Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-411/2023 26.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Nəcəfova Şövkət Hüseyn qızı Nuriyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində şikayət verilmiş şəxs X1 iştirakı ilə, Barəsində şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittihamçı X2 şikayəti üzrə Abşeron rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİM: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyası həcmində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X3 ifadəsində bildirdi ki, onun hansı əməli törətməsi şikayət ərizəsində öz əksini tapmamışdır. Ona görə də xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmasını xahiş etdi. Xüsusi ittiham qaydasında şikayəti öyrənib hesab edirəm ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 hansı əməli törətməsi şikayət ərizəsində öz əksini tapmamışdır. Həmçinin Xüsusi ittihamçı X4 iki dəfə məhkəmə hazırlıq iclasına dəvət edilsədə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Barəsində şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həcmində cəzalandırılması barədə xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-411/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-411/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver