Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-414/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə 17 sentyabr 2001-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X14, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X14 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 27 yanvar 2022-ci il tarixdə saat 21:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksin ərazisində küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında, həmin yaşayış kompleksinin sakini X6 ilə mübahisə edən zaman sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan Fərid Salmanovun sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qaçır-şişkinliyi, sol göz almasının kontuziyası, sol gözaltı və almacıq nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, X4 üzərində zor tətbiq edərək xuliqanlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən X14 özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin yanvar ayının 1-dən rəsmi olaraq Kristal Abşeron 1-də mühafizəçi kimi işləyir. Onun ərazi patrulu olaraq vəzifəsi bütün Kristal Abşeron 1-in ərazisini gəzmək və nəzarət etmək olmuşdur. 27 yanvar 2022-ci il tarixdə o, Kristal Abşeron 1 yaşayış kompleksində 6-cı binanın qarşısında dayanmışdır. Həmin vaxt o, aptekdən səs-küy gəldiyini eşidib aptekin yanına yaxınlaşmışdır. Bu vaxt o, aptekin içərisində bir nəfər müştərinin satıcı ilə mübahisə edib müştərini söydüyünü eşitmişdir. Elə həmin səs-küyə oraya çoxlu sayda vətəndaş toplaşmışdır. O, məsələni aydınlaşdırmaq və aranı sakitləşdirmək üçün içəriyə daxil olduqda həmin qadının satıcıya nalayiq ifadələr işlətdiyini, hətta əlindəki plastiki satıcıya atdığını görmüşdür. Bundan təxminən bir dəqiqə sonra üzdən tanıdığı, adının sonradan X6 olduğunu bildiyi şəxs içəriyə daxil olaraq arvadının çölə çıxartmış və ondan orada olan insanları da çölə çıxartmağını istəmişdir. O da aranın sakitləşməsi üçün orada olan insanları çölə çıxartmış və mübahisənin davam etməməsi üçün özü də içəridə qalmışdır. Həmin vaxt Fərid ondan da çölə çıxmağını tələb etsə də, o, çölə çıxmamışdır. Fərid də onun qolundan tutaraq çölə çıxardıb söhbət edəcəyini deyərək təklik bir yerə aparmışdır. Həmin vaxt Fərid onunla kobud formada danışaraq çölə çıxmamağına irad tutduqda o, oranın mühafizəçisi olduğunu və buna görə də çölə çıxmadığını bildirmişdir. Bundan sonra oraya toplaşan insanlar onu və Fəridi aralaşdıran sonuncu onun arxasından nalayiq ifadə işlətdiyindən o, geriyə çevrilərək Fəridin cavabını vermişdir. Fərid də onun sözübdən əsəbiləşərək üzünə yumruq atsa da, o, həmin zərbədən yayınıb sol yumruğu ilə Fəridin sol göz altı nahiyəsindən iki-üç dəfə vurmuşdur. Bundan sonra orada olan insanlar tez araya girib hərəsini bir tərəfə aparmışlar. O, geri öz iş yerinə qayıtmış, Fərid isə oradan uzaqlaşıb çıxıb getmişdir. O, daha sonra maraqlandıqda öyrənmişdir ki, Fəridin arvadı Aynur xanım reseptlə satılan dərmanlar almaq istədiyindən və resepti olmadığından aptekdə olan satıcı həmin dərmanları Aynura satmamışdır. O əvvəldən həmin ərazidə olmuş və aptekdə olan insanları oradan uzaqlaşdıraraq oranı mühafizə etmişdir. Ümumiyyətlə mübahisə baş verən zaman, yəni 27 yanvar 2022-ci il tarixdə saat 21 radələrində orada işləyən 20 mühafizəçi olmamışdır. Onların ümumi 11 postu var və postların hər birində 1 mühafizəçi olur. Yəni ki, onların ümumi 11 mühafizəçisi vardır. O Fəridi təhqir etməmiş, əksinə Fərid onu nalayiq ifadələrlə söymüş, ona hücum edib yumruq atarkən özünü müdafiə etmək üçün onu yumruqla vurmuşdur. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, orada on nəfərə yaxın bina sakinləri olmuşdur. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən X6, ifadəsində göstərdi ki, o, evdə olan zaman arvadına zəng edərək analgin, dimedrol və novokain dərmanlarını alıb gətirməsini bildirmişdir. Təxminən bundan bir müddət sonra arvadı ona zəng edərək satıcının “sənin kimi adama dərman satmaram” deyərək nalayiq ifadələr işlətdiyini və dərman verməyəcəyini bildirmişdir. Bundan sonra o, dərhal aşağı düşüb aptekin qarşısına getmişdir. O, aptekin qarşısına çatdıqda oraya çoxlu sayda insanların toplandığını və mühafizəçinin aptekin içərisində dayanıb iş vəzifəsini yerinə yetirmədiyini görmüşdür. O, dərhal mühafizəçiyə yaxınlaşıb ətrafa toplaşan insanları uzaqlaşdırmasını xahiş etsə də, mühafizəçi ona kobud şəkildə postunun aptek olmadığını və insanları oradan uzaqlaşdırmağın öz işi olmadığını, işinin yalnız postu qorumaq olduğunu bildirmişdir. O da mühafizəçiyə o zaman aptekdən çıxaraq postunu qorumasını demişdir. Adının sonradan X14 olduğunu öyrəndiyi həmin mühafizəçi sərt formada ona birlikdə çölə çıxmağını tələb edib qolundan tutaraq onu çölə çıxartmışdır. Onlar çölə çıxdıqdan sonra Nihat onu uşaq bağçasının yanına aparmışdır. O və Nihat oraya çatdıqdan sonra təxminən 10-15 mühafizəçidə onların yanına gəlmişdir. Həmin vaxt Nihat ondan kobud formada aptekdə olan zaman nə dediyini soruşmuşdur. O da sakit şəkildə Nihata sözünü deməsini və onu nəyə görə bura gətirdiyini demişdir. Bu vaxt yanında olan mühafizəçilər onu bilərəkdən sıxışdıraraq qollarını tutmuşdur ki, o, Nihata qarşı çıxa bilməsin. Nihat da bundan istifadə edib heç bir səbəb olmadan onu söyərək qəflətən sol əli ilə onun sol göz alt, sağ burun və alın nahiyəsindən yumruqlar vurmuşdur. Nihat onu vurandan sonra oraya toplanan şəxslər onların arasına girib Nihatı ondan uzaqlaşdırmışdır. O, Nihatın ona vurduğu yumruğa yumruqla cavab verməyib hər şeyi qanunla həll edəcəyini deyib sahə rəisinə yaxınlaşmış və baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Nihat Mahmudlu həmin vaxt insanları aptekdən kənarlaşdırmamış, həmçinin o, Nihatı yox, Nihat onu söhbət etmək üçün bağçanın yaxınlığına aparmışdır. O, Nihat Mahmudluya heç bir nalayiq ifadə işlətməmiş, əksinə Nihat ona qarşı nalayiq ifadələr işlədərək onu vurmuşdur. O həmin vaxt əsəbi olduğundan yanlış məlumat vermişdir. Həmin vaxt mühafizəçilər onu sıxışdırsa da, onu əsas Nihat vurmuşdur. Belə ki, baş vermiş münaqişə zamanı ətrafda olan mühafizəçilər onu vurmasa da, sıxışdıraraq tutmuş, Nihat Mahmudlu isə sağ əli ilə onun sol gözaltı, sağ burun və alın nahiyəsindədən vuraraq xəsarət yetirmişdir. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, orada mühafizəçilər və tanımadığı bir neçə sakin olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən X11, ifadəsində göstərdi ki, o, 2021-ci ilin sentyabr ayından Kristal Abşeron 1-də mühafizəçi kimi işləyir. Onun mühafizəçi olaraq vəzifəsi Kristal Abşeron 1-in ərazisində yerləşən 4-cü posta nəzarət etməkdir. xx.xx.2022-ci il tarixdə o, Kristal Abşeron 1-də 4-cü postda dayanıb işini görən zaman bina sakini olan bir qadın ona yaxınlaşaraq bir nəfər şəxsin bina sakinini bağça tərəfə apardığını bildirmişdir. O da dərhal həmin bağça yolu adlanan yerə getmişdir. Həmin vaxt o, ora çatdıqda Nihatla Fəridin bir-biri ilə sözlə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı adının sonradan Fərid olduğunu öyrəndiyi şəxs Nihata yumruq atmışdır. Nihatda yumruqdan yayınaraq geri çəkilmiş və yenidən Fəridin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra i və digər mühafizəçilər mübahisənin davam etməməsi üçün araya daxil olmuş və Fəridlə Nihatı ayırmışlar. O, aptekdən bir qədər uzaqda olduğundan orada gedən mübahisələri və danışıqları görməmişdir. Ümumiyyətlə mübahisə baş verən zaman, yəni xx.xx.2022-ci il tarixdə saat 21 radələrində orada işləyən 20 mühafizəçi olmamışdır. Onların ümumi 11 postu var və postların hər birində 1 mühafizəçi olur. Həmin vaxt Fəridi yalnız Nihat vurmuşdur. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, orada 3-4 nəfər tanıdığı bina sakinləri olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən X15, ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekab ayından Kristal Abşeron 1-də mühafizəçi kimi işləyir. Onun mühafizəçi olaraq vəzifəsi Kristal Abşeron 1-in ərazisində yerləşən 3-cü posta nəzarət etməkdir. xx.xx.2022-ci il tarixdə o, Kristal Abşeron 1-də 4-cü postda dayanıb işini görən zaman bina sakini olan bir qadın ona yaxınlaşaraq bir nəfər şəxsin bina sakinini bağça tərəfə apardığını bildirmişdir. Həmin vaxt o, digər mühafizəçi Vilayətlə yan-yana olmuşdur. Bundan sonra o, posta qayıdıb açarı qoyaraq dərhal həmin bağça yolu adlanan yerə getmişdir. Həmin vaxt o, ora çatdıqda Nihatla Fəridin bir-biri ilə sözlə mübahisə etdiyini görmüşdür. Həmin vaxt mühafizəçi Nihat Fəriddən niyə söyüş söydüyünü soruşmuşdur. Bu vaxt o, Nihatla Fəridə müdaxilə edib ətrafda insanların, əsasda qadınların olduğunu, bu səbəbdən söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Fərid onların hər birinə “ nə deyirsiniz, heç kim mənə heçnə deyə bilməz, mənə nəsə deyənin ağzını cıraram” kimi ifadə işlətmişdir. Bundan sonra davam edən mübahisə zamanı Fərid Nihata yumruq atmışdır. Həmin vaxt münaqişə yaranmış və Nihatda yenidən Fəridin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra onlar mübahisənin davam etməməsi üçün araya daxil olmuş və Fəridlə Nihatı ayırmışdır. O, aptekdən bir qədər uzaqda olduğundan orada gedən mübahisələri və danışıqları görməmişdir. Bu səbəbdən bu haqda nəsə deyə bilməmişdir. Ümumiyyətlə mübahisə baş verən zaman, yəni xx.xx.2022-ci il tarixdə saat 21 radələrində orada işləyən 20 mühafizəçi olmamışdır. Onların ümumi 11 postum var və hər birində 1 mühafizəçi olur. Həmin vaxt Fəridi yalnız Nihat vurmuşdur. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, orada 3-4 nəfər tanıdığı bina sakinləri olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən X18, ifadəsində göstərmişdir ki, o, X4 arvadıdır. xx.xx.2022-ci il tarixdə o, işdən çıxıb evə gedərkən əri Fərid ona zəng edərək analgin, dimedrol və novokain dərmanlarını alıb gətirməyini bildirmişdir. O da bu məqsədlə yaşadığı binanın həyətindəki “Zirvə” adlı aptekə daxil olmuşdur. O, aptekdə işləyən satıcıya analgin, dimedrol və novokain dərmanlarını almağı üçün gətirməsini bildirdikdə satıcı qəflətən ona yoxdu deyərək cavab vermişdir. Həmin dərmanlar o, çox lazım olduğundan o, yenidən satıcıya baxmasını demək istəsə də, satıcı qadın onun sözünü kəsərək kobud formada ”ay xanım, sizə deyirəm yoxdu” sözlərini demişdir. O, satıcının bu formada danışığından narahat olduğundan satıcıya müştərilərlə düzgün danışmasını deyib iradını bildirmişdir. Lakin həmin satıcı onun iradını nəzərə almayıb ona qarşı daha da nalayiq ifadələr işlətməyə başlamışdır. O da işin belə olduğunu görüb əri Fəridə zəng edərək bu barədə məlumat vermişdir. Çünki həmin vaxt içəriyə çoxlu sayda insanlar toplaşıb onlar baxırmış. Təxminən bir neçə dəqiqə sonra əri Fərid Salmanov aptekə daxil olaraq mühafizəçiyə yaxınlaşıb sonuncudan ətrafa toplaşan insanları uzaqlaşdırmasını xahiş etsə də, mühafizəçi Fəridə kobud şəkildə postunun aptek olmadığını və insanları oradan uzaqlaşdırmağın öz işi olmadığını, işinin yalnız postu qorumaq olduğunu bildirmişdir. Fəriddə adının sonradan Nihat olduğunu öyrəndiyi mühafizəçiyə o zaman aptekdən çıxaraq postunu qorumasını demişdir. Bundan sonra Nihat adlı həmin mühafizəçi sərt formada əri Fəridə birlikdə çölə çıxmağını tələb edib qolundan tutaraq çölə çıxarmışdır. Fərid və Nihat çölə çıxdıqdan az müddət sonra o da çölə çıxmış və görmüşdür ki, Nihat əri Fəridin qolundan tutaraq Fəridi uşaq bağçasının yanına aparır. O da nə baş verəcəyini görmək üçün Fəridin arxasıyca getmiş və uzaqdan izləməyə başlamışdır. O, Fəridlə Nihatın nə danışdığını eşitməsə də, söhbət etdikləri yerdə qəfildən Nihatın, əri Fəridi yumruqla vurduğunu görmüşdür. Bundan sonra orada olan digər mühafizəçilər araya girərək Nihatı zorla oradan ayırmışlar. Bundan sonra əri Fərid oradan uzaqlaşaraq polisə məlumat vermişdir. Həmin vaxt əri Fərid ümumiyyətlə Nihatə vurmamış, Nihat söhbət etdikləri vaxt qəflətən əri Fəridi vuraraq sonuncuya xəsarət yetirmişdir. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, orada mühafizəçilər və tanımadığı bir neçə sakin olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən X12 xx.xx.2022-ci il tarixdə axşam tərəfi saat 20:30 radələrində cavan bir qadının işlədiyi aptekə daxil olaraq analgin, dimedrol və novokain dərmanlarını istədikdə. əsasda dimedrol dərmanının reseptsiz verilməsinə icazə verilmədiyini bildirdikdə qadının hay-küy saldığını, onu nalayiq sözlərlə təhqir etdiyini, ərinə zəng edib onu aptekə çağırdığını, ərinin onları sakitləşdirən mühafizəçi Fəridi söhbət etmək üçün bayıra çıxartdıını, qadının isə sakitləşmədiyini görüb aptekin müdirinə zəg edib hadisəni danışanda o, əlavə problem yaratmamaq üçün dərmanları ona verməyi tapşırdığı üçün istənilən dərmanları qadına verdiyini bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilən Rahilə Musayeva xx.xx.2022-ci il tarixdə axşam tərəfi saat 21 radələrində sahibi olduğu aptekdə işləyən X12 ona zəng edərək bir qadının işlədiyi aptekə daxil olaraq analgin, dimedrol və novokain dərmanlarını istədikdə. əsasda dimedrol dərmanının reseptsiz verilməsinə icazə verilmədiyini bildirdikdə qadının hay-küy saldığını, onu nalayiq sözlərlə təhqir etdiyini bildirəndə əlavə problem yaranması üçün dərmanı ona verməyi tapşırdığrnı göstərdi. Məhkəmə baxışında şahid qismində dindirilən tədqiqatçı X13 göstərdi ki, X7 şikayəti əsasında hadisə yerinə və videogörüntülərinə baxış keçirdiyini, baxış zamanı X14 ilə X7 mübahisə etdiyini, iki nəfər mühafizəçinin onları ayırmaq istədiyini, mübahisə zamanı Fərid Nihata yumruq atmış, Nihatın yenidən Fəridin sifət nahiyəsindən bir dəfə yumruqla vurduğunu, ətrafda adamların toplaşdığını görüb videogörüntünü götürüb vatsapla müstəntiqə atdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 yanvar 2022-ci il tarixli, 172 nömrəli rəyində göstərilmişdir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır-şişkinliyi sol göz almasının kontuziyası, sol gözaltı və almacıq nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialında olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə baxışında özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən X5 barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin plenum qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron MMMC-nin icraçı direktoru tərəfindən xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X2 rayonu, Xırdalan şəhəri, P. Həsənov küçəsi, 47 saylı evdə yaşayır və yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan Abşeron MMMC-nin şöbə müdiri tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30 da yerləşən Abşeron Xırdalan-1 yaşayış kompleksində 4500 dən çox mənzil mülkiyyətçisi var. Yaşayış kompleksində sakinlər davranış qaydalarını, etik normaları çox yüksək səviyyədə qoruyur və hər zaman mühafizə xidmətinə təhlükəsizliyi təmin etməkdə yardımçı olurlar. Məlum hadisə kompleksdə yerləşən bina 38 , mənzil 107- də yaşayan X1 qeyri-ctik davranışı ətrafdakı insanları birbaşa ağır sözlərlə təhqir etməsi , mühafizə xidmətini açıq şəkildə şərəf və ləyaqətini alçaldıcı ifadələr səsləndirməsi və mühafizə xidmətini təkbətək dava etməsinə təhrik etməsi xidməti vəzifəsini yerinə yetirən X8 əl .ayaq zərbələri endirərkən qarşı tərəf özünü müdafiə edərək əks tərəfi zərərsizləşdirmişdir. X4 bu qeyri etik davranışı dəfələrlə baş verib. İki azyaşlı uşaqları və yaxud bacısı uşaqları kompleksdə demək olar ki hər gün ciddi problemlərlə üz üzə qoyur, mühafizə xidmətinə qarşı hər an kompleksdə ciddi narazılıqlar yaradır, sakinlər hər gün onlardan şikayət edir və buna baxmayaraq Salmanov Fərid təkrar olaraq qeyri etik davranışlar sərgiləyir və sakin və mühafizə xidmətini hüquq mühafizə orqanları ilə hədələyərək əlavə problemlərə yol açır. Biz də Mənzil Mülkiyyətçilərinin Müşdərək Cəmiyyəti olaraq həmin X3 ciddi şəkildə narazıdörlar . Məhkəməyə təqdim olunmuş hərbi biletin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Kəlbəcər uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəməyə təqdim olunmuş N saylı hərbi hissənin komandirinin verdiyi fəxri fərmandan görünür ki, hərbi hissədə xidmət etdiyi müddət ərzində döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərinə və hərbi intizamı yüksək səviyyədə saxladığına görə təltif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs X5 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xx.xx.2021-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Kəlbəcər uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, hərbi hissədə xidmət etdiyi müddət ərzində döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərinə və hərbi intizamı yüksək səviyyədə saxladığına görə təltif olunmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs X14 xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X5 həbsdə saxlanıldığı 02 (iki) gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X5 şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs X14 cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 11 ay 22 gün islah işləri cəzası təyin edilsin. X14 cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. X14 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. X9 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-414/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-414/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver