Məhkəmə qərarları › İş №1(012)-415/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-415/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-415/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri N saylı hərbi hissədə qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Atlas Rzidensdə faktiki olaraq yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Lider” avtoservisindəişləyən X2 avtomobilinin kefiyyətsiz təmir etməsini cüzi səbəb gətirərək, orada mübahisə edib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkət lər edərək heç bir əsaslı səbəbolmadaninsanlarıngözüqarşısındanəlayiq ifadələr işlədib təhqir edərək avtomobilindən götürdüyü iti kənarlı deşici-kəsici bıçaqla Elvin Quliyevin sol qolundan və sağ əlindən ardıcıl zərbələr vuraraq ona sol bazu oynagı və qarın nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları, sağəlin 2-ci barmağının kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədənxəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X4 oğludur. Oğlu Elvinə məxsus Mesedes E kalss markalı avtomobilin mühərrik hissəsində nasazlıq olduğu üçün həmin avtomobili 24 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Lider avtoservisindəçilingər işləyən Zərərçəkmiş şəxs vermişdir. Elçin oğluna demişdir ki, həmin günü axşama avtomobili düzəldəcəkdir. Həmin axşamı avtomobil düzəlməmiş, Elşin ondanəlavə 220 manat pul istəmiş, oda həmin məbləğdə pulu Elçinin kartına göndərmişdir. Elçin onademişdir ki, sabaha maşın hazır olacaqdır. Sonradan Elçin 5 gün işdəolmamış, bundan sonra avtoservisəgəldikdə Elçinin yerində olmadığını vəona müxtəlif bəhanələr ilə avtomobili düzəldəcəyini demişdir. Sonradan oğlu Elvin avtomobili servisdə yoxlamaq üçün sürsədə avtomobildə yenədə nasazlıq olmuş, bu minvalla Elçin avtomobilini təmir edib verməmişdir. O, avtomobillə bağlı sonuncuya zəng vurduqda gah anasının rəhmətə getdiyin, gahda işlərinin çox olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 09 radələrində Elçinə zəng vuraraq avtomobilə aid olan praklatkanı alaraq gətidiyini demiş, bu zaman Elçin gətirməsini bildirmişdir. Oda saat 11 radələrində praklatkanı alaraq Elçinin yanına aparmış, bu zaman Elçinə «praklatkanı almışam su buraxsa mənlik deyil» demiş, bu zaman Elçin praklatkanı ondan alaraq maşının üstünə atmışvəona «düzəltmirəm avtomobili» demişdir. Bu səbəbdən də aralarında mübahisə düşmüş, oda sonuncudan ödədiyi 600 manat pulunu geri tələb etmişdir. Belə olduqda aralarında dava-dalaş yaranmış, həmin vaxtı Elçinin ondan boyca hündür olmasını görüb yerdən dəmir parçası götürüb sonuncuya zərbələr endirmiş, həminvaxtı kənarda olan şəxslər səsəküyə gələrək onları ayırmışlar. Bundan sonra o avtomobilinə əyləşib yaşadığı evinə getmişdir. Göstərmişdir ki, həmin vaxtı Elçinin yanında bir qadın olmuş və sonradan orada işləyən şəxlər gəlmiş, həmin şəxslərin adlarını bilmir, aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxtı səsə küyə kənardan çoxlu adamlar toplaşmış və iş rejimi pozulmuşdur. Hadisə vaxtı avtomobilinə tərəf gedib geri qayıtsada, bıçaq götürməmiş, yalnız yerdən dəmir parçası götürüb Elçini vurmuş, onda bıçaq olmamışdır. Elçinin kartına 220 manat pul göndərmiş, qalan pula isə ehtiyyat hissələri aldırmış, Elçin avtomobili düzəlmədiyi üçün pulunu tələb edəndə aralarında mübahisə baş vermiş, mübahisənin baş vermə səbəbidə məhz sonuncunun avtomobili gec təmir etməsi olmuşdur. Hadisə vaxtı Elçin onu vurmamış və bədəni üzərində heç bir xəsarət yoxdur. Elçinə xəsarət yetirdiyi dəmir parçasını atdığı yeri xatırlamır. Zərərçəkmiş şəxslə üzür istəyib barışmışdır. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Nazli petrolun yaxınlığında olan Lider avtoservisində çilingər matorist vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanıyır. 06 yanvar 2023-cü il tarixdə Tərlanın oğlu X5 özünə məxsus olan Mersedes E klass markalı avtomobili onun təmir sexinə gətirərək motorunda problemi olduğunu bildirmiş və aradan qaldırmaq lazım olduğunu demişdir. Oda avtomobilə baxaraq təmir üçün avtomobilin sexin həyətində qalmalı olduğunu demiş, Elvin avtomobili onunyanına qoyaraq getmiş, sonradan anası rəhmətə getmiş, o avtomobili ona dediyi vaxtda verə bilməmişdir. Lakin 26 yanvar 2023-cü il tarixdə işə gəlmiş, bundan sonra Elvinin avtomobilini həmin günü təmir edib həyətdə saxlamışdır. X3 gəlib avtomobilin yarımcıq təmir edərkən ondan icazəsiz sürüb çıxıb getmişdir. Həmin vaxtı Elvin ona 120 manatda pul vermiş, həmçinin avtomobilə lazım olan ehtiyyat hissələrini almış, lakin həmin günü səhəri Elvin avtomobili ilə yenidən onun işlədiyi sexə gətirərək ona irad bildirmişvə avtomobilin mühərrikinin hissəsi qızdırıldığını bildirmişdir. O, da sonuncuya «avtomobili mən dedim ki, axı sürmək olmaz» demişdir. Həmin vaxtı ondan köməklik göstərməyi istəmiş, oda sonuncuya ehtiyyat hissələrini almağı tapşırmışdır. Həmin günü Elvin praklatkanı alıb ona vermiş, oda avtomobilin mühərrik hissəsini sökməyə başlamışdır. Təxminən saat 11 radələrində avtomobilinə əyləşib ehtiyyat hissəsi almaq üçün gedərkən Tərlan onun avtomobilinin qarşısını Hyundai Tukson markalı avtomobil ilə kəsərək avtomobildən düşmüş, həmin vaxtıonun yanında müştərisi Arzu xanımda olmuşdur. Bu zaman o, avtomobildən düşərəkən Tərlan ona heç bir söz demədən sol qolundan və qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi vuraraq oturub maşınına qaçıb çıxıb getmiş, belə olduqda Arzu xanım ona yardım edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mərkəzi xəstəxanaya aparmış, orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Göstərmişdirki, Tərlanona bıçaqla zərbələr enirməzdən qabaq soruşmuşdur ki, oğlunun avtomobili nə vaxt hazır olacaq, oda demişdir ki, «saatını deyə bilmərəm lakin gün ərzində hazır olacaq». Həmin vaxtı yanında Arzu, Rauf və Rəfael olmuş, aralarında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, Tərlanonu avtoservisin həyətində vurmuşdur. Tərlanın oğlu avtomobilinə ehtiyyat hissələri alımış, ona 120 manat pul vermiş, maşını o, düzəltmiş, lakin avtomobili özü susuz sürdüyü üçün problem yaranmışdır. Tərlan hadisə zamanı onu bıçaqla vurmuş, bıçağı isə maşınından götürmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, Elçin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Lider avtoservisində matorist çilingər vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində o, Lider sevisdə avtomobilləri yanında olmuş, ona məxsus avtomobillər orada olduğu üçün oda həmin avtomobilləri arendaya verdiyi üçün çox vaxt həmin servisdə olur. Ona məxsus olan avtomobildə nasazlıq olduğu üçün Elçinin yanına gedərək onunla birlikdə ehtiyyat hissələri almağa getmiş, bu zaman Elçin ona məxsus olan X8 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qarşı sağ oturacaqda əyləşmək istəmiş, bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs servisə gələrək Elçin ilə mübahisə etməyə başlamışdır. Bu zaman o və Rauf o, cümldən avtoservisdə olan işçilər Tərlanı sakitləşdirmək istəsələrdə, buna məhəl qoymayaraq bayıra avtomobilinə gedərək oradan nəsə götürüb Elçin üzərinə gələrək bıçaqla Elçinə bir neçə bıçaq zərbələri endirərək oradan qaçıb çıxıb getmişdir. Bundan sonra Elçinin bədənindən qan axdığını görüb özünə məxsus olan avtomobildə Raufla birlikdə Elçini Abşeron rayon Mərkəzi xəstəxanasına aparmış, orada həkimlər Elçinə ilk tibbi yardım göstərmişlər. Göstərmişdir ki, hadisə vaxtı orada o, Rauf, Rəfael və bütün servisin işçiləri olmuş, təxminən 15-20 dəqiqə davam etmiş, hadisəvaxtıavtoservisiniş rejimi pozulmuşdur. Tərlan Elçin ilə mübahisə etdikdən bayırda saxladığıavtomobilinə getmiş, oradan bıçağı götürüb gəlib Elçini vurmuşdur. Göstərmişdir ki, Tərlan əlində praklatka gətirmiş ki, tez onu oğlunun avtomobilinə quraşdırsın, bu zaman Elçin demişdir ki, qoysun oda onunla ehtiyyat hissələri alıb qayıdacaqdır. Lakin Tərlan təkidlə tələb etmişdir ki, bu dəqiqə Elçin praklatkanı avtomobilə qoymalıdır, bu səbəbdən də onlar arasında mübahisə baş vermiş, hadisə vaxtı Tərlanı Elçin vurmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Lider avtoservisində malyar kimi fəaliyyət göstərir. Tanıdığı Elçində həmin avtoservisdə motorist kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində həmişə olduğu kimi Lider sevisdə olmuş və orada öz işi ilə məşğul olmuşdur. Həmin vaxtı tanıdığı Şahid1da servisdə olmuş, Arzu demək olar ki, əksər vaxtlarda onların işlədiyi servisdə olur, belə ki, sonuncuya məxsus avtomobillər həmin sexdə təmir olunduğu üçün və Arzuda avtomobillərini arendaya verdiyinə görə çox vaxt həmin servisdə olur. Saat 11 radələrində motorist Elçin Arzu ilə birlikdə ona məxsus avtomobilə ehtiyyat hissələri almaq üçün getmək istəmişlər. Bu zaman Elçin Arzuya məxsus olan X8 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qarşı sağ oturacaqda əyləşmək istədikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs servisə gələrək Elçin ilə mübahisə etməyə başladığını görmüş, bu zaman onlar, yəni o və Arzu, həmçinin avtoservisdə olan işçilər Tərlanı sakitləşdirmək istəmiş, lakin Tərlan buna məhəl qoymayaraq mübahisə edə-edə bayıra avtomobilinə gedərək oradan nəsə götürdüyünü görmüşdür. Bundan sonra Tərlan yenidən Elçinin üzərinə gələrək ona əlindəki əşya ilə bir neçə dəfə zərbə endirməyə başlamış və oradan qaçıb çıxıb getmiş, həmin anda onun əlində iti uclu bıçaq olduğunu görmüşdür. Belə olduqda görmüş ki, Elçinin bədənindən qan axır, bu anda Arzu özünə məxsus olan avtomobil ilə Elçini maşina əyləşdirmişdir. O, da gəlib cəld kömək etmiş. Bundan sonra Arzunun maşınına əyləşərək Elçini yardım olunması üçün Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışlar və orada həkimlər Elçinə ilk tibbi yardım göstərilmişdir. Göstərmişdir ki, həmin vaxtı orada o, Arzu, Rəfael və bütün servisin işçiləri olmuş, yaranmış mübahisə təxminən 15-20 dəqiqə davam etdi və iş rejimi də pozulmuşdur. Tərlan Elçin ilə mübahisə etdikdən bayırda saxladığı avtomobilinə getmiş oradan bıçağı götürüb qayıdaraq Elçini vurmuşdur. Tərlan əlində praklatka gətirmişdi ki, tez onu oğlunun avtomobilinə qoysun, bu zaman Elçin demişdir ki, qoysun oda ehtiyyat hissələri alıb qayıdacaqdır. Lakin Tərlan təkidlə tələb etmişdir ki, bu dəqiqə Elçin praklatkanı avtomobilə qoymalıdır. Elə bunun üstündə onların arasında mübahisə baş vermiş, hadisə vaxtı Tərlanı Elçin vurmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Lider” avtoservisdə quraşdırılmış videomüşahidə kameralarından hadisənin baş vermə anını fiksə etdiyi görüntülərin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, video görüntü 01:15 dəqiqəni əhatə edir. Videokameranın müşahidə dairəsi ərazisində iki nəfər şəxsin ağ rəngli Land Gruizer markalı avtomobilin sağ yan hissəsində dayanıb mübahisə etdiyi müşahidə edilir. Videogörüntüyünün 00:26 dəqiqəsində orta yaşlı şəxs görüntünün əhatə dairəsinin sağ hissəsinə doğru gedib bir neçə saniyə sonra geri qayıdır və ağ rəngli Land Gruizer markalı avtomobilin sağ qapısının yanında dayanmış şəxsin üzərinə gələrək əli ilə hədələyici hərəkətlər etməyə başlayır. Daha sonra həmin şəxs hədələyici hərəkətlərini davam etdirərək ani anda qarşısındakı şəxsin üzərinə hücum edir və əlindəki əşya ilə qarşısındakı şəxsin sol bazu nahiyəsindən, qarşısındakı şəxs sağ əlini qarşıya verdikdə növbəti zərbəni əlindən vurur və həmin anda kənardan gəlmiş şəxslər zərbə yetirən şəxsi kənara çəkmək istəyən anda sonuncu oradan kənarlaşıb çıxıb gedir. Diskə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdirki, 26 yanvar 2023-cü il tarixdə saat 11 radələrində avtoservisin həyətində saxlanılmış Şahid1 idarə etdiyi X9 markalı avtomobilə əyləşib ehtiyyat hissəsi almaq üçün gedərkən Təqsirləndirilən şəxs avtomobilin qarşısını Hyundai Tukson markalı avtomobil ilə kəsərək avtomobildən düşmüş və onun üzərinə gələrək hədələyici sözlərlə təhqir etmiş, daha sonra avtomobilindən götürdüyü bıçaqla onun sol qolundan və qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurmuş və avtomobilinə əyləşib hadisə yerindən qaçıb getmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə-Tibbi Ekspertizanın xx.xx.2022-ci il tarixli 184 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bazu oynağı və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİ barmağının kəsilmiş yarası iti deşici-kəsici alətin, əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “2-ci və 3cü dərəcəli” qüsursuz xidmətə görə medallar ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona 5.500 manat maddi yardım etdiyinə görə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cəza təyini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 04 ay 23 gün azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 04 ay 23 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 02 il 01 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar