Məhkəmə qərarları › İş №1(012)-411/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-411/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-411/2020 28.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Canbaba oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş,subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1972-ci ildə Bakışəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən,Abşeron rayonu, Xırdalan şəhəri,Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 326.2cimaddələriilətəqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxshalında Zərərçəkmiş şəxs2 Canbaba oğlununAbşeron rayonu,Xırdalanşəhəri,Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxladığı “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanına gəlib həmin avtomobilin qapısının kilidlə bağlı olmamasından istifadə edərək qapını açıb oturacağın üstündən içərisində 500 manat pul, 500 ABŞdolları ekvivalentində 850 manat pul, AD 135951 nömrəli sürücülük vəsiqəsi, həmin nəqliyyat vasitəsinin AD 145515 nömrəli qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə aid 4127 2211 4472nömrəli təqaüd kartı, “xxxxxxxxxxxx” ASC-nə məxsus 6768 6766 8479 7216 nömrəli subsidiya kartı və 10 manat dəyərində olan qara rəngli uzunluğu 21 sm, eni 11 sm ölçüdə qara rəngli süni dəri materialdan hazırlanmış pul kisəsini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs2 Canbaba oğluna ümumilikdə 1360 manat məbləğində maddi ziyan, Zərərçəkmiş şəxs1 isə ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxshalında Zərərçəkmiş şəxs2 Canbaba oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxladığı “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanına gələrək kənar şəxslərin həmin yerə gələcəyi halda xəbər vermək üçün özünə mövqe seçərək gözləmiş, Təqsirləndirilən şəxs2 həmin avtomobilin qapısının kilidlə bağlı olmamasından istifadə edərək qapını açıb oturacağın üstündən içərisində 500 manat pul, 500 ABŞdolları ekvivalentində 850 manat pul, AD 135951 nömrəli sürücülük vəsiqəsi, həmin nəqliyyat vasitəsinin AD 145515 nömrəli qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə aid 4127 2211 4472nömrəli təqaüd kartı, “xxxxxxxxxxxx” ASC-nə məxsus 6768 6766 8479 7216 nömrəli subsidiya kartı və 10 manat dəyərində olan qara rəngli uzunluğu 21 sm, eni 11 sm ölçüdə qara rəngli süni dəri materialdan hazırlanmış pul kisəsini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs2 Canbaba oğluna ümumilikdə 1360 manat məbləğində maddi ziyan, Zərərçəkmiş şəxs1 isə ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, Tariellə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Bizim” market tərəfdən “Səmayə” şadlıq evinə doğru gələn zaman yolun üstündə olan “Zeytun” marketin qarşısında “Ford” markalı yük avtomobilinin dayanmış vəziyyətdə olduğunu, həmin avtomobilin sürücü tərəfdən qapı şüşəsinin isə açıq vəziyyətdə olduğunu görmüşlər. Bu zaman Tariel ilə birlikdə qərara gəlmişlər ki, həmin avtomobilin içərisində axtarış etsinlər. Həmin vaxt Tariel ona ətrafa göz gəzdirəcəyini və gələn olsa xəbər edəcəyini bildirmişdir. Həmçinin o da ətrafa nəzər yetirdikdən sonra həmin “Ford” markalı avtomobilə yaxınlaşıb salonuna baxdıqda oturacağın üstündə 1 ədəd pul kisəsi olduğunu görmüş və dərhal açıq vəziyyətdə olan şüşə yerindən əlini uzadaraq həmin pul kisəsini götürüb “Səmayə” şadlıq evinə doğru getmişdir. Tariel də onunla birlikdə hərəkətə başlamışdır. Onlar yolda oğurladıqları həmin pul kisəsinə baxdıqda içərisində 220 manat, 200 ABŞ dollarıpul, sürücülük vəsiqəsi, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, 1 ədəd qadın şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik kart olduğunu görmüşlər. Bundan sonra o, Tariel ilə oğurladığı həmin pulu bölmüşdür. O, Tarielə 120 manat və 100 ABŞ dolları vermiş, özünə də 100 manat və 100 ABŞ dolları götürmüşdür.Həmin pul kisəsi içərisindəki sənədlərlə birlikdə Tarieldə qalmışdır. Tariel ona həmin pul kisəsini aparıb görünməyən bir yerə atacağını bildirmişdir. Sonra onlar birbirindən ayrılmışlar. “Ford” markalı yük avtomobilindən oğurladığı pulu öz ehtiyaclarına xərcləmişdir.Sonda o, əməllərindən səmimi peşman olduğunu nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinddə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, İntiqamla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Bizim” market istiqamətindən “Səmayə” şadlıq evinə doğru gələn zaman yolun üstündə olan “Zeytun” marketin qarşısında “Ford” markalı yük avtomobilinin dayanmış vəziyyətdə olduğunu, həmçinin həmin avtomobilin sürücü tərəfdən qapı şüşəsinin isə açıq vəziyyətdə olduğunu görmüşlər. Bu zaman İntiqam ona həmin avtomobilin salonunda axtarış edəcəyini bildirərək ətrafa göz gəzdirməsini, gələn olarsa xəbər etməsini xahiş etmişdir. Bundan sonra o, İntiqamla razılaşaraq həmin avtomobildən bir qədər kənarlaşıb ətrafa göz gəzdirməyə başlamışdır. İntiqam isə həmin “Ford” markalı avtomobilə yaxınlaşıb salonuna baxıb şüşənin açıq olmasından istifadə edərək salondan nə isə götürmüş və onlar birlikdə “Səmayə” şadlıq evinə doğru hərəkətə başlamışlar. Həmin vaxt İntiqam ona həmin “Ford” markalı avtomobildən bir ədəd pul kisəsi oğurladığını söyləmişdir. Onlar hadisə yerindən bir qədər aralaşdıqdan sonra İntiqam pul kisəsinin içərisinə baxmış və 1500 manata yaxın pul olduğunu və sənədlər olduğunu söyləmişdir. İntiqam həmin puldan ona 20 manat vermişdir. Qalan pulların hamısını isə özü götürmüşdür. Sonra isə ondan xahiş etmişdir ki, pul kisəsini içərisindəki sənədlərlə birlikdə aparıb görünməyən bir yerə atsın. Sonra onlar bir-birindən ayrılmışlar. O, içərisində sürücülük vəsiqəsi, avtomobil qeydiyyat şəhadətnaməsi, qadın şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik kartı olan pul kisəsini aparıb yaşadığı evin yaxınlığında boş bir həyətin hasarından içəri atmışdır. Həmin gündən sonra isə İntiqamı görməmişdir. Lakin bundan bir gün sonra polis əməkdaşlarının yaşadığı evə gələrək onu axtardıqlarını eşitmişdir. Ona görə də o, gedib İntiqamın “Ford” markalı avtomobildən oğurladığı içərisində sənədlər olan pul kisəsini tulladığı yerdən götürüb üzərində saxlamışdır ki, polis idarəsinə dəvət olunduğu zaman təqdim etsin. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxə vurulmuş maddi ziyanın qismən ödəyərək, onunla barışığa cəhd etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Canbaba oğlu ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsi, ev 72 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən “AL-Sana” şirkətində ekspeditor işləyir və həmin şirkətin ət və kolbasa məhsullarını mağazalara paylamaqla məşğul olur. xx xxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Şamaxı rayonundan gələrək avtomobilini Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxlayıb, rayondan gətirdiyi kənd məhsullarını həmin marketə vermək üçün avtomobildən düşərək, təxminən 10 dəqiqə marketdə olmuşdur. Geri qayıdıb avtomobilinə əyləşən zaman oturacağın üstünə qoyduğu pul kisəsinin yerində olmadığını görmüşdür. Həmin pul kisəsinin içərisində 500 manat, hazırkı məzənnə ilə 850 manat olan 500 ABŞ dollar, sürücülük vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, anası Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə məxsus təqaüd kartı və “xxxxxxxxxxxx” ASC-nə məxsus subsidiya kartı olmuşdur. O, marketdə olduğu zaman avtomobilinin qapılarını kilidləməmişdir. Ona görə də naməlum şəxs və ya şəxslərin rahatlıqla qapını açıb pul kisəsi oğurladıqları ona məlum olmuşdur. O, Abşeron RPİ-nə ərizə ilə müraciət edərək avtomobilindən baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, həmin pul kisəsini 25 manata almışdır. Anası Zərərçəkmiş şəxs1 məxsus “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə məxsus təqaüd kartı və “xxxxxxxxxxxx” ASC-nə məxsus subsidiya kartına heç bir müdaxilə olmamış və kart hesabından pul çıxarılmamışdır. Anası qoca olduğu üçün onun yanında qalırdı və bu baxımdan anasının şəxsiyyət vəsiqəsi və təqaüd kartı onda olmuşdur. Anasının təqaüdünü o, alır və anasının xəstəliyi ilə bağlı tez-tez həkimə apardığından anasının şəxsiyyət vəsiqəsini üstündə gəzdirirdi. Anası Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İbtidai istintaq dövründə ona vurulmuş maddi ziyanın 500 manat hissəsi ödənilmişdir. Maddi ziyanın yerdə qalan hissəsi bu günədək təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxslərdən şikayətçi olmaqla, vurulmuş maddi ziyanı tam tələb etdiyini və təqsirləndirilən şəxslər barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixdə vəfat etdiyindən, məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsi ev 72 ünvanında oğlu Zərərçəkmiş şəxs2 Canbaba oğlu birlikdə yaşayır. Yaşlı və xəstə olduğu üçün özünə məxsus pensiya kartını və şəxsiyyət vəsiqəsini oğlu Salehə saxlamaq üçün vermişdir ki, təqaüd verilən vaxt kart vasitəsi ilə təqaüdünü rahat ala bilsin. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində oğlu Saleh ona bildirmişdir ki, idarə etdiyi “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxlayıb, rayondan gətirdiyi kənd məhsullarını həmin marketə verdikdən sonra avtomobilinə minmək üçün qayıdanda görmüşdür ki, avtomobildə saxladığı içərisində ona məxsus təqaüd kartı, şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxx” ASC-nə məxsus subsidiya kartı, sürücülük vəsiqəsi, içərisində 500 manat, hazırkı məzənnə ilə 850 manat olan 500 ABŞ dolları olan pul kisəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğlu Saleh sonra bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Abşeron rayon X6 Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx xxxxx 2020-ci il tarixdə işdə növbədə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsi ev 72 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs2 Canbaba oğlu olduğunu bildirən bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron Rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə,saat 18:50 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxladığı ona məxsus “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobildən içərisində 500 manat pul, 500 ABŞ dolları, sürücülük vəsiqəsi, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və anası Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə aid təqaüd kartı, “xxxxxxxxxxxx” ASC-nə məxsus subsidiya kartı oğurlanmışdır. Bununla bağlı idarə rəisi göstəriş vermişdir ki, həmin oğurluq cinayətini törədən şəxsin və şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsin. O, əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışdır. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 Canbaba oğluna məxsus “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobildən içərisində 500 manat pul, 500 ABŞ dolları, sürücülük vəsiqəsi, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə aid təqaüd kartı, “xxxxxxxxxxxx” ASC-nə məxsus subsidiya kartını oğurlayan şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və həmin şəxslər xx xxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək bildirmişlər ki, xx xxxxx 2020-ci il tarixdə saat 18:50 radələrində bir yerdə Zərərçəkmiş şəxs2 Canbaba oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Zeytun” marketin qarşısında saxladığı “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən içərisində 500 manat pul, 500 ABŞ dolları, sürücülük vəsiqəsi, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, təqaüd kartları olan pul kisəsini oğurlamışlar. Cinayət işi materiallarında olan baxış və götürmə aparılması haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd içərisində sürücülük vəsiqəsi, “Ford” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, təqaüd kartı, subsidiya kartı olan pul kisəsi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, ********* saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan 21sm x 11sm ölçülü süni dəri materialdan hazırlanmış qara rəngli pul kisəsinin 2020-ci ilin aprel ayına orta bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş içərisində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC-nə aid təqaüd kartı, “xxxxxxxxxxx” ASC-nə aid subsidiya kartı olan bir ədəd pul kisəsi maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 Canbaba oğluna təhvil verilməsi qərara alınmış, Zərərçəkmiş şəxs2 Canbaba oğluna dəymiş 1360 manat ziyanın 500 manatı Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsi iş üzrə nəzərə alınmışdır. Cinayət işi materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 177.2.1 və 326.2cimaddələriilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri özlərinin tam etirafları ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 326.2-cimaddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsindən nəzərdə tutulmuş cinayətin az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 326.2-ci maddəsindən nəzərdə tutulmuş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini və təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 Canbaba oğluna dəymiş 1360 manat ziyanın 500 manatı Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsi iş üzrə nəzərə alınmışdır. Cinayət işi materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 605 saylı, xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2010-cu il təvəllüdlü Maisə adlı bir azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəyərək onunla barışığa cəhd etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi materiallarında olan 5 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan və Abşeron Rayon Məhkəməsinin 1(012)-364/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Rəhimov X3 Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 il müddətinı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsi ilə müəyyən edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)-364/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə, digər Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə və təqsirləndiyi 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələr üzrə azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları təyin ediləcəyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə təyin ediləcək islah işləri növündə cəzanın iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm ökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-147/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-148/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun da barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış içərisində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnə aid təqaüd kartı, “xxxxxxxxxxx” ASC-nə aid subsidiya kartı olan bir ədəd pul kisəsinin sahibi Zərərçəkmiş şəxs2 Canbaba oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub, dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxs2 Canbaba oğluna dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs2 aid hissədə hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədəyaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmənövündə və Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 aid hissədə hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə və Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3 və 68.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə hazırki hökmlə təyin edilmiş qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasındançıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılmasıcəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə axşam gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini və Bakı şəhəri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədəyaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə aid təqaüd kartı, “xxxxxxxxxxx” ASC-nə aid subsidiya kartı olan bir ədəd pul kisəsinin sahibi Zərərçəkmiş şəxs2 Canbaba oğluna təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs2 Canbaba oğluna maddi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırmaq hüququnun olmasını izah edilsin. Təqsirləndirilən şəxs2 istintaq baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar