Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-412/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiə üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Sumqayıt-Bakı şossesinin Abşeron rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində magistral yolun sağ kənarında “Tosoil” YDM-nin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında heç bir əsaslı səbəb olmadan yəni, etibarnamə olmadan idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun hərəkət istiqamətində nizamlanmayan yerdə saxlayaraq sərnişin düşürən zaman Zərərçəkmiş şəxs digər nəqliyyat vasitələrinin təhlükəsiz və intensiz hərəkətinə maneəçilik yaratmasına dair irad bildirməsindən qəzəblənərək öz davranışları ilə ictimai qaydalara açıq etinadsızlıq göstərməklə Zərərçəkmiş şəxs irad bildirməsini cüzi səbəb kimi qəbul edərək, əslində isə heç bir əsaslı səbəb olmadan ətrafda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən kəllə ilə zərbə vuraraq sonuncuya üst dodağın selikli qişasının qançırı, üst çənədəki 11.21 və 22-ci dişlərin yumşaq toxumalarının qansızması fonunda 21-ci dişin travmatik laxlaması ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhərindən Bakı şəhərinə sərnişin daşınması ilə məşğul olur, əvvəllər Zərərçəkmiş şəxs tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt- Bakı şossesi ilə hərəkətdə olan zaman X10 yaxınlığında bir nəfər sərnişin həmin yerdə düşmək istədiyini demiş, o da X3 təxminən 15 metr aralıda “Tosoil” yanacaq doldurma məntəqəsi yaxınlığında avtomobili saxlamış, bu zaman arxa tərəfdən gələn “Nissan” markalı avtomobilin sürücüsünün bir neçə dəfə səs siqnalından istifadə etməsini eşitmiş, daha sonra adını sonradan bildiyi həmin avtomobilin Zaur adlı sürücüsü avtomobilini onun avtomobilinin sol tərəfində saxlamış, o, sürücüyə nə üçün dayanmadan siqnal verdiyini demiş, Zaur isə nalayiq ifadə işlədərək ona avtomobili yolun kənarında saxlamasını demiş, daha sonra isə Zaur öz avtomobilini bir qədər irəlidə saxlayıb onun avtomobilinə tərəf gəlmiş, Zaur yaxınlaşdıqda ona qarşı yenə də nalayiq ifadə işlətmiş, o, avtomobilində sərnişinlər olduğu üçün avtomobildən düşüb Zaura nə üçün nalayiq ifadə işlətdiyini deyəndə Zaur yenə də ona kobud cavab qaytardığı üçün aralarında mübahisə başlamış, mübahisə zamanı əvvəlcə onun avtomobilində olan bir nəfər tanımadığı sərnişin, daha sonra isə yoldan keçən tanımadığı iki nəfər şəxs onları aralayan zaman Zaur ona qarşı yenidən nalayiq ifadə işlətdiyi üçün o, artıq özünü saxlaya bilməyib kəllə ilə bir dəfə Zaurun sifət nahiyəsindən zərbə vurmuş, daha sonra isə öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Əlavə olaraq o, baş vermiş mübahisənin 10 dəqiqə davam etdiyini və mübahisə zamanı ətrafdan tanımadığı 5-6 nəfər şəxsin hadisə yerinə toplaşdığını qeyd etdi. Hazırda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki-------------------, o, Təqsirləndirilən şəxs tanımamış, aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Nissan Maxima” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2rşısı ilə Sumqayıt- Bakı şossessi ilə hərəkətdə olan zaman X3 təxminən 15- 20 metr aralıda “Tosoil” yanacaq doldurma məntəqəsinə çatmamış, onun qarşısında hərəkət edən “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlayaraq sərnişin düşürtmüş, “Ford Transit” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Baratın avtomobili yolun hərəkət hissəsində saxlaması nəticəsində o, hərəkətini davam etdirə bilməmiş, eləcə də ondan arxada hərəkətdə olan avtomobillər dayanmış və qısa müddətli tıxac yaranmış, o, buna görə bir neçə dəfə səs siqnalından istifadə etmiş və avtomobilini “Ford Transit” markalı avtomobilin sol tərəfində saxlayaraq Barata etdiyi hərəkətə görə irad bildirmiş, Barat isə ona kobud cavab qaytarmış, daha sonra isə avtomobili bir qədər irəlidə saxlayıb yerə düşərək əlində olan vintaçanla ona tərəf yaxınlaşmış, o da buna görə avtomobilindən yerə düşmüş, Barat onun ünvanına nalayiq ifadələr işlədə-işlədə ona yaxınlaşdığı üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı isə Barat qəflətən kəllə ilə sifət nahiyəsinə zərbə vurduqdan sonra öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır.Əlavə olaraq Barat adlı şəxs ilə aralarında baş vermiş mübahisə zamanı səs-küy yarandığını, sonuncunun avtomobilində və yol kənarında olan tanımadığı şəxslərin hadisə yerinə toplaşdıqlarını, hadisə nəticəsində ona maddi ziyan dəymədiyini, eləcə də, baş vermiş mübahisə zamanı Barat adlı şəxsə xəsarət yetirmədiyini qeyd etdi. Sonda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, lakin ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və X4 rayon şöbəsinin xx.xx.1999-ci il tarixli, 734 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- üst dodağın selikli qişasının qançırı, üst çənədəki 11, 21 və 22-ci dişlərin yumşaq toxumalarının qansızması fonunda 21-ci dişin travmatik laxlaması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə kəllə ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fizikizor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə,sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxudabilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 134-cümaddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş material üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və ekspertiza rəyi, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasəncəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X9 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünürki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İH 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Xıdırlı X6 rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onuncəzasını yüngülləşdirənhallar kimi nəzərə alır. Təqsirləndirilən şəxscəzasınıağırlaşdıranhal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növün cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin221.1-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz ) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-412/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-412/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver