Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-416/2023 25.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin X4 Komandanlığının giziri, Salyan şəhəri, X.R.Ülutürk küçəsi ev-6, mənzil 6da qeydiyyatda olan barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham aktı ilə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə saat 16:56-da nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi H.Əliyev prospektində Sumqayıt şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək, yolda olan işıqforda dayanmış avtomobillərin sıxlığını görüb əks hərəkət zolağına keçərək hərəkətinə davam edərkən avtomobilin sağ təkəri ilə həmin vaxtı yolu sağdan sola keçən piyada xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ ayağının pəncəsi üzərindən keçərək, sonuncuya ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq X3) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: Belə ki, cinayət işinin materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2022-ci ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai istintaq zamanı cinayət işinin məhkəmə aidiyyətinin pozulması müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, cinayət işinin materialları öyrənilərkən kobud qanun pozuntuları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, CPM-nin 289.3.4 və 289.4-cü maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin səciyyələndirən halları, o cümlədən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs 2020ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X2 gizir qismində həqiqi hərbi xidmətdə olduğunu bildirmişdir. Lakin, cinayət işi üzrə Abşeron RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən tərtib edilmiş protokollar da, o cümlədən ittiham aktında Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olması kimi qeyd olunmuşdur. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin X4 Komandanlığının xx.xx.2023-cü il tarixli, 65 nömrəli məktub və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin Çevik X2 gizir qismində həqiqi hərbi xidmətdədir. CPM-in 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Həmin Məcəllənin 74.6-cı maddəsinə əsasən cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır. Həmçinin həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır). Məhkəmə cinayət işinin ona aidiyyatı olmadığını aşkar etdikdə, işi aidiyyatı üzrə göndərilməsini təmin etməlidir. Lakin hazırki cinayət işi üzrə məhkəmə prosesi zamanı bu məhkəməyə aid olmayan cinayət işinin aidiyyatı üzrə göndərilməsi qeyri-mümkündür. Bu səbəbdən ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai istintaq zamanı cinayət işinin məhkəmə aidiyyətinin pozulması müəyyən edildiyinə görə məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-si baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən tərtib edilmiş protokollar da, o cümlədən ittiham aktında Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olması kimi qeyd olunmuşdur. Halbu ki, Dövlət Sərhəd Xidmətinin X4 Komandanlığının xx.xx.2023-cü il tarixli, 65 nömrəli məktub və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin Çevik X2 gizir qismində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). 74.6-cı maddəsinə əsasən cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır. 215.4-cü maddəsinə əsasən müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır). Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cinayət-Prosessual Qanunvericilikə görə məhkəmə cinayət işinin ona aidiyyatı olmadığını aşkar etdikdə, işi aidiyyatı üzrə göndərilməsini təmin etməlidir. Lakin hazırki cinayət işi üzrə məhkəmə prosesi zamanı bu məhkəməyə aid olmayan cinayət işinin aidiyyatı üzrə göndərilməsi qeyri-mümkündür. Bu səbəbdən ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan həmin nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 74, 215, 289, 303.3.6-cı maddələri ilə nəzərdə tutulan kobud pozuntuya, yəni cinayət işinin aidiyyatı üzrə yurisdiksıyasına aid olan birinci instansiya məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Beləliklə də, cinayət işi üzrə ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yuxarıda qeyd edilən verilmiş kobud pozuntuya görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 74, 215, 289, 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289, 299, 300, 303.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-416/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-416/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver