Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-417/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində“ev dustaqlığı” qətimkantədbiriseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Digah qəsəbəsində yerləşən həkim məntəqəsinə plastik pənəcərəni sıxıb açmaqla qanunsuz daxil olmuş, otaqda məntəqə müdiri Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan bir ədəd 200 manat dəyərində “635” model, “HP” markalı notebook kompyuteri, birədəd 120 manat dəyərində müayinə aparatı (kiçik ölçülü USM aparatı), birədəd 50 manatdəyərində “Reister” markalıtəzyiqölçənaparatı, birədəd 50 manatdəyərində “DR-Men” markalı təzyiqölçən aparatı, birədəd 20 manat dəyərində fenidaskopu (qulaqasma aparatı), bir ədəd satışı nəzərdə tutulmayan asan imza kartını və bir ədəd 8 manat fləşkartını, yəni ümumilikdə 448 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonundayerləşən“xxxxxxxxxxxxxx” QSC-də usta köməkçisi vəzifəsində işləmiş, iş yeri bağlandığından, həmçinim imkanı olmadığı üçün oğurluq etməyi qərara almışdır. Bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində Digah qəsəbəsində olarkən Digah qəsəbəsində yerləşən həkim məntəqəsindən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt həkim məntəqəsinin qarşısına gəlmiş, kənara nəzər yetirib kənar şəxsəlrin olmadığına əmin olduqdan sonra əli ilə həkim məntəqəsinin plastik pəncərəsini sıxıb, açaraq məntəqəyə daxil olmuşdur. Daxil olduqdan sonra həkim məntəqəsindən 1 ədəd “HP” markalı notebok kompyuteri, 2 ədəd təziq ölçən aparatları, 2 ədəd fləşkartı, 1 ədəd “Dopler” tibbi aparatını və orada olan tibbi ləvazimatları oradan tapdığı selafonlara yığaraq pəncərədən çıxarıb birbaşa evinə getmişdir. Həmin əşyaları yaşadığı evdə heç kimə demədən evin zirzəmisinə yığmışdır. Sonra polis əməkdaşları onu Abşeron rayonu Digah qəsəbəsində saxlamış və o da etdiyi oğurluq əməlimi səmimi olaraq etiraf etmişdir. Oğurladığı əşyaları könüllü olaraq istintaqa təqdim etmiş, həmin əşyaları oğurlamaqda məqsədi həmin kompyuteri və tibbi avadanlıqları satıb pul əldə etmək olmuş, polis əməkdaşları onu tez bir zamanda saxladıqları üçün həmin avadanlıqları sata bilməmişdir. Oğurluq hadisəsini tək törətmiş, həmin hadisədən ailə üzvülərinin xəbəri olmamışdır, qeyd olunan hadisədən başqa heç bir yerdən oğurluq etməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildən Abşeron rayonu Digah qəsəbəsində yerləşən həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləyir və ixtisası uşaq həkimi - pediatırdır. Hər gün saat 09 radələrində işə gəlir və axşam saat 18 radələrində isə işdən çıxır. İş otağında istifadə etdiyi tibb avadanlıqlarının, eyni zamanda notebook və digər avadanlıqların əksəri onun şəxsi əmlakıdır və işlədiyi dövrdə eyni ilə həmin əşyalardan da istifadə edir. xx xxxxx 2020-ci il tarixdə 15 radələrində işdən çıxaraq evinə getmiş, həmin günü səhəri, yəni xx xxxxx 2020-ci il tarixi istirahət günü olduğu üçün işə gəlməmişdir. İşdən çıxıb gedərkən istifadə etdiyi tibbi avadanlıqlarla bərabər özünə məxsus digər şəxsi avadanlıqları da iş otağında qalmışdır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 09 radələrində işə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər həkim məntəqəsindən ona məxsus olan 1 ədəd 1500 manat dəyərində “HP” markalı notebook kompyuteri, 1 ədəd 350 manat dəyərində müayinə aparatını (kiçik ölçülü USM aparatı), 1 ədəd 100 manat dəyərində “Riester” markalı təziq ölçən aparatını, 1 ədəd 150 manat dəyərində “DR Men” markalı təziq ölçən aparatını, 1 ədəd 70 manat dəyərində fenidaskop (qulaq asma aparatı), 1 ədəd 100 manat dəyərində fləşkart və 20 manat dəyərində 1 ədəd fləşkartı oğurlamışlar. Bundan sonra hadisə ilə bağlı Abşeron Rayon Polis X3 Bölməsinə ərizə ilə müraciət etmiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2290 manat dəyərində maddi ziyan dəymişdir. Həkim məntəqəsindəki otağından oğurlanmış hər bir əşya onun şəxsi əşyası olmuşdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi materiallarında olan götürmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd 635 model “HP” markalı notebook kompyuteri, bir ədəd müayinə aparatı (kiçik ölçülü USM aparatı), bir ədəd “Reister” markalı təzyiq ölçən aparat, bir ədəd “DR-Men” markalı təzyiq ölçən aparat, bir ədəd fenidaskop (qulaq asma aparatı) kart və iki ədəd fləşkart saxlandığı yerdən götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ciiltarixli, 9/1078 nömrəlirəyindən görünür ki, ekspetiza tədqiqatına təqdim eidlmiş 6 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 448 manat müəyyən edilir. Qiymətləndirilən malların “635” model, “HP” markalınotebookkompyuteri 200 manat, müayinəaparatı (kiçikölçülüUSMaparatı) 120 manat, “Reister” markalıtəzyiqölçənaparatı 50 manat, “DR-Men” markalıtəzyiqölçənaparatı 50 manat, fenidaskop (qulaqasmaaparatı) 20 manat, fləşkartı 8 manat. Digər 1 adda asan imza kartının satışı nəzərdə tutulmadığından qiymətləndirilmə aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd “635” model “HP” markalı notebook kompyuteri, bir ədəd müayinə aparatı (kiçik ölçülü USM aparatı), bir ədəd “Reister” markalı təzyiq ölçən aparatı, bir ədəd “DR-Men” markalı təzyiq ölçən aparat, bir ədəd fenidaskop (qulaq asma aparatı), bir ədəd asan imza kartı və bir ədəd fləş kart sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona məxsus həkim məntəqəsindən oğurladığı bir ədəd “635” model “HP” markalı notebook kompyuteri, bir ədəd müayinə aparatı (kiçik ölçülü USM aparatı), bir ədəd “Reister” markalı təzyiq ölçən aparatı, bir ədəd “DR-Men” markalı təzyiq ölçən aparat, bir ədəd fenidaskop (qulaq asma aparatı), bir ədəd asan imza kartı və bir ədəd fləş kart saz vəziyyətdə Abşeron RPİ-nin İstintaq şöbəsindən təhvil almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmiş, buna görə də təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Firuzə, xx.xx.2019-cu il təvəllüdlü Cihan adlı iki azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 135 saylı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 1(006)-268/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və bu günə qədər cəzasından 09 ay 05 gün hissəsini çəkmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin göstərilən hal məhkəmə tərəfindən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınacaqdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 05 gün hissəsini çəkmiş, 06 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası isə çəkilməmişdir. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 06 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-182/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(012)-417/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən hal-hazıradək, yəni xx xxxxxx 2020-ci il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 10 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 06 (altı) ay 20 (iyirmi) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri əğv edilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “635” model “HP” markalı notebook kompyuter, bir ədəd müayinə aparatı (kiçik ölçülü USM aparatı), bir ədəd “Reister” markalı təzyiq ölçən aparat, bir ədəd “DR-Men” markalı təzyiq ölçən aparat, bir ədəd fenidaskop (qulaq asma aparatı), bir ədəd asan imza kartı və bir ədəd fləş kartın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-268/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 29 gün hissəsi, hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 10 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 06 (altı) ay 20 (iyirmi) gün cəza müddətinə hesablansın və hazırki hökmdə təyin edilmiş01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq10 ay ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsyaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dərhal ləğv edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “635” model “HP” markalı notebook kompyuteri, bir ədəd müayinə aparatı (kiçik ölçülü USM aparatı), bir ədəd “Reister” markalı təzyiq ölçən aparat, bir ədəd “DR-Men” markalı təzyiq ölçən aparat, bir ədəd fenidaskop (qulaq asma aparatı), bir ədəd asan imza kartı və bir ədəd fləş kartın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-417/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-417/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver