Məhkəmə qərarları › İş №1(012)-410/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-410/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-410/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə xx xxxxxx 1999-cu ildə Ağsu rayonunda anadan olmuş, subay, ali təhsilli, tələbə, məhkumluğu olmayan, Ağsu rayonu, Nuran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məzmununda fikrin ancaq azyaşlıların, yetkinlik yaşına çatmayan və ya yetkinlik yaşına çatmayan təsəvvürü yaradan, həmçinin yetkinlik yaşına çatmış şəxslərin cinsi orqanlarına yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasının pozulması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyinin yox edilməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyadılması və sair kimi pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri 2022-ci ilin noyabr ayının ortalarında müxtəlif sosial şəbəkələrdən əldə edib özünə məxsus olan “Samsung Galaxy A11" markalı mobil telefonunda saxlamış, daha sonra Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 1 ünvanında yaşadığı 14 nömrəli mənzildə özünə məxsus olan “Samsung Galaxy A11” markalı mobil telefonundan istifadə etməklə “Telegram” sosial şəbəkəsində “Premium channel” və “Vip kanal” adlı kanallar yaradaraq 2022-ci ilin noyabr ayının ortalarından həmin ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində qeyd edilən kanallarda həmin məzmunlu videogörüntüləri geniş izləyici kütləsinə nümayiş etdirməklə uşaq pornoqrafiyasını, yəni yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən görüntüləri yaymış, reklam etmiş, satmış, başqasına təklif etmiş, əldə edilməsinə şərait yaratmış, həmin materialları yaymaq və reklam etmək məqsədilə hazırlamış, əldə etmiş və saxlamış, həmçinin pornoqrafik materialları reklam məqsədilə qanunsuz hazırlamış, habelə bu xarakterli materialları yaymış, reklam etmiş və həmin materiallar ilə qanunsuz ticarət etməklə dövriyyəsini həyata keçirmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 242-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilsə də, 171-1.1-ci maddədə nəzərdə tutulmuş ittihamla razı olmadığını bildirərək ifadəsində göstərdi ki, o, hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Ailə üzvləri Ağsu rayonu, Nuran kəndində yaşasalar da, o, təhsili ilə əlaqədar ünvan 1 ünvanında yaşayır. 2022-ci ilin avqust ayının sonlarından etibarən “Telegram” sosial şəbəkəsində “Kayfulla hub” adlı kanal yaratmışdır. Həmin kanalda 18+ məzmunlu pornoqrafik xarakterli videolar və qismən gülməli pornoqrafik xarakterli, söyüşlü zarafatlar və s. paylaşırmış. Həmin səhifədə də istifadəçi adı da “hellohell900”-dir. Onun məqsədi həmin səhifədə pornoqrafik xarakterli videolar, fotolar paylaşaraq geniş izləyici kütləsi toplamaq, daha sonra da çoxlu sayda izləyiciyə sahib olduqdan sonra kanalın formatını dəyişib hər hansı adi reklam kanalına çevirmək olmuşdur. Belə ki, 2022-ci ilin avqust ayından dekabr ayına kimi olan müddət ərzində yaratdığı “Kayfulla hub” adlı kanalının izləyici sayı 18.000 nəfəri keçmişdir. Bu qədər qısa zaman ərzində izləyicilərinin sayının çoxalmasının səbəbi bir çox xarici səhifələrdə öz kanalının linkini paylaşaraq reklam etməyi olmuşdur. Ona görə də onun izləyicilərinin arasında təkcə azərbaycanlılar yox, həmçinin xaricilər də olmuşdur. Kanalın gizlilik şərtlərini qapalı rejimdə qoymuşdur, belə ki, kanala qoşulmaq istəyən olanda ilk öncə istək göndərirmiş, yalnız o, istəyi qəbul etdikdən sonra həmin şəxslər kanalda paylaşılan videoları görə bilirmişlər. O, bir çox xarici pornoqrafik səhifələri izləmiş, bir müddətdən sonra onun öz kanalında bu tip videoları paylaşmaqla reklam etməyi və izləyicilərinin sayını artırmaq kimi ideya ağlına gəlmişdir. Həmin videoların içərisində zorlama məzmunlu videolar da üstünlük təşkil edirmiş. Odur ki, həmin videoları gördükdən sonra yeni kanallar yaratmaq və orada müxtəlif pornoqrafik xarakterli videolar paylaşmaq qərarına gəlmiş, ona görə də ayrıca olaraq 2022-ci ilin noyabr ayının ortalarında “Premium channel” və “Vip kanal” adlı kanallar yaratmış və orada azyaşlılar adı altında reklam etməklə izləyici yığmaq üçün əslində yektinlik yaşına çatmış şəxslərin videolarını paylaşmışdır. O, kanalda paylaşdığı videoları izləyicilərə ödəniş əsasında təklif etmiş, ödənişin qiymətini də 20-30 manat arasında müəyyən etmişdir. İzləyicilərdən kimsə pul köçürmək istəyəndə özünə məxsus olan 4098-5844-6530-7450 nömrəli Leobank kartını göndərmişdir. “Premiun channel” və “Vip kanal” adlı qrupları özü yaratmışdır. Orada paylaşdığı videoları Telegramda müxtəlif xarici ölkələrin saytlarından əldə etmiş, paylaşdığı videoların çoxu zorlama xarakterli pornoqrafik xarakterli videolar olmuşdur. O, təzə-təzə bu işə başlayanda bu işdən pul qazanacağını düşünməmiş, lakin vaxt keçdikcə insanların buna maraqla yanaşdığını və hətta bunun üçün ona pul da ödəməyə razı olduqlarını görmüşdür. Bu səbəbdən daha da həvəslənmiş və paylaşımlarının sayını çoxaltmağa başlamışdır. O, bu işə başlayanda bir neçə dəfə insanlar ondan azyaşlı uşaqların da pornoqrafik videolarının davamlı olaraq paylaşılmasını istəmiş, o, vaxt keçdikcə bəzi insanlarda xüsusilə azyaşlıların porno videolarına marağın olduğunu görmüşdür. Ona görə də izləyicilərə videolar təklif edərkən onlara “azyaşlı pornoları” başlığı altında 500-700 arası video göndərmiş, lakin o, həmin videoların içərisində azyaşlıların da pornoqrafik videolarının olub-olmadığından məlumatsız olmuşdur. Bundan başqa, ondan ümumi xarakterli porno videoları alan adamlara sonradan onda azyaşlıların da videoları olduğunu bildirmişdir. O, daha çox pul qazanmaq üçün həmin şəxsləri aldatmış, lakin onlara konkret olaraq azyaşlı uşaqların pornoqrafik videoalarını göndərməmişdir. Onlara 500 ədədə yaxın video göndərmişdir. Həmin videoların da hamısına bir-bir baxmadığı üçün onların içərisində hansı məzmunda videoların olduğundan xəbəri olmamışdır. O, maddi imkanı zəif və tələbə olduğu üçün bu yolla pul qazanmaq özünə və ailəsinə kömək etmək istəmişdir. O, əldə etdiyi videoları ödəniş etmədən əldə etmişdir. Əvvəldən də o, daha çox “Telegram”dan istifadə etdiyi üçün kanalı məhz orada yaratmaq qərarına gəlmişdir. Həmin videoların Azərbaycanda dövriyyəsinin qadağan olduğunu isə bilməmişdir. Həmçinin o, böyüklərin videolarını bilə-bilə paylaşmış, amma uşaqların pornoqrafik videolarını bilə-bilə yaymamış və izləyicilərə göndərdiyi videoların içərisində azyaşlıların pornoqrafik xarakterli videoların olduğunu bilddirməmişdir. Sonda o, tələbə olduğunu, “Sabah” təhsil mərkəzində ingilis dilində təhsil aldığını əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, o, halhazırda Gəncə Texnologiya Universitetinin 4-cü kurs tələbəsidir. O, “Telegram” sosial şəbəkəsində axtarış edən zaman xatırlamadığı bir səhifədə bir elan onun diqqətini cəlb etmişdir. Belə ki, elanda “Premium kanal” adlı səhifədə ödəniş əsasında heç yerdə olmayan, çətin tapılan, xarici ölkələrə məxsus porno videoların, həmçinin məşhurların ifşa videolarının paylaşıldığı göstərilmişdir. Elan onun diqqətini cəlb etdiyi üçün həmin səhifənin admininə qrupa daxil olmaq üçün istək göndərmişdir. Belə ki, səhifənin admini ona yazaraq saytda məşhurların ifşa videolarının və heç yerdə olmayan qeyri-adi porno videoların olduğunu, daha sonra qrupa qoşulmaq üçün ödəniş tələb olunduğunu bildirmişdir. İlkin olaraq ondan 4 manat istəmiş, o da özünə məxsus 4098-58**-****-7247 nömrəli Leobank kartının hesabından mobil tətbiq vasitəsilə səhifənin admininin ona təqdim etdiyi 4098- 5844-6530-7450 nömrəli Leobank kartının hesabına 25 noyabr 2022-ci il tarixdə saat 12:06-da 4 manat göndərmişdir.Lakin admin onu qrupa əlavə etməmiş, ona əlavə olaraq 10 manat da ödəniş etmək lazım olduğunu göstərmişdir.O da bir neçə dəqiqə sonra yenidən həmin bank kartının hesabına 10 manat göndərmişdir. O, qrupa daxil olanda orada Pakistan, Hindistana məxsus porno videoların olduğunu görmüşdür. Heç bir ifşa videosu olmadığı üçün səhifə marağını cəlb etməmişdir. Bir gündən sonra da səhifə admin tərəfindən silinmiş və o da avtomatik olaraq qrupdan xaric edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Telegram sosial şəbəkəsində adını xatırlamadığı söhbət qrupunda olan zaman qarşısına bir elan çıxmışdır. Elanda məşhur adamların ifşa, zoofil, bundan başqa “rape”, yəni zorlama videolarının olduğu göstərilmişdir. Elanın altında iki ədəd link olmuşdur. Kanalların adları Premium kanal və Vip kanal imiş. Belə ki, o, həmin kanalın admininə yazmış və qrupa necə qoşula biləcəyini soruşmuşdur. Həmin şəxs ona kanala girişin ödənişli olduğunu demişdir. Yazan adam orada öz adını qeyd etmədiyi üçün onun kim olduğunu bilməmişdir. Belə ki, həmin admin ona 3 dənə link atmışdır. Bunun qarşılığında ondan 26 manat pul istəmişdir. O da 25 noyabr 2022-ci il tarixdə 4098-5844-5072-7829 nömrəli Leobank kartının hesabından 26 manatı həmin şəxsin ona təqdim etdiyi 4098-5844-6530- 7450 nömrəli Leobank kartının hesabına göndərmişdir. Bir neçə dəqiqədən sonra o, həmin qrupa əlavə edilmişdir. Qrupa daxil olanda orada azyaşlı uşaqların porno videolarının olduğunu görmüşdür. Belə ki, həmin linkdə 600 dənədən çox uşaq pornosu var imiş. O, videoların bir neçəsinə göz gəzdirdikdən sonra bu videoların çoxu uşaq pornoları olduğunu görmüş, buna görə əsəbləşərək həmin qrupdan çıxmış və qrupu silmişdir. Bir müddət sonra həmin adam ona şəxsidən yazaraq nə üçün qrupdan çıxdığını görmüşdür. O isə cavab yazmamış, çünki həmin adama çox əsəbləşmişdir. Həmin şəxs ondan 26 manatı 2 ədəd link göndərəcəyi adı ilə almış, lakin buna baxmayaraq ona 1 dənə link göndərmişdir, ordakı videoların da demək olar ki, yarısından çoxu uşaq pornoları olduğunu görmüşdür. O da hirsləndiyi üçün həmin admini bloka atmış və pulunu da ondan istəməmişdir. Həmçinin o həmin şəxsin ona təklif etdiyi digər kanalda təcavüz, işgəncələrlə müşayiət olunan porno videoları da olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, “Telegram” sosial şəbəkəsində adını xatırlamadığı söhbət qrupunda olan zaman adı qeyd olunmayan bir nəfər tanımadığı şəxs ona şəxsidən yazıb bir qrupun olduğunu, orada 18+ videolar paylaşıldığını, həmin videoların çoxu zorakılıqla bağlı olan porno videoların olduğunu demiş, o da həmin qruplara qoşulmaq istədiyini bildirmişdir. Lakin həmin şəxs ona qrupa qoşulmaq üçün ödəniş etmək lazım olduğunu söyləmişdir. O da 25 noyabr 2022-ci il tarixdə 4098-5844-5827-2760 nömrəli Leobank kartının hesabından 3 manat və 12 manat olmaqla, ümumilikdə 15 manat məbləğində pulu həmin şəxsin ona təqdim etdiyi 4098-5844-6530-7450 nömrəli Leobank kartının hesabına göndərmişdir. Bir neçə dəqiqədən sonra o, həmin qrupa əlavə edilmişdir. Qrupa daxil olanda orada 18+ pornoqrafik xarakterli videoların olduğunu, həmçinin videoların çoxunun zorakılıqla müşayiət olunan videolar olduğunu görmüşdür. Kanalda 7.000 ədəddən çox videolar var idi. Düzü, o, videoların hamısına bir gün içində baxa bilməmişdir. Ötəri göz gəzdirdikdən sonra qrupdakı videoların çoxu zorakılıqla müşayiət olunan, qadına əziyyət verməklə icra olunan pornoqrafik xarakterli videolar olduğunu görmüşdür. Bir neçə gündən sonra qrup silindiyi üçün o da avtomatik olaraq qrupdan xaric edilmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Telegram” sosial şəbəkəsində aparılan manitorinq zamanı “Premium channel”, “Vip kanal” adlı kanallarda 4098-5844- 6530-7450 nömrəli “Leobank” hesab kartına ödəniş qarşılığında uşaq pornoqrafiyası videolarının yayımlanması aşkar edilmiş, qeyd olunan bank kartının 16 rəqəmi ödəmə terminalında yoxlanılarkən həmin bank kartının Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. “Telegram” ani mesajlaşma tətbiqindəki yazışmaların ekran görüntülərinə baxış keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsində yaratdığı “Premium channel” və “Vip kanal” adlı kanallarda pornoqrafik xarakterli, xüsusilə də uşaq pornoqrafiyasını açıq-aşkar təbliğ edən videoları müəyyən pul müqabilində izləyicilərə satışını təklif edir. Belə ki, tərəflər arasında danışıqlar aşağıdakı məzmunda aparılmışdır: 21 noyabr 2022-ci il İstifadəçi: Salam, mən “vip” kanala qoşulmaq istəyirdim. Təqsirləndirilən şəxs: Salam, giriş 4 manatdır. İstifadəçi: Hara ödüyüm? Təqsirləndirilən şəxs: 100% almaq istəyirsiniz? İstifadəçi: Bəli. Təqsirləndirilən şəxs: Kart ata bilərəm, amma bundan əvvəl daha 2 kanal var, onlarla da maraqlanmaq istəyirsiz? Zoofil kanalı və yeniyetmə qızlar kanalı. İstifadəçi: Ümumi 10 manat ödəsəm, onlara da girə biləcəm? Təqsirləndirilən şəxs: 12 manat ödəyin, yeniyetməylə zorlamaya salım. Yeniyetmədə 700+ video var. İstifadəçi: Oldu, hara ödüyüm pulu? Təqsirləndirilən şəxs: 4098-5844-6530-7450, çeki də atarsız. İstifadəçi: Hansı bankdı? Təqsirləndirilən şəxs: Leo. İstifadəçi: Oldu, 15-20 dəqiqəyə ödəyirəm. Təqsirləndirilən şəxs: Balansa oturan kimi linkləri atacam. İstifadəçi: Oldu. Təqsirləndirilən şəxs: Nə vaxt yükləyəcəksiniz? İstifadəçi: Yükləmişəm, qəbul edin zəhmət olmasa. 22 noyabr 2022-ci il Təqsirləndirilən şəxs: 25 manata 500 video var kanalda. Almaq istəyirsiz? İstifadəçi: Nə videolarıdır ki? Təqsirləndirilən şəxs: Azyaşlıların. İstifadəçi: Hə,hə, qardaş, başa düşdüm, eyni karta ödəməliyəm? Təqsirləndirilən şəxs: Ödəniş eyni karta olacaq, bəli. Bu gün kanal məndə olacaq. Sizə xəbər edərəm ödəniş edərsiz. “17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs istifadəsində olan “Premium channel” və “Vip kanal” adlı kanallarda reklam olunan paylaşımlarda qadınla kişi arasında cinsi aktın çılpaq formada həyata keçirilməsi, qadın və kişi cinsi orqanının (vaginası, penisi, arxası, döşləri) təsvirləri, yetkinlik yaşına çatmayan, həmçinin azyaşlı uşaqların (qız və oğlan) cinsi intim orqanlarının təsvirləri, həmin cinsi orqanlara fokuslanmanı əks etdirən videolar paylaşılmışdır. Bundan başqa həmin kanallarda insanda cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, minet edilməsi, cinsi əlaqənin həyati kontekstdən çıxarılmasını əks etdirən həm yetkinlik yaşına çatmış, həm də azyaşlı uşaqlar arasında baş tutan pornoqrafik xarakterli videoların reklam olunduğu müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş iş üçün əhəmiyyət kəsb edən (həm yetkinlik yaşına çatmış, həm də azyaşlılar arasında baş tutan pornoqrafik xarakterli cinsi aktları əks etdirən) bəzi fotoşəkillər protokola əlavə edilmişdir. “Kayfulla Hub” adlı kanalın şəxsi istifadəçisi “hellohell900” istifadəçi adlı profildir və orada “qadağan olunmuş gizli videolar olan Kanala qatılmaq üçün “hellohell900” hesabına yaza bilərsiniz (ÖDƏNİŞLİDİR)” məzmunlu reklamlar qeyd olunmuşdur. Məhkəmə-sənətşünaslıq ekspertizasının 15 dekabr 2022-ci il tarixli 11/601 nömrəli rəyindən görünür ki, ekspert tədqiqinə təqdim edilmiş 01 ədəd CD diskin içərisindəki “azyaşlı pornoları teklif edir” adlı videogörüntüdə yetkinlik yaşına çatmayan qızın cinsiintim orqanlarının (vaginası, arxası, döşləri) təsviri, həmin orqanlara fokuslanmanı, qadınla cinsi əlaqəni əks etdirən videolar üzə çıxır. “Telegram” sosial şəbəkəsində “Premium channel” və “Vip kanal” adlı kanallarda reklam edilən fotoşəkillərin və videogörüntülərin tədqiqi onun məzmunu haqqında aşağıdakı fikirləri yürütməyə əsas verir: -fotolarda və videogörüntüdə fikir yalnız qızın cinsi-intim zonalarına yönəldilir, cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır; -tədqiq olunan videogörüntülər yalnız bir məqsəd daşıyır ki, bu da cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsidir; - tədqiq olunan videogörüntülərin başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, başqalarında ikrah hissini oyatmaqdır; - tədqiq olunan videogörüntülərdə qız tərəfindən cinsi-intim zonaların təsviri yer almaqla insanın və erotikanın humanistliyini məhv edir, primitiv hislər və münasibətlər yaradır. Belə ki, “Telegram” sosial şəbəkəsində “Premium channel” və “Vip kanal” adlı kanallarda paylaşılmış və oradan aşkar olunaraq götürülmüş video və foto materiallar pornoqrafik xarakterlidir. "xxxx" ASC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 4098-5844-6530-7450 nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartı xx xxxxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adınadır. Daxil olmuş bank məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 4098-5844- 6530-7450 nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının hesabına xx.xx.2003-cü il təvəllüdlü X9 tərəfindən xx.xx.2022-ci il tarixdə 1 manat və xx.xx.2022-ci il tarixdə 1 manat, xx.xx.2022-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü X7 tərəfindən 2 manat, xx.xx.2022-ci il tarixdə xx.xx.2000-ci il təvəllüdlü X3 tərəfindən 2 manat, xx.xx.2022-ci il tarixdə xx.xx.2001-ci il təvəllüdlü X4 tərəfindən 2 manat, xx.xx.2022-ci il tarixdə X6 tərəfindən 12 manat, xx.xx.2022- ci il tarixdə xx.xx.2001-ci il təvəllüdlü X13 tərəfindən 25 manat, 25.11,2022-ci il tarixdə 19.01,1990-cı il təvəllüdlü X6 tərəfindən 25 manat, xx.xx.2022-ci il tarixdə X2 tərəfindən 17 manat, xx.xx.2022-ci il tarixdə xx.xx.1998-ci il təvəllüdlü Şahid2 tərəfindən 26 manat, 25.11,2022-ci il tarixdə Şahid3 tərəfindən 14 manat, xx.xx.2022-ci il tarixdə Şahid1 tərəfindən 15 manat və s. insanlar tərəfindən 2- 10 manat arası pul köçürülmüşdür. Belə ki, toplanmış həmin pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən 19.11,2022-ci il tarixdə 114 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, 26.11,2022-ci il tarixdə isə 200 manat olmaqla nağdlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağsu RİH başçısının Nuran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Nuran kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” təhsil mərkəzində ingilis dilində olan Beynalxalq ticarət və loqistika ixtisasının dövlət sifarişli əyani təhsilin İİİ il S 21_03_401 saylı qrup tələbəsidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünümüdafiə xarakter daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-1.1 və 242-ci maddələri ilə təyin olunacaq cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini və tələbə olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cii maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanım yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması, Azərbaycan Dövlət İqtisad Universitetinin savadlı tələbəsi olmaqla “Sabah” təhsil mərkəzində ingilis dilində təhsil almasını onun şəxsiyyətini səciyyələndirilən müsbət hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və onun Azərbaycan Dövlət İqtisad Universitetinin savadlı tələbəsi olmaqla “Sabah” təhsil mərkəzində ingilis dilində təhsil almasını, gəncliyini, gələcək həyatını, əməlindən səmimi peşman olmasını, eyni zamanda yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Sumqayıt şəhər Probasiya şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Sumqayıt şəhər Probasiya şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar