Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-410/2020 08.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Russiya Federasiyası, Xabarovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 19, mənzil 8-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində atası Zərərçəkmiş şəxs evə kənar şəxsləri gətirməsini ona irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs dəmir boru və yumruqla onu vuraraq, sağ ağlı qişasına qansızma, sağ gözətrafi nahiyənin qançırı, sağ gözaltı və burun nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 19 mənzil 8də qeydiyyatda olmağına baxmayaraq atası ilə yola getmədiyi üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində müxtəlif ünvanlarda yaşayır. Atası Zərərçəkmiş şəxs dəfələrlə onun dediyi qızla evlənməsi üçün məcbur etmiş, lakin o, atasının dedikəri ilə razı olmamış, buna görədə dəfələrlə aralarında sözlə mübahisə baş vermişdir. Atası Zərərçəkmiş şəxs uzun illərdir ki, onu yaşadığı evə buraxmamış, səbəbsiz yerə onu evdən çıxarmaq istəmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evə getdikdə evin giriş qapısının açıq olduğunu, həyətə daxil olanda atası Zərərçəkmiş şəxs həyətdə telefonla kiminləsə danışdığını görmüşdür. Atası arxaya çevrilən zaman onu həyətdə görərkən həyətdən çıxmasını tələb edərək «buradan çıx, sənin evdə heç bir əşyan yoxdur» sözlərini demiş, bundan sonra atası yerdən dəmir borunu götürüb onun üzərinə gəlmiş və onlar əlbəyaxa olmuşlar, onun barmağı onun gözünün altına keçmiş, lakin onu vurmamışdır. Sonda o, tutduğu əməldən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, evdə olmayan vaxtlarda oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evinə kənar şəxslər gətirdiyi üçün dəfələrlə oğlu Sabirlə bu barədə sözlə mübahisə etmiş, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində o, yol maşını ilə işlədiyi Abşeron rayonu, «At yalı» qəsəbəsindən yaşadığı ünvana gəlmiş və küçədə oğlu Təqsirləndirilən şəxsla qarşılaşmış, həmin vaxt o, sonuncuya «sən evə kimi gətirmisən, evi mən zəhmətimlə tikmişəm, sən məndən icazəsiz evimə nəyə görə adam gətirirsən?» sözlərini demiş, bu sözlərdən sonra Sabir onun ünvanına nalayiq ifadələr işlətmiş, o, isə sonuncuya fikir verməyib yaşadığı evə getmiş, evin giriş qapısını açıb içəriyə daxil olan zaman oğlu Sabir həyətdə arxadan onun baş nahiyəsindən dəmir boru ilə vurmuş, o, Sabirin əlində olan dəmir borunu almaq üçün əl atmış, sonuncu isə yumruqla onun burun nahiyəsindən zərbə endirmiş və barmağını sağ gözünə soğaraq «sənin gözüvü çıxardacam gəlib gedəni görməyəsən, sən niyə ölmürsən?» sözlərini demiş, həmin vaxt o, Sabiri itələmiş, sonuncu üstünə gəlmək istəyərkən o, yerdən taxta oturacağı götürüb Sabirə tərəf atmış, Sabir də oradan qaçıb getmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və qanunamüvafiq qaydada onun cəzalandırılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2019cu il tarixli, 13 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma, sağ gözətrafı nahiyənin qançırı, sağ göz altı və burun nahiyələrinin sıyrıqları-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə polzulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin58.1cimaddəsinintələblərinəgörəcinayəttörətməkdətəqsirlibilinənşəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, azciddicəzanövücəzanınməqsədlərinitəminedəbilmir. Həmin Məcəllənin 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X6 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarındaolan Abşeron rayon MKTB 4 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutuduğu əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs stintaq zamanı barəsində axtarış elan olunmuş, daha sonra o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutulmuş və xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq ona təyin olunmuş islah işləri cəzasının müddətinə hesablanmaqla həmin cəzasından həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla ona qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-410/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-410/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver