Məhkəmə qərarları › İş №1(012)-410/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-410/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-410/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zeynalabdin oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1989-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və Biləsuvar rayonu, Cəbrayıl rayon məcburi köçkünlər qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissəsində xidmət etmiş tanışı X3 xidmət yerini Qəbələ rayonundan Bakı şəhərinə dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunun atası Zərərçəkmiş şəxs Zeynalabdin oğlunun xx.xx.2022-ci il tarixdə Naxçıvan Şəhərində mobil tətbiq proqramı vasitəsi ilə göndərdiyi 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə özünün Şuşa şəhərində ezamiyyətdə olarkən mobil tətbiqi proqramı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, ümumilikdə 1500 (min beş yüz) manat pulu Abşeron rayonu, Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsində yerləşən bankomatdan çıxarıb vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2015-ci ilədək X10 Şöbəsində kargüzar vəzifəsində, gizir hərbi rütbəsində işləmişdir. Daxili Qoşunlarda işlədiyi vaxtlarda Zeynalabdin Məmmədovla tanış olmuşdur. 2022-ci il tarixdə X11 şəhərində xidmət edərkən iş yerini Bakı və ya Sumqayıt şəhərinə dəyişmək istəməsi və köməklik göstərməsini xahiş etdiyindən ona köməklik edəcəyinə söz vermişdir. Həmin vaxtı Daxili Qoşunlarda işləməsə də keçmiş tanışları vasitəsi ilə Zeynalabdinin iş yerini dəyişdirilməsinə köməklik edə biləcəyini düşünərək ona köməklik edə biləcəyini və bunun müqabilində 1500 manat pul alacağın bildirmişdir. Zeynalabdin etiraz etməmiş və kart hesabına hissə-hissə olmaqla 1500 manat pul göndərmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zeynalabdinin iş yerini dəyişdirilməsinə köməklik edə bilmədiyi üçün Zeynalabdinin pulunu istəmiş və onun pulunu qaytara bilməmişdir. Ona görə də Zeynalabdin şikayət etmişdir. Zeynalabdin Məmmədov tərəfindən kart hesabına 2022-ci ilin sentyabr ayında göndərilmiş 1500 manat pulu Abşeron rayonu Xırdalan şəhəri ərazisində bankomat vasitəsi ilə çıxarmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, Zeynalabdin Məmmədov oğludur. X12 2022ci il sentyabr ayında Şuşa şəhərində Daxili Qoşunlarda xidmət etdiyi zaman o, xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini və Zeynalabdin belə işlərlə məşğul olan özünü Daxili Qoşunların baş idarəsində vəzili şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs tanış olduğunu və o, xidmət yerini 1500 manata həll edə biləcəyini qeyd etmişdir. Zeynalabdin Nişanə ilə danışdığını bildirməklə onun kart hesabına pul göndərmək lazım olduğunu demişdir. Zeynalabdinin göndərdiyi 524375***3071 hesab nömrəsini Nişanənin kart hesabına xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində həyat yoldaşı X7 məxsus 416973***7109 Kapital bank kartı vasitəsi ilə 1000 manat pulu, ünvan 1ünvanında olarkən göndərmişdir. Bundan sonra oğlu Zeynalabdinə 500 manat pul göndərmiş, həmin pulu da Zeynalabdin xx.xx.2022-ci il tarixdə Şuşa şəhərində olduğu zaman özünün mobil telefonunun bir bank tətbiqi vasitəsilə özünə məxsus 510307****5191 hesab nömrəli Kapital bank kartından Təqsirləndirilən şəxs 524375***3071 hesab nömrəli kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs bu müddət ərzində verdiyi vədə əməl etməməklə X1q yerini dəyişməsinə köməklik etməyərək 1500 manat pul vəsaitini mənimsəmişdir. Həmin 1500 manat pul vəsaiti özünə məxsus olduğunu və özünə 1500 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əvvəllər DİN-nin daxili qoşunlarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət göstərmişdir. Nişana adlı qadını isə təxminən 2022ci ilin əvvəlindən tanıyar. Belə ki, Nişana bir çox şəxslərdən xidmət yerinin dəyişməsi üçün pul alıb və həmin şəxslərə köməklik göstərdiyini eşitdiyindən, iş yerini Bakı və ya Sumqayıt şəhərlərinə dəyişmək qərarına gəlmişdir. Həmin vaxt Şuşa şəhərində ezamiyyətdə olarkən Nişanənin telefon nömrəsinə zəng edərək xidmət yerini Bakı şəhərinə və ya Sumqayıt şəhərinə dəyişmək isdədiyin və ona köməklik göstərməsini xahiş etmişdir. Nişanə 3 min manat müqabilində onun xidmət yerini Bakı və ya Sumqayıt şəhərlərinə dəyişə biləcəyini dediyindən, hazırda 3 min manat pulunun olmadığın nişanəyə demiş, Nişanə “onda pulun yarsın ver qalan hissəsini isə əmrin gələndən sonra verərsən” dediyindən onunla razılaşmışdır. Bu barədə atasına bildirmiş və ona mənim pulum yoxdur amma 1500 manat düzəldib Nişanənin kart hesabına göndərmək lazımdır dedikdə, atası etiraz etməmiş evdən Nişanənin verdiyi kart hesabına 2022-ci ilin sentyabr ayının 13-də 1000 manatı göndərmişdir. Sonradan Nişanə ilə danışmış, Nişanə 1000 manat pul vəsaitinin kart hesabına köçürüldüyün təsdiqləmişdi. Sonradan əmək haqqım kartına atası 500 manat pul göndərmiş, həmin pulu xx.xx.2022-ci il tarixdə Şuşa şəhərində ezamiyyətdə olarkən Şuşa şəhərində Cıdır düzündə Vaqifin məqbərəsinin yaxınlığında öz hesab kartından Nişanənin göndərdiyi 524375***3071 saylı kart hesabına 500 manat göndərmiş və Nişanə narahat olmamağı və 1-2 ay ərzində xidmət yerinin dəyişdirilməsi məsələsini həll edəcəyini demişdir. Nişanin dediyi vaxtı gözləsə də lakin Nişanədən xəbər çıxmamışdı. Nişanədən işinin nə yerdə olduğunu soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün ona verən pulu geri istədikdə o, pulları qaytarmadığı üçün atası Nişanə barəsində şikayət etmişdir. Nişanəyə verilmiş 1500 manat pul atası İlhama məxsus olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, bundan başqa barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa barəsində Şirvan ŞPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə toplanmış ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs Zeynalabdin oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini müvafiq olaraq 2022-ci ilin sentyabr ayının 13 və 26-sı tarixlərdə törətdikdən sonra, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli və ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarları ilə cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən CM-nin 73-1.1-ci maddəsinə əsasən azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş şəxs olaraq məsuliyyətdən azad edilənədək törətmiş olduğu hazırkı cinayət əməllərinə görə də cinayət məsuliyyətindən azad olunmasına mane olan hallar yoxdur. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının 13 və 26-sı zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X13 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X13 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar