Məhkəmə qərarları › İş №1(012)-410/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-410/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-410/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, ünvan 1-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlaknı talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən Fərhad Əmirbəyova məxsus fərdi yaşayış evinin həyətinə və sonra isə həyətdə olan gözətçi otağına qanunsuz daxil olaraq, orada olan paltar dolabında asılmış, həmin həyətdə gözətçi işləyən və yaşayan Zərərçəkmiş şəxs məxsus pencəyin cibindən 500 manat pulu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 500 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlaknı talamaq məqsədilə təkrarən, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən Fərhad Əmirbəyova məxsus fərdi yaşayış evinin həyətinə və sonra isə həyətdə olan gözətçi otağına qanunsuz daxil olaraq, orada olan paltar dolabında asılmış, həmin həyətdə gözətçi işləyən və yaşayan Zərərçəkmiş şəxs məxsus pencəyin cibindən 500 manat pulu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə təkrarən, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən Fərhad Əmirbəyova məxsus fərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Zərərçəkmiş şəxs məxsus «Mersedes» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc qutusundan 900 manat pulu götürüb gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə təkrarən, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən Fərhad Əmirbəyova məxsus fərdi yaşayış evinin həyətinə və sonra isə həyətdə olan əl damına qanunsuz daxil olaraq, həmin həyətdə gözətçi işləyən və yaşayan Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində 1 ədəd mis materialdan olan samovarı, 200 manat dəyərində 2 ədəd işlənmiş «Bosh» markalı laqondanı, 110 manat dəyərində 5 ədəd müxtəlif çeşidli spirtli içkiləri, 130 manat dəyərində 2 ədəd su vuran aparatı, 160 manat dəyərində bir komplekt hovuz üçün nəzərdə tutulmuş dərmanı, 100 manat dəyərində mis materialdan olan yeni və işlənməmiş transformator avadanlıqlarını, ümumilikdə 1200 manat dəyərində əmlakını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 1200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsəd ilə təkrarən, xx.xx.2023-cü il tarixdə saat 20:25 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən Fərhad Əmirbəyova məxsus fərdi yaşayış evinin həyətinə və sonra isə həyətdə olan gözətçi otağına qanunsuz daxil olaraq, orada olan çarpayının altından həmin həyətdə gözətçi işləyən və yaşayan Zərərçəkmiş şəxs məxsus 2200 manat nağd pulu götürüb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 2200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsində Allahverdi Bağırov küçəsində həyət evində yaşamaqla, Bakı şəhərində ev təmiri işində fəhlə olaraq işləmişdir. Zərərçəkmiş şəxs onun qohumudur. Kazım Novxanıda onun yaşadığı evdən bir qədər aralıda olan villada gözətçi işləmişdir. Kazım rayona gedəndə və ya başqa bir işi olanda o, bir neçə dəfə Kazımı əvəz etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs evdə olmayanda, sonuncunun müvəqqəti yaşadığı gözətçi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, Allahverdi Bağırov küçəsində yerləşən bağ evində olan gözətçi otağında yerləşən paltar dolabında asılmış pencəyin cibindən 500 manat, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində həmin bağ evində olan gözətçi otağında yerləşən paltar dolabında asılmış pencəyin cibindən 500 manat, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində həmin bağ evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus «Mersedes» markalı ** KC *** dövlət nömrə nişanlı avtomobilin saxlanc qutusundan 900 manat pul, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində həmin bağ evinin həyətində yerləşən əl damından Zərərçəkmiş şəxs məxsus 1 ədəd mis samovarı, 2 ədəd işlənmiş «bosh» markalı laqondanı, 5 ədəd müxtəlif çeşidli spirtli içkiləri, 2 ədəd su vuran aparatları, bir komplekt hovuz üçün nəzərdə tutulmuş dərmanı, mis materialdan olan təzə trasfarmatoru gizli olaraq oğurlayıb həmin evdən çıxmış və həmin əmlakları tanımadığı şəxslərə sataraq pul əldə etmiş və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə o, həmin villada olanda villanın həyətində ot biçən aparat görmüş və oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00-22:00 arası mağazaya gedərkən, villanın qarşısında Kazımın idarə etdiyi avtomobili görməyib Kazımın evdə olmadığını başa düşmüş, mağazaya gedib qayıdanda əlindəki əşyaları Kazımın işlədiyi villadan 50 metr aralıda olan işıq dirəyindən asıb, ot biçən aparatı oğurlamaq məqsədi ilə yenidən Kazımın işlədiyi həyətə daxil olmuşdur. Həyətə girən kimi sağda mühafizə otağından aparatı götürmək üçün içəri daxil olduqda dəri pul kisəsinə götürüb içərisindəki 2200 manat pulu götürərək həmin ərazini tərk etmişdir. Həyətə girib çıxmağı 10 dəqiqə çəkmişdir. Oğurladığı pulları öz ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən səmimi peşmandır. Törətdiyi oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmiş, zərərçəkmişlə barışmış, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları və ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bəyimli qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev prospekti, Allahverdi Bağırov küçəsi, fərdi yaşayış evində yaşayır. Həmin ev Fərhad Əmirbəyov adlı şəxsə məxsusdur. Orada 20 il olar kİ, gözətçi işləmişdir. Həmin həyətdə gözətçi otağı yerləşir və o, orada qalır. Səbuhi onun qohumudur və qonşuluqda yaşayır. Rayona gedərkən Səbuhi həmin həyətə gözətçilik etmək üçün bir neçə dəfə onu əvəz etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində gözətçi işlədiyi bağ evinə qayıtmış və otağın qapısının açıq olduğunu və ona məxsus yataq dəstinin yerə atıldığını görüb, təəccüblənmişdir. Evdə olmayanda kiminsə evə daxil olaraq ona məxsus 2200 manat pulunu oğurladığını müəyyən etmişdir. Həmin müddətdə də evdə ondan başqa heç kim yaşamamışdır. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, Abşeron RPİ-nin Saray PB-də izahat verərkən qohumu və qonşusu Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Çünki Səbuhi bundan əvvəl bir neçə dəfə gözətçi işlədiyi həmin evə o evdə olmayan zaman qanunsuz daxil olaraq ona məxsus hissə-hissə olmaqla yəni, bir dəfə 500, 500 və 900 manat, bundan başqa mümumilikdə 1200 manat əşyaları oğurlamışdır. Hadisə 2022-ci ilin iyun ayından 2023-cü ilin aprel ayına kimi baş vermiş, oğurluq nəticəsində ümumilikdə ona 5300 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfndən fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Abşeron RPİnin İŞ-nin müstəntiqi polis mayoru Rəşad Cəfərov tərəfindən icraata qəbul edilmiş və istintaq hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(012)-730/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmışdır. xx.xx.2023-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yeni ittiham elan olunmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Yusif və xx.xx.2022-ci il təvəllüdlü Ayxan adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, əvvəllər məhkumluğunun olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-730/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkli Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2023-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 (səkkiz) ay 14 (on dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar