Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-414/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, İsmayıllı şəhəri, Mican kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 07 mart 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs sonuncunun bacısı oğlu X3 İsmayıllı rayon Təhsil Şöbəsində işləyən qohumu vasitəsilə İsmayıllı rayon Tircan kənd tam orta məktəbinin rus dili bölməsinə birinci sinif şagirdi kimi düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb bu məqsədlə Zərərçəkmiş şəxs 2022ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin yaxınlığında 1500 manat, 07 iyul 2022-ci il tarixdə onun "xxxx" ASC tərəfindən verilmiş 5213 6751 8307 6026 nömrəli plastik bank kartına köçürülmüş 500 manat, 08 iyul 2023-cü il tarixdə təkrar həmin plastik bank kartına köçürülmüş 300 manat və 2022-ci ilin iyul ayının sonlarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən “Şirinçay” kafesində 700 manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə ilə birlikdə İsmayıllı rayonu Mican kəndində yaşayır. xx.xx.2003-cü ildən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif Rayon Polis Şöbələrində polis zabiti kimi xidmət etmişdir. 2019-cu il tarixdən isə rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2018-ci ildən tanış olmuş və həmin vaxtdan aralarında dostluq münasibətləri olmuşdur. Aralarında hər hansı formada ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamışdır. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ona bacısı oğlunun birinci sinfə getməli olduğunu, valideynlərinin də uşağın rus dili bölməsində təhsil almasını istədiklərini, lakin heç bir məktəbə uşağı rus dili bölməsinə yerləşdirməyin mümkün olmadığını bildirmişdir. Söhbət zamanı ondan bacısı oğlunu rus dili bölməsinə yerləşdirə bilmək üçün kömək edə bilməkdən ötrü kimisə tapa biləcəyini soruşmuşdur. O da maraqlanacağını demiş, bundan sonra İsmayıllı rayonu Tircan kənd orta məktəbində rus dili bölməsinin olduğunu öyrənmiş, əslən İsmayıllı rayonundan olduğuna görə və əvvəllər polis əməkdaşı olduğu üçün onun xahişi ilə Zərərçəkmiş şəxs bacısı oğlunu həmin məktəbin birinci sinfinə qəbul etdirə biləcəyini düşünmüşdür. Bu səbəbdən də Zərərçəkmiş şəxs məktəbə uşaq düzəltmək adı ilə 2022-ci ilin iyul ayı ərzində ümumilikdə 3000 (üç min) manat məbləğində pul almış, həmçinin uşağın şəxsiyyət vəsiqəsinin foto şəklini götürmüşdür. Lakin, bütün cəhdlərinə baxmayaraq Zərərçəkmiş şəxs bacısı oğlu X3 Tircan kənd orta məktəbində rus dili bölməsinə qəbul etdirə bilməmişdir. Maddi ehtiyacları olduğundan Zərərçəkmiş şəxs aldığı 3000 (üç min) manat məbləğində pulu xərcləmiş və sonra da qaytarmaq imkanı olmamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs vəd verdiyi işin alınmadığını deyə bilməmişdir. 15 sentyabr 2022-ci il tarixdə birinci sinfə qəbul olan uşaqların siyahısında bacısı oğlu X2 adı çıxmadıqda isə Zərərçəkmiş şəxs ona narazıçılığını ifadə etmişdir. O da Zərərçəkmiş şəxs aldığı pulu qaytaracağını desə də məsələni həll edə bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zərərçəkmiş şəxs bacısı oğlunu İsmayıllı rayon Tircan kənd tam orta məktəbinə birinci sinf şagirdi kimi düzəldəcəyinə dair vəd verərək sonuncudan 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin yaxınlığında görüşüb orada əvvəllər adını Pərvin kimi bildiyi, Şahid yanında 1500 (min beş yüz) manat pul aldığını, 07 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azər Türk Bank-dan verilmiş 5213 6751 8307 6026 nömrəli bank kartına 500 (beş yüz) manat, 08 iyul 2022-ci il tarixdə yenə həmin kartına 300 (üç yüz) manat pul göndərdiyini, sonuncu dəfə isə 2022-ci ilin iyul ayının sonlarında X6 rayonu Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən “Şirinçay” kafesində görüşüb ondan 700 (yeddi yüz) manat məbləğində pul aldığını, həmin vaxt da Şahid yanlarında olduğunu, Zərərçəkmiş şəxs qohumu X3 İsmayıllı rayonu Tircan kənd orta məktəbinin rus dili bölməsində birinci sinfə qəbul etdirə bilmək üçün real imkanları olmadığı halda söz verdiyini, əslən İsmayıllı rayonundan olduğuna görə və əvvəllər polis əməkdaşı olduğu üçün onun xahişi ilə Zərərçəkmiş şəxs bacısı oğlunu həmin məktəbin birinci sinfinə qəbul etdirə biləcəyini düşündüyünü, bu səbəbdən də Zərərçəkmiş şəxs məktəbə uşaq düzəltmək adı ilə 2022-ci ilin iyul ayı ərzində ümumilikdə 3000 (üç min) manat məbləğində pul aldığını, bütün cəhdlərinə baxmayaraq Zərərçəkmiş şəxs bacısı oğlu X3 Tircan kənd orta məktəbində rus dili bölməsinə qəbul etdirə bilmədiyini, Zərərçəkmiş şəxs ilə əvvəllər dost olduqlarını, aralarında ədavət, düşmənçilik və ya qərəzli münasibət olmadığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Yaqub küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və Pərvizin əvvəllər polis əməkdaşı olduğunu bilmişdir. Bacısı oğlu X4 2022-ci ilin sentyabr ayında birinci sinifə getməli olmuş, valideynləri Nihatın rus dili bölməsində oxumasını istəmişlər. Bununla bağlı bacısı ona dedikdə, o da 2022-ci ilin iyul ayında Pərvizlə maraqlanmaq istəmişdir. Pərviz İsmayıllı rayonu Tircan kəndi tam orta məktəbində rus dili bölməsi fəaliyyət göstərdiyini, həmin rayonun təhsil şöbəsində isə qohumunun işlədiyini, bacısı oğlu X2 İsmayıllı rayonu Tircan kəndində orta məktəbin birinci sinifinə qəbul etdirib, 3 ay sonra isə Sumqayıt şəhərində rus dili bölməsi olan məktəblərdən birinə köçürməyin mümkün olduğunu və ona köməklik etmək üçün bu barədə qohumuna xahiş edəcəyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Pərviz ona zəng edib dediklərinin alınması üçün bacısı oğlunun şəxsiyyət vəsiqəsinin və 3000 (üç min) manat da pul lazım olduğunu demişdir. O da Nihatın valideynləri ilə məsləhətləşib razılıq alqıdan sonra Pərvizə zəng edib razılıq vermiş, bacısı oğlu Nihatın şəxsiyyət vəsiqəsinin fotoşəklini vatsapp tətbiqi vasitəsi ilə Pərvizin ***-***-**-** saylı mobil telefonuna göndərmişdir. 2022-ci ilin əvvəllərində dostu Pərvin (sonradan adının Şahid olduğunu bilmişdir) ilə birlikdə sonuncunun istifadəsində olan **-TT-*** dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin yaxınlığına gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı dostu Şahid yanında Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pul verib qalan 1500 (min beş yüz) manat pulu da qısa müddətdə verəcəyini demiş və bu müddət ərzində də söz verdiyi işi görməsini Pərvizdən xahiş etmişdir. Pərviz də ona bacısı oğlunun İsmayıllı rayonu Tircan kənd orta məktəbində rus dili bölməsinə qəbul etdirəcəyi üçün danışdığını və məsələnin həll olunacağını demişdir. 07 iyul 2023-cü il tarixdə isə Pərvizin istifadəsində olan ***-***-**-** saylı mobil telefonunun vatsap tətbiqi vasitəsilə onun mobil telefonuna fotoşəklini göndərdiyi, Azər TürkBank-dan verilmiş və Təqsirləndirilən şəxs öz adına olan 5213 6751 8307 6026 nömrəli bank kartına özünə məxsus olan və “Unibank ASC”-dən aldığı bank kartının istifadəsində olan mobil telefonundakı “Leo Bank” tətbiqi vasitəsi ilə 500 (beş yüz) manat, 08 iyul 2023-cü il tarixdə yenə həmin bank kartına Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından 300 (üç yüz) manat pul göndərmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxsla Abşeron rayonu Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən “Şirinçay” kafesində görüşüb birbaşa onun özünə 700 (yeddi yüz) manat pul vermiş, həmin vaxt dostu Şahid da onun yanında olmuşdur. Orada da söhbət vaxtı Pərviz bacısı oğlu X5 rayonu Tircan kənd tam orta məktəbəində rus dili bölməsinin birinci sinfinə qəbul etdiriləcəyini demişdir. Lakin, 15 sentyabr 2022-ci il tarixdə Nihatın həmin məktəbə qeydiyyata alınmadığını bilmiş və Təqsirləndirilən şəxs zəng edib bu barədə bildirdikdə Pərviz söz verdiyi işi görə bilmədiyini və ondan aldığı pulu qaytaracağını demişdir. Lakin, bundan sonra müxtəlif bəhanələr gətirərək pulu ödəmədiyi üçün Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs keçmiş polis əməkdaşı kimi tanıdığını, onunla danışarkən Təqsirləndirilən şəxs qohumlarından kiminsə İsmayıllı rayonunun təhsil şöbəsində işlədiyini deməsinə görə inandığını, Təqsirləndirilən şəxs onun bacısı oğlu X7 rayonu Tircan kəndin orta məktəbin rus dili bölməsinin birinci sinifinə düzəltdirəcəyi adı ilə aldadaraq ondan ümumilikdə 3000 (üç min) manat məbləğində pul aldığını, həmin pulu hissə-hissə olmaqla Təqsirləndirilən şəxs verdiyini, belə ki, ilk dəfə 2022-ci ilin əvvəllərində dostu Pərvin İlə birlikdə Bakı şəhəri Nəsimi rayonu Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşdükdə sonuncuya həmin yerdə 1500 (min beş yüz) manat pul verdiyini, ikinci dəfə 07 iyul 2023-cü il tarixdə Azər TürkBank-dan verilmiş və Təqsirləndirilən şəxs öz adına olan 5213 6751 8307 6026 nömrəli bank kartına mənə məxsus olan və “Unibank ASC”-dən aldığı bank kartından 500 (beş yüz) manat, 08 iyul 2023-cü il tarixdə yenə həmin bank kartına Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından 300 (üç yüz) manat pul göndərdiyini, sonuncu dəfə Təqsirləndirilən şəxsla Abşeron rayonu Masazır qəsəbəsi, Yani Bakı yaşayış kompleksində yerləşən “Şirinçay” kafesində görüşüb birbaşa onun özünə 700 (yeddi yüz) manat pul verdiyini, həmin vaxt dostu Pərvinin yanlarında olduğunu bildirmişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, adının Fətullah olmasına baxmayaraq uşaq vaxtından indiyədək bir çox şəxslər, o cümlədən dostları onu “Pərvin” adı ilə tanıyıblar. Zərərçəkmiş şəxs 15 ildən çoxdur ki, tanıyır. Aralarında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Bir neçə dəfə Xəqani və Təqsirləndirilən şəxsla birlikdə ziyafətlərdə olmuşlar. Əvvəllər onların arasında münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona bacısı oğlunun birinci sinfə getməli olduğunu, valideynlərinin də uşağın rus dili bölməsində təhsil almasını istədiklərini, lakin uşağı heç bir məktəbə rus dili bölməsinə yerləşdirməyin mümkün olmadığını, bu məsələdə dostu Təqsirləndirilən şəxs ona kömək edəcəyini vəd etdiyini və işi görmək üçün 3000 (üç min) manat pul istədiyini, həmin pulun da 1500 (min beş yüz) manat olan hissəsini aparıb Pərvizə verməli olduğunu demiş, ondan birlikdə getmələrini xahiş eləmişdir. O da Xəqaniyə etiraz etməmiş, həmin gün Xəqani İlə birlikdə onun istifadəsində olan **-TT-*** dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Şamaxinka” adlanan ərazidə yerləşən “Şəki” kafesinin yaxınlığına gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı Xəqani onun yanında Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pul verib qalan 1500 (min beş yüz) manat pulu da qısa müddətdə verəcəyini demiş və bu müddət ərzində də söz verdiyi işi görməsini Pərvizdən xahiş eləmişdir. Pərviz də Xəqaniyə bacısı oğlunun İsmayıllı rayonu Tircan kənd tam orta məktəbində rus dili bölməsinə qəbul etdirəcəyi üçün danışdığını və məsələnin həll olunacağını demişdir. Bundan bir neçə gün sonra, yəni 08 iyul 2023-cü il tarixdə Xəqani onunla bir yerdə olduğu vaxt bir gün əvvəl də Təqsirləndirilən şəxs 500 (beş yüz) manat pul göndərdiyini, həmin gün isə 300 (üç yüz) manat göndərməli olduğunu deyib ondan borc istəmiş, o da Xəqaniyə 300 (üç yüz) manat pul vermiş, Xəqani pulu alanda ödəmə terminalı ilə pulu Pərvizə göndərəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayının sonlarında isə Xəqani ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən “Şirinçay” kafesində olduqları vaxt Təqsirləndirilən şəxs onların yanlarına gəlmiş, Xəqani onun yanıda Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat pul vermiş, həmin vaxt da Pərvizə söz verdiyi 3000 (üç min) manat pulun hamsını ödədiyini demişdir. Pərviz də Xəqanini əmin etmişdir ki, bacısı oğlunun məktəbə düzəlmə məsələsi həll olunacaq. Sonradan isə Xəqanidən eşitmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq söz verdiyi işi görməyib və pulunu da qaytarmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “poisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi subut, Zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı iş materialların əlavə edilməsi üçün təqdim etdiyi 07 iyul 2022-ci il tarixdə Azər TürkBank-dan verilmiş və Təqsirləndirilən şəxs öz adına olan 5213 6751 8307 6026 nömrəli bank kartına özünə məxsus olan və “Unibank ASC”-dən aldığı bank kartının istifadəsində olan mobil telefonundakı “Leo Bank” tətbiqi vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat məbləğində pulun çıxarışını və 08 iyul 2023-cü il tarixdə yenə həmin bank kartına Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış "eManat” ödəmə terminalından göndərdiyi 300 (üç yüz) manat pulun qəbzinin əks olunduğu vərəqin maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı iş materialların əlavə edilməsi üçün təqdim etdiyi 07 iyul 2022-ci il tarixdə Azər TürkBank-dan verilmiş və Təqsirləndirilən şəxs öz adına olan 5213 6751 8307 6026 nömrəli bank kartına özünə məxsus olan və “Unibank ASC”-dən aldığı bank kartının istifadəsində olan mobil telefonundakı “Leo Bank” tətbiqi vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat məbləğində pulun çıxarışı və 08 iyul 2023-cü il tarixdə yenə həmin bank kartına Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış "eManat” ödəmə terminalından göndərdiyi 300 (üç yüz) manat pulun qəbzinin əks olunduğu vərəqin cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-414/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-414/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver