Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-412/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən saxlanc yeri olan dəmir-qaynaq sexinə jalüz qapısının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, həmin sexdən 2 ədəd hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində qaynaq aparatları, 2 ədəd hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində laqondaları, 1 ədəd göy rəngli 60 manat dəyərində makita markalı perforatoru, 1 ədəd 40 manat dəyərində dreli və 50 metr uzunluqda 300 manat dəyərində mis materialdan olan qaynaq aparatı üçün nəzərdə tutulmuş elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 840 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu Mehdiabad qəsəbəsində qəbristanlıqda saxladığı “Mersedes Benz-220 minik” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının şüşəsini sındırmaqla avtomobilin içərisində olan 800 manat dəyərində “İpad” markalı, 32 GB yaddaşlı, Al823 model (5-ci nəsil) üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan planşeti ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 810 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda qoyulmuş bir ədəd uzunluğu 2,40 metr, eni və hündürlüyü 1,20 metr ölçülü, istifadədə olmuş, üzərində korroziya izləri olan 1000 manat dəyərində dəmir su çənini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sexin jalüz qapısının qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan 1 ədəd 120 manat dəyərində kiçik ölçüdə qaynaq aparatı, 1 ədəd 180 manat dəyərində böyük ölçüdə qaynaq aparatı, 1 ədəd 250 manat dəyərində qaynaq aparatı, 1 ədəd 30 manat dəyərində kiçik ölçüdə “Atec” markalı laqonda, 2 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində böyük ölçüdə laqonda, 1 ədəd 50 manat dəyərində direl, 1 ədəd 85 manat dəyərində “Vimax” markalı perforator, 170 manat dəyərində olan 170 metr uzunluğunda elektrik naqili, 60 manat dəyərində qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda mis tərkibli izolyasiyalı (qaynaq aparatının) naqili gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1145 manat ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, babası və nənəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Arada iş olanda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirləri təmizləməklə məşğul olur. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində işlədiyi qəbiristanlığın yaxınlığında yerləşən Məhərrəmə məxsus sexin yanına getmişdir. Həmin sex bağlı olmuşdur. O, qəbiristanlıq tərəfdə durub ətrafa göz gəzdirmiş, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra yerdən dəmir parçası götürüb sexin jalyuz qapısının kilidini sındırmışdır. Jalüz qapını yarımçıq qaldırıb sexə daxil olmuşdur. Sexdə olan 2 ədəd qaynaq aparatı, 2 ədəd laqonda, 1 ədəd preforator, 01 ədəd direl və uzunluğu yadımda qalmayan misdən olan elektrik naqilini küçəyə çıxarmışdır. Həmin əşyaları götürüb qəbiristanlığın aşağısında olan kolluqda gizlətmişdir. Bir neçə müddət keçdikdən sonra həmin əşyaları rahat şəkildə satmağı düşünmüşdür. Gecə həmin misdən olan elektrik naqillərini ocaqda yandırıb misi qabığından ayırmışdır. Həmin mis təxminən 1 kiloqram çəkidə olmuşdur. Səhər saatlarında həmin misi Mehdiabad qəsəbəsində səyyar metal alan tanımadığı şəxsə 12 manata satmışdır. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində qəbristanlığın yaxınlığında olan zaman qəbristanlığın içərisində olan ara yolda Mersedes-Benz markalı avtomobilin saxlanıldığını görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin ətrafına baxıb heç kimin ölmadığmı görüb həmin avtomobilə yaxınlaşmış, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra yaxınlıqda olan qəbirin yanındakı güldanı götürüb avtomobilin sol qabaq qapısının şüşəsini sındırmışdır. Avtomobilin içərisində şitin üstündəki “İpad” markalı planşeti götürüb həmin ərazidən uzaqlaşmış və sonra satmaq üçün planşeti aparıb qəbristanlıqda gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları yaşadığı ünvana gəlmiş və ona oğurluq hadisəsində şübhəli olduğunu deyərək Mehdiabad polis bölməsinə dəvət etmişlər, o, da etiraz etməyib polis bölməsinə getmişdir. Onunla fərdi söhbət zamanı 2 gün əvvəl qəbiristanlıqda olan zaman avtomobildən oğurluq etdiyini etiraf etmişdir. Oğurladığı həmin planşeti könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir.Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində evdən çıxaraq işlədiyi qəbiristanlığa getmişdir. Qəbiristanlıqda qəbirlərin arasında yerdə daşların üzərinə qoyulmuş dəmir materialdan olan su çəninin nəzarətsiz və içərisinin boş olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Bundan sonra həmişə qəbiristanlığa məzar daşı gətirən yük maşınını idarə edən Mehdiabad qəsəbəsində yaşayan Ramin adlı şəxsə zəng edərək qəbiristanlıqdan Mehdiabad qəsəbəsində yerləşən metal qəbul edən məntəqəyə su çəni aparmaq lazım olduğunu bildirmişdir. Ramin də onunla razılaşaraq qəbiristanlığa gələcəyini demişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Ramin idarə etdiyi ağ rəngli Ford markalı yük maşını ilə qəbiristanlığa gəlmişdir. Onlar birlikdə həmin su çənini Raminin yük maşınına yükləmişlər. Bundan sonra həmin su çənini Raminlə birlikdə Mehdiabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Metal qəbulu məntəqəsində adını bilmədiyi işçi su çənini tərəzidə çəkmişdir. Həmin su çəni 250 kiloqram çəkidə olmuşdur. Adını bilmədiyi həmin işçi su çənini 101 manat pul müqabilində ondan almışdır. O, çəni adını xatırlamadığı şəxsə satan zaman həmin çənin özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığını demişdir. O, aldığı 101 manat puldan 10 manatını Raminə yükü daşıdığı üçün zəhmət haqqı kimi vermişdir. Qalan 91 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, su çənini Raminin yük maşınına yükləyən zaman və Mehdiabad qəsəbəsində metal qəbul edən məntəqədə adını xatırlamadığı şəxsə satan zaman onlara həmin su çəninin özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində həmkəndlisi Mehdiabad qəsəbəsində işlədiyim qəbiristanlığın yaxınlığında yaşayan Anar adlı şəxsin yaşadığı evə getmişdir. O, Anarı yuxudan oyadaraq sonuncuya məxsus “Toyota Prius” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilində yatmaq üçün avtomobilin açarını ona verməsini xahiş etmişdir. Anar da heç bir etiraz etməyib avtomobilinin açarını ona vermişdir. O, da Anarm yaşadığı evin həyətində onun avtomobilinə əyləşib bir qədər oturduqdan sonra işlədiyi qəbiristanlığa gəlmişdir. Avtomobili qəbiristanlığın içərisinə salıb ara küçədə saxlamışdır. Bundan sonra qəbiristanlıqda yolun kənarında yerləşən dəmir qapı, pəncərə, barmaqlıq düzəldilən sexə daxil olmaq qərarına gəlmişdir. Saat təxminən 03 radələrində ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra yerdən dəmir parçası götürərək həmin sexin jalüz qapısının qıfılını sındırmışdır. Bundan sonra jalüzü qaldıraraq sexə daxil olmuşdur. Sexin içərisində yerdə olan 2 ədəd markasını xatırlamadığı qaynaq aparatı, 1 ədəd markasını xatırlamadığı perferator, 1 ədəd markasını xatırlamadığı laqonda, 1 ədəd markasını xatırlamadığı direl, təxminən 20 metr uzunluğunda qaynaq aparatının naqilini götürüb sexin qapısından çıxardaraq sexin arxasına yığmışdır. Sexdən çıxdıqdan sonra götürdüyü həmin əşyaları avtomobilin yanına daşıyaraq avtomobilin yük yerinə yığmışdır. Sonra isə avtomobil ilə Anarm yaşadığı evin həyətinə gəlmişdir. Həmin gecə avtomobildə yatmışdır. Səhər açıldıqdan sonra Anar evdən çıxaraq maşına tərəf gəlmişdir. O, avtomobildən yerə düşmüşdür. Anar avtomobilin yük yerinin dolu olduğunu görüb ona avtomobilin yük yerinə nə yığdığını soruşduqda, o, da Anara işlədiyi yerdən alacağı pulun müqabilində həmin əşyaları verdiklərini deyərək həmin əşyaları harasa qoymağa ona köməklik göstərməsini xahiş etmişdir. Anar da ona yaşadığı evin həyətində anası rəhmətə getdiyi üçün məclis olduğundan çoxlu adam gəlib-getdiyini, həyətdə yer olmadığını, lakin həmin əşyaları tanışının həyətinə yığacağına köməklik edəcəyini demişdir. Bundan sonra Anar onun yanında İsa adlı tanışına zəng edərək görüşmək üçün onlara gedəcəyini bildirmişdir. Bundan sonra o, Anarla birlikdə Anarın avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən İsa adlı şəxsin evinə getmişlər. Anar həmin yerə çatanda İsaya zəng edərək evdən çölə çağırmışdır. İsa da evdən küçəyə çıxmışdır. Anar tanışı İsaya həmin əşyaların onun olduğunu demişdir. Həmin əşyaları öz həyətində məclis olduğu üçün çoxlu sayda adam gəlib-getdiyini nəzərə alıb həyətində bir neçə günlük saxlamasını xahiş etmişdir. İsa da heç bir söz deməmişdir. Bundan sonra o, Anarm avtomobilinin yük yerində olan qəbiristanlığın yanındakı sexdən oğurladığı 2 ədəd qaynaq aparatı, 1 ədəd perferator, 1 ədəd laqonda, 1 ədəd direl, təxminən 20 metr uzunluğunda qaynaq aparatının naqilini İsanın evinin həyətində göstərdiyi yerə yığmışdır. Sonra isə sağollaşıb oradan uzaqlaşmışlar. O, həmin əşyaları sonradan götürüb satmaq istəsə də, son günlər hava yağışlı olduğu üçün həmin əşyaları götürüb sata bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə günorta saatlarında Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona oğurluq cinayətində şübhəli olduğunu deyib Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində onunla fərdi söhbət zamanı o, törətdiyi cinayətləri etiraf etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, sözügedən oğurluq cinayət əməllərini törədən zaman yanında heç kim olmamış, həmin cinayətləri tək törətmişdir. Zərərçəkmiş şəxs2 dedikləri ilə qismən razı olduğunu, lakin Zərərçəkmiş şəxs2 sexindən 2 ədəd qaynaq aparatı, 1 ədəd perferator, 1 ədəd laqonda, 1 ədəd direl, təxminən 20 metr uzunluğunda qaynaq aparatının naqilini oğurladığını, qeyd olunan əşyalardan başqa heç nə oğurlamadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəməyə teleqram ünvanlamış Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. 2003-cü ildən “Biosfer” İctimai Birliyinin sədri vəzifəsində işləyir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad qəbiristanlığında ailə məzarlığı vardır. Həmin məzarlıqda anası və həyat yoldaşı dəfn olunmuşdur. Həmin qəbirlərin və qonşuluqda dəfn olunmuş qəbirlərin təmizlənməsi və orada olan ağacların suvarılması üçün 2010-cu ildə su çəni alıb ailə məzarlığının yaxınlığında yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ziyarət üçün qəbiristanlığa getmişdir. O, qəbiristanlığa çatan zaman ailə məzarlığının yanında yerləşdirdiyi su çəninin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Məhkəməyə tərəfindən göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan ödənildiyindən heç bir şikayəti və tələbi yoxdur, məhkəmə proseslərinin iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qəbiristanlığın yaxınlığında Sovxoz yolunda yerləşən özünə məxsus qaynaq sexini işlədir. Adətən hər gün saat 08 radələrində işə gedir, saat 18 radələrində isə işdən çıxır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işlərini bitirdikdən sonra sexi bağlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə getmişdir. Sexin dəmir jalüz qapısının qıfılının sındırıldığını görmüşdür. Bundan sonra o, içəri daxil olduqda sexdə olan 1 ədəd 300 manat dəyərində qaynaq aparatı, 2 ədəd hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində qaynaq aparatı, 1 ədəd 50 manat dəyərində kiçik ölçüdə laqonda, 2 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində böyük ölçüdə laqonda, 1 ədəd 50 manat dəyərində direl, 1 ədəd 170 manat dəyərində perferator, 170 manat dəyərində olan 170 metr uzunluğunda elektrik naqili, 300 manat dəyərində 20 metr uzunluğunda qaynaq aparatının naqilinin yerində olmadığını aşkar etmişdir. O, sexdən oğurluq hadisəsinin baş verdiyini başa düşüb bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək sexə baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, ona məxsus qaynaq sexindən 1 ədəd 300 manat dəyərində qaynaq aparatı, 2 ədəd hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində qaynaq aparatı, 1 ədəd 50 manat dəyərində kiçik ölçüdə laqonda, 2 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində böyük ölçüdə laqonda, 1 ədəd 50 manat dəyərində direl, 1 ədəd 170 manat dəyərində perferator, 170 manat dəyərində olan 170 metr uzunluğunda elektrik naqili, 300 manat dəyərində 20 metr uzunluğunda qaynaq aparatının naqili oğurlanmış, nəticədə ona ümumilikdə 1740 manat maddi ziyan dəymişdir. O, ilkin ərizəsində əşyalarının qiymətlərini dəqiq bilmədiyi üçün ümumilikdə 1570 manat dəyərində əşyaları oğurlandığını bildirsə də, sonradan ona məlum olmuşdur ki, oğurluq nəticəsində ona ümumilikdə 1740 manat maddi ziyan dəymişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında ona məxsus dəmir-qaynaq sexi vardır. Sonuncu dəfə 31 mart 2022-ci il tarixdə axşam saatlarında qaynaq sexinin jalyuzini kilidlə bağlayıb çıxıb getmişdir. Səhəri gün, yəni 01 aprel 2022-ci il tarixdə saat 07:30 radələrində ona məxsus dəmir-qaynaq sexinə gedən zaman sexin jalyuzinin kilidinin qırıq olduğunu görmüşdür. Sexə daxil olub müəyyən etmiş ki, ona məxsus birinin qiyməti 350 manat digərinin isə 250 manat olan ümumilikdə 600 manat dəyərində 02 ədəd qaynaq aparatı, birinin qiyməti 70 manat digərinin isə 200 manat olan 02 ədəd 270 manat dəyərində laqonda aparatı, 200 manat dəyərində 01 ədəd makita markalı perferator, 01 ədəd 200 manat dəyərində direl və 50 metr uzunluqda qaynaq üçün nəzərdə tutulmuş 300 manat dəyərində mis materialdan olan elektrik naqili oğurlanmışdır. O, sexindən oğurluq olduğunu yəqin edəndən sonra bu barədə dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1570 manat maddi ziyan dəydiyini bildirmişdir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/3941 nömrəli rəyi ilə müəyyən edilmiş ekspertizaya təqdim edilmiş ona məxsus 2 ədəd qaynaq aparatı 300 (2x150 man) manat, 1 ədəd göy rəngli kiçik ölçülü makita markalı perforator 60 manat, 2 ədəd orta ölçüdə laqonda 140 (2x70man) manat, 1 ədəd direl 40 manat, ümumilikdə qeyd olunan əşyalarının orta bazar qiymətinin 540 manat, bundan başqa sexindən ikinci dəfə baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilməsi ilə əlaqədar iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası qərarına əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 9/9375 nömrəli rəyi ilə müəyyən edilmiş ekspertizaya təqdim edilmiş ona məxsus 1 ədəd kiçik ölçüdə qaynaq aparatı 120 manat, 1 ədəd böyük ölçüdə qaynaq aparatı 180 manat, 1 ədəd “Vimax” markalı böyük ölçülü perforator 85 manat, 1 ədəd kiçik ölçüdə “Atec” markalı laqonda 30 manat, qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda mis tərkibli izolyasiyalı (qaynaq aparatının) naqil 60 manat, ümumilikdə qeyd olunan əşyalarının orta bazar qiymətinin 475 manat təşkil etməsinə dair heç bir etirazı olmadığını, ekspertiza tərəfindən ona məxsus oğurlanmış əşyalarına verilmiş orta bazar qiymətləri ilə razı olduğunu bildirmişdir. Hazırda şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, babası ilə birlikdə yaşayır. Onun “Mersedes Benz-220 minik” markalı, **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 05 may 2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa anasının qəbrini ziyarət etməyə getmişdir. O, saat 17 radələrində avtomobilini qəbiristanlığın içərisində saxlayıb, qapılarını da bağlayaraq yaxınlıqda olan qəbirin olduğu yerə getmişdir. Saat 18 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilinin sol tərəf qabaq qapısının şüşəsinin sındırılmış və avtomobilin içərisində şitin üstündə olan “İpad” markalı, **********32184 imei kodlu planşetinin oğurlandığını görmüşdür. O, həmin planşeti xx.xx.2028-ci il tarixdə 1200 manata almışdır. Planşetin üstündə 10 manat dəyərində ***-***-**-** nömrəsi də olmuşdur. Ona görə də o, oğurluqla bağlı DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Avtomobilin qapısının şüşəsinin sındırılması nəticəsində ona 100 manat ziyan dəymişdir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Mersedes Benz 220 minik” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş anasının qəbrini ziyarət etmək üçün getmişdir. Qəbiristanlıqda yolun kənarında avtomobilini saxlayıb təxminən 70 metr məsafə aralıda anasının qəbrini ziyarət etmək üçün getmişdir. Bir qədər keçdikdən sonra saat 18 radələrində avtomobilinin yanma geri qayıtdıqda avtomobilin sol tərəf qabaq qapısının şüşəsinin sındırılmış və avtomobilin içərisində şitin üstündə olan “İpad” markalı **********32184 imei kodlu üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan planşetinin oğurlandığını aşkar etmişdir. O, həmin planşeti xx.xx.2018-ci il tarixdə 1200 manata almışdır. Hazırda isə həmin planşetin dəyəri 800 manatdır. Bundan sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona məxsus 810 manat dəyərində əşyası oğurlanmış və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan başqa avtomobilinin qapısının şüşəsinin sındırılması nəticəsində isə ona 100 manat maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/3941 nömrəli rəyi ilə müəyyən edilmiş ekspertizaya təqdim edilmiş ona məxsus 01 ədəd ağ rəngli “İpad” markalı 32GB yaddaşlı, A1823 model (5-ci nəsil) planşetin 300 manat təşkil etməsinə, ekspertiza tərəfindən ona məxsus planşetə qoyulmuş qiymətlə razı olmadığını, ona məxsus planşetin qiymətinin hazırda 800 manat olduğunu, cinayət işi üzrə ona məxsus oğurlanmış planşetinin qiymətinin 800 manat kimi qiymətləndirilməsini xahiş etmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, atası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik icarə əsasında götürdüyü “Toyota Prius” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” taksi şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olur. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən yaşadığı evə həmin tarixdən yas məclisi ilə bağlı qohumlar gəlib gedirlərmiş. Təqsirləndirilən şəxs da yas mərasimində həmkəndlisi kimi tanımışdır. Anasını Fəridin işlədiyi yaşadıqları evin yaxınlığında Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Həmin vaxtdan Fərid onların yas məclisində həmkəndli kimi köməklik edirmiş. Fəridin hətta babası ilə də qohumluq əlaqələri vardır. Hətta Fərid son günlər onun yaşadığı evə də gəlib-gedirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində həmkəndlisi Fərid onlara gəlmişdir. Fərid ona evdə babası ilə mübahisə etdiyini, bu səbəbdən evə gedə bilmədiyini dedikdə, o, Fəridi evə dəvət etmişdir. Fərid evə gəlməyərək onun evin həyətində saxladığı avtomobildə yatmağa icazə verməyini xahiş etmişdir. O, da Fəridə maşında soyuq olacağını, bir daha evə gəlməsini bildirmişdir. Lakin Fərid israrla maşında yatacağını demişdir. O, da Fəridin israr etdiyini görüb maşının açarını vermişdir. Fərid maşına minmiş, o, isə evə daxil olmuşdur. O, artıq gec olduğu üçün yatmışdır. Səhər yuxudan oyanıb həyətə çıxdıqda, Fəridin avtomobilin içərisində yatdığını, avtomobilin yük yerində ağır yük olduğunu görmüşdür. O, avtomobilə yaxınlaşdıqda Fərid yuxudan oyanaraq maşından yerə düşmüşdür. O, Fəridə maşının yük yerində nə olduğunu soruşmuşdur. Fərid ona maşının yük yerində işlədiyi yerdən gördüyü işin müqabilində müxtəlif əşyalar aldığını demişdir. Bundan sonra Fərid ondan xahiş edərək həmin əşyaları qoymağa yerinin olmadığını, həmin əşyaları yaşadığı evin həyətində saxlamağını xahiş etmişdir. O, da Fəridə yaşadığı evin həyətində anası rəhmətə getdiyi üçün məclis olduğundan çoxlu adam gəlib-getdiyini, həyətdə yer olmadığını, lakin həmin əşyaları tanışının həyətinə yığa biləcəyini demişdir. Bundan sonra o, Fəridin yanında İsa adlı dostuna zəng edərək görüşmək üçün onlara gedəcəyini bildirmişdir. Bundan sonra o, Fəridlə birlikdə idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən ərazisində yerləşən İsanın evinə getmişlər. O, həmin yerə çatanda İsaya zəng edərək evdən çölə çağırmışdır. İsa da evdən küçəyə çıxmışdır. O, İsaya həmin əşyaların onun olduğunu demişdir. Həmin əşyaları öz həyətində məclis olduğu üçün çoxlu sayda adam gəlib-getdiyini nəzərə alıb həyətində bir neçə günlük saxlamasını xahiş etmişdir. İsa da heç bir söz deməmişdir. Bundan sonra Fərid avtomobilinin yük yerində olan 2 ədəd qaynaq aparatı, bir ədəd torbanın içərisində müxtəlif əşyaları İsanın evinin həyətində onun göstərdiyi yerə yığmışdır. Sonra isə sağollaşıb oradan uzaqlaşmışlar. Aradan bir neçə gün keçdikdən sonra İsa ona zəng edərək havanın yağışlı olduğunu, həmin əşyaların yağışın altında qaldığını bildirmişdir. O, da yas mərasiminə başının qarışdığını İsaya deyərək, xahiş etdim ki, həmin əşyaların üzərini örtsün. Aradan bir neçə gün keçdikdən sonra Fəridin onun avtomobilinin yük yerinə yığdığı əşyaları Mehdiabad qəbiristanlığında yerləşən sexdən oğurladığı ona məlum olmuşdur. Fəridin oğurluq cinayətini törətməsi barədə heç bir məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində heç bir əlbirliyi olmamış, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl ona bu barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs avtomobilinin açarını içərisində yatması üçün vermiş, Fərid avtomobili sürüb gedərkən və geri qayıdarkən heç bir məlumatı olmamış, səhəri gün o, avtomobildə yükün olduğunu görmüş, soruşduqda isə Fərid həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İş olanda tikintidə fəhlə işləyir. Təqsirləndirilən şəxs dostu Şahid1 vasitəsi ilə tanımışdır. Anarla uzun müddətdir ki, dostluq münasibətindədir. Mütəmadi olaraq görüşür və bir-birinin evinə gedib gəlirlər. İşdə yıxıldığı üçün təxminən 10 gün imiş ki, evdə yatırmış. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində dostu Anar ona zəng edərək anasının rəhmətə getdiyini, idarə etdiyi avtomobilin yük yerində əşyalar olduğunu, evində yas mərasimi olduğu üçün həmin əşyaları yerləşdirə bilmədiyini demişdir. O, da Anara evə gəlməsini demişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Anar ona zəng edərək evdən çölə çıxmağını bildirmişdir. O, da evdən küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda Anarın yanında sonradan adını bildiyi Fərid adlı şəxslə birlikdə gəldiyini görmüşdür. O, Anara xəstə olduğunu, hava soyuq olduğu üçün küçədə dayana bilmədiyini, avtomobilinin yük yerində olan əşyaları həyətə boşaltmasını bildirmişdir. Həmin vaxt Fərid Anarın avtomobilinin yük yerindən 2 ədəd qaynaq aparatı, bir ədəd torbanın içərisində müxtəlif əşyaları həyətə yığmışdır. Sonra isə sağollaşmışlar. Aradan bir neçə gün keçdikdən sonra o, Anara zəng edərək havanın yağışlı olduğunu, həmin əşyaların yağışın altında qaldığını bildirmişdir. Anar da yas mərasiminə başının qarışdığını deyərək, həmin əşyaların üzərini örtməyini xahiş etmişdir. O, da həmin əşyaların üzərini örtmüşdür. Aradan bir neçə gün keçdikdən sonra Anarla birlikdə onun evinə gələn Fəridin onun həyətinə yığdığı əşyaları Mehdiabad qəbiristanlığında yerləşən sexdən oğurladığı məlum olmuşdur. Fəridin oğurluq cinayətini törətməsi barədə heç bir məlumatı olmamışdır. Fəridin onun yaşadığı evin həyətinə yığdığı həmin əşyaları könüllü olaraq istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində heç bir əlbirliyi olmamış, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl və həmin əşyaları onun həyətinə yığan zaman da ona bu barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları onun yaşadığı evin həyətinə yığan zaman xəstə olduğu üçün, həm də Fəridin dostu Anarla birlikdə gəldiyi üçün həmin əşyaların oğurluq olub-olmamasını Fəriddən soruşmadığını bildirmişdir. Məhkəməyə teleqram ünvanlamış Şahid3 Talib oğlu elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Adətən məntəqədə əlvan metal və tullantı əşyaları alır. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə sakini kimi tanıyır. Yaxın münasibətləri olmasa da, görüşəndə hal-əhval tuturlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində məntəqədə işdə olmuşdur. Fərid ona yaxınlaşaraq cəzaçəkmə müəssisəsində cəza çəkən atasının yanma getmək istədiyini, bunun üçün ona pul lazım olduğundan özünə məxsus su çəni olduğunu və həmin su çənini satmaq istədiyini bildirmişdir. O, da Fəridi tanıdığı üçün həmin çəni ala biləcəyini demişdir. Sonra Fərid sağollaşıb getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Fərid su çənini ağ rəngli nömrəsini xatırlamadığı Ford markalı yük maşını ilə onun işlətdiyi məntəqənin qarşısına gətirmişdir. O, Fərid və yük maşınının tanımadığı sürücüsü həmin çəni birlikdə məntəqənin qarşısına qoymuşlar. Su çənini tərəzidə çəkmişdir. Həmin su çəni 250 kiloqram çəkidə olmuşdur. O, həmin çəni 101 manat pul müqabilində ala biləcəyini demişdir. Fərid də onunla razılaşmışdır. O, 101 manat pulu Fəridə verib həmin su çənini almışdır. O, çəni Fəriddən alan zaman oğurluq olub-olmamasını soruşduqda, Fərid ona həmin çənin özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, da Fəridə inanıb heç bir söz deməmişdir. Sonra Fərid çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Fəridin ona satdığı su çənini Mehdiabad qəbiristanlığından oğurladığı ona məlum olmuşdur. Həmin su çəni onun işlədiyi metal qəbulu məntəqəsində olduğu üçün könüllü olaraq istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində heç bir əlbirliyi olmamış, Təqsirləndirilən şəxs ona su çənini satan zaman özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin su çənini oğurlaması barədə Fərid ona heç bir məlumat verməmişdir. İlk dəfədir ki, Fərid onun işlədiyi metal qəbulu məntəqəsinə, yəni ona su çəni satdığını bildirmişdir. Məhkəməyə teleqram ünvanlamış Şahid4 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus ağ rəngli “Ford-Transit” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Mehdiabad qəsəbə qəbiristanlığında qəbir işləri ilə məşğul olan Mehdiabad qəsəbə sakini kimi tanıdığı Fərid ona zəng edərək qəbiristanlıqda bir ədəd su çəni olduğunu, həmin çəni metal qəbulu məntəqəsinə aparmaq istədiyini bildirmişdir. O, da Fəridlə razılaşıb Mehdiabad qəbiristanlığına getmişdir. Orada Fəridlə görüşdükdən sonra Fərid qəbirlərin arasında yolun kənarında daşların üzərində qoyulmuş su çənini ona göstərərək, həmin çəni qəbirləri 'təmizlədiyinə görə məzarlığın sahibinin ona hədiyyə etdiyini bildirmişdir. O, da bir daha Fəriddən həmin çənin dəqiq sahibi tərəfindən ona verildiyini soruşduqda, Fərid ona and içərək çənin sahibinin ona hədiyyə etdiyini demişdir. O, da gündüz vaxtı Fəridin həmin çəni oğurlayacağına inanmadığı üçün çəni Mehdiabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 10 manat müqabilində avtomobili ilə daşıya biləcəyini bildirmişdir. Fərid də onunla razılaşmışdır. Bundan sonra həmin su çənini avtomobilinə yükləmişlər. O, Fəridlə birlikdə həmin su çənini Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Orada çəni məntəqənin qarşısında yerə düşürdükdən sonra Fərid ona 10 manat yükü daşıdığı üçün pul vermişdir. O, pulu aldıqdan sonra çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində heç bir əlbirliyi olmamışdır, Təqsirləndirilən şəxs su çənini avtomobilinə aparmaq üçün yükləyən zaman həmin çənin sahibinin ona gördüyü iş müqabilində hədiyyə etdiyini, ona narahat olmamağını bildirmişdir. Həmin su çənini oğurlaması barədə Fəridin ona heç bir məlumat vermədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin iş olanda mebel sexində usta işləyir. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə sakini kimi tanıyır. Fəridi təxminən 5-6 ildir ki, tanıyır. Fəridlə hazırda münasibətləri pismiş, lakin əvvəllər yaxşı olmuşdur. Fəridlə aralarında təxminən 1 ildir ki, münasibətləri korlanmışdır. Aralarında dalaşma baş vermişdir. Ondan sonra bir-birindən qərəzli olaraq qalmışlar. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə 01 aprel 2022-ci il tarixdə saat 01 radələrində Məhərrəmə məxsus Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında olan sexə getməmişdir. Həmin sexdən heç bir oğurluq etmədiyini, Təqsirləndirilən şəxs yalan danışdığını, Fəridin onunla qərəzli olduğu üçün elə məlumat verdiyini, əvvəl bir neçə dəfə Fərid onu tutduracağı ilə də hədələdiyini bildirmişdir. Hadisə baş verən zaman yaşadığı evdə olmuşdur. Fəridlə heç bir oğurluq etməmişdir. Hazırda da Fəridlə münasibətləri pis olduğu üçün danışmırlar. Fəridin qərəzli şəkildə tutulduğu üçün onu da tutdurmaq üçün elə məlumat verdiyini, heç bir oğurluq cinayəti törətmədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/3941 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Respublika ərazisində yerləşən ticarət məntəqələrində, yerli internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel- may aylarına olan orta bazar qiyməti ilə ümumi təxminən 840 manat müəyyən olunur, o cümlədən: - 02 ədəd qaynaq aparatı - 300,00 (2x150 man) manat; - 01 ədəd göy rəngli, kiçik ölçülü, makita markalı perforator - 60,00 manat; - 02 ədəd orta ölçüdə laqonda - 140,00 (2x70 man) manat; - 01 ədəd direl - 40,00 manat; - 01 ədəd ağ rəngli “İpad” markalı, 32GB yaddaşlı, A1823 model (5-ci nəsil) planşet - 300,00 manat. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023cü il tarixli 9/9375 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi təxminən 475,00 manat müəyyən olunur, o cümlədən: - 1 ədəd kiçik ölçüdə qaynaq aparatı - 120,00 manat; - 1 ədəd böyük ölçüdə qaynaq aparatı - 180,00 manat; - 1 ədəd “Vimax” markalı, böyük ölçülü perforator - 85,00 manat; - 1 ədəd kiçik ölçülü “Atec” markalı laqonda - 30,00 manat; - Qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda, mis tərkibli, izolyasiyalı (qaynaq aparatının) naqil - 60,00 (3x20m) manat. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023cü il tarixli 9/9376 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd uzunluğu 2,40 metr, eni və hündürlüyü 1,20 metr ölçülü, istifadədə olmuş, üzərində korroziya izləri olan dəmir su çəninin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 400 (dörd yüz) manat müəyyən olunur. İş üzrə Təqsirləndirilən şəxs oğurladığı və könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd uzunluğu 2,40 metr, eni və hündürlüyü 1,20 metr ölçülü, dəmir su çəni, 1 ədəd kiçik ölçüdə qaynaq aparatı, 1 ədəd böyük ölçüdə qaynaq aparatı, 1 ədəd “Vimax” markalı böyük ölçülü perforator, 1 ədəd kiçik ölçülü “Atec” markalı laqonda və qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda, mis tərkibli, izolyasiyalı qaynaq aparatının naqili, 02 ədəd qaynaq aparatı, 01 ədəd göy rəngli, kiçik ölçülü, makita markalı perforator, 02 ədəd orta ölçüdə laqonda, 01 ədəd direl, 01 ədəd ağ rəngli “İpad” markalı planşet sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün 1 ədəd su çəni sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd kiçik ölçüdə qaynaq aparatı, 1 ədəd böyük ölçüdə qaynaq aparatı, 1 ədəd “Vimax” markalı böyük ölçülü perforator, 1 ədəd kiçik ölçülü “Atec” markalı laqonda və qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda, mis tərkibli, izolyasiyalı (qaynaq aparatının) naqili, 02 ədəd qaynaq aparatı, 01 ədəd göy rəngli, kiçik ölçülü, makita markalı perforator, 02 ədəd orta ölçüdə laqonda, 01 ədəd direl sahibi Zərərçəkmiş şəxs2 və 01 ədəd ağ rəngli “İpad” markalı, 32GB yaddaşlı, A1823 model (5-ci nəsil) planşet sahibi Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Abşeron rayon məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina edidiyindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və və həmin tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldıgı 07 ay 26 gün olmaqla, cəmi 07 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs oğurladığı və könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd su çəninin sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd kiçik ölçüdə qaynaq aparatı, 1 ədəd böyük ölçüdə qaynaq aparatı, 1 ədəd “Vimax” markalı böyük ölçülü perforator, 1 ədəd kiçik ölçülü “Atec” markalı laqonda və qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda, mis tərkibli, izolyasiyalı (qaynaq aparatının) naqil, 02 ədəd qaynaq aparatı, 01 ədəd göy rəngli, kiçik ölçülü, makita markalı perforator, 02 ədəd orta ölçüdə laqonda, 01 ədəd direlin sahibi Zərərçəkmiş şəxs2 və 01 ədəd ağ rəngli “İpad” markalı, planşetin sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 150 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 07 ay 28 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi 1 ədəd su çəninin sahibi Zərərçəkmiş şəxs1, 1 ədəd kiçik ölçüdə qaynaq aparatı, 1 ədəd böyük ölçüdə qaynaq aparatı, 1 ədəd “Vimax” markalı böyük ölçülü perforator, 1 ədəd kiçik ölçülü “Atec” markalı laqonda və qara rəngli 4 (3+1) damarlı, 20 metr uzunluğunda, mis tərkibli, izolyasiyalı (qaynaq aparatının) naqil, 02 ədəd qaynaq aparatı, 01 ədəd göy rəngli, kiçik ölçülü, makita markalı perforator, 02 ədəd orta ölçüdə laqonda, 01 ədəd direlin sahibi Zərərçəkmiş şəxs2 qızına və 01 ədəd ağ rəngli “İpad” markalı planşetin sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 150 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-412/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-412/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver