Məhkəmə qərarları › İş №1(012)-410/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-410/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-410/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay 02 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 27.06.2018-ci il tarixli qərarı ilə CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 05 ay 26 gün hissəsi qismən birləşdirilərək, 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1-də qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin 13.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 12.03.2021ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Xəzər rayonu Bilgəh qəsəbəsinin girişində yerləşən “Salyut” mağazasının qarşısında istintaqa məlum olmayan şəxsdən bir ədəd PO-1448№-li, keçmiş SSRİ-də zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı qanunsuz olaraq 200 manata əldə edib Abşeron rayonu Məmmədli kəndinə gələrək üzərində daşıyaraq, 12 mart 2021-ci il tarixədək yaşadığı ünvan 1 ünvanında saxlamış və üzərində gəzdirərkən həmin tarixdə saat 11 radələrində Abşeron rayonu Məmmədli kəndində “Yanar dağ” restoranın yaxınlığında Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Mehdiabad PB-yə gətirilib, şəxsi axtarışı keçirilən zaman həmin döyüş silahı olan Makarov konstruksiyalı tapança, komplekt hissəsi daraq və döyüş sursatı olan patronlar Təqsirləndirilən şəxs belində şalvarının kəmərinə keçirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər qanunsuz silah əldə edib saxladığına görə məhkum olunmuş və sonuncu dəfə 2020-ci ilin sentyabr ayında azadlığa buraxılmışdır. 10 mart 2021-ci il tarixdə, saat təxminən 18 radələrində Bakı şəhəri Xəzər rayonu Bilgəh qəsəbəsinin girişində yerləşən “Salyut” mağazasının qarşısında bir nəfər təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq Makarov tapancasını dörd ədəd patronu ilə satmaq istədiyini bildirmişdir. Həmin şəxs ilə onda olan tapançanı 200 manata razılaşmış və həmin şəxsə 200 manat verərək, onda olan bir ədəd tapançanı və 4 ədəd patronları almışdır.Məqsədi həmin tapançanı alandan sonra onu bir qədər baha qiymətə satıb pul qazanmaq olmuşdur.Tapançanı alıb elə bel nahiyyəsinə kəmərinə keçirib oradan Abşeron rayonu Məmmədli qəsəbəsinə yaşadığı evə gəlmiş və həmin tapançanı yaşadığı evdə saxlayırmış ki, müştəri tapanda satsın. 12 mart 2021-ci il tarixdə səhər evdən çıxanda həmin tapançanı yenə bel nahiyyəsində şalvarının kəmərinə keçirmişdir ki, bir müştəri tapsa satsın. Həmin gün saat 11 radələrində Məmmədli kəndində “Yanar dağ” restoranın yaxınlığından gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu deyərək, üzərində qanunsuz silah saxlamaqda şübhəli olduğu üçün onu Abşeron rayon Pİ-nin Mehdiabad PB-nə dəvət etmişlər.O, da etriaz etməyib, polis əməkdaşların xidməti avtomobilinə əyləşərək Abşeron RPİ-nin Mehdiabad PB-nə gəlmişlər. Polis Bölməsinə gəldikdən sonra üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər, onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələrim izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan şalvarının bel hissəsində kəmərə taxdığı həmin Makarov tapancasını və üzərində olan dörd ədəd patronlarla birlikdə təqdim etmişdir. Həmin tapançaya baxış keçirilmiş və onu haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, da həmin tapançanı Bilgəh qəsəbəsində tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir.Üzərimdən aşkar edilmiş tapança və dörd ədəd patronlar zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tapançanı aldığı şəxsin şəxsiyyətini bilmir, həmin şəxslə heç bir əlaqəsi olmamışdır.Qeyd etmişdir ki, həmin tapançanı satmağı hələ heç kimə deməmiş və tapança aldığını heç kim bilmirmiş.Tapançanı əldə etdiyi şəxsin şəxsiyyətini bilmirəm, təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Polis İdarəsinin Mehdiabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili işləyir.12 mart 2021-ci il tarixdə Abşeron rayonu Məmmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə məxfi mənbədən məlumat əldə etmişdir. Polis Bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa etmək üçün ətrafında əməliyyat tədbirləri keçirilməsində sahə rəisi Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Tərəfindən bu istiqamətdə keçirdikləri əməliyyat tədbiri zamanı 12 mart 2021-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli kəndində “Yanar dağ” qoruğunun yaxınlığında olmasını müəyyən edilmiş və ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs qanunsuz odlu silah gəzdirməkdə şübhəli olduğunu və onlarla Abşeron rayonu X2 gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlarla Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Tuncay Tağıyev tərəfindən araşdırma aparılmağa başlanmışdır. X3 tərəfindən müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olub-olmadığı ondan soruşulduqda, Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya varsa onları təqdim etsin. Bu zaman Cənnəd Məcidov əynində olan şalvarının bel hissəsində kəmərə taxılmış Makarov tapancasını və üzərində olan dörd ədəd patronlarla birlikdə təqdim etmişdir. Həmin tapançaya baxış keçirilmiş və onu haradan və nə vaxt aldığı ondan soruşulmuş, Təqsirləndirilən şəxs həmin tapançanı Bilgəh qəsəbəsində tanımadığı şəxsdən 200 manata aldığını və satacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança və dörd ədəd patronlar zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən şəxslər və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokolu oxumuşlar və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs tapançanı aldığı şəxsin şəxsiyyətini müəyyən edə bilməmişlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 12 mart 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində şalvarını kəmərinə taxdığı bir ədəd Makarov tapança, bir ədəd darağ və 04 ədəd patronlar aşkar edilərək götürülmüşdür. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının 12 mart 2021-ci il tarixli, 21/198R saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd PO-1448 №-li silah, keçmiş SSRİ-də zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim dilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağdır, texniki cəhətdən saxdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 15 mart 2021-ci il tarixli, 011-2365-1221 saylı məktubunda göstərilmişdir ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, PO-1448 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay 02 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 27.06.2018-ci il tarixli qərarı ilə CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 05 ay 26 gün hissəsi qismən birləşdirilərək, 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əlində olan boz cins şalvarın arxa tərəfində bel hissəsində kəmər yerinə keçirilmiş 01 ədəd 9 mm kalibrli, PO-1448 №-li Makarov konstruksiyalı PM modelli tapança və 04 ədəd patronlar olan darağı polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd PO-1448№-li, Makarov tapançası, bir ədəd darağ və 02 ədəd patronlar maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. 12.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Beləki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 12.03.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd PO-1448№-li, Makarov tapançası, bir ədəd darağ və 02 ədəd patronlar Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 65 saat hüquqi yardıma görə 390 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 12.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan bir ədəd PO-1448№-li, Makarov tapançası, bir ədəd darağ və 02 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 65 saat hüquqi yardıma görə 390 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar