Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-412/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Əliyev prospekti ev 25-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 04 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin hasardan tullanaraq həyətinə, sonra isə evin pəncərəsini açaraq evə qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsindən hər birinin dəyəri 10 manat olan ümumi 120 manat dəyərində 12 ədəd işıq tənzimləciyisini, hər biririn dəyəri 10 manat olan 40 manat dəyərində 4 ədəd ümumi elektrik paylayıcı qutunu, ümumi 2000 manat dəyərində müxtəlif ölçülü elektrik naqilərini, hər birinin dəyəri 20 manat olan ümumi 160 manat dəyərində 8 ədəd elektrik ayırıcılarını oğurlayıb Zərərçəkmiş şəxs1 2320 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin hasardan tullanaraq həyətinə sonra isə evin pəncərəsini açaraq evə qanunsuz daxil olaraq evin zirzəmisindən hər birinin dəyəri 10 manat olan ümumi 240 manat dəyərində 24 ədəd işıq tənzimləciyisini, hər birinin dəyəri 10 manat olan ümumi 70 manat dəyərində 7 ədəd elektrik paylayıcı qutunu sonra isə evin 1-ci mərtəbəsində olan otaqlardan birində yığılmış 4000 manat dəyərində müxtəlif elektrik naqilərini, hər birinin dəyəri 20 manat olan ümumi 320 manat dəyərində 16 ədəd elektrik ayırıcılarını oğurlayıb Zərərçəkmiş şəxs1 4630 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin pəncərəsini vintaçanla açaraq qanunsuz evə daxil olub evin ikinci mərtəbəsindən bir ədəd 150 manat dəyərində “İnterskol” markalı laqondanı, bir ədəd 180 manat dəyərində “Makita” markalı prefaratoru və bir topu 168 manat olan ümumi 2016 manat dəyərində 12 top elektrik naqillərini oğurlayıb Zərərçəkmiş şəxs2 2346 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 06 mart 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən iki mərtəbəli yarım tikili fərdi yaşayış evinə qanunsuz daxil olub evin divarlarından 500 manat dəyərində elektrik naqillərini, həmçinin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus 500 manat dəyərində 1 ədəd “Bosh” markalı lazer aparatını, 70 manat dəyərində 1 ədəd laqondanı, 40 manat “Kombizon” iş geyimini, 30 manat dəyərində ayaqqabını, 30 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini və 15 manat dəyərində “Tefal” markalı çaydanı oğurlayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vahid niyyətlə 1195 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə fərdi yaşayış evində yaşayır. Bildirmişdir ki, 04 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi yeni yaşayış massivində piyada tək gəzərkən bir yaşayış evinə gözünə sataşmışdır. Pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin hasarından tullanıb həyətə keçib yaşayış evinin pəncərəsini açıb içəri daxil olmuşdur. Evdən təxminən 10 ədəd işıq tənzimləyicisi, 4 ədəd elektrik paylayıcı qutu, 6 ədəd elektrik ayırıcılarını və müxtəlif ölçüdə elektrik naqillərini oğurlayıb özü ilə gətirdiyi parça kisəyə doldurmuş və daxil olduğu kimi həmin evdən çıxmışdır. Yolda açıq sahə tapıb həmin elektrik naqillərini yandırmış, mis olan hissələrini kisəyə doldurmuşdur. 05 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində piyada Bakı şəhəri 3-cü mikrorayon dairəsinin yaxınlığına getmiş, orada mis naqilləri metal qəbulu məntəqəsində tannımadığı şəxsə 100 manata satmış, digər 10 ədəd işıq tənzimləyicisi, 4 ədəd elektrik paylayıcı qutu, 6 ədəd elektrik ayırıcılarını isə həmin gün saat 16 radələrində Bakı şəhəri, 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 40 manata satmışdır. Oğurladığı əşyalardan onda heç nə qalmamışdır. Əldə etdiyi pulları öz ehtiyacına xərcləmiş, həmin pullardan onda heç nə qalmamışdır. Bundan başqa 08 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində piyada tək gəzərkən pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, əvvəl oğurluq etdiyi evdən yenidən oğurluq etsin. Bu məqsədlə həmin evin hasarına yaxınlaşaraq hasardan tullanıb həmin evin həyətinə keçib yaşayış evinin pəncərəsini açıb içəriyə daxil olmuşdur. Evdən təxminən 20 ədəd işıq tənzimləyicisi, 6 ədəd elektrik paylayıcı qutu, 15 ədəd elektrik ayırıcılarını və müxtəlif ölçüdə elektrik naqillərini oğurlayıb özü ülə gətirdiyi parça kisəyə doldurmuş və daxil olduğu kimi həmin evdən çıxmışdır. Yolda yenə açıq sahə tapıb həmin elektrik naqilləri yandırmış, mis oln hissələrini kisəyə doldurmuşdur. 08 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində piyada Bakı şəhəri 3-cü mikrorayon dairəsinin yaxınlığına getmiş, orada mis naqilləri metal qəbulu məntəqəsində təxminən 40 yaşlarında, tanımadığı şəxsə 300 manata satmış, digər 20 ədəd işıq tənzimləyicisi, 6 ədəd elektrik paylayıcı qutu, 15 ədəd elektrik ayırıcılarını isə həmin gün saat 17 radələrində Bakı şəhəri, 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 110 manata satmışdır. Oğurladığı əşyalardan onda heç nə qalmamışdır. Əldə etdiyi pulları öz ehtiyacına xərcləmiş, həmin pullardan onda heç nə qalmamışdır. Bundan başqa sonradan adını Zərərçəkmiş şəxs2 bildiyi şəxsin Abşeron rayonu, Masazır kəndi, T.Əliyev küçəsində yerləşən iki mərətəbəli evindən də oğurluğu o, etmişdir. Həmin evdə yaşayış olmadığına görə, 15 fevral 2021-ci il tarixdə saat 02 radələrində evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Həmin evin pəncərəlirinin üzərində dəmir barmaqlıqlar olmadığına görə, evin birinci mərtəbəsində yerləşən otağın plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb, həmin pəncərədən evə daxıil olmuşdur. Bundan sonra o, evin otaqlarını axtarıb orada 01 ədəd laqonda, 01 ədəd preforator və 12 top nazik elektrik naqillərin olduğunu görmüşdür. Həmin əşyaları o, pəncərədən həyətə tullamış və daha sonra özü də həmin pəncərədən həyətə tullanıb, oğurladığı əşyaları özü ilə göütürdüyü torabaya yığıb həmin yeri tərk etmişdir. Səhəri gün, oğurladığı elektirk naqilləri Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən boş ərazidə yandırmış və yandırdığı elektrik naqillərdən təxminən 8 kq mis metalı çıxmışdır. Həmin metalı oğurladığı preforator və laqonda ilə birlikdə aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən bazarda tanımadığı şəxsə 200 manat müqabilində satmışdır. Oğluruq hadisəsi nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06 mart 2021-ci il tarixdə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəlləyə gəlmiş, orada yerləşən hasarı olmayan yarım tikili iki mərtəbəli fərdi yaşayış evinə daxil olmuş və evdə yeni çəkilmiş elektrik naqillərini divardan söküb çıxarmışdır. Həmçinin evin 1-ci mərtəbəsində 1 ədəd “Tefal” markalı çaydanı oğurlayıb oradan getmişdir. Oğurladığı elektrik naqillərini və çaydanı Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında boş sahədə gizləmiş və 06 mart 2021-ci il tarixdə səhər saatlarında elektrik naqillərini yandırıb mis və aliminumunu Bakı şəhəri 3-cü mikrorayon bazarı ilə üzbə-üz yerləşən metal qəbulu məntəqəsinə 41 manata satmışdır. Bundan başqa “Tefal” markalı çaydanı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tanımadığı bir nəfər şəxsə 4 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 45 manat pulu şəxsi ehtiyacları üçün xərcləmışdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi yeni yaşayış massivində nömrəsiz evi vardır. Həmin ev tam təmir olunmamışdır, orada təmir işləri getdiyindən o, həmin evdə yaşamamışdır. 03 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək olan müddətdə evdə olmadığı müddətdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz evə pəncərəni açmaqla qanunsuz daxil olub evin 2-ci mərtəbəsindən 12 ədəd hər birinin dəyəri 10 manat olan ümumi dəyəri 120 manat olan işıq tənzimləciyisini, 4 ədəd hər biririn dəyəri 10 manat olan ümumi dəyəri 40 manat olan elektrik paylayıcı qutunu, 2000 manat dəyərində müxtəlif elektrik naqilərini, 8 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 160 manat olan elektrik ayırıcılarını oğurlamış, ona 2320 manat ziyan vurmuşdur. Həmin hadisəni o, 06 oktyabr 2020-ci il tarixdə evə gələndə aşkar etmiş, lakin işi olduğu üçün bununla bağlı polis orqanına məlumat verməmişdir. Bundan başqa 07 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan müddətdə evdə olmadığı müddətdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz evə pəncərəni açmaqla içəri qanunsuz daxil olub, zirzəmidən və 1-ci mərtəbədən 24 ədəd hər birinin dəyəri 10 manat olan ümumi dəyəri 240 manat olan işıq tənzimləciyisini, 7 ədəd hər biririn dəyəri 10 manat olan ümumi dəyəri 70 manat olan elektrik paylayıcı qutunu, 4000 manat dəyərində müxtəlif elektrik naqilərini, 16 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 320 manat olan elektrik ayırıcılarını oğurlayaraq ona 4630 ziyan vurmuşdur. Beləliklə ona ümumi 6950 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, mənizl 9a-da yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndi, T.Əliyev küçəsində 0,03 ha torpaq sahəsində özünə iki mərtəbəli ev inşa etdirmişdir. Həmin ev dörd tərəfdən mişar daşları ilə tikilmiş hasarla əhatə olunmuş, evin təmiri isə tam başa çatmmışdır. Həyətə giriş iki laylı dəmir darvazadan ibarətdir. Qeyd olunan ünvanda o, yaşamır, lakin hər gün evinə gəlib baş çəkmişdir. Sonuncu dəfə 14.02.2021-ci il tarixdə saat 20 radələrində evində olan zaman hər şey öz qaydasında olmuşdur, evdən çıxanda isə evin giriş qapısını və darvazanı bağlamışdır. 15 fevral 2021ci il tarixdə yeni inşa etdirdiyi evinə gəldikdə, evin birinci mərtəbəsinin sağ tərəfdə olan yataq otağının plasik pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, özündə olan açarla evin giriş qapsını açaraq, içəri daxil olduğu zaman, evə baxış keçirmişdir. Baxış zamanı ona məlum olmuşdur ki, evin ikinci mərtəbəsində olan qonaq otağından hər bir topunun dəyəri 168 manat olmaqla, ümumilikdə 2016 manat dəyərində 12 top elektriq naqillərin, 150 manat dəyərində 01 ədəd «İnterskol» markalı laqondanın və 180 manat dəyərində 01 ədəd «Makita» markalı preforatorun yerində olmadığını aşkar etmişdir. O, başa düşmüşdür ki, evində olmayan müddət ərzində naməlum şəxs və ya (şəxslər) onun evinə qanunsuz daxil olaraq, evindən oğurluq etmişdir. Daha sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Ev sənədlə oğlu Şahid5 adına olduğu üçün o, 102 xidmətinə evin oğlu Bəhlula məxsus olduğunu bildirmişdir. Hadisə nəitcəsində ona dəymiş ziyan tam ödənildiyində təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Z.Xəlilov küçəsi, ev 66, mənzil 89-da yaşayır. Bildirmişdir ki, 2020-ci ilin sentyabr ayından Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən özünə məxsus 0.2 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Təxminən iki ay olmuşdur ki, həmin evdə usta Zərərçəkmiş şəxs4 elektrik-santexnik işlərini görmüşdür. 06 mart 2021-ci il tarixdə səhər saatlarında Məqsəd ona zəng edib evdən Məqsədə məxsus 1 ədəd “Bosh” markalı lazer aparatının, 1 ədəd laqonda aparatının, “Kombizon” geyim əşyasının, 1 cüt ayaqqabının, 20 metr uzunluğunda naqilin və “Tefal” markalı çaydanın və həmçinin evdə ona məxsus 500 manat dəyərində elektrik naqilinin oğurlandığını bildirmişdir. O, həmin vaxtı xarici ölkəyə getməsi ilə bağlı polisə gəlib ərizə ilə müraciət edə bilməmiş, Lakin Məqsəd özü həmin vaxtı polisə müraciət etmişdir. Hadisə nəitcəsində ona dəymiş ziyan tam ödənildiyində təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 9/6, mənzil 14-də yaşayır. Bildirmişdir ki, o, ev təmiri ustasıdır və sifariş əsasında fərdi evlərdə usta işləyir. Təxminən iki aydır Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus iki mərtəbəli yarım tikili fərdi yaşayış evində usta işləyir. Hər gün işə saat 08 radələrində gəlir və 17 radələrində işdən evə gedir. 05.03.2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinə təmir üçün gəlmişdir. Həmin gün evin döşəməsinin betonunu vurmuş və saat 16 radələrində oradan getmişdir. Gedərkən özünə məxsus olan 1 ədəd “Bosh” markalı lazer aparatını və 1 ədəd laqonda aparatını iri qara rəngli idman çantasının içində soyunub-geyinmə otağında saxlamışdır. 06.03.2021-ci il tarixdə saat 08 radələrində Masazır qəsəbəsinə Zərərçəkmiş şəxs3 məxsus yarım tikili fərdi yaşayış evinə gəlmiş və həmin vaxtı otaqda saxladığı özünə məxsus 1 ədəd “Bosh” markalı lazer aparatının, 1 ədəd laqonda aparatının, “Kombizon” geyim əşyasının, 1 cüt ayaqqabının, 20 metr uzunluğunda naqilin və “Tefal” markalı çaydanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 məxus evin divarlarından elektrik naqilləri çıxarılaraq oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, ev sahibi Rasimə zəng edib bu barədə bildirmiş və həmçinin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə nəitcəsində ona dəymiş ziyan tam ödənildiyində təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 06 mart 2021-ci il tarixdə işdə növbədə olan zaman Sumqayıt şəhəri, 3-cü mkr, bina 9/6, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs4 Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən usta işlədiyi evdən ona məxsus 1 ədəd “Bosh” markalı lazer aparatının, 1 ədəd laqonda aparatının, “Kombizon” iş geyiminin, ayaqqabının, 20 metr uzunluğunda elektrik naqilinin, “Tefal” markalı çaydanı və ev sahibinə məxsus elektrik naqillərinin naməlum şəxs tərəfindən oğurlandığını ona maddi ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və əmliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs4 usta işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən “Bosh” markalı lazer aparatı, 1 ədəd laqonda aparatını, “Kombizon” iş geyimini, ayaqqabını, 20 metr uzunluğunda elektrik naqilinin, “Tefal” markalı çaydanı və elektrik naqillərini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 03 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək olan müddətdə Abşeron rayonu Masazır qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 12 ədəd işıq tənzimləciyisini, 4 ədəd elektrik paylayıcı qutunu, elektrik naqilərini, 8 ədəd elektrik ayırıcılarını, 07 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan müddətdə Abşeron rayonu Masazır qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 24 ədəd işıq tənzimləciyisini, 7 ədəd elektrik paylayıcı qutunu, elektrik naqilərini, 16 ədəd elektrik ayırıcılarını, 15 fevral 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin pəncərəsini vintaçanla açaraq qanunsuz evə daxil olub evdən 1 bir ədəd prefaratoru və bir neçə top elektrik naqillərini, 27 fevral 2021-ci il tarixdə saat 23 radələrində X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evinin zirzəmisindən qanunsuz evə daxil olaraq evdən 10 ədəd qapı kilidini, 12 ədəd kombi radiatorunu, 10 ədəd elektrik paylayıcısını (udliniteli), 15 ədəd krantı (arkokranı), bir ədəd laqondanı, bir ədəd “Bosh” markalı dreli, 6 top 4x4 ölçüdə elektrik naqilini, 40 metr uzunluğunda 6x4 ölçüdə elektrik kabelini və elektrik açarını və 06 mart 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən iki mərtəbəli yarım tikili fərdi yaşayış evinə qanunsuz daxil olub evin divarından elektrik naqillərini, həmçinin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd “Bosh” markalı lazer aparatını, 1 ədəd laqonda aparatını, “Kombizon” iş geyimini, ayaqqabını, 20 metr uzunluğunda elektrik naqilini və “Tefal” markalı çaydanı gizli talayaraq oğurlamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, mənizl 9a-da yaşayır. Bildirmişdir ki, atası Əkbərov X7 rayonu, Mmasazır qəsəbəsi, T.Əliyev küçəsində 0,03 ha torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Həmin ev dörd tərəfdən mişar daşları ilə tikilmiş hasarla əhatə olumuş, evin təmiri tam başa çatmamışdır. Həmin ev çıxarış sənədi əsasında onun adınadır. 15.02.2021-ci il tarixdə səhər saatlarında atası ona zəng edib Abşeron rayonu, Masazır qəsəəsi T.Əliyev küçəsində yerləşən fərdi yaşayış evindən elektrik naqillərini, laqondanın və prefaratorun oğurlanması barədə bildirmişdir. Həmçinin oğurluq barədə polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Kazımov küçəsi ev 12, mənzil 9-da yaşayır. Bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarı yaxınlığında yerləşən metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. 06 mar 2021-ci il tarixdə səhər saatlarında əvvəl işlətdiyim metal qəbulu məntəqəsinə misalminium satan Təqsirləndirilən şəxs adlı şəxs gələrək onda bir neçə kilo mis-alminium olduğunu və satmaq istədiyini bildirmişdir. O, mis və alminiumu tərəzidə çəkdikdən sonra hər kilosuna görə Farizə pul ödədikdən sonra Fariz çıxıb getmişdir. Bildirmişdir ki, Fariz adlı şəxs əvvəllərdə onun işlədiyi metal qəbuli məntəqəsinə mis alminium satmışdır. Qeyd etmişdir ki, Fariz adlı şəxs 2020-ci ilin oktyabr ayınln əvvəllərində də onun işlədiyi metal qəbulu məntəqəsinə mis və alminium satmışdır. Farizin əvvəllərdə onun işlədiyi metal qəbulu məntəqəsinə mis alminium satdığını bildiyi üçün Farizin satdığı mis və alminiumun oğurluq olmasını bilməmişdir. Fariz onun işlətdiyi metal qəbuu məntəqəsinə hər dəfə misalminium gətirən zaman həmin metalın zibilxanadan topladığını bildirmişdir. Farizin ona satdığı mis və alminiumu metal əritmə zavoduna satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27.04.2021-ci il tarixli 910 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 07.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 07.03.2021-ci il tarixdən hesablamaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə yazılı ərizə ilə müraciət edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs ilə barışmışlar ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı cəzasını yüngülləşdirən hal kimi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışması onlara dəymiş ziyanın ödənilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07.03.2021-ci il tarixdən hesablanmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-412/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-412/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver