Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-412/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1992-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs birgə yaşadğı anası X2 onun tərəfindən döyülməsi və ölümlə hədələməsi barədə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə verdiyi məlumat əsasında, həmin gün saat 16 radələrində anası Təranə Qasımovadan ərizə və izahat almaq üçün sonuncunun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş hakimiyyət nümayəndəsi olan Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs görüb, anasının yaşadğı evə polis əməkdaşı çağırmasını özünə qarşı aşağılayıcı hərəkət olması qənaətinə gələrək, yaşadıqları evin mətbəxinə gedib oradan bıçaq və çəngəl götürərək həmin vaxt evin yaşayış otaqlarının birində Təranə Qasımovadan şifahi ərizə qəbul edən Zərərçəkmiş şəxs üzərinə doğru getmiş, onun olduqları otağa doğru gəldiyini görən Təranə Qasımova otaqdan çıxsa da, Zərərçəkmiş şəxs otağı tərk etməyə macal tapmamış və otağın qapısını bir qədər örtüb əli və ayaqları ilə sıxılb saxlayaraq onun otağa daxil olmasına imkan vermədikdə o, otağa daxil ola bilməyəcəyini görüb, dəhlizlə irəlilərək evdən çölə çıxmış, onun getdiyini görən Zərərçəkmiş şəxs də, otaqdan çıxaraq onun arxasınca gedib, evdən çölə çıxdıqda, onun evin həyətinə giriş darvazasından bir qədər aralıda anası Təranə Qasımova ilə mübahisə etdiyini və sol əlində çəngəl olduğunu görüb, nizam-intizama dəvət etmək üçün yaxınlaşdıqda Təqsirləndirilən şəxs sol əlində saxladığı çəngəllə Zərərçəkmiş şəxs üzərinə gələrək, çəngəli sonuncuya tərəf yelləməklə xəsarət yetirməyə çalışmış, bu vaxt Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün qollarını yuxarı qaldırıb bir neçə addım geri çəkilsə də? o, sonuncunun üzərinə yeriməkdə davam edib, sol əlində olan çəngəllə Zərərçəkmiş şəxs sağ qolundan vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilməyən sağ bazu nahiyyəsinin orta 1/3-nin sıyrıqları kimi xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Könüllü kəndində anadan olsa da, 2013-cü ildən Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. 2017-ci ildə Gülnar adlı qadınla ailə həyatı qurmuş, lakin sonradan ayrılmışlar. Övladı olmamışdır. Hazırda subaydır, övladı yoxdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında mərhum anası Təranə Qasımova ilə aralarında birgə yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsindəki evlərində mübahisə yaranmışdır. Bir qədər sonra yaşadıqları evə Abşeron rayon polis idarəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt o, alt paltarında otağındakı çarpayının üzərində uzanmışdır. O, həmin vaxt bilmişdir ki, polis əməkdaşlarını yaşadıqları evə anası çağırmışdır. Adını bilmədiyi polis əməkdaşı onun olduğu otağın qapısını açıb ona “anan barəndə şikayət edib, ananla niyə dalaşırsan, qalx gedək polis idarəsinə” demişdir. O, isə polis əməkdaşına “gözlə paltarlarımı geyinib gəlirəm” deyə cavab vermişdir. Polis əməkdaşı isə “geyin gəl” deyərək qapını bağlamışdır. Bu vaxt yaşadığı evin həyətindən bacısı Aytənin polis əməkdaşına “ay rəis, bu peysər qudurub, anamla yola getmir” deməsini eşitmiş və bacısının bu sözü onu çox əsəbiləşdirmişdir. Yerindən qalxıb şortunu və köynəyini geyinib, otaqdan çıxmış və mətbəxə gedərək oradan çəngəl götürmüşdür. Daha sonra sol əlində saxladığı həmin çəngəllə mətbəxdən çıxaraq dəhlizlə irəliləyib, əvvəlcə həyətə, oradan isə həyətə giriş darvazasından çölə çıxmış və əlində çəngəl bacısına doğru yeriməyə başlamışdır. Çəngəllə bacısının üzərinə yeriməkdə məqsədi sonuncunu qorxutmaq olmuşdur. Bu vaxt bacısı Aytən onun əlində çəngəl üzərinə yeridiyini görüb qaçmağa başlamışdır. Həmin vaxt o da, qaçaraq oradan uzaqlaşmış və yaxınlıqdakı kolluqda gizlənmişdir. Bir qədər sonra gizləndiyi yerdən çıxıb Sumqayıt şəhərinə getmiş, oradan isə yaşadığı evə qayıdıb bütün sənədlərini götürmüşdür. xx.xx.2020-ci il tarixdə isə işləmək və yaşamaq üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə isə Türkiyədən qayıtdıqda hava limanında polis əməkdaşları onu saxlayıb, Abşeron rayon polis idarəsinə gətirmişlər. Polis əməkdaşı Zərərçəkmiş şəxs dedikləri yalandır. Həmin vaxt onun əlində bıçaq olmamış, yalnız çəngəl olmuşdur. O, əlində çəngəl Zərərçəkmiş şəxs üzərinə yeriməmiş, sonuncuya tərəf çəngəl yelləməmiş və Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətləri harada, necə, hansı şəraitdə almasını bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən daxili işlər orqanlarında, 2020-ci ildən tutduğu vəzifədə xidmət edir, polis kapitanı rütbəsini daşıyır. xx.xx.2020-ci il tarixdə əməliyyatistintaq qrupunun tərkibində olan zaman, saat 15:01-də Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan ərazinin yaxınlığında (Nazim marketin yaxınlığında) yaşayan X4 DİNnin "102 xidməti” zəng mərkəzi sisteminə oğlu Ruslanın onu döyməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Məlumat üzrə o, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə hadisə yerinə getmişdir. Onlar ora çatdıqda saat təxminən 16 radələri olmuşdur. Həmin vaxtı ünvanda X4 onları qarşılayıb yaşadığı evə dəvət edərək oğlu Təqsirləndirilən şəxs qonşu otaqda olduğunu bildirmişdir. O, həmin otağın qapısını açdıqda, Ruslanın yerdə uzandığını görüb, sonuncunu çağırmışdır. Həmin vaxt Ruslanın anası Təranə isə onun yanında dayanmışdır. Bu vaxt Ruslan “sən mənim üstümə niyə polis çağırırsan” deyərək, ayağa qalxıb anası ilə sözlü mübahisə etməyə başlamış və ona “nədi ə, nə edəcəksən mənə?, paqonuva güvənirsən?” demişdir. O, isə sonuncudan normal danışmasını istəyərək izahat vermək üçün Abşeron RPİ-nə getməli olduğunu bildirmişdir. Bu vaxt Ruslan ona yüksək səslə “Dayan əynimi geyinim gəlirəm” deyə cavab vermişdir. O, isə Ruslanla razılaşıb, yan otağa keçərək, məlumatı vermiş Təranə Qasımovaya ərizə yazması üçün ərizə blankı təqdim etmişdir. Bu vaxt Ruslan olduğu otaqdan çıxıb evin mətbəxinə keçmişdir. T.Qasımova ərizə yazdığı vaxt mətbəxdən qab-qaçaq səsləri gəldiyini eşidib, hər ikisi otaqdan çıxmaq istədik də, əvvəlcə Təranə Qasımova otaqdan çıxmış, ardınca isə o, otaqdan çıxmaq istədikdə, Ruslanın sağ əlində bıçaq, sol əlində isə çəngəllə üzərinə doğru gəldiyini görüb, özünü qorumaq üçün otağın qapısını sonuncuya tərəf itələmişdir. Ruslanın içəri girməyə cəhd etdiyini görüb, o, sol əli və sol ayağı ilə otağın qapısını sonuncuya tərəf sıxmışdır ki, otağa girə bilməsin. Həmin vaxt Ruslanın hər iki əli qapıdan içəri keçsə də, bədəni çöldə qalmışdır. Əgər o, qapını sıxıb saxlamasaymış, Təqsirləndirilən şəxs otağa girərək, əllərindəki bıçaq və çəngəllə ona xəsarət yetirəcəkmiş. Daha sonra, içəri keçə bilməyəcəyini, qapının əllərini sıxdığını görən Ruslan əlindəki bıçaq və çəngəllə “bunlar kimdir mənim evimə çağırmısan” kimi sözlər deyərək, deyinə-deyinə dəhlizlə irəliləyib, çölə çıxmışdır. Təqsirləndirilən şəxs evə giriş qapısından çıxdığını görən o, da sonuncunun arxasınca evdən çölə çıxmışdır. Lakin Ruslanın həyətlərində olmadığını görüb, darvazadan da, çölə, yəni küçəyə çıxmış, çölə çıxdıqda Ruslanın həyətə giriş darvazasından bir qədər aralıda anası Təranə ilə mübahisə etdiyini, əlində çəngəl olduğunu görüb, çəngəllə anasına xəsarət yetirəcəyindən narahat olduğu üçün sonuncudan sakitləşməyi tələb etməyə başlamışdır. Həmin vaxt Ruslanın əlində artıq bıçaq olmamış, bəlkədə evdən çıxarkən bıçaq həyətdə və ya küçədə əlindən düşmüşdür. Çünki Ruslan, anası yaşadıqları evə polis çağırdığı üçün çox aqressiv idi. Bu vaxt Ruslan onu görüb üzərinə doğru gəlmiş və sol əlindəki çəngəli ona tərəf yelləməyə başlamışdır. Lakin əlində çəngəli ona tərəf yellədikcə, o, geri çəkilərək və qollarını qaldıraraq özünü zərbədən qorumağa çalışmışdır. O, geri çəkildikcə, Təqsirləndirilən şəxs onu vurmaq üçün daha da, üzərinə doğru gəlmişdir. Bu vaxt Ruslan əlindəki çəngəllə onun sağ qolundan vurub xəsarət yetirmişdir. Ruslan onu vurmağa çalışdığı vaxt sonuncunun anası və arvadı bir qədər aralıda dayanaraq, sözlə Ruslanı sakitləşdirməyə çalışırmışlar. Bundan sonra Ruslan anidən ondan əlçəkərək, anasına tərəf getməyə başlamış, oğlununüzərinə gəldiyini görən, Təranə isə qaçmağa başlamışdır. Bundan sonra o, növbətçi hissəyə zəng edib məlumat vermiş və Şahid1lə birlikdə Abşeron RPİ-nə gəlib, raportla idarə rəisinə məlumat vermişdir. Hadisə vaxtı evdə Ruslan, anası Təranı və arvadı olmuşdur. Sonradan Ruslanın bacısıda ora gəlmişdir. Ruslanın bacısı gəldikdə artıq Ruslan qaçaraq oradan uzaqlaşmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş, səs-küy olmamış və kənar şəxslər ora toplaşmadır, yəni hadisəni görən şəxs olmamışdır Hadisə vaxtı Təqsirləndirilən şəxs yalnız ona xəsarət yetirmiş, Şahid1 heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, qanuna uyğun qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən daxili işlər orqanlarında, 2020-ci ildən isə hazırki vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə əməliyyat-istintaq qrupunun tərkibində olan zaman saat 15:01-də Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan ərazidə yaşayan X4 DİN-nin 102 xidmətinə oğlu Ruslanın onu döyməsi və ölümlə hədələməsi barədə məlumat vermişdir. Məlumat üzrə Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs ilə birlikdə hadisə yerinə getmişdir. Həmin vaxtı ünvanda X4 onları qarşılamışdır. Təranə Qasımova onları yaşadığı evə dəvət edərək oğlu Təqsirləndirilən şəxs qonşu otaqda olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs evə daxil olaraq T.Qasımovadan oğlunu çağırmasını istəmişdir. Həmin vaxt o, həyətə giriş darvazasının qarşısında dayanmışdır. Dayandığı yerdən evin dəhlizi rahatlıqla görünürmüş. Təranə oğlunun olduğu otağın qapısını açdıqda, Abbas oğluna anasının şikayəti üzrə izahat vermək üçün rayon polis idarəsinə getməli olduğunu bildirmişdir. Təranənin oğlu Ruslan isə Zərərçəkmiş şəxs yüksək səslə “Nədi ə? Nə edəcəksən mənə? Paqonuna güvənirsən?”, “paltarımı geyinib gəlirəm” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs Ruslandan normal danışmasını istəyərək bir daha izahat vermək üçün getməli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yenə yüksək səslə “Dayan əynimi geyinim gəlirəm” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs daha sonra, ərizəsini almaq üçün Təranə Qasımova ilə birlikdə yan otağa keçmişdir. Bu vaxt Ruslan otaqdan çıxaraq mətbəxə girmişdir. Daha sonra o, Ruslanın bir əlində bıçaq, digərində isə çəngəllə mətbəxdən çıxaraq, Abbasın oldğu otağa doğru getdiyini görmüşdür. Bu vaxt Təranə otaqdan çıxa bilsə də, Abbas çıxa bilməmiş və Ruslan otağa daxil olmaq istəsə də, Abbas buna imkan verməmişdir. Daha sonra isə Ruslan Abbasdan əlçəkərək dəhlizlə irəliləyib evdən həyətə, orada isə çölə çıxmışdır. Bu vaxt o, Ruslanın üzərinə gəldiyini görüb, bir qədər arxaya çəkilmişdir. Həmin vaxt Ruslanın bir əlində bıçaq, digərində isə çəngəl olmuşdur. O, arxaya çəkilsə də, Ruslan üzərinə doğru gəlməkdə davam etdiyini görüb, oradan bir qədər aralanmışdır. Ruslan isə anasına tərəf dönüb, anasına yaxınlaşmış və sonuncu ilə mübahisə etməyə başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs həyətdən çölə çıxıb Ruslan və Təranəyə tərəf irəliləmişdir. Abbasın yaxınlaşdığı görən Ruslan üzərinə doğru gələrək, Abbası vurmaq üçün əlindəki çəngəli sonuncuya tərəf yelləməyə başlamışdır. Lakin Abbas arxaya doğru çəkilərək və qollarını qaldıraraq özünü müdafiə etməyə çalışsa da, Ruslanın yellədiyi çəngəl sonuncunun qoluna dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o, Abbasın yanına gəlmək istədikdə, Ruslan Abbası vura bilməyəcəyini görüb oradan uzaqlaşmış və qaçaraq çıxıb getmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, onu vurmağa Hadisə vaxtı orada Ruslan, anası Təranə olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş və kənar şəxslər ora toplaşmadır, yəni hadisəni görən kənar şəxs olmamışdır. Hadisə zamanı Ruslan yalnız təhqiqatçı Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində bacısı və övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı, X4 isə anasıdır. Anası Təranə 07 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Anası sağlığında Saray qəsəbəsində özünə məxsus evdə yaşamışdır. Evləri arasındakı məsafə təxminən 200-300 metrdir. X5 getməmişdən əvvəl anası Təranə, Ruslan və onun arvadı Gülnarla birlikdə yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 15-16 radələrində yaşadığı evdə olduğu vaxt anası Təranə ona zəng edib, yaşadıqları evə polis əməkdaşlarını çağırdığını bildirmişdir. O, dərhal anasıgilə getmişdir. Ora çatdıqda anasıgildə tanımadığı bir polis əməkdaşı olduğunu görmüşdür. Həmin polis əməkdaşı Ruslanı çağırmış və Ruslan isə polisə paltarlarını geyinib gələcəyini bildirmişdir. Həmin vaxt Ruslan otaqdan əsəbi halda anası Təranəyə iradını bildirib, “niyə mənim üstümə polis çağırmısan” deyə deyinmişdir. Anası isə polis əməkdaşına təkidlə Ruslanı nəzərdə tutaraq “qollarını qandallayıb aparın, məni incidir” demişdir. Bir qədər sonra Ruslan otaqdan çıxmış və bir başa evin mətbəxinə girmişdir. Həmin vaxt o, polis əməkdaşı və Gülnar evin içərisində dəhlizdə dayanmışlar, anası isə evin həyətində, darvazasının qarşısında dayanmışdır. Bu vaxt Ruslan anasına deyinə-deyinə mətbəxdən çıxmış və o, Ruslanın əlində çəngəl olduğunu görüb, dərhal yaxınlaşaraq sonuncunun əlindən çəngəli almışdır. Bundan sonra qardaşı Ruslan yenidən mətbəxə qayıdıb, çay qaşığı götürmüş və evdən çölə çıxaraq deyinə-deyinə anası Təranənin üzərinə doğru yeriməyə başlamışdır. Anası Təranə isə Ruslanın gəldiyini görüb, qaçaraq ordan uzaqlaşmışdır, Ruslan isə anasının uzaqlaşdığını görüb deyinə-deyinə evə qayıtmışdır. Bundan sonra polis əməkdaşları avtomaşına minib oradan getmişlər. Polislər getdikdən sonra o, evə girdikdə Ruslanın evdə olmadığını görmüşdür. Çox gümanki Ruslan həmin vaxt arxa qapıdan çıxıb getmişdi. Bir qədər sonra bir neçə polis əməkdaşı Ruslanı aparmaq üçün gəlsələr də, sonuncunun tapa bilməmişlər Bir neçə saat sonra o, Ruslanla mobil telefon vasitəsilə görüntülü danışdıqda sonuncu ona hava limanında olduğunu demişdir. Həmin vaxt o, görmüşdür ki, Ruslan hava limanındadır. Qardaşı Ruslan elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə, yaşamaq üçün Türkiyəyə getmişdir. Təxminən bir həftə sonra isə Gülnar öz anasının yanına getmişdir. Sonradan o, qardaşı Ruslanı və Gülnarı görməmişdir. Hadisə vaxtı qardaşı Ruslanın polis əməkdaşı Zərərçəkmiş şəxs xəsarət yetirib-yetirməməsini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Lakin övladı olmamışdır. Ailəli olduqları müddətdə Ruslanla yola getməmişlər. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində əri Təqsirləndirilən şəxs ilə qayınanası X4 arasında yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində mübahisə yaranmışdır. Ruslanın anası ilə mübahisə etməsinə səbəb anasının sonuncunun idman alətlərini bacısına verməsi olmuşdur. Lakin mübahisə zamanı o, Ruslanın anasını vurmamışdır. Daha sonra Ruslan əsəbindən qonaq otağında stolun üzərində olan meyvə şirəsinin butulkasını yerə çırpmış, butulka qırılmış, bir parçası Təranənin ayağına dəymişdir. Həmin vaxt Ruslan Təranəyə “Məni əsəbləşdirmə, döyüb öldürərəm səni” desə də, anasına əl qaldırmamış, sonuncunu vurmamışdır. Bir qədər sonra yaşadıqları evə polis əməkdaşı gəlmişdir. Həmin vaxt o, bilmişdir ki, Təranə 102 xidmətinə zəng edərək Ruslan barəsində şikayət etmişdir. Polis əməkdaşı izahat vermək üçün polis idarəsinə getməli olduğunu bildirdikdə Ruslan polis əməkdaşı Abbas müəllimə acıqlı halda paltarlarını geyinib gələcəyini demişdir. Həmin vaxt mən də, evdə idim. Bir qədər sonra Ruslanın polis əməkdaşı Abbasın üzərinə hücum etdiyini gördüm. Lakin həmin vaxt Ruslanın əlində bıçaq, çəngəl və ya başqa bir hər hansı əşya olub-olmamasını görmədim. Ruslan Abbas müəllim olan otağa girməyə çalışsa da, Abbas qapını tutaraq buna imkan vermədi. Bu vaxt Ruslan evdən çölə çıxdı, o, isə evdə qalmış, çölə çıxmamışdır. Həmin vaxtdan sonra Ruslanı bir daha görməmiş və sonuncu ilə əlaqə saxlamamışdır. Hadisə vaxtı Ruslanın polis əməkdaşı Zərərçəkmiş şəxs xəsarət yetiribyetirməməsini görməmişdir. Hadisə vaxtı yaşadıqları evdə ondan və Ruslandan savayı qayıananası Təranə olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportundan Türkiyə Respublikasına gedərək ölkə hüdudlarını tərk etmişdir. Şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün tutulması üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 4(012)-188/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs dövlətlər arası beynəlxalq axtarışa verilməsi üçün barəsində 01 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-nin Saray PB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 383-5279-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə tibbi ekspertizasının 13 avqust 2020-ci il tarixli 1567 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu nahiyəsinin orta 1/3-nin sıyrıqları xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2020-ci il tarixdə əmələ gəlməyə xarakterikdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zidiyyətli ifadələr verərək, hadisə vaxtı əsəbi olduğundan əlində çəngəl Zərərçəkmiş şəxs olduğu otağa girmək istədiyini, lakin sonuncunun qapını tutub sıxaraq onun otağa daxil olmasına imkan vermədiyini, məqsədinin Zərərçəkmiş şəxs xəsarət yetirmək olmadığını, hadisə vaxtı əlində çəngəllə Zərərçəkmiş şəxs üzərinə hücüm etmədiyini, sonuncuya heç bir xəsarət yetirmədiyini, mətbəxdən çəngəl götürməkdə məqsədinin bacısını qorxutmaq olduğunu bildirsə də məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, hadisə vaxtı Təqsirləndirilən şəxs yalnız ona xəsarət yetirməsini və otağa girmək istəyərkən sonuncunun qapını tutub sıxaraq onun otağa daxil olmasına imkan vermədiyini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 avqust 2020-ci il tarixli 1567 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu nahiyəsinin orta 1/3-nin sıyrıqları xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2020-ci il tarixdə əmələ gəlməyə xarakterik olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-412/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-412/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver