Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-417/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibardan sui istifadə edib aldadaraq, sonuncuya təyin olunmuş təqaüdün yenilənməsinə və sığorta pulunun alınmasına köməklik edəcəyinə inandırıb, Zərərçəkmiş şəxs 28 may 2022-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, S.Qədirzadə 2 ünvanının qarşısında görüşüb 3000 manat pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsində yerləşən “Bizim” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə göndərilmiş 300 manat pulunu alıb vahid niyyətlə ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 3300 (üç min üç yüz) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır, onunla düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər hərbçi işlədiyi üçün 5 illik təqaüd almış, həmin ərəfədə onunla danışıq zamanı Nurlana təqaüdün müddəti xatırladığı qədəri ilə ilin sonunda bitdiyini demişdir. O, həmin vaxt Elgizə həmin işi düzəldə biləcəyini demiş, ona görə də həmin vaxt onun real imkanları olmasa da, həmin vaxt qazi olduğu üçün sosial müdafiə fondunda ona hörmət edib həmin işi düzəldəcəklərini düşünmüşdür. Bundan sonra 2022-ci ilin təxminən iyul ayında o, həmin işə düzəldəcəyinə vəd verib Elgizlə onun yaşadığı evin qarşısında görüşmüş, Elgizə əvvəlcədən işi düzəltmək üçün 3000 manat pulun lazım olduğunu demişdir. Elgiz də onunla razılaşmış, həmin görüş zamanı Elgiz 3000 manat pul sayıb ona vermiş, Nurlan da həmin pulu götürüb getmişdir. Həmin vaxt bir qədər səhhətində problemlər yarandığı üçün təcili pula ehtiyacı olmuş, o da həmin 3000 manat pulu Elgizdən alıb öz şəxsi problemləri üçün istifadə edəcəyini düşünmüşdür. Ona görə də həmin 3000 manat pulu Elgizdən alıb 2000 manatını səhhətində olan problemləri həll etmək üçün istifadə etmiş, qalan 1000 manatını isə sənədləşmə işlərini aparmışdır. Həmin vaxt Elgizdən aldığı pulla təqaüd məsələsini həll edə bilməmiş, bundan sonra əlavə olaraq sığorta pulunun da alınması üçün sənədləşdirmə işlərinə 300 manat lazım olduğunu bildirmişdir. Sığorta pulu olaraq Elgiz bir dəfə 2750 manat, bir dəfə isə 4400 manat pul almalı imiş və Elgiz də onunla razılaşmışdır. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhərindən Elgiz ona məxsus “LeoBank” plastik kartına 300 manat da pul göndərmiş, Nurlan da həmin pulu nağdlaşdırmışdır. Lakin o, bütün işləri yekunlaşdırandan sonra Elgizin həmin təqaüdü yenilənməli olmuş, Nurlan isə bütün işləri görə bilməmişdir. Elgiz də onunla razılaşmayıb Nurlandan polisə şikayət eləmişdir. Həmçinin Nurlan bildirmişdir ki, onun həmin işi görmək üçün real imkanları olmamış, lakin qazi olduğu üçün ona hörmət edib Elgizin işini düzəldəcəyini düşünmüşdür. Nurlan həmin pulu Elgizin təqaüd və sığorta pulunun düzəltmək üçün almış, Elgizə həmin işləri düzəldəcəyinə vəd versə də, dekabr ayına kimi düzəldə bilməmişdir. Həmin aldığı pulları isə şəxsi xərcləri üçün səhhətində problemlərinə xərcləmişdir. Aldığı puldan 2000 manatını ayağında olan problemlə bağlı tibbi xərclərə, 1300 manatı isə sənəd işləri üçün vermişdir. Sonda ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, səhhəti ilə əlaqədar təqaüd almış, aldığı təqaüdün vaxtı oktyabr ayında bitdiyi üçün işlədiyi yerdən müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs ona həmin təqaüdü öz tanışları vasitəsi ilə düzəldəcəyinə köməklik edə biləcəyini bildirmişdir. Elgiz də Nurlanı tanıdığı üçün ona inanmışdır. Nurlan ona 3000 manat müqabilində ona ömürlük təqaüdün düzəldilməsini təşkil edəcəyini bildirmiş, bundan sonra Elgiz 3000 manat düzəldib 2022-ci ilin may ayının sonlarında yaşadığı evin qarşısında Nurlana vermişdir. Nurlan ona oktyabr ayı çatanda Elgizin təqaüdünün kəsilməyəcəyini, o, bütün işləri qaydasına qoyacağını demişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Nurlan Elgizə əlavə olaraq 6600 manat sığorta pulu almağıma köməklik edə biləcəyini də bildirmiş, lakin həmin sığorta pulunun alınması müqabilində 1200 manat pul istəmişdir. Elgiz isə ona 6600 manatın alınmasında köməklik göstərməsini, Elgiz də həmin puldan ona 1200 manat verəcəyini demişdir. Amma Nurlan onunla razılaşmamışdır. Bundan sonra 2022-ci ilin sentyabr ayında Nurlan onunla əlaqə saxlayıb, Elgizə sığorta pulu verilməli olduğunu, həmin pulun qarşılığında heç olmasa, 400-500 manat pul verməyini istəmiş, Elgiz də ona 300 manat pul verə biləcəyini demişdir. Nurlan da onunla razılaşmış, o, şəhərdə olduğu üçün Elgizə həmin pulu Nurlana məxsus “Leobank” kart hesabına göndərməyini istəmişdir. Bundan sonra Nurlan ona həmin kartın şəklini atmış, Elgiz də həmin 300 manat pulu Nurlana məxsus karta ünvan 3 ünvanında yerləşən “Bizim market”-dəki “eManat” ödəmə terminalından göndərmişdir. Nurlan ona həmin sığorta pulunu təqaüd yenilənəndən sonra veriləcəyini demiş, Elgiz də inanıb gözləmişdir. Həmçinin Nurlan işlərin hazır olması üçün Elgizin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq elətdirməyini istəmiş, Elgiz şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiq elətdirmək üçün 3 manat ödəniş eləyib, həmin təsdiq olunmuş surətini aparıb onun atası Eminə vermişdir. 2022-ci ilin oktyabr ayında Elgizə təyin olunmuş təqaüd dayanmış, bundan sonra o, Nurlana həmin təqaüdün yenilənmədiyini bildirmişdir. Lakin Nurlan yənə də müxtəlif bəhanələrlə ona verdiyi vədini yerinə yetirməmişdir. Elgiz təqaüd və sığorta pulu məsələsinin həll olunması üçün ümumilikdə 3300 manat pulu Nurlana versə də, Nurlan onun işini həll etməmiş, nə də verdiyi pulu qaytarmışdır. Elgiz də Nurlanın onu aldatdığını başa düşüb polisə müraciət eləmişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyi və sonuncudan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs onun xalası oğludur. 2022-ci ilin sentyabr ayında Elgiz onunla əlaqə saxlayıb təcili olaraq ona 300 manat pul lazım olduğunu bildirmiş, Hüseyn də həmin pulu nə üçün istədiyini soruşmuşdur. Elgiz də həmin pulu Nurlan adlı tanışına verəcəyini demiş, Nurlan adlı şəxsin ona təqaüdünün düzəlməsinə köməklik edəcəyini bildirmiş, Elgiz də onunla razılaşmışdır. Həmin şəxsə Elgiz bankdan qardaşının adına 3000 manat pul götürüb verməsi barədə ona demiş, Nurlan da bildiyinə görə Elgizin xəstəliyə görə aldığı təqaüdün yenilənməsində köməklik edəcəyindən məlumatı olmuşdur. Bundan sonra sentyabr ayında Nurlan Elgizlə əlaqə saxlayıb əlavə olaraq sığorta pulunun alınmasında da köməklik edəcəyini bildirib ondan əvvəlcə 1200 manat pul istəmiş, lakin Elgiz həmin pulu verə bilmədiyi üçün razılaşmamışdır. Bir müddət sonra Nurlan həmin işi düzəltmək üçün yenidən Elgizlə əlaqə saxlayıb 400-500 manat pul istəmiş, lakin Elgiz ona 300 manat verə biləcəyini demişdir. Bu məqsədlə Elgiz Hüseynlə əlaqə saxlayıb 300 manat istəmiş, həmin vaxt Hüseyn pulu olduğu üçün Elgizə 300 manat verməyə razılıq vermişdir. Həmin gün Elgizlə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşmüş və 300 manat pulu nağd şəkildə Elgizə vermişdir. Elgiz də həmin pulu götürüb getmiş, bundan sonra o, Elgizlə mütəmadi əlaqə saxlayıb məsələ ilə maraqlanmışdır. X1 söz verdiyi kimi onun nə təqaüdünün yenilənməsinə, nə də ki sığorta pulunun alınmasına köməklik etməmiş, həmçinin Nurlan Elgizdən aldığı ümumilikdə 3300 manat pulu da ələ keçirib müxtəlif bəhanələrlə qaytarmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Abşeron RİHB-nın MKT-nin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs harada qeydiyyatda olması və yaşaması məlum deyil. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə növündə cəzaya məhkum olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasından heç bir ödəniş etməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş və ödənilməmiş 8500 manat cərimə cəzası hazırki cinayət işi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzasına birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş və ödənilməmiş 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Hökmün icrası Suqmayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada müraciət olunması hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş və ödənilməmiş 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasına birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-417/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-417/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver