə onu da götürüb Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlmişlər. Ruslan avtomobili sakit yerdə saxlayıb onunla həmin gecəni avtomobildə qalmışlar. Səhəri gün isə o, Ruslandan ayrılıb çıxıb getmişdir. Sonra isə həmin 400 manat pulu və 200 ABŞ dollarını şəxsi ehtiyacına xərcləmişdir. Seyfin içərisində olan qadın ətirlərini və sənədləri Xəyal götürərək aparmışdır. Bundan başqa bildirmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Xəyal və Ruslanla əlaqə saxlayıb çay içib söhbət etmək məqsədilə görüşüb Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən kafelərdən birinə getməyi planlaşdırmışlar. Həmin gün saat 15:00 radələrində Ruslan idarə etdiyi “DAEVOO GENTRA” markalı ** HX *** dövlət nömrə nişanlı minik avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazarın yaxınlığına gəlmişdir. O, avtomobilə əyləşdikdən sonra Bakı şəhərində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığına gedib saat 00:00 radələrinədək fərdi qaydada Abşeron rayonu, Xırdalan şəhərinə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşlar. Saat 00:00 radələrində Xəyal həmin metro stansiyasının yaxınlığına gəlib avtomobilə əyləşmiş və onlar üçlükdə çay içmək məqsədilə Abşeron rayonu, Novxanı qəsəbəsinə doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt Ruslan avtomobilin sükanı arxasında, Xəyal sağ qabaq oturacaqda, o, isə arxa oturacaqların birində əyləşmişdir. Saat 00:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsinə çatıb “Smart” adlı oteli ötüb keçdikdən təxminən 200-250 metr sonra Xəyal yolun kənarında yerləşən mağazanı görən kimi Ruslandan avtomobili saxlamasını istəmiş və “mən bura girəcəm” deməklə oğurluq etmək fikrini dilə gətirmişdir. Ruslan, əvvəlcə, avtomobili saxlamaq istəməsə də, Xəyalın təkidlərindən sonra mağazanı keçib bir qədər irəlidə yolun kənarında avtomobili saxlamışdır. Daha sonra Xəyal avtomobilin qapısındakı boşluqda olan vintaçan götürüb avtomobildən düşmüşdür. O, avtomobildən düşüb Xəyalın arxasınca gedərək oğurluq etməməsini bildirsə də, Xəyal qəti addımlarla mağazaya doğru addımladığından kənarda dayanmış və ətrafa göz gəzdirməyə başlamışdır. Bu zaman Ruslan avtomobilin sükanı arxasından düşmədən onlar qayıtmaqlarınıı gözləmişdir. Xəyal təkbaşına heç bir çətinlik çəkmədən əlindəki vintaçanla mağazanın qapısını açaraq içəri daxil olmuş və təxminən 5 dəqiqə sonra əlində sellofan torba ilə çölə çıxmışdır. Bundan sonra onlar birlikdə gedib Ruslanın avtomobilinə əyləşmişlər. Avtomobilin içərisində Xəyal sellofan torbadan “Bizon” markalı enerji içkiləri çıxarıb ona və Ruslana vermişdir, torbanın içərisindəki tütün məmulatlarını mağazadan oğurladığını, satıb pulunu bərabər şəkildə aralarında bölüşdürəcəyini demişdir. Bundan sonra Xəyal çay içmək fikrindən daşınaraq Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına getmək istədiyini bildirmişdir. Ruslan avtomobili həmin istiqamətdə idarə edərək Xəyalı düşürdükdən sonra evə yollanmışlar. Ertəsi gün günorta saatlarında Xəyal onunla mobil telefon əlaqəsi saxlayıb Ruslanla birlikdə Bakı şəhərində yerləşən “Nizami” metro stansiyasının yaxınlığına gəlməsini istəmişdir. Ruslanla mobil telefon əlaqəsi yaratdıqdan sonra Ruslan onu Abşeron rayonu, Xırdalan şəhərindən götürüb Xəyalın çağırdığı yerə aparmışdır. Adı çəkilən metro stansiyasının yaxınlığında Xəyalla görüşərkən Xəyal ona və Ruslana 100 manat pul verərək oğurladığı tütün məmulatlarının satışından əldə etdiyini bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsi hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini hadisə yerlərində bir daha əyani göstərərək təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı söylərək təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı söylərək təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailə üzvləri ilə bir yerdə yaşayır. ünvan 5 ünvanında yerləşən “Bublik” şirniyyat evini işlədir, orada olan əmlak ona məxsusdur. Həmin şirniyyat evində müxtəlif növ şirniyyatlar hazırlanır, satılır və yeməkxana kimi fəaliyyət göstərir. Bildirmişdir ki, 14 yanvar 2023-cü il iltarixdə saat 03 radələrində evdə olan zaman şirniyyat evində işləyən işçilərdən biri ona zəng edərək bildirmişlər ki, naməlum şəxs ünvan 5 ünvanında yerləşən “Bublik” şirniyyat evinin arxa alüminium qapısını açaraq şirniyyat evinin ambarında saxlanılan ona məxsus seyfi oğurlamışdır. O, bu xəbəri eşidən kimi dərhal şirniyyat evinə gəlmişdir. O, tez DİN-nin “102” xidmətinə zəng edərək işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi 42 ünvanında yerləşən “Bublik” şirniyyat evindən oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin vaxt seyfin içərisində 800 ABŞ dolları, 1200 manat pul, hər biri 50 manat dəyərində ümumi 100 manat dərində olan iki ədəd “Şanel” adlı ətir, hər biri 25 manat dəyərində ümumi 100 manat dəyərində “Divanə” adlı ətir, ona məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Qeyd etmişdir ki, o, oğurlanmış seyfi 400 manata almışdır. Şəxsiyyət vəsiqəsinin yenidən alınması üçün 10 manat pul xərcləmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3170 manat maddi ziyan dəymişdir. Bildirişdir istəyirəm ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3170 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirlən şəxslər tərəfindən ödənilməmişdir.Dəyən ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə olmaqla Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 25, mənzil 26-da yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 13-cü küçədə yerləşən ev 3, mənzi 9 ünvanı ona məxsusdur. O, həmin evini kirayə vermək üçün “Tap.Az” internet saytında elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində tanımadığı bir nəfər şəxs ***-***-**-** nömrəli mobil telefonu ilə ona zəng edərək kirayə vermək istədiyi həmin evə baxmaq istədiyini demişdir. Ona görə də o, ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin şəxslə sözügedən evinin qarşısında görüşüb baxmaq üçün evə getmişlər. Həmin şəxs evinə baxdıqdan sonra bəyəndiyini demiş və 400 manata kirayəyə götürməsinə razılaşmışlar. Bundan sonra həmin şəxs bir gündən sonra ailəsini və əşyalarını kirayəyə götürdüyü həmin evinə gətirəcəyini bildirmişdir. Həmin şəxs adının Təqsirləndirilən şəxs2 olduğunu bildirib sürücülük vəsiqəsinin şəklini də onun mobil telefonuna göndərmişdir. Həmin şəxs bir qədər sonra plastik kartına 50 manat beh göndərəcəyini və qalan 350 manat kirə pulunu da 2 gündən sonra verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxs plastik kartına 50 manat beh göndərsə də sonrakı vaxtlarda bir neçə dəfə mobil telefonla danışdıqda o, müxtəlif bəhanələr gətirərək qalan 350 manat kirə pulunu verməmişdir. Ona görə o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həmin evinə gedib baxan zaman isə həmin şəxsin evində qonaq otağından bir ədəd 800 manat dəyərində olan 105 dioqanallı “LG” markalı plazma televizoru, yataq otağından bir ədəd 500 manat dəyərində olan 90 doqanallı “LG” markalı plazma televizoru, yataq otağındakı dolabdan hər biri 40 manat dəyərində olan 2 ədəd yataq dəstini və 300 manat dəyərindəki 6 ədəddən ibarət xrustal bakal dəstini oğurlayaraq apardığını aşkar etmişdir. O, həmin vaxt özünü ona Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrinə nə qədər zəng etsə də teefonu sönülü olduğuna görə həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Ona görə də o, həmin vaxt Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1680 manat ziyan dəymişdir.Dəyən ziyan ödənilməmişdir,ziyanın ödənilməsini tələb edir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında kirayə yaşayır. Əvvəlki ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Xəyalla əvvəllər aralarında dostluq münasibətləri olmuş, heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 onun kirayə yaşadığı evdə dəfələrlə qonaq kimi qalmışdır. Bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə tək olarkən Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş və ona bir gecə yaşadığı evdə qalacağını bildirmişdir. O, Xəyala etiraz etməmişdir. Xəyal onun yaşadığı evdə olarkən onlar biraz söhbət etdikdən sonra yatmağa getmişlər. Həmin vaxt o, özünə məxsus bir ədəd “İphone 11” markalı mobil telefonumu və içərisində 150 manat pul olan pul qabını qonaq otağındakı masanın üzərində qoymuşdur. O, səhəri gün yəni 08 sentyabr 2020-ci il tarixdə saat 05 radələrində yuxudan ayıldıqda Xəyalın evdə olmadığını görmüşdür. Sonra qonaq otağındakı masanın üzərinə baxdıqda masanın üzərinə qoyduğu bir ədəd “İphone 11” markalı mobil telefonunun, pul qabının içərisində 150 manat pulunun olmadığını aşkar etmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus bir ədəd “İphone 11” markalı mobil telefonunun, pul qabının içərisində 150 manat pulunu oğurladığını bilib DİN-nin “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs1 yaşadığı evdən oğurluq etməsi ilə bağlı məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1la Mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışdıqda o, Xəyala oğurluq etməsi ilə bağlı DİN-nin “102” xidmətinə zəng edərək şikayət etdiyini bildirərək mobil telefonunu və 150 manat pulunu geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs1 ona şikayət ərizəsini geri götürdüyü halda mobil telefonu və 150 manat pulu geri qaytaracağını demişdir. O, Təqsirləndirilən şəxs1 inanmayıb Xəyalın barəsində şikayətini etmişdir. Bildirmişdir ki, işlətdiyi mobil telefonunu 1250 manata, telefonda istifadə etdiyi GSM nömrə kartını 5 manata almışdır. GSM nömrə kartının balansında kontur olmamışdır. Oğurluq nəticəsində Təqsirləndirilən şəxs1 ona ümumilikdə 1405 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 oğurluq nəticəsində ona vurduğu 1405 manat ziyanı ona ödəməmişdir. Bildirmişdir ki, o, məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/756 saylı rəyi razılaşmamış, ona dəymiş ziyan ifadəsində göstərdiyi kimi 1405 manat olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini,təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında ailəsi ilə bir yerdə yaşayır. Onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 84 ünvavında özünə məxsus mağazası vardır. Həmin mağazada ərzaq məhsullarının, tütün məmularlarının, sərin içkilərin, spirtli içkilərin və digər əşyaların satışı ilə məşğul olur. Hər gün səhər saat 08 radələrində mağazanı açır saat 22 radələrində mağazanı bağlayır. Bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində mağazaya gələndə görmüşdür ki, mağazanın plastik qapısı sındırılmışdır. Mağazaya daxil olub ətraflı baxdıqda piştaxtanın siyirməsindən 480 manat pulun, piştaxtanın içərisindən hər birinin qiyməti 3 manat 70 qəpik olan ümumi 340 manat 40 qəpik dəyərində 92 qutu “Kent” adlı siqaretin, hər birinin qiyməti 3 manat 70 qəpik olan ümumilikdə 333 manat dəyərində 90 qutu “Davidoff”, adlı siqaretin, hər birinin qiyməti 4 manat 20 qəpik olan ümumi 336 manat dəyərində 80 qutu “Sobiranie” adlı siqaretin, hər birinin qiyməti 2 manat 70 qəpik olan ümumi 243 manat dəyərində 90 qutu “Rothmans” adlı siqaretin, hər birinin qiyməti 2 manat 70 qəpik olan ümumi 256 manat 50 qəpik dəyərində 90 qutu “Winchester” adlı siqaretin oğurlanmasını aşkar etmişdir. Bununla bağlı DİN-nin “102” xidmətinə zəng edərək ona məxsus mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə ona məxsus mağazadan oğurluq olması nəticəsində ona ümumilikdə 1988 manat 90 qəpik maddi ziyan dəymişdir. Sonra mağazanın qapısının kilidini düzəldib qapıya qıfıl vurmuşdur. Bundan başqa bildirmişdir 10 noyabr 2022-ci il tarixdə saat 08 radələrində mağazaya gələndə görmüşdür ki, mağazanın plastik qapısına vurduğu qıfıl sındırılmış, qapı isə açıq vəziyyətdə qalmışdır. Mağazaya daxil olub ətraflı baxdıqda piştaxtanın siyirməsindən 50 manat pulun, piştaxtanın içərisindən hər birinin qiyməti 3 manat 70 qəpik olan ümumi 92 manat 50 qəpik dəyərində 25 qutu “Kent” adlı siqaretin, hər birinin qiyməti 3 manat 70 qəpik olan ümumilikdə 92 manat 50 qəpik dəyərində 25 qutu “Davidoff” adlı siqaretin, hər birinin qiyməti 4 manat 20 qəpik olan ümumi 84 manat dəyərində 20 qutu “Sobiranie” adlı siqaretin, hər birinin qiyməti 2 manat 70 qəpik olan ümumi 54 manat dəyərində 20 qutu “Rothmans” adlı siqaretin, hər birinin qiyməti 2 manat 70 qəpik olan ümumi 54 manat dəyərində 20 qutu “Winchester” adlı siqaretin, oğurlanmasını aşkar etmişdir. Bununla bağlı DİN-nin “102” xidmətinə zəng edərək ona məxsus mağazadan oğurluq olması barədə məlumat vermişdir. 10 noyabr 2022-ci il tarixdə mənə məxsus mağazadan oğurluq olması nəticəsində ona ümumilikdə 427 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə ona məxsus mağazadan oğurluq olması nəticəsində ona 1988 manat 90 qəpik, 10 noyabr 2022-ci il tarixdə ona məxsus mağazadan oğurluq olması nəticəsində ona 427 manat, hər iki tarixdə baş vermiş oğurluq nəticəsində ona ümumilikdə isə 2415 manat 90 qəpik maddi ziyan dəymişdir. Hazırda göstərdiyi ona dəymiş 2415 manat 90 qəpik maddi ziyan sonradan mağazada dəqiq hesablama apardıqdan sonra müəyyən olunmuşdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsində yerləşən fərdi evdə ailə üzvləri ilə bir yerdə yaşayır. Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində yerləşən mağazanı icarəyə götürüb işlədir. Həmin mağazada ərzaq məhsullarının, tütün məmularlarının, sərin içkilərin, spirtli içkilərin və digər əşyaların satışı ilə məşğul olur. Hər gün səhər saat 08 radələrində mağazanı açır, saat 21 radələrində mağazanı bağlayır. Bildirmişdir ki, 21 yanvar 2023-cü il tarixdə saat 08 radələrində işlətdiyi mağazaya gələrək mağazanın kilidini açmaq istəmişdir. Bu zaman qapının kilidinin qırıldığını və qapının açıq olduğunu aşkar etmişdir. Mağazanın içərisinə daxil olduqda rəfdə yığdığı müxtəlif adda siqaretlərin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra üzərinə kassa aparatı qoyulmuş şkafın siyirməsini açdıqda siyirməyə bir gün əvvəl qoyduğu 300 manat pulun yerində olmadığını görmüşdür. Mağazaya ətraflı baxdıqda piştaxtanın içərisindən hər birinin qiyməti 3 manat 90 qəpik olan ümumi 117 manat dəyərində 30 qutu “Kent” adlı siqaretin, hər birinin qiyməti 3 manat 90 qəpik olan ümumilikdə 117 manat dəyərində 30 qutu “Davidoff” adlı siqaretin, hər birinin qiyməti 4 manat 30 qəpik olan ümumi 107 manat 50 qəpik dəyərində 25 qutu “Sobiranie” adlı siqaretin, hər birinin qiyməti 2 manat 80 qəpik olan ümumi 84 manat dəyərində 30 qutu “Rothmans” adlı siqaretin, hər birinin qiyməti 2 manat 80 qəpik olan ümum 84 manat dəyərində 30 qutu “Winchester” adlı siqaretin, soyuducuda olan hər birinin qiyməti 1 manat olan ümumi 3 manat dəyərində 3 ədəd “Bizon” adlı enerji içkilərinin oğurlanmasını aşkar etmişdir. Bununla bağlı mobil telefon vasitəsi ilə DİN-nin “102” xidmətinə zəng edərək işlətdiyi mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, 21 yanvar 2022-ci il tarixdə işlətdiyi mağazadan oğurluq olması nəticəsində ona ümumilikdə 809 manat 50 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 dəyən ziyan ödənilməmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı söylərək təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid teleqramma ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyəini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilən Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 46 ünvanında yerləşən “Texno” adlı lombardı işlədir. Öz adına vöen hesabı açıb, rəsmi olaraq Azərbaycan Respublikası Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçib vaxtı-vaxtında vergiləri ödəyib lazımı hesabatlarını verir. Həmin lombardın fəaliyyəti mobil telefon, televizor və digər əşyaları girov götürməklə faizə pul verməkdən ibarətdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə adının Təqsirləndirilən şəxs2 David oğlunun olduğunu bildiyi şəxs şəxs işlədiyi lombarda yaxınlaşaraq bir ədəd qara rəngli 105 diqanallı “LG” markalı televizoru təqdim edərək bildirmişdir ki,“pula ehtiyacı olduğundan özünə məxsus həmin televizoru girov qoyub bir ay müddətinə pul götürmək istəyir”. O, bir ədəd qara rəngli 105 diqanallı “LG” markalı televizoru baxıb Təqsirləndirilən şəxs2 105 diqanallı “LG” markalı televizora görə 120 manat pul verəcəyini “ televizoru girovdan götürərkən 120 manatdan əlavə hər aya 18 manat pul alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 televizorun oğurluq olmasını soruşduqda ona televizorun özünə məxsus olmasını pula ehtiyacı olduğundan girov qoymasını bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşdıqdan sonra sürücülük vəsiqəsinin kserosurətini alıb qara rəngli bir ədəd 105 diqanallı “LG” markalı televizora görə Təqsirləndirilən şəxs2 David oğluna 120 manat pul vermişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 David oğlu yenidən işlədiyim lombarda yaxınlaşaraq bir ədəd qara rəngli 90 dioqanallı “LG” markalı televizoru təqdim edərək bildirmişdir ki, “uşağının xəstəliyi ilə bağlı dərman almağa pulu olmadığından həmin televizoru satır”. O, bir ədəd qara rəngli 90 diqanallı “LG” markalı televizoru baxıb Təqsirləndirilən şəxs2 90 diqanallı “LG” markalı televizora görə 90 manat pul verəcəyini “ televizoru girovdan götürərkən 90 manatdan əlavə hər aya 13,5 manat pul alacağımı bildirmişdir. O, Təqsirləndirilən şəxs2 televizorun oğurluq olmasını soruşduqda ona televizorun özünə məxsus olmasını pula ehtiyacı olduğundan girov qoymasını bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşdıqdan sonra sürücülük vəsiqəsinin kserosurətini alıb qara rəngli bir ədəd 90 diqanallı “LG” markalı televizora görə Təqsirləndirilən şəxs2 David oğluna 90 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 David oğlu lombarda iki ədəd televizor qoyub vaxtında gəlib həmin televizorları götürmədiyi və televizorları qoyduğu vaxtdan bir ay yarım keçməsinə baxmayaraq aralarında olan müqviləyə əsasən o, məcbur olub Təqsirləndirilən şəxs2 David oğlunun lombarda qoyduğu iki ədəd televizoru satışa çıxarmış və tanımadığı müştəriyə bir ədəd qara rəngli 105 diqanallı “LG” markalı televizoru 200 manata və bir ədəd qara rəngli 90 diqanallı “LG” markalı televizoru isə 150 manata satmışdır. Sonradan işlədiyi lombarda Abşeron rayon polis idarəsinin əməkdaşları gələn zaman bilmişdir Təqsirləndirilən şəxs2 David oğlunun işlətdiyi lombarda qoyduğu bir ədəd 105 diqanallı “LG” markalı televizor və bir ədəd 90 diqanallı “LG” markalı televizor oğurlanmış əmlak olmuşdur. Zərərçəkmiş şəxs5 təqdim etdiyi Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev küçəsində yerləşən mağazasından oğurluq olmasını əks etdirən videogörüntü olan bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci video görüntüdə- video görüntüdə, 22 yanvar 2023-cü il tarixdə saat 00:27-dən 00:32-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın qarşısına biri kapişon geyimli olmaqla 2 nəfər şəxs yaxınlaşmış, həmin şəxslərdən biri kənarda dayanıb ətrafa göz gəzdirmiş, digəri isə başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, ayağında qara rəngli şalvar və qara rəngli maska olan şəxs mağazanın qapısına müdaxilə edərək içəri daxil olmuşdur. Videogörüntü 44 saniyə davam etmişdir. 2-ci video görüntüdə- 22 yanvar 2023-cü il tarixdə saat 00:31:49-da bir nəfər şəxs başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, ayağında qara rəngli şalvar və qara rəngli maska olan şəxs Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın içərisinə daxil olaraq mağazada nəsə axtarmağa başlayır, sonra mağazada olan soyuducudan içki götürərək əlində olan torbaya yığaraq bayıra çıxmışdır. Videogörüntü 50 saniyə davam etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirdi ki, 22 yanvar 2023-cü il tarixdə saat 00:27-dən saat 00:32-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın qarşısına gəlib dayanaraq ətrafa göz gəzdirən kapişon geyimli şəxs onun özüdür, həmin vaxt mağazanın qapısına müdaxilə edərək içəri daxil olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, ayağında qara rəngli şalvar və qara rəngli maska olan bir nəfə şəxs isə Təqsirləndirilən şəxs1dur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2023-cü il tarixdə saat 00:27-dən saat 00:32-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın içərisinə daxil olub təxminən 5 dəqiqə sonra mağazadan çıxıb əlində sellofan torba dolu siqaretlə onun yanına gəlmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, 22 yanvar 2023-cü il tarixdə saat 00:27-dən saat 00:32-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın qarşısına gəlib dayanaraq ətrafa göz gəzdirən kapişon geyimli şəxs Təqsirləndirilən şəxs3, həmin vaxt mağazanın qapısına müdaxilə edərək içəri daxil olan başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, ayağında qara rəngli şalvar və qara rəngli maska olan bir nəfər şəxs isə onun özüdür. Bildirmişdir ki, 22 yanvar 2023-cü il tarixdə saat 00:27-dən saat 00:32-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın içərisinə daxil olub mağazanı axtarmış, sonra mağazada olan kassasında saxlanılan 300 (üç yüz) manat nağd pulu, piştaxtanın içərisindən müxtəlif adda olan siqaretləri soyuducudan 03 ədəd “Bizon” enerji içkilərini və torbaya yığıb mağazadan çıxaraq uzaqlaşmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 69-cu maddələri ilə təqsirlili bilinərək 01 il 09 ay 28 gün müddətinə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzsına məhklum olunmuşdur. Azərbaycan respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının2,8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş sayılır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 66.2-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş sayılır. Zərərçəkmiş şəxs5 təqdim etdiyi Abşeron rayonu, Novxanı qəsəbəsi H.Əliyev küçəsində yerləşən mağazasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilən oğurluq hadissini əks etdirən videogörüntü olan bir ədəd disk iş üzrə maddi sübut kimi tananaraq və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməklə vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamaları onların özlərinin qismən etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər isintaq sənədləri, işdə olan digər sübutlarla tam təsdiq edilərək tam sübuta yetirilmişdir. Onların özünü qismən təqsirli bilməsi işin məhkəmə baxışında sübut olunmadı. Belə ki, təqsirləndirilən şəxslərin CM-nin 326.2 maddəsi üzrə özlərini təqsirli bilməmələri zərərçəkmiş şəxs elan olunmuş ifadəsi,təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Onların qismən etirafı özünü müdafiə xarakteri daşıyır.Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 326.2 maddələri ilə tövsif olunmuşdur. Ona görə də onlar elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinə cəlb olunub, həmin maddələrin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, onların hər üçü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Burada məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi onların təqsirli bilindikləri CM-nin 326.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2ci maddəsi ilə törətmiş olduqları cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş 02 il müddət keçdiyindən onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulan əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə səzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 326.2 maddəsi də böyük içtimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Törətdiyi əməlinə görə Təqsirləndirilən şəxs2 02 mart 2023-cü il tarixdə Abşeron RPİnin İŞ-nin müstəntiqi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqda qaçıb yayındığından, ona həmin maddə ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin tarixdə axtarış elan edilmiş və 02 mart 2023-cü il tarixdə cinayət işi üzrə icraat Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs2 15 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verildiyindən 16 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işinin icraatı Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 tərəfindən təzələnərək həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Hazırki ittihamdan görünür ki, təqsirləndirilən şəxs CM-nin 326.2 maddəsi üzrə cinayət əməlini 14 yanvar 2023-cü il tarixdə törətmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 326.2 maddəsi üzrə özlərini təqsirli bilmədiklərindən onların barəsində təqsirli bilindikləri CM-nin 326.2 maddəsi üzrə ittiham hökmü çıxarılmalı, lakin cinayuət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlar cəzadan azad olunmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökm çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal kimi zərərçəkənlərdən biri Zərərçəkmiş şəxs2 ilə aralarında razılıq əldə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal onun əməlində cinayətlərin residivini yaratmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 aid hissədə cinayət hadisəsini 08 sentyabr 2022-ci il tarixdə törətmişdir,həmin cinayət hadisəsində CM-nin 177.1 maddəsinin tərkib hissəsi mövcuddur.Həmin epizod üzrə təqsirlənditrilən şəxs özünü təqsirli bilir, bu hissəədə müddətin keçməsi ilə bağlı həmin epizod üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, iş üzrə dəyən ziyanla bağlı zərərçəkənlərin biri ilə barışıq əldə etməsi ilə bağlı cəzasını yüngülləşdirən halı, əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi, törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,həmçinin CM-nin 65.2 maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 barəsində olan Suraxanı rayon Məhkəməsinin 10.06 2022-ci il tarixli Qərarı ilə cəzadan şərti azad olunduğu 05 ay 10 gün müddət şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, cəzasının çəkilməmiş qalan 05 ay 10 gün müddətinə olan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM 67.1-ci maddəsinə əsasən hazırki cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalı, üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Odur ki, məhkəmə hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalı, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalında həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökm elan edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Odur ki, məhkəmə hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalında həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli hökm elan edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 və onun əvvəlki məhkəmə proseslərində müdafiəçisi olmuş Müdafiəçi3 hər birinə 240 manat məbləğində dövlət büdcəsindən pul vəsaiti hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəzadan azad edilsin. Təqsirləndirilən şəxs1 ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 aid hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Suraxanı rayon Məhkəməsinin 10.06 2022-ci il tarixli Qərarı ilə cəzadan şərti azad olunduğu 05 ay 10 gün müddət şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, cəzasının çəkilməmiş qalan 05 ay 10 gün müddətinə olan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM 67.1-ci maddəsinə əsasən hazırki cinayət əməlinə görə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cəzadan azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökm elan edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cəzadan azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökm elan edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 və onun əvvəlki məhkəmə proseslərində müdafiəçisi olmuş Müdafiəçi3 hər birinə 240 manat məbləğində dövlət büdcəsindən pul vəsaiti verilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-41/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-41/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver