Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-415/2022 08.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını açıq olaraq talama cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 08 mart 2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkünə yaxınlaşaraq orada gözətçi işləyən Zərərçəkmiş şəxs 100 manat əskinası daha kiçik əskinaslarla dəyişdirməsini xahiş etmiş, bu zaman onun xahişinə görə sonuncunun cibindən çıxardıb saydığı 3 ədəd 100 manatlıq əskinası əlindən dartaraq alıb açıq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 300 manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, ev 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Pula ehtiyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkünə yaxınlaşmış, orada olan gözətçidən 100 manat pulunu xırdalamasını xahiş etmiş, gözətçi əlini cibinə ataraq pulları çıxarmış və cəmi 35 manat xırda pulunun olduğunu bildirmişdir. O, bu vaxt gözətçinin əlindən 100 manat pulu götürərək qaçmışdır. xx.xx.2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkündə Zərərçəkmiş şəxs 100 manat pulunu açıq şəkildə taladığı zaman həmin şəxsə qarşı hər hansı bir formada fiziki güc tətbiq etməmiş, psixi təzyiq göstərməmiş, silahdan və ya silah qismində istifadə edilə bilən hər hansı bir əşyadan istifadə etməmişdir. Sonda o, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, “Ət kəsimi bazarı”ında mühafizəçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkündə oturduğu zaman bir nəfər tanımadığı şəxs həmin köşkə yaxınlaşaraq içəri daxil olmuşdur. Daha sonra ondan 100 manat pul əskinasını xırdalamasını xahiş etmişdir. O, əlini cibinə salaraq pulları çıxarmış və 100 manata xırdasının olmadığını bildirmişdir. Bu vaxt həmin şəxs 300 manat pulu əlindən dartaraq almış və həmin yerdən Masazır dairəsi istiqamətində qaçaraq uzaqlaşmışdır. O, həmin şəxsin arxası ilə qaçsa da ona çata bilməmişdir. Hazırda ona vurulmuş ziyan ödənildiyi üçün şikayət və tələbi yoxdur. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini üçün şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 10 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 21:53-də naməlum şəxs gözətçi işlədiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkünə yaxınlaşaraq ondan pul xırdalamasını xahiş etmiş və onun cibində olan pulları çıxardığını gördükdə 300 manat pulu əlindən götürüb naməlum istiqamətdə qaçmasını bilmişdir. Bununla bağlı idarə rəisi göstəriş vermişdir ki, həmin soyğunçuluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, əməliyyat tədbirləri başlamışdır. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 21:53-də Zərərçəkmiş şəxs 300 manat pulunu əlindən alaraq qaçmaqla Şəfaət Əhmədova qarşı soyğunçuluq edən şəxsin xx.xx.1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkündə Zərərçəkmiş şəxs 100 manat pulunu əlindən alaraq Şəfaət Əhmədova qarşı soyğunçuluq etmişdir”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə iitham elan olunması ilə razılaşmayaraq ifadəsində baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs əlindən 300 manat yox, 100 manat pulunu alıb qaçdığını göstərsədə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş materialları ilə, yəni zərər çəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnın ifadəsində göstərdiyi xüsusatın özünü müdafiə xarakterli olması qənaətinə gəlir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 08 mart 2022-ci il tarixdə saat 21:53-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vahid küçəsində yerləşən heyvan kəsimi sexinin arxa hissəsində olan gözətçi köşkünə yaxınlaşaraq orada gözətçi işləyən Zərərçəkmiş şəxs 100 manat əskinası daha kiçik əskinaslarla dəyişdirməsini xahiş etmiş, bu zaman onun xahişinə görə sonuncunun cibindən çıxardıb saydığı 3 ədəd 100 manatlıq əskinası əlindən dartaraq alıb açıq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 300 manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 №-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü maddəsinin 4-cü abzastına görə məhkəmələr böyük ictimai törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1, 68.1.1-1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01(bir) 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. İş materiallarında olan Abşeron RİHB-nın Xırdalan İƏD-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əsədov X4 rayonu Xırdalan şəhəri, 20 yanvar küçəsi ev 9 ünvanında qeydiyyatsız yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2015-ci il təvəllüdlü X5, 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşən halları, cəzasını ağırlaşdıran halı, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər 01 iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər 01 iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-415/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-415/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver