Məhkəmə qərarları › İş №1(012)-411/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-411/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-411/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, baxılan işlə bağlı Abşeron Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli qərarı ilə, həbsetmənin əvvəli 09.01.2021-ci il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9, təkrarən, dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə 10.08.2020-ci il tarixdə, saat 04:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən ümumi dəyəri 637,17 manat (altı yüz otuz yeddi manat, on yeddi qəpik) təşkil edən 66 metr uzunluğunda TPP 100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30.08.2020-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 1497,52 (bir min dörd yüz doxsan yeddi manat əlli iki qəpik) təşkil edən 160 metr uzunluğunda TPP-100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15.09.2020-ci il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən ümumi dəyəri 960,40 manat (doqquz yüz altımış manat, qırx qəpik) təşkil edən 140 metr uzunluğunda TPP 100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21.09.2020-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivindəki küçə ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 1699,62 manat (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) təşkil edən 160 metr uzunluğunda TPP-100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nazirliyi "xxxx" MMC-nin X2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02.11.2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə rabitə quyusu arasında olan məsafədən ümumi dəyəri 499,17 manat (dörd yüz doxsan doqquz manat, on yeddi qəpik) təşkil edən 48 metr uzunluğunda TPP 100x2 tipli dövlət və ictimai əhəmiyyətli yeraltı rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09.11.2020-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyanı küçəsi, Sabunçu dəmiryolu stansiyası yaxınlığında yola paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən ümumi dəyəri 692,53 (altı yüz doxsan iki manat, əlli üç qəpik) manat təşkil edən 71 metr uzunluğunda TPP 100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC-i, 4 saylı Rabitə Xidmətləri Mərkəzinə ümumilikdə 692,53 (altı yüz doxsan iki manat, əlli üç qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12.11.2020-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən ümumi dəyəri 369,55 manat (üç yüz altımış doqquz manat, əlli beş qəpik) təşkil edən 37 metr uzunluğunda TPP 100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28.12.2020-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki küçə ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 3303 (üç min üç yüz üç) manat təşkil edən 300 metr uzunluğunda TPP-100x2 tipli dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsmək yolu ilə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nazirliyi "xxxx" MMC-nin X2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərinin müxtəlif ərazilərindən dəmir yığıb metal qəbulu məntəqələrinə satmaqla özünün və ailəsininin şəxsi ehtiyaclarını ödəməyə çalışmışdır. X10 xərçəngi xəstəsidir və maddi imkanı olmadığından qızının müalicəsi üçün zəruri olan dərmanları almaqda çətinlik çəkir. Bu səbəbdən də o, oğurluq etmək qərarına gəlmiş və 2020-ci ilin avqust, sentyabr və noyabr aylarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində müxtəlif yerlərdən rabitə kabellərini oğurlayaraq satıb pul əldə etmişdir. İlk dəfə 10 avqust 2020-ci il tarixdə, saat 04:30 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsinə getmiş, həmin küçədə yola paralel hissədə yerləşən rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən təxminən 60 metr uzunluğunda olan asma rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək bir yerə toplamış, daha sonra isə Sabunçu qəsəbəsi ərazisində yerləşən zibilxanaların birinə aparıb orada yandıraraq içərisinin mislərini çıxartmışdır. Səhəri gün həmin misləri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb, məntəqəni işlədən Şahid2 65 manata satmışdır. Bundan sonra 30 avqust 2020-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən K.Dünyamalıyev küçəsinə getmişdir. Oradan keçən telefon kabellərini özü ilə gətirdiyi qayçı ilə kəsmiş, daha sonra isə həmin kabelləri özü ilə gətirdiyi torbaya yığıb yaşadığı Sabunçu rayonunda yerləşən evinə getmişdir. Həmin kabelləri həyətə yığaraq, səhəri gün saat 13 radələrində Sabunçu bazarında dəmir yığan tanımadığı şəxsə 350 manata satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin telefon naqillərini satdığı şəxsi tanımır. Bundan sonra 15 sentyabr 2020-ci il tarixdə, saat 03:20 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsinə getmiş, həmin küçədə yola paralel hissədə yerləşən rabitə kabellərinə xidmət edən bir neçə rabitə dirəyi arasında olan məsafədən, dəqiq yadında qalmayan asma rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək, büküb bir yerə toparlamış, sonra isə çiyninə atıb, Sabunçu qəsəbəsi ərazisində yerləşən zibilxanaların birinə gətirib orada yandıraraq, içərisinin mislərini çıxartmışdır. Səhəri gün həmin misləri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb, məntəqəni işlədən Şahid2 45 manata satmışdır. Bundan başqa 21.09.2020-ci il tarixdə, saat 01 radələrində əvvəllər tanıdığı və onunla bir məhəllədə yaşayan və “Vaz-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 onunla Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivinə gedib geri qayıtmasını xahiş etmişdir. Pənah etiraz etməyib onu idarə etdiyi avtomobillə Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivinə aparmışdır. Həmin ərazidə o, Pənaha avtomobildə gözləməsini, az müddətdən sonra qayıdacağını bildirmişdir. Bundan sonra o, açıq ərazidə olan dirəyin üzərində olan nərdivan vasitəsilə həmin dirəyə çıxmışdır. Dirəyə çıxandan sonra, təxminən 60-70 metr uzunluğunda telefon kabellərini kəsmiş və həmin kabelləri büküb Pənahın avtomobilinin arxa yük yerinə qoymuşdur. Onlar Pənahın idarə etdiyi «VAZ-2106» markalı avtomobillə yaşadıqları məhəllədə yerləşən zibilxanaya getmişlər, həmin yerdə o, kabelləri yandırmış, kabellərdən çıxan 7-8 kq misi 56 manata Pənaha satmışdır. O, Pənaha, həmin misin oğurluq olması barədə heç bir söz deməmiş və Pənah onun oğurluq etdiyini bilməmişdir. Bundan sonra 02 noyabr 2020-ci il tarixdə, saat 04 radələrində oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsinə gəlmiş, həmin küçədə yola paralel hissədə yerləşən rabitə kabellərinə xidmət edən bir neçə rabitə quyusu arasında olan məsafədən təxminən 30-40 metr uzunluğunda olan yeraltı rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək bir yerə toparlamışdır. Daha sonra isə çiyninə atıb, Sabunçu qəsəbəsi ərazisində yerləşən zibilxanaların birinə gətirib orada yandıraraq, içərisinin misini çıxartmışdır. Səhəri gün həmin misləri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış və məntəqəni işlədən Şahid2 40 manata satmışdır. Bundan sonra 09 noyabr 2020-ci il tarixdə, saat 05 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası yaxınlığına gəlmiş, oradan yola paralel hissədə yerləşən rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən təxminən 60-70 metr uzunluğunda olan asma rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək bir yerə toparlamışdır. Daha sonra isə Sabunçu qəsəbəsi ərazisində yerləşən zibilxanaların birinə apararaq orada yandırmış və içərisinin misini çıxartmışdır. Səhəri gün həmin misləri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb, məntəqəni işlədən Şahid2 60 manata satmışdır. Bundan sonra 12 noyabr 2020-ci il tarixdə, saat 05 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsinə gəlmiş, həmin küçədə yola paralel hissədə yerləşən rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən təxminən 30 metr uzunluğunda olan asma rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir qayçı ilə kəsərək bir yerə toplamışdır. Daha sonra isə çiyninə atıb Sabunçu qəsəbəsi ərazisində yerləşən zibilxanaların birinə apararaq orada yandırmış və içərisinin misini çıxartmışdır. Səhəri gün həmin misləri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb, məntəqəni işlədən Şahid2 30 manata satmışdır. Bundan sonra 27.12.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə getmiş və nəzərində tutduğu telekommunikasiya kabellərini kəsərək, oğurlamaq üçün münasib vaxt olmasını gözləmişdir. 28.12.2021-ci il tarixdə, saat 02 radələrində özü ilə gətirdiyi iri qayçı ilə dirəklərə bərkidilmiş həmin kabelləri dirəklərin üzərində olan pilləkənlər vasitəsilə çıxaraq kəsməyə başlamışdır. 3 ədəd kommunikasiya dirəklərinin arasındakı rabitə kabellərini kəsərək, bir yerdə toplamışdır. Bundan sonra həmin kabellərini oğurluq etdiyi yerin yaxınlığında boş torpaq sahəsinin hasarının kənarında yandıraraq əritmişdir. Daha sonra isə mis naqilləri oradan tapdığı kisəyə yığaraq, özü ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonuna aparmışdır. Təxminən 2 saatdan sonra, 6 kq təşkil edən mis naqilləri Sabunçu bazarına aparıb, orada əlvan metalların alveri ilə məşğul olan, tanışı Şahid2 satmaq istəmiş, lakin Pənah ondan həmin mis naqilləri almamışdır. Ona görə də o, bazarda Pənahın işlədiyi yerdən bir qədər aralıda, oğurladığı mis naqilləri tanımadığı şəxsə ümumilikdə 40 manata satmışdır. Oğurluq yolla əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda maddi vəziyyəti ağır olduğundan zərərçəkmiş hüquqi şəxslərə vurduğu ziyanı ödəyə bilmir. Cinayət əməlini maddi imkansızlıq ucbatından törətdiyini və səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X6 əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2017-ci ildən Bakı Telefon Rabitəsi MMC-nin, 4 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi vəzifəsində işləyir. 2018-ci ilin avqust ayına qədər 4 saylı Rabitə Xidmətləri Mərkəzinin əvvəlki adı X11muşdur. 10 avqust 2020-ci il tarixdə saat 09:45 radələrində 450/51 saylı ATS-in xətt mühəndisi Şahid1 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 66 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Həmin vaxt xətt mühəndisi və istismar şöbəsinin rəisi hadisə yerinə gedərək rabitə kabellərinin oğurlandığını aşkar etmişlər. Oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 637,17 (altı yüz otuz yeddi manat, on yeddi qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 15 sentyabr 2020-ci il tarixdə 450/51 saylı ATS-in xətt mühəndisi Şahid1 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli cəmi 140 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı tərəflərindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin foto şəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 960,40 (doqquz yüz altımış manat, qırx qəpik) manat məbləğində ziyan dəymişdir. Bundan başqa, 02 noyabr 2020-ci il tarixdə 450/51 saylı ATS-in xətt mühəndisi Şahid4 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən bir neçə rabitə quyusu arasında olan məsafədən iki hissədə 2 ədəd TPP 100x2 tipli (28+20 metr) cəmi 48 metr yeraltı rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı tərəflərindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin foto şəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 499,17 (dörd yüz doxsan doqquz manat, on yeddi qəpik) manat məbləğində ziyan dəymişdir. Bundan başqa 09 noyabr 2020-ci il tarixdə 450/51 saylı ATS-in xətt mühəndisi Şahid4 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası yaxınlığında yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 71 metr asma rabitə kabelinin şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı tərəflərindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin foto şəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 692,53 (altı yüz doxsan iki manat, əlli üç qəpik) manat məbləğində ziyan dəymişdir. Bundan başqa, 12 noyabr 2020-ci il tarixdə 450/51 saylı ATSn xətt mühəndisi Şahid4 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 37 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı tərəflərindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin foto şəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 369,55 (üç yüz altmış doqquz manat, əlli beş qəpik) manat məbləğində ziyan dəymişdir. Hal-hazırda cəmiyyətə dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidirlər və dəymiş ziyanın ödənilməsini tələb edirlər. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X7 əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2018-ci ildən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X1 xətt xidməti sektorunun müdiri vəzifəsində işləyir. İşlədiyi MMC-də mühəndis işləyən Şahid3 ona məlum olmuşdur ki, 30.08.2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsi ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 1497,52 (bir min dörd yüz doxsan yeddi manat əlli iki qəpik) manat təşkil edən 160 metr uzunluğunda TPP-100x2 tipli asma rabitə kabeli oğurlanmışdır. Bundan sonra Şahid5 ona məlum olmuşdur ki, 21.09.2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivindəki küçə ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 1699,62 (bir min altı yüz doxsan doqquz manat altmış iki qəpik) manat təşkil edən 160 metr uzunluğunda TPP-100x2 tipli asma rabitə kabeli oğurlanmışdır. Bundan sonra ona yenidən Şahid5 məlum olmuşdur ki, 28.12.2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki küçə ilə paralel hissədə yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X2 məxsus rabitə kabellərinə xidmət edən rabitə dirəkləri arasında olan məsafədən ümumi dəyəri 3303 (üç min üç yüz üç) manat təşkil edən 300 metr uzunluğunda TPP-100x2 tipli asma rabitə kabeli oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi MMC-yə ümumilikdə 6500,14 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də mülki iddianın təmin edilməsini xahiş edir. Şahid1 teleqramla məhkəməyə müraciət edərək istintaq zamanı şahid qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2011-ci ildən Bakı Telefon Rabitəsi MMC-nin, 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xətt mühəndisi vəzifəsində işləyir. 2018-ci ilin avqust ayına qədər 4 saylı Rabitə Xidmətləri Mərkəzinin əvvəlki adı X11muşdur. Vəzifə səlahiyyətlərinə 4 saylı Rabitə Xidmətləri Mərkəzinin ərazisində, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən rabitə kabellərinin və xətlərinin istismarına cavabdehlik daxildir. 10 avqust 2020-ci il tarixdə təxminən saat 09:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində yola paralel hissədə yerləşən, cavabdeh olduğu 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 66 metr asma rabitə kabelin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra o, əvvəlcə DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermiş, sonra isə işlədiyi 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat vermişdir. Bundan başqa 15 sentyabr 2020-ci il tarixdə təxminən saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində yola paralel hissədə yerləşən, cavabdeh olduğu 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli - cəmi 140 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra o, əvvəlcə DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermiş, sonra isə işlədiyi 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat vermişdir. Şahid4 teleqramla məhkəməyə müraciət edərək istintaq zamanı şahid qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2008-ci ildən Bakı Telefon Rabitəsi MMC-nin, 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xət mühəndisi vəzifəsində işləyir. 2018-ci ilin avqust ayına qədər 4 saylı Rabitə Xidmətləri Mərkəzinin əvvəlki adı X11muşdur. Vəzifə səlahiyyətlərimə 4 saylı Rabitə Xidmətləri Mərkəzinin ərazisində, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən rabitə kabellərinin və xətlərinin istismarına cavabdehlik daxildir. 02 noyabr 2020-ci il tarixdə təxminən saat 10:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən bir neçə rabitə quyusu arasında olan məsafədən iki hissədə 2 ədəd TPP 100x2 tipli (28+20 metr) cəmi 48 metr yeraltı rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan başqa 09 noyabr 2020-ci il tarixdə təxminən saat 09:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyanı küçəsi, Sabunçu dəmiryolu stansiyası yaxınlığında yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 71 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan başqa 12 noyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Pişvəri küçəsində yola paralel hissədə yerləşən 4 saylı RXM-nə məxsus rabitə kabellərinə xidmət edən 2 rabitə dirəyi arasında olan məsafədən 1 ədəd TPP 100x2 tipli 37 metr asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra mən DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2018-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə əsasən dəmir, aliminium, plastmas və mis qəbul edir. 2020-ci ilin sentyabr ayının 20-dən 21-nə keçən gecə saat 01 radələrində o, Sabunçu rayonunda bazarın yaxınlığında idarə etdiyi «VAZ-2106» markalı avtomobil ilə dayanıb sərnişin gözləyirmiş. Həmin vaxtı onunla bir məhəllədə yaşayan əvvəllər tanıdığı Zaur Adgözəlov onun idarə etdiyi avtomobilə əyləşərək, onu Abşeron rayonu, Qobu qəsəbəsinə aparmasını xahiş etmişdir. O, Zaur Adgözəlovla razılaşıb sonuncunu Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən üç mərtəbəli binanın yaxınlığına aparmışdır. Zaur həmin yerdə avtomobildən yerə düşərək, ona orada gözləməsini deyib özü isə çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra Zaur onun yanına qayıdan zaman, sonuncunun əlində iki top telefon naqilləri də olmuşdur. Zaur həmin naqilləri avtomobilin yük yerinə qoyduqdan sonra onlar Sabunçu rayonu ərazisinə Zaurun yaşadığı evin yaxınlığa getmişlər. Zaur avtomobildən düşüb, yük yerindən həmin naqilləri götürüb, elə orada yandırmış, həmin naqillərdən çıxan 10 kq missi isə ona 85 manata satmışdır. O, da öz növbəsində həmin naqqilləri tanımadağa miss alanlara baha qiymətə satmışdır. 2020-ci ilin mart, sentyabr və noyabr aylarında müxtəlif vaxtlarda Zaur Adıgözəlov onun işlətdiyi məntəqəyə yandırılmış halda mis gətirib ona satmışdır. Zaur Adıgözəlovun ona satdığı əlvan metalın oğurluq yolu ilə əldə edilməsindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2011-ci ildən o, Abşeron ATS-in Masazır kəndi üzrə xətt mühəndisi vəzifəsində işləyirəm. 30.08.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən kabellərə baxış keçirərkən, 160 metr 100-lük kabellərin kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra o, 03 sentyabr 2020-ci il tarixdə Abşeron RPİ-nə gələrək, oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, AzTelkom ASC-nin Abşeron BTQ-də xətt mühafizəçisi vəzifəsində işləyir. 21.09.2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, At-yalı yaşayış massivi ərazisində yaşayan abonentlər ona zəng edərək, telefon xətlərində nasazlıq olduğunu bildirmişlər. Bundan sonra o, həmin vətəndaşlardan aldığı məlumatı rəhbərliyə məruzə etmiş, özü isə həmin əraziyə getmişdir. Həmin sözü gedən əraziyə çatan zaman, o, Abşeron TKQ-yə məxsus rabitə xətlərinin bir qisminin, dirəklərin üzərindən kəsilərək oğurlandığını aşkar etmişdir. O, dərhal bu barədə əvvəlcə DİN-nin 102 zəng mərkəzinə, sonra isə Abşeron RPİnə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəməsinin qərarlarından görünür ki, X9 09.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 09.01.2020-ci il tarixdən hesablnmışdır. Həmin məhkəmənin digər qərarları ilə qərarı ilə həbsdə saxlama müddəti bir necə dəfə uzadılmış sonuncu müddət 29.06.2021-ci il tarixədək müəyyən edilmişdir. (səh 74, 233-239). Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmündən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 09 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 3 (üç) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1 və 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X8 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, X5 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə X8 təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 09.01.2021-ci tarixdən hesablanmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Abşeron rayon Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra təqsirləndirilən şəxs X5 müdafiəçi ilə müqavilə bağlamaq maddi imkanı olmadığı üçün o, Abşeron Rayon Məhkəməsinin 1(006)-411/2021 saylı, 17.06.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 18.06.2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X8 göstərilmiş 21 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Abşeron rayon Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC təqsirləndirilən şəxs və mülki cavabdeh X8 qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh X4 6500,14 manat (altı min beş yüz manat, on dörd qəpik) pulun və mülki iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin mülki iddiasına münasibətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi zərər vurulması sübuta yetdiyindən mülki iddia təmin edilməli, mülki cavabdeh X4 6500,14 manat (altı min beş yüz manat, on dörd qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutulub Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə verilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 cəza çəkməsinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Mülki iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin iddiası tam təmin edilsin. Mülki cavabdeh X4 6500,14 manat (altı min beş yüz manat, on dörd qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutulub Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 21 saat göstərdiyi hüquqi yardıma görə 126 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar