Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-413/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Vəkillər Kollefiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumuluğu ödənilməmiş, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumuluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 39-cu dalanda yerləşən X2 məxsus torpaq sahəsində olan yarımtikiliyə Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz daxil olaraq həmin yarımtikilidə beton konstruksiyanın qəlibinin bərkidilməsində istifadə olunması üçün Zərərçəkmiş şəxs2 icarəyə götürülmüş tikinti materialları sayılan hər birinin dəyəri 35 manat olmaqla ümumi dəyəri 1400 manat olan 40 ədəd dəmir materialdan olan dirəkləri Təqsirləndirilən şəxs2 həmin dövrdə idarə etdiyi “Ford Transit” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 vahi niyyətlə 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 20 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 36-cı dalanda yerləşən torpaq sahəsində olan yarımtikiliyə Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz daxil olaraq həmin yarımtikilidə istifadə olunan tikinti materialları sayılan hər birinin dəyəri 30 manat ümumi dəyəri 2100 manat olan 70 ədəd dəmir materialdan olan beton kanstruksiya üçün nəzərdə tutulan dirəkləri, 01 kubu 340 manat olan taxta, 100 manat dəyərində məftillər, hər birinin dəyəri 2 manat ümumi dəyəri 1200 manat olan 600 ədəd xamud, 80 manat dəyərində 01 ədəd drel, 20 manat dəyərində elektrik uzadıcısını Təqsirləndirilən şəxs2 həmin dövürdə idarə etdiyi “Ford Transit” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 vahid niyyətlə 3840 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, çəkisi 0,744 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 17 manat müqabilində əldə edib üzərində saxlamış və daşımış, 25 aprel 2024-cü il tarixdə saat 14:40-da Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, "Ayxan" marketin yaxınlığında saxlanılıb, Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində həmin gün saat 16:05-dən 16:15-ə kimi üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə çəkisi 0,744 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2024-cü ilin may ayında Abşeron rayonu, Digah qəsəbəsi, “Əlçıraq” adlanan ərazidə qaz borularının yaxınlığında 1988-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 01 ədəd OB-6754 №-li, 9 mm kalibirli Makarov Konstruksiyalı PM modelli tapança, 01 ədəd həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı daraq və 6 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronu qanunsuz olaraq əldə edib, daşımış, saxlamış və üzərində gəzdirmiş, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının 17 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Digah qəsəbəsi, “Əlçıraq” adlanan ərazidə piyada hərəkətdə olarkən saxlanılaraq Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:51-dən 20:58-ə kimi üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd tapança silahı, bir ədəd tapança silahına məxsus daraq və altı ədəd tapança patronu aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 mart 2024- cü il tarixdən 20 mart 2024-cü il tarixnədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları 39-cu dalanda yerləşən X2 məxsus torpaq sahəsində olan yarımtikiliyə qanunsuz daxil olaraq həmin yarımtikilidə beton konstruksiyanın qəlibinin bərkidilməsində istifadə olunması üçün Zərərçəkmiş şəxs2 icarəyə götürülmüş tikinti materialları sayılan hər birinin dəyəri 35 manat Ümumi dəyəri 1400 manat olan 40 ədəd dəmir materialdan olan dirəkləri həmin dövürdə idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixnədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları 36-cı dalanda yerləşən torpaq sahəsində olan yarımtikiliyə qanunsuz daxil olaraq həmin yarımtikilidə istifadə olunan tikinti materialları sayılan hər birinin dəyəri 30 manat ümumi dəyir 2100 manat olan 70 ədəd dəmir materialdan olan beton kanstruksiya üçün nəzərdə tutulan dirəkləri, 01 kubu 340 manat olan taxta, 100 manat dəyərində məftillər, hər birinin dəyəri 2 manat ümumi dəyəri 1200 manat olan 600 ədəd xamud, 80 manat dəyərində 01 ədəd direl, 20 manat dəyərində elektrik uzadıcısını həmin dövürdə idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 3840 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bildiyini, lakin CM-nin 228.1 və 234.1-ci maddələri üzrə təqsirli bilmədiyini qeyd etmiş, ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı Üfiqlə münasibətləri normal olmuşdur. 2024-cü ilin mart ayında Üfüq ilə birlikdə çalışdığı firmadan ona verilmiş olan Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində araq satmaq üçün müvafiq dükan axtaran zaman Ləhiş bağları 39-cu dalanda yarım tikili bağ evinin qarşısından keçərkən həmin bağ sahəsində beton üçün nəzərdə tutulan dəmir dirəkləri görmüşlər. Həmin vaxt Üfüqün maddi sıxıntıları olduğundan o, Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, həmin dirəkləri aparıb sataraq maddi vəsait əldə edib borclarını versin. Bundan sonra Üfüq avtomobili saxlayıb həyətə keçib həmin günü 8 ədəd dəmir dirəyi götürüb avtomobilin yük yerinə yığmışdır. Həmin pulu Üfüq firmaya olan borcuna xərcləmişdir. Bundan iki gün sonra axşam saatlarında onlar yenidən həmin yerə gəlmiş, oradan 32 ədəd dəmir dirək götürərək Üfüqün idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq Zabrat Kürdəxanı yolunun sağ tərəfində yerləşən tikinti materialları yerinə gətirmiş, həmin 32 ədəd dəmir dirəkləri orada çalışan şəxsə 180 manata satmışlar. Əldə olunan maddi vəsaiti yenə Üfüq firmaya olan borcuna xərcləmişdir. Bundan təxminən 3 gün sonra o və Üfüq yenə Ləhiş bağlarında olan yarımtikili evə, 36-cı dalandan yarımtikili bağ evinin həyatyanı sahəsinə daxil olaraq 42 ədəd dəmir dirək götürmüş, həmin dirəkləri Zabrat Kürdəxanı yolunun sağ tərfində yerləşən tikinti materialları yerinə ümumi 420 manata satmış, əldə etdikləri maddi vəsaiti isə Üfüq götürmüşdür. Bundan başqa o, CM-nin 228.1-ci madəsi ilə verilmiş ittiham üzrə də özünü təqsirli bilməyərək bildirmişdir ki, polis əməkdaşı Şahid4 ona demişdir ki, barəsində olan cinayət işləri ilə əlaqədar ona kömək edəcək və bunun müqabilində 1 ədəd tapançanı götürüb onun olduğunu deyəcəkdir. xx.xx.2024-cü il tarixdə o, həmin silahı ona verib belinə taxmağını istəmiş və bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmiş, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərkən üzərində saxladığı bir ədəd odlu silah hesab edilən 066754 nömrəli Makarov markalı tapança, bir ədəd daraq və 6 ədəd patron aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş odlu silah Makarov tapançası sandıq və patronlar qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolu və zərfi imzamlamışdır. Bundan başqa o, CM-nin 234.1-ci madəsi ilə verilmiş ittiham üzrə də özünü təqsirli bilməyərək bildirmişdir ki, uzun müddət "kokos" kimi tanıdığı narkotik vasitə heroindən istifadə etsə də, hadisə günü onun üzərində narkotik vasitə olmamışdır. 25 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində "Ayxan" marketin yaxınlığında piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər mənə yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə getməyini təklif etmişlər. O da, etiraz etməmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə getmişdir. Polis bölməsində bölmənin əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilərək verdikləri narkotik vasitəni cibinə qoymağı təklif etmişlər, o da qorxub onlarla razılaşmışdır. Bundan sonra polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edildiyini və ona köməklik göstəriləcəyini bildirmişlər. Video şəkiliş zamanı polis əməkdaşı üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməyini xahiş etmiş, o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o bükümün içərisindən aşkar edilən maddənin "kokos" olduğunu deyərək, 25 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 17 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun üzərindən götrülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzalayaraq təsdiq etmişdir. O, suallara cavab verərkən, ruhi və psixi cəhətdən sağlam olduğunu, heç bir xəsətəxanada qeydiyyatda olmadığını, dəmirləri Üfüqlə götürdüklərini, dəmirləri qəbul edən şəxsin həmin dəmirlərin oğurluq olduğunu bilmədiyini, Zərərçəkmiş şəxs1 evindən yalnız dəmir dirəkləri götürdüklərini, narkotik vasitə heroinin ona məxsus olmadığını, daha ağır maddə ilə ittiham edilməkdən qorxduğu və polis əməkdaşlarının onu kömək edəcəklərinə inandırdıqları üçün ona deyilənlərlə razılaşdığını, odlu silahın ona məxsus olmadığını, ona məxsus olduğunu dediyi halda məsuliyyətinin az olacağını zənn etməklə razılaşdığını və xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının onu saxlayarkən və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilmədiyini bildimişdir. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə dəymiş zərəri tam ödəməklə, barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirinin olmamasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş və ifadəsi elan edilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4 il müddətdir ki, tanıyır. Onunla dostluq münasibətləri vardır. Sabunçu rayonu Kürdəxanı qəsəbəsində araq satmaq üçün müvafiq dükan axtaran zaman Ləhiş bağları 39-cu dalanda yarım tikili bağ evinin qarşısından keçərkən həmin bağ sahəsində beton üçün nəzərdə tutulan dəmir dirəkləri görmüş, həmin vaxt onun maddi sıxıntıları olduğundan Ziya ilə həmin dirəkləri götürüb, aparıb sataraq maddi vəsait əldə etmək qərarına gəlmişlər. Bundan sonra avtomobili saxlayıb həyətə keçmiş həmin günü 8 ədəd dəmir dirəyi götürüb avtomobilin yük yerinə yığmışlar. Bundan sonra həmin dəmir dirəkləri Zabrat Kürdəxanı yolunun sağ tərfində yerləşən tikinti materialları yerinə hər birini 10 manatdan olmaqla 80 manata satmışlar. Həmin pulu öz tələbatlarına xərcləmişlər. Bundan iki gün sonra axşam saatlarında onlar yenidən həmin yerə gedərək yenə oğurluq edərək maddi vəsait əldə etmək qərarına gəlmiş, bu niyyətlə həmin bağ evinə getmiş, oradan 32 ədəd dəmir dirək götürərəki oğurlayıb idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq Zabrat Kürdəxanı yolunun sağ tərəfində yerləşən tikinti materialları yerinə gətirmişlər. Həmin 32 ədəd dəmir dirəkləri orada çalışan şəxsə 180 manata satmış, əldə etdiyləri maddi vəsaiti yenə öz tələbatlarına xərcləmişdirlər. Bundan təxminən 3 gün sonra o və Ziya yenə oğurluq cinayət hadisəsi törətmək niyyəti ilə Ləhiş bağlarında olan yarımtikili ev axtarmış, 36-cı dalandan yarımtikili bağ evinin həyatyanı sahəsinə daxil olaraq 42 ədəd dəmir dirək götürmüş, həmin dirəkləri Zabrat Kürdəxanı yolunun sağ tərfində yerləşən tikinti materialları yerinə ümumi 420 manata satmışlar. Əldə etdikləri maddi vəsaiti isə öz aralarında bölmüşlər. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə dəymiş zərərin tam ödənilməsini, barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə göstərmişdir ki, ona məxsus dəmir dirəklərin oğurlanmasını müəyyən etmiş və bu barədə polis orqanlarına məlumat vermişdir. Hadisə nəticəsində ona dəymiş zərər sonradan tam ödənilmişdir. Hər iki təqsirləndirilən şəxslə arasında barışıq olmuş, şikayəti və tələbi yoxdur. Bu barədə məhkəməyə yazılı ərizə də verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə göstərmişdir ki, ona məxsus bağ evindən beton dirəklərinin oğurlandığını bildikdən sonra hadisə barədə polis orqanlarına məlumat vermişdir. Hadisənin kim tərəfindən tötədilməsi barədə sonradan polis əməkdaşalından məlumat almışdır. Hadisə nəticəsində ona dəymiş zərər tam ödənilmiş, hər iki təqsirləndirilən şəxslə arasında barışıq olmuş, şikayəti və tələbi yoxdur. Bu barədə məhkəməyə yazılı ərizə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və kapitan rütbəsi daşıyır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması məqsədi ilə 25 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş Əməliyyat qrupunun tərkibinə o və Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmişlər. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 25 aprel 2024-cü il tarixdə saat 14:40-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, "Ayxan" marketin yaxınlığında olan zaman ona yaxınlaşmış özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə və narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumata malik olduqlarını bildirmiş onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmiş və o, etiraz etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 polis bölməsinə aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində narkotik vasitə olan heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 təhqiqatçı polis polkovnik-leytenantı Faiq Bədəlov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs1 təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində "kokos" kimi tanıdığı narkotik vasitə olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm baş təhqiqatçı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin "kokos" olduğunu demiş, 25 aprel 2024-cü il tarixdə səhər saatlarında saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 17 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş İçərisində qəhvəyi rəngli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdə Əli Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ev 28, mənzil 15-də qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır, onların arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 da qrupun üzvü olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Digah qəsəbəsində Əlçıraq adlanan ərazidə olarkən Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşmış özlərini təqdim etmişlər. Ona qanunsuz olaraq odlu silah, onun hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirməsi barədə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə müşayiət altında Mehdiabad polis bölməsinə gəlmişdir. Bölmədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan “Makarov” markalı tapança, 1 ədəd daraq və 6 ədəd həmin tapançaya aid patron aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı götürülmüş tapança, daraq və patronlar müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. İştirakçılar tərəfində həmin zərfin üzərinə imzalar atılmış və heç bir vəsatət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 həmin tapançanı və onun hissələrini təxminən 1 ay əvvəl Digah qəsəbəsində Əlçıraq adlanan yerdə boruların yanından tapdığını, satışı ilə məşğul olmadığını, maraq kəsb etdiyi üçün götürüb saxladığını, üzərində gəzdirdiyini, tapançadan atəş açmadığını və bu barədə polisə məlumat vermədiyini bildirmişdir. O saxlanılan zaman və PB-nə gətirilərkən ona qarşı heç bir zorakı hərəkətlərin törədilmədiyini əlavə etmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinə başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;
2. “Şübhəli şəxsin tutulması haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 21:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
3. “Şübhəli şəxsin tutulması haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 22:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
4. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
8. “Vəsatətin müdafiə olunmasından imtina edilməsi” barədə 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir;
9. “Vəsatətin müdafiə olunmasından imtina edilməsi” barədə 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir;
10. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında 01 aprel 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməklə, saxlanıldığı MSY-dən azad edilmişdir;
11. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında 01 aprel 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməklə, saxlanıldığı MSY-dən azad edilmişdir;
12. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 avqust 2022-cı il tarixli, 1(005)-281/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
13. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır;
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinə başlanılmaqla, icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır;
16. “Şübhəli şəxsin tutulması haqqında” 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 16:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 25 aprel 2024-cü il tarixdən, saat 14:40-dan hesablanmışdır;
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2283 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində ...Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,744 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,744 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,694 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir;
18. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
19. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə və barəsində digər qətimkan tədbiri seçilməsi” haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilməklə, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir;
20. “Maddi sübutun tanınması haqqında” 27 aprel 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,744 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut hesab olunmaqla, tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0.694 qram qalığı saxlanılması üçün Sabunçu rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilməlidir;
21. “İcraatda olan ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsi” haqqında 07 may 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir;
22. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı aparılmışdır;
23. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 14 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əlavələr elan edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
24. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 14 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 barəsində 27 aprel 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3179 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd hündürlüyü 3,85 metr, çəkisi 15 kq dəmir metaldan olan orta dirəyin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun laraq orta bazar qiyməti nəzəri qaydada təxminən 20,00 manat müəyyən olunur; Aparılmış tədqiqatımn qiyməti 50 manat təşkil edir;
26. “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan “Makarov” markalı tapança, 1 ədəd daraq və 6 ədəd həmin tapançaya aid patron aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı götürülmüş tapança, daraq və patronlar müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. İştirakçılar tərəfində həmin zərfin üzərinə imzalar atılmış və heç bir vəsatət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 həmin tapançanı və onun hissələrini təxminən 1 ay əvvəl Digah qəsəbəsində Əlçıraq adlanan yerdə boruların yanından tapdığını, satışı ilə məşğul olmadığını, maraq kəsb etdiyi üçün götürüb saxladığını, üzərində gəzdirdiyini, tapançadan atəş açmadığını və bu barədə polisə məlumat vermədiyini bildirmişdir.
27. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz yolla odlu silah əldə edərək, üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
28. “Şübhəli şəxsin tutulması haqqında” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 17 iyun 2024-cü il tarixdən, saat 19:00-dan hesablanmışdır;
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 18 iyun 2024-cü il tarixli, 24/1066 saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş 01 ədəd ОБ-6754 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9 MM kalibrli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir; Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9*18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar, tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavodu üsulu ilə istehsal olunmuş 08 ədəd 9*18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır; Eksperimental atəşlar zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “gülə-giliz” katotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib, nəticəsi haqqında məlumat veriləcəkdir;
30. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
31. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli, 4(012)-488/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 17 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
32. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” barədə 24 iyun 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəs ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir;
33. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, 24050356 nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə bir icraatda birıəşdirilərək, istintaq davam etdirilmişdir;
34. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrinə tövsif edilməklə, istintaqı aparılmışdır;
35. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 05 avqust 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,744 qram olan narktik vasitə heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,694 qram heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü “Abşeron RPİ-nin X6 Otağına” təhvil verilmişdir;
36. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 haqqında 05 avqust 2024-cü il tarixli, 5335 saylı rəyinə əsasən X4 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkamaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
37. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 29 avqust 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd 9 mm kalibirli Makarov Konstruksiyalı PM modelli tapança, 01 ədəd həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı daraq və 6 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı patronu iş üzrə madd sübut qismində tanınmış və saxlanılmasından ötrü “Abşeron RPİ-nin X6 Otağına” təhvil verilmişdir;
38. Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 4(012)-665/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbrii 02 ay olmaqla 18 noyabr 2024-cü il tarixədək uzadılmışdır.
39. Quba rayon Məhkəməsinin 1(027)-123/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması müəyyən edilmişdir;
40. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 22 oktyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
41. “Sübutların qiymətləndirilməsi” haqqında 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Şahın oğluna xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 2 1. 177 2 2, 177 2 3. 228 1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 01.04 2024-cü il tarixdə 177 2 1. 177.2.2, 177.2.3-cü elan edilmiş ittiham onların törətdikləri əməli tam əhatə etdiyindən məhkəmə məsuliyyətinə verilməli, iş üzrə təyin olunmuş məhkəmə-ballistik ekspertizasının 18 06 2024-cü ıl tarixli. 24/1066 nömrəli ekspert rəyi, məhkəməəmtəəşunaslıq ekspertizasının 10 06 2024-cu ıl tarixli, 9/3179 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2283 nömrəli ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri, diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə narkoloji ekspertizasının 05 08 2024-cu ıl tarixli, 5335 №-li eksprt rəyi, təqsirləndirilən şəxslərin etırafedıcı ifadələri ış materialları ilə oz təsdiqini tapdığından sübut növu kimi qiymətləndirilməli, iş üzrə təqsirləndirilən şəxsdən götürülmüş bır ədəd 01 ədəd OB-6754 №-li silah, 06 ədəd patron, 01 ədəd həmin kalıbrli Makarov konstruksıyalı tapançaların komplekt hissəsi olan daraq mühüm subut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron rayon Pl-nin X6 otağına təhvil verilməsi nəzərə alınmalı, sonuncudan götürülmüş bır ədəd 01 ədəd OB-6754 №-lı silahı əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işi materiallarından material ayrılmalı və saxlanılması üçün Abşeron rayon Prokurorluğuna göndərilməli, üzərinə baxış keçirilərkən goturulmuş 1 ədəd bukumdə ümumi təmiz çəkisi 0,744 qram çəkidə narkotik vasitə heroındən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,694 qram heroinin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsində satan tanımadığı şəxsin barəsində material ayrılaraq müəyyən edilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilməli, üzərinə baxış keçirilərkən Abşeron RPİ-nın əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən çəkilmiş 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır;
42. Sumayıt şəhər Probasiya Şöbəsinin 17 iyun 2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-281/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, təqsirli bilinərək qəti 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 17 iyun 2024-cü il tarixdə cəzasının 01 il 09 ay 10 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 03 ay 16 gün təşkil edir;
43. Quba rayon İcra və Probasiya Şöbəsinin 23 iyun 2025-ci il tarixli, 150/24/05 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Quba rayon Məhkəməsinin 1(027)-123/2023 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü 28 oktyabr 2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində icraata daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 29 oktyabr 2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 25 gün hissəsini çəkmiş, 01 il 04 ay 01 gün çəkilməmiş cəzası qalmışdır;
44. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 13 may 2022-ci il təvəllüdlü X12 adlı uşağı vardır. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 aprel 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdə, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf siqaet sellofonuna bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddəni 17 manata Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir;
Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 1 ay əvvəl Abşeron rayonu, Digah qəsəbəsi, “Əlçıraq” adlanan ərazidə qaz borularının yaxınlığında 1988-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 01 ədəd 9 mm kalibirli Makarov Konstruksiyalı PM modelli tapança, 01 ədəd həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı daraq və 6 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı patronu qanunsuz olaraq əldə edib, saxlayaraq üzərində gəzdirməklə daşımış, Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nin əməkdaşlarının 17 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Digah qəsəbəsi, “Əlçıraq” adlanan ərazidə piyada hərəkətdə olarkən saxlanıraq Abşeron rayon polis isdarəsinin Mehdiabad PB-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd tapança silahı, bir ədəd tapança silahına məxsus daraq və altı ədəd tapança patronu aşkar edilib götürülmüşdür.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1ci maddələrinin, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələrinin tərkib əlamətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək, 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixnədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları 39-cu dalanda yerləşən X2 məxsus torpaq sahəsində olan yarımtikiliyə qanunsuz daxil olaraq həmin yarımtikilidə beton konstruksiyanın qəlibinin bərkidilməsində istifadə olunması üçün Zərərçəkmiş şəxs2 icarəyə götürülmüş tikinti materialları sayılan hər birinin dəyəri 35 manat Ümumi dəyəri 1400 manat olan 40 ədəd dəmir materialdan olan dirəkləri həmin dövürdə idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixnədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları 36-cı dalanda yerləşən torpaq sahəsində olan yarımtikiliyə qanunsuz daxil olaraq həmin yarımtikilidə istifadə olunan tikinti materialları sayılan hər birinin dəyəri 30 manat ümumi dəyir 2100 manat olan 70 ədəd dəmir materialdan olan beton kanstruksiya üçün nəzərdə tutulan dirəkləri, 01 kubu 340 manat olan taxta, 100 manat dəyərində məftillər, hər birinin dəyəri 2 manat ümumi dəyəri 1200 manat olan 600 ədəd xamud, 80 manat dəyərində 01 ədəd direl, 20 manat dəyərində elektrik uzadıcısını həmin dövürdə idarə etdiyi Ford markalı Transit modelli **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 3840 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Beləliklə təqsirləndirilən şəxslər tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bağlı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd olunan cinayət əməllərini törətməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşmaqla hesab edir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və silah olmadığını, onların kömək etmək təklifi ilə bağlı razılaşaraq silahın və narkotik vasitənin özünə məxsus olmasını göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona ittiham olunmuş əməllərdə özünü yalnız oğurluq cinayətində təqsirli bilsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə ona qarşı irəli sürülmüş ittihamın digər hissəsi də tam sübuta yetirilir. Buna görə də, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş bu ifadələr məsuliyyətdən yayınmaq məqsədi güdür. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən psixoloji təziqə məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə məhkəməyə də məlumat verilməmişdir. Həmçinin onun ifadəsindən psixoloji təziqin nədən ibarət olması görünmür, o, ifadəsində polis əməkdaşları tərəfindən aldadıldığını bildirir və onun onlar tərəfindən edildiyini bildirdiyi təkliflə niyə razılaşması müəyyən edilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (25-ci bənd). Təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı hər iki şəxsə münasibətdə cinayət əməlləri zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-281/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, təqsirli bilinərək, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, lakin əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Son olaraq məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan Məcələnin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 17 iyun 2024-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 Ekspert komissiyasının 05 avqust 2024cü il tarixli, 5335 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,694 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və iş üzrə aparılmış digər məhkəmə tədqiqatının xərci isə - 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 2 maddəsinin 6 bəndinə görə soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X5 saxlanılan 01 ədəd OB-6754 №-li silah, 03 ədəd patron, 01 ədəd həmin kalıbrli Makarov konstruksıyalı tapançaların komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.
Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilərək, sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Quba rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 2023-cü ilin mart ayında törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Quba rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon Probasiya Şöbəsinə məlumat vermədən Quba rayonunun hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun Quba rayon Məhkəməsinin 1(027)-123/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 35 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 375 manat (35 saat x 6 AZN + 15 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X11 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X14 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-281/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X8 məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 26 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzanın əvvəli 17 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,694 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X5 saxlanılan – 01 ədəd OB-6754 №-li silah, 03 ədəd patron, 01 həmin kalıbrli Makarov konstruksıyalı tapançaların komplekt hissəsi olan daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə 02 (iki) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 81 (səksən bir) manat - Təqsirləndirilən şəxs1, iş üzrə aparılmış digər məhkəmə tədqiqatının xərci - 50 (əlli) manat məbləğində pul isə hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Quba rayon Məhkəməsinin 1(027)-123/2023 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək, habelə gün ərzində Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddətinin əvvəli onun Quba rayon Məhkəməsinin 1(027)-123/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın icrası ilə əlaqədar probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzanın icrası Quba rayon Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 375 manat (35 saat x 6 AZN + 15 saat x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov