Məhkəmə qərarları › İş №1(012)-410/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-410/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-410/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində evinin yaxınlığında olan zaman qonşusu Zərərçəkmiş şəxs özünə məxsus, “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili həmin kəndin ərazisində yüksək sürətlə idarə etməsini bəhanə gətirib heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan baltadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai yerdə ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə yaşadığı evin həyətindən götürdüyü balta ilə hücum edərək Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona-sağ bazu nahiyəsinin orta 1/3-nin ön səthinin qançırı kəsilmiş yarası, sağ çiyinin ön səthinin kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yuxarı hssəsinin kəsilmiş yarası, qançırı, sol çiyin qurşağının ön səthinin qançırından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra bununla kifayətlənməyərək əlində olan balta ilə Zərərçəkmiş şəxs məxsus “Tayota Prius” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq şüşəsini vurub sındıraraq, sonuncunun əmlakını qəsdən məhv edib Zərərçəkmiş şəxs 800 manat məbləğində zərər vuraraq bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşamışdır. Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30-da Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili Abşeron rayonu, Məmmədli kəndi ərazisində sürətlə sürdüyü üçün o, Natiqə öz iradını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, Natiq onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs onu vurmasından ehtiyat edərək Natiqi qorxutmaq məqsədilə yaşadığı evin həyətinin giriş hissəsində sağ tərəfdə olan baltanı götürüb geriyə qayıtmışdır. Zərərçəkmiş şəxs avtomobilini saxlayaraq yerə düşdüyünü müşahidə etmişdir. Onun üzərinə gəldiyini görərək əlindəki balta ilə onun çiyin nahiyəsinə zərbə endirmişdir. Daha sonra ondan tamam aralaşsın deyə Natiqə məxsus “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin alın şüşəsinə bir neçə zərbə endirərək avtomobili tam yararsız vəziyyətə salmışdır. Daha sonra Zərərçəkmiş şəxs oğlu və arvadının gəldiyini görüb oradan uzaqlaşmışdır. Əlindəki baltanı evlərindən təxminən 100-150 metr aralıda daşlıq əraziyə tullamışdır. Lakin xx.xx.2021-ci il tarixdə həmin yerə gedib baxdıqda həmin baltanı tapa biməmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun qonşuluqda yaşayır, Natiqlə hadisə baş verən günəcən əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində taksi fəliyyəti ilə məşğul olduğu Tayota Prius markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Məmmədli kəndində küçə ilə təxmimən 20 km/saat sürətlə yaşadığı evə doğru hərəkət etmişdir. Həmin vaxt evinin yaxınlığında yol kənarında dayanmış qonşusu Nartiq ona bir qədər avtomobili asta sürməsini bildirmişdir. O, Natiqə avtomobilini normal sürətlə sürdüyünü deyib “mənə avtomobil sürməyi öyrətmə” demiş və “32 ildir avtomobil idarə edirəm” deyib Natiqə sözlə irad bildirmişdir. Bundan sonra Natiq evlərinə getmişdir. O da avtomobilini yaşadığı evin qarşısında park edib avtomobildən düşmək istəmişdir ki, Natiq evdən balta götürüb əlində olan balta ilə onun üstünə hücüm etmişdir. Əvvəlcə Natiq əlindəki balta ilə onun “Tayota Prius” markalı avtomobilinin qabaq alın şüşəsini vuraraq sındırmışdır. Sonra balta ilə onun üstünə hücum edərək balta ilə onun qollarına vuraraq onun döyüb ona xəsarət yetirmiş və ona söyüb təhqir etmişdir. Sonra səs-küyə həyat yoldaşı Sevda və qonşular gələrək onu bir təhər Natqiqin əlindən alımışlar. Natiqdə sonra oradan çıxıb qetmişdir. Baş vermiş mübahisə 3-5 dəqiqə davam etmiş və bu mübahisəni həyat yoldaşı Sevda və qonşuları görmüşdür. Sonra həyat yoldaşı Sevda bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bildirmişdir ki, Natiq onun avtomobilinin alın şüşəsini sındırdığı üçün ona 800 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, Natiq balta ilə onun qollarına vurduğu üçün o, qollarından xəsarət almışdır. Tələbi ondan ibarətdir ki, Natiq onun avtomobilinin alın şüşəsini qəsdən sındırdığı üçün və onu döyüb balta ilə xəsarət yetirdiyi üçün onun barəsində qanuni tədbir görülsün və Natiq cinayət məsuliyyətinə cəlb olunsun. Bildirmişdir ki, əvvəllər onun Natiqlə heç bir mübahisəsi və dava-dalaşı olmamışdır. Mübahisə vaxtı o, Natiqi vurmamış və söyüb təhqir etməmişdir. Mübahisənin səbəbi onun Natiqə “mənə avtomobil sürməyi öyrətmə” deməsi olmuşdur. O, məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirlmiş Şahid3 Azad qızı ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndi, S.Rüstəm küçəsində yerləşən fərdi evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30-da evdə olduğu zaman evin qarşısında küçədə bərk səs-küy eşitmiş və dərhal evdən çölə çıxmışdır. Çölə çıxdıqda Zərərçəkmiş şəxsla oğlu Təqsirləndirilən şəxs arasında mübahisənin şahidi olmuş və Təqsirləndirilən şəxs oğlunu nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Həmin vaxt evlərinin qarşısında Zərərçəkmiş şəxs özünə məxsus “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili saxlamışdır. Zərərçəkmiş şəxs oğlunu nalayiq ifadələrlə təhqir etməklə kifayətlənməyib oğlunun üzərinə hücum çəkdikdə oğlu qaçaraq həyətə daxil olmuş və bir anlıq geri qayıtmışdır. X1mun üzərinə hücum çəkmiş və aralarında dava-dalaş baş vermişdir. Sonra oğlu Natiqin əlində balta olduğunu görmüşdür. Oğlu Zərərçəkmiş şəxs ondan aralaşsın deyə əlindəki balta ilə ona məxsus “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini zərbə endirərək sındırmışdır. Bu vaxt ora Zərərçəkmiş şəxs oğlu və həyat yoldaşı gəlmiş, həmin vaxt onun oğlu oradan uzaqlaşmışdır. Məhkəmə baxışında şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndi, Z.Əliyeva küçəsində yerləşən fərdi evdə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşamışlar. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30-da küçədə olduğu zaman Natiq Babyevin evinin qarşısında avtomobil dayandığını müşahidə etmiş və daha sonra səs-küy düşdüyünü eşitmişdir. Yaxınlaşdıqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisənin şahidi olmuş və Təqsirləndirilən şəxs nalayiq ifadələr söylədiyini eşitmişdir. O, həmin vaxt onların hər ikisini sakitləşdirməyə çalışmış ancaq buna nail ola bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki olaraq zəif olduğu üçün Natiqlə ayaqlaşa bilməmiş və həyətə daxil olaraq yenidən geriyə qayıtmışdır. Bu vaxt onların arasında dava-dalaş baş vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini əlindəki balta ilə sındırdığını müşahidə etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs oğlu və həyat yoldaşı gəlmiş və Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 22:30-da o, yaşadığı Abşeron rayonu, Məmmədli kəndi ərazisində küçədə olan zaman atasının idarə etdiyi “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə gələrək evlərinin qarşısına saxladığını müşahidə etmişdir. Atası avtomobilindən düşən kimi qonşusu Natiqin Əlində balta ilə atasına yaxınlaşdığını və atasını nalayiq ifadələrlə təhqir etdiyini gördüm. O, atamın idarə etdiyi “Toyota Prius” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşan kimi əlindəki balta ilə avtomobilin qabaq alın şüşəsinə bir neçə dəfə zərbələr endirib avtomobilin alın şüşəsini tamamilə yararsız hala salmışdır. Daha sonra əlindəki balta ilə atasının üstünə hücum çəkərək onu nalayiq ifadələrlə təhqir edib əlindəki balta ilə atasına zərbələr endirməyə başlamışdır. Atası əli ilə özünü müdafiə edərək Natiqin əlindən qaçmağa imkan tapmışdır. O, bu vaxt Natiqin əlində balta olduğu üçün Natiqə yaxınlaşa bilməmişdir. Səs küyə qonşuların gəlməsi səbəbilə Natiq oradan uzaqlaşmışdır. Bundan sonra o, atasına yaxınlaşmış və sol nahiyəsində qan izlərinin olduğunu müşahidə etmişdir. Bu vaxt anası Sevda baş vermiş hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Daha sonra onlar atasına ilkin tibbi yardım göstərmişlər. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2021-ci il tarixli 1878 nömrəli rəyindən görünür ki, 1974-cü il Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu nahiyəsinin orta 1/3-nin ön səthinin qançırı kəsilmiş yarası, sağ çiyinin ön səthinin kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yuxarı hssəsinin kəsilmiş yarası, qançırı, sol çiyin qurşağının ön səthinin qançırı iti kəsici ağır çəkiyə malik alətin(alətlərin) və küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Belə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, və silah qismində istifadə olunan balta ilə hücum edərək Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra əlində olan balta ilə Zərərçəkmiş şəxs məxsus “Tayota Prius” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq şüşəsini vurub sındıraraq sonuncunun əmlakını qəsdən məhv edib Zərərçəkmiş şəxs 800 manat məbləğində zərər vuraraq bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsinin verdiyi 13 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə, X3 xx.xx.2016-cı il tarixdə, X5 xx.xx.2017-ci il tarixdə anadan olmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü, 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərəçəkmiş şəxs Şahid1 təqsirləndirilən şəxsdən şikayətçi olmamasını, barışmasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən hesablansın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar