Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-417/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 6-da qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, döngə 2, ev 104A-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 28.05.2021-ci il tarixdə saat 22 radələrində, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs əvvələr qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs onun evinə gəlməsinə və evə keçmək isdəməsinə etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs döyərək ona başın alın nahiyəsinin cırılmış yarası, sol bazu, sağ və sol diz nahiyyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Zərərçəkmiş şəxs 4 ildir ki tanıyır. Onunla əvvələr qeyri-rəsmi münasibəti olsada, təxminən bir aydır ki ondan ayrılmışdır. Nuranənin əşyalarını yığıb evlərinə göndərmişdir. Onun qohumları yeni ailə həyatı qurmağını Nuranəyə bildirmişdilər və Nuranə isə razılaşmışdır. 22.05.2021-ci il tarixdə Minayə adlı xanımla ailə həyatı qurmuşdur. Rəsmi nigahları olmasa da, məciddə kəbini kəsdirmişdilər. Lakin bunu eşidən Nuranənin onu rahat qoymadığını, bütün günü ona zəng etdiyini, onun zənglərini açmadığını qeyd etmişdir. 28.05.2021-ci il tarixdə saat 22:20 radələrində qapının döyüldüyünü eşidib bayıra çıxaraq və qapını döyənin Nuranə olduğunu görmüşdür. Nuranə evdə kim olduğunu soruşmuşdur. O, isə Nuranəyə evdə kimin olmasının ona aidiyyatı olmadığını demişdir. Bu vaxt Nuranə evə keçmək istəyərkən, o Nuranənin qolundan tutub dartaraq pilləkəndən aşağı çəkib salmışdır və qovmuşdur. Nuranə onu təhqir etdiyi üçün onun sifətindən 1-2 sillə vurmuşdur və sonra onun yanında gələn Səma adlı qız onu götürüb getmişdir. Mübahisə 3-5 dəqiqə davam etmiş, lakin kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. Onunla həmin vaxtdan qeyrirəsmi ər-arvad kimi yaşamışlar. Onunla münasibətlərinin əvvələr yaxşı olduğunu bildirmişdir. 22.05.2021-ci il tarixdə Bəhram rayona getdiyi üçün onu Xırdalan şəhəri, Quşçuluq massivinə yaşayan atası evinə aparmışdır. 25.05.2021-ci il tarixdə Bəhram onun evində qalan əşyalarını və paltarlarını yığıb atası evinə gətirmişdir və həmin vaxt ondan ayrıldığını və evləndiyini bildirmişdir. O, Bəhrama “axı nə səbəbə məni yarı yolda qoydun” suruşaraq, Bəhram isə ceva vermədən çıxıb getmişdir. 28.05.2021-ci il tarixdə o, bütün günü Bəhrama zəng etmişdir, lakin Bəhram telefonu açmamışdır. Buna görə də 28.05.2021-ci il tarixdə saat 22:20 radələrində Xırdalan şəhərində Bəhramın yaşadığı evin həyətinə getmişdir. Qapını döyükdə Bəhram qapını açmışdır və onunla kobud danışmışdır. Bu vaxt o Bəhramın evinə keçib evdə kimin olmasına baxmaq istədikdə Bəhram onun saçlarından tutaraq yolmuş və yumruqla başına, alnına, təpiklə qarnına, əlləri ilə qollarına vuraraq onu dartıb yerə yıxmışdır və saçlarından dartaraq onu sürümüşdür. Sonra isə saçından tutub başını piləkənin tininə vurmuşdur. Bunu görən yanındakı rəfiqəsi Şahid onları ayırmışdır. Mübahisənin 5-10 dəqiqə davam etdiyini, kənar şəxslərin narahatlığına səbəb olmadığını qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PABirliyinin Abşeron rayon şöbəsinin 01.06.2020-ci il tarixli 1096 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanıbədəni üzərində aşkar edilmiş xəsarətlər– başın alın nahiyəsinin cırılmış yarası, sol bazu, sağ və sol diz nahiyyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 28.05.2021-ci il tarixdə dava-dalaşnəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. 07.06.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, bununla əlaqədar müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilməklə materiala əlavə edilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyü yerin Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 2, ev 104 A ünvanında Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baş verdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin BƏSİİ-nin əməliyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 11.06.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-417/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-417/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver