Məhkəmə qərarları › İş №1(012)-417/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-417/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-417/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2024-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə qeyri-rəsmi yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 2” kompleksi, 3 saylı binanın 32 nömrəli mənzilində olarkən həmin mənzilin yataq otağındakı jurnal masasının üzərinə qoyulmuş sonuncuya məxsus əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, həmin dövrün məzənnəsinə əsasən 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən 01 (bir) cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, 01 (bir) cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, 01 ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, 01 ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, 01 ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və 01 ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində 02 ədəd qızıl qolbağı talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2396 manat 90 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək əməlindən peşiman olduğunu və zərərçəkənlə aralarında razılıq olduğunu nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin mart ayından etibarən tanıyır. Belə ki, Arzu ilə tanışlığı “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə yaranmış, bir müddət sonra isə Arzunun yaşadığı ünvan 2 ünvanında Arzu ilə birlikdə qalmağa başlamışdır. Arzu ilə münasibətləri yaxşı olmuş və Arzu ilə ailə həyatı qurmaq fikrində olmuşdur. 01 aprel 2024cü il tarixdə axşam saatlarında evdə olan zaman Arzu ona ailə həyatı quracaqları barədə valideynlərinə məlumat verməsini demiş, o, Arzuya bu barədə valideynlərinə məlumat verəcəyini demiş, Arzu isə onun ailə həyatı qurmaqla bağlı ciddi fikirdə olmadığımı bildirmiş, bu səbəbdən Arzu ilə aralarında sözlə mübahisə olmuşdur. Növbəti gün, yəni 02 aprel 2024-cü il tarixdə saat 08 radələrində Arzu ilə bir gün əvvəl aralarındakı mübahisəyə görə acıq çıxmaq istəmiş, belə ki, Arzunun evində olan pul və qızıl əşyalarının yerini bildiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə yataq otağındakı jurnal masasının üstündə olan əl çantasının içərisindəki pul kisəsini götürüb içərisinə baxmış, bu zaman pul kisəsinin içərisində 202 (iki yüz iki) ABŞ dolları və 60 manat pul olduğunu görmüş, pul kisəsini götürüb gödəkçəsinin cibinə qoymuş, daha sonra yataq otağında olan paltar dolabındakı karton qabın içərisinə baxmış, bu zaman orada iki cüt qızıl sırğa, bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbaq olduğunu görmüş, həmin qızıl əşyalarını da karton qabla birlikdə götürüb gödəkçəsinin cibinə qoymuş, daha sonra evdən çıxıb getmişdir. Həmin gün götürdüyü qızıl əşyalardan iki cüt qızıl sırğanı Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən lombarda girov qoyaraq 870 manat pul götürmüş, 03 aprel 2024-cü il tarixdə isə özündə saxladığı bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbağı Bakı şəhəri, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nə girov qoyub 375 (üç yüz yetmiş beş) manat pul götürmüşdür. Arzunun evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, bir hissəsini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləmişdir. Bir neçə gün sonra Arzu evdən oğurluq olduğunu və ondan şübhələndiyini demiş, o da Arzuya oğurluq etdiyini etiraf etmiş, həmçinin boş pul kisəsini və karton qabı Arzuya qaytarmış, sonradan Arzunun onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nə girov qoyduğu qızıl əşyalarının ödənişini 29 aprel 2024-cü il tarixdə tam şəkildə ödəyərək oradan götürmüş, 03 may 2024cü il tarixdə isə həmin qızıl əşyalarını Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən lombarda girov qoyaraq 450 manat pul götürmüş, həmin pulu da internet vasitəsilə oynadığı mərc oyunlarında uduzmuşdur. Buna görə də çoxlu sayda spirtli içki və adlarını bilmədiyi müxtəlif dərman həbləri qəbul etmiş, özünə gəldikdə isə psixiatrik xəstəxanasında olduğunu görmüş, orada müalicə alan zaman anası Yaqutla telefonla danışıqları zamanı sonuncu evdə olan paltarların cibindən lombard sənədlərini tapdığını, daha sonra onun lombarda girov qoyduğu qızıl əşyalarının bir hissəsinin ödənişini tam şəkildə ödəyərək götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. İbtidai istintaqda zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayından etibarən tanıyır. Belə ki, Anarla tanışlığı “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə yaranmış, bir müddət sonra isə Anar onun yaşadığı ünvan 2 ünvanında onunla birlikdə qalmağa başlamışdır. Anarla münasibətləri yaxşı olmuş və ailə həyatı qurmaq fikrində olmuşdur. O, özünə məxsus qızıl əşyalarını evin yataq otağının paltar dolabındakı karton qabın içərisində saxlayır. Həmin karton qabın içərisinə iki cüt qızıl sırğa, bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbaq qoymuşdur. Bundan başqa gündəlik xərclər üçün istifadə etdiyi pulunu və gələcəkdə istifadə etmək üçün yığdığı pulunu ayrıayrı pul kisələrində saxlayır. Gələcəkdə istifadə etmək üçün yığdığı pul kisəsinin içərisində isə 200 manat pul və 300 ABŞ dolları olmuşdur. Həmçinin pul kisələrinin hər ikisini əl çantasının içərisinə qoyub özü ilə bərabər yanında daşıyır. 10 aprel 2024-cü il tarixdə saat 11 radələrində iş yerində olan zaman iş yoldaşı ondan pulu xırdalamasını xahiş etmiş, o, əvvəlcə gündəlik xərclər üçün yığdığı pul kisəsinin içərisinə baxmış, lakin orada kifayət qədər pul olmadığından digər pul kisəsini götürmək istəmiş, bu zaman həmin pul kisəsini çantasında tapa bilməmişdir. Əvvəlcə pul kisəsini itirdiyini fikirləşmiş, bu məsələni aydınlaşdırmaq üçün iş yerində olan müşahidə kamerasına baxmağa başlamış, müşahidə kamerasına baxdıqda heç kəsin əl çantasını qoyduğu yerə yaxınlaşmadığını görmüş, işdən evə gəldikdən sonra pul kisəsini evdə də axtarmağa başlamış, bu zaman paltar dolabındakı qızıl əşyalarını qoyduğu karton qabın da orada olmadığını görmüş, bundan sonra onunla birlikdə qalan Anardan şübhələnməyə başlamışdır. Buna görə də Anara pul və qızıl əşyalarının oğurlandığını demiş, lakin Anar əvvəlcə oğurluq olması barədə məlumatının olmadığını bildirmişdir. Anarın oğurluq etdiyini etiraf etməyəcəyi təqdirdə sonuncunun bu əməli etməsinə dair başqa sübutunun olmadığını bilmiş, buna görə də Anarı inandırmaq üçün oğurluq etdiyini etiraf edərsə, bu barədə heç kəsə məlumat verməyəcəyini demişdir. 12 aprel 2024-cü il tarixdə Anar pulu və qızıl əşyalarını oğurladığını etiraf etmiş, o, Anardan pulu və qızıl əşyalarını nə etdiyini soruşmuş, Anar pulu Türkiyə Respublikasında yaşayan tanışına göndərdiyini, qızıl əşyalarını isə lombarda qoyub pul götürdüyünü demiş, həmçinin içərisi boş vəziyyətdə olan pul kisəsini və karton qabı ona vermiş, o, bundan sonra Anarın oğurluq etdiyinə tam əmin olmuş və 13 aprel 2024-cü il tarixdə bu barədə polisə müraciət etmişdir. O, ifadəsində Anarın 200 manat pul, 300 ABŞ dolları, bir cüt 585 əyarlı, türk istehsalı, 4,8 qram çəkidə dəyəri 450 manat, digər cütü 800 manat olan iki cüt qızıl sırğa, 01 ədəd 200 manat dəyərində qızıl üzük, 01 ədəd 350 manat dəyərində qızıl boyunbağı, bir ədəd 270 manat və bir ədəd 60 manat dəyərində 02 ədəd qızıl qolbağı oğurlaması nəticəsində ona ümumilikdə 2840 manat məbləğində ziyan dəyməsini göstərmişdir. Zərər çəkmiş şəxs qismində əlavə olaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, ona məxsus qızıl əşyalarının qiyməti ilə bağlı kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2024-cü il tarixli, 178 nömrəli ekspert rəyində göstərilən qiymətlə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən göstərmişdir ki, o, 2023-cü ilin avqust ayından etibarən "xxxx" ASC-nin mərkəz filialının müdiri vəzifəsində işləyir. "xxxx" ASC-nin fəaliyyət istiqaməti qızıl, elektronika əşyalarının və avtomobillərin vətəndaşlar tərəfindən girov qoyulması müqabilində kreditlərin ayrılmasından ibarətdir. Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs isə tanımır. Anar 03 aprel 2024-cü il tarixdə müştəri kimi Bakı şəhəri, Nərimanov rayonu, Akad. Həsən Əliyev küçəsində yerləşən mərkəz filiala müraciət etmişdir. Belə ki, Anar həmin tarixdə filiala yaxınlaşaraq mütəxəssisə 02 ədəd qızıl qolbaq, 01 ədəd qızıl sep və 01 ədəd qızıl üzük təqdim edərək girov müqabilində kredit əldə etmək istədiyini bildirmiş, Anarın təqdim etdiyi qızıl əşyaları yoxlanıldıqdan sonra onların ümumi çəkisi 10,70 qram olması müəyyən edilmiş və buna görə 405 manat məbləğində kredit ayrılması bildirilmişdir. Anar bu təkliflə razılaşmış, bundan sonra müvafiq sənədləşmə işləri aparılmış, həmçinin Anar təqdim etdiyi qızıl əşyalarının özünün mülkiyyətində olması barədə rəsmi ərizə ilə mərkəz filiala müraciət etmiş, bundan sonra Anara 4 ay müddətinə 405 manat məbləğində kredit verilmişdir. 29 aprel 2024-cü il tarixdə Anar mərkəz filiala yaxınlaşaraq kreditin ödənişini tam şəkildə, yəni 435 manat məbləğində ödəyərək girov qoyulmuş qızıl əşyalarının hamısını təhvil almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs "xxxx" ASC qarşısında heç bir öhdəliyi yoxdur və sonuncu tərəfindən girov qoyulmuş heç bir qızıl əşyası qalmamışdır. O, ifadəsində Anarın qızıl əşyalarının oğurluq olması və ya qanunsuz yolla əldə edilməsi barədə heç bir məlumat vermədiyini, belə ki, Anarın girov qoyduğu qızıl əşyalarının özünün mülkiyyətində olduğunu bildirdiyini və bununla bağlı rəsmi ərizə ilə mərkəz filiala müraciət etdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə tanımır. Anar əvvəllər onlarla birlikdə yaşasa da, 2024-cü ilin mart ayından etibarən Bakı şəhərinə gələrək orada işləməyə və qalmağa başlamışdır. 2024-cü ilin aprel ayında Anarın Abşeron rayonu, Xırdalan şəhərində Arzu adlı qadında birlikdə qalması, həmin şəxsin evindən pul və qızıl əşyaları oğurlaması, Arzunun Anar barəsində polisə müraciət etməsi, buna görə Abşeron rayon Polis İdarəsində cinayət işi başlanması və Anarın cinayət məsuliyyətinə cəlb olunmasını bilmiş, bundan sonra Anar yenidən Hacıqabul rayonuna gələrək onlarla birlikdə qalmağa başlamışdır. Bu müddətdə Anardan bir neçə dəfə oğurladığı pulları və qızıl əşyalarını haraya qoyması barədə soruşmuş, lakin Anar bu barədə ona heç bir məlumat verməmişdir. 2024-cü ilin may ayının sonlarında Anarın psixi vəziyyətində problemlər yaranmış və sonuncu müalicə alması üçün Psixiatriya xəstəxanasına yerləşdirilmişdir. Bir müddət sonra Anarın evdə olan paltarlarını yığışdıran zaman gödəkçəsinin cibindən kağız tapmış, həmin kağıza baxdıqda onların lombard sənədləri olması ona məlum olmuş, bundan sonra lombard sənədində olan mobil nömrə ilə əlaqə saxlamış, ona Anar tərəfindən 2024-cü ilin may ayında lombarda bir ədəd qızıl sep, bir ədəd qızıl üzük və iki ədəd qızıl qolbağın 450 manat müqabilində girov qoyulması bildirilmiş, o, daha sonra hissə-hissə olaraq həmin qızıl əşyalarının ödənişini tam şəkildə ödəyib lombarddan götürmüşdür. O, ifadəsində lombarddan götürdüyü qızıl əşyalarını istintaqa təqdim edə biləcəyini göstərmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 10 il müddətdir öz adına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən lisenziya alaraq lombard fəaliyyəti ilə məşğul olur. Lombard Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs isə tanımır. Anar 02 aprel 2024-cü il tarixdə müştəri kimi lombarda müraciət etmişdir. Belə ki, Anar həmin tarixdə lombarda yaxınlaşaraq 02 cüt qızıl sırğa təqdim edərək girov müqabilində pul əldə etməsini bildirmiş, Anarın təqdim etdiyi qızıl əşyaları yoxlanıldıqdan sonra onların ümumi çəkisi 10,5 qram olması müəyyən edilmiş və buna görə 870 manat məbləğində qiymətləndirilməsi bildirilmişdir. Anar bu təkliflə razılaşmış, bundan sonra müvafiq sənədləşmə işləri aparılmış, həmçinin Anar təqdim etdiyi qızıl əşyalarının özünün mülkiyyətində olmasını bildirmiş, bundan sonra Anara 870 manat məbləğində pul verilmiş və hər ayın 2-si ödəniş olunması nəzərinə çatdırılmışdır. Buna baxmayaraq Anar lombarda heç bir ödəniş etməmiş, sonradan isə həmin qızıl əşyalarının oğurluq olması ona məlum olmuşdur. O, ifadəsində əlavə olaraq Anarın qızıl əşyalarının oğurluq olması və ya qanunsuz yolla əldə edilməsi barədə heç bir məlumat vermədiyini, belə ki, Anarın girov qoyduğu qızıl əşyalarının özünün mülkiyyətində olduğunu bildirdiyini, Anarın girov qoyduğu qızıl əşyalarından bir ədədinin heç bir ödəniş olunmadığı üçün ərinməyə verilərək satıldığını, digər qızıl sırğanın isə hal-hazırda saxlanc yerində olduğunu və istintaqa təqdim edəcəyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 2 ünvanıdır. Baxış zamanı qeyd olunan mənzildə Zərərçəkmiş şəxs məxsus pul və qızıl əşyalarının yerində olmaması müəyyən olunmuşdur. - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 iyul 2024-cü il tarixli, 2031 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəli depressiv epizod” (F 32.0) aşkar olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (əhval ruhiyəsinin aşağı olması, intihar fikirlərini olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “orta dərəcəli depressiv epizod. Anamnezində intihar cəhdləri” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən passiv olması, təfəkkürünün bir qədər ləng olması, əhvali ruhiyyəsinin aşağı olması və s.) sübut edir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli depressiv epizod aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül dərəcəli depressiv epizod o dərəcədə ifadə olunmayıb ki, o öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - “X2” MMC-nin 23 oktyabr 2024-cü il tarixli, 178 nömrəli kompleks məhkəmə fizikikimyəvi və əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki: a) Aparılmış tədqiqatlar nəticəsində, tədqiqata təqdim edilmiş sırğanın, boyunbağının və qızıl qolbağın sarı rəngli qızıl metalından ibarət olduğu müəyyən edildi. Lakin digər əşyaların üzərində onların hansı əyarlı metaldan ibarət olduğunu təyin edən nişan olmadığından metalın növünü müəyyən etmək mümkün olmadı. O cümlədən üzüyün və kulonun üzərindəki daş-qaşların brilyant və ya digər qiymətli qaşlar olmasını müəyyən etmək mümkün olmadı. Bununla yanaşı üzərində əyarı olmayan əşyaları lombard kredit təşkilatı qızıl kimi qəbul etdiyindən həmin əşyaların orta hesabla 585 əyarlı qızıl olduğu müəyyən edilir. b) Ekpertizaya təqdim olunan 750 əyarlı, 8,2 qr çəkisi olan bir cüt qızıl sırğanın pərakəndə satış qiyməti – 820 manat; 585 əyarlı, 1,4 qr çəkisi olan bir ədəd qızıl üzüyün pərakəndə satış qiyməti – 168 manat; 585 əyarlı, 1,3 qr çəkisi olan bir ədəd qızıl boyunbağının kulonla birlikdə pərakəndə satış qiyməti – 211 manat və 585 əyarlı, 2,17 (1,47 + 0,7) qr çəkisi olan iki ədəd qızıl qolbağın 2024-cü ilin aprel ayına olan pərakəndə (sərbəst) satış qiyməti – 151,90 manat, ümumilikdə - 1350,90 manat müəyyən edilir. c) Nəzəri hesablama yolu ilə 01 ədəd 585 əyarlı, türk istehsalı, 4,8 qram çəkidə bir cüt qızıl sırğanın 2024-cü ilin aprel ayına olan pərakəndə (sərbəst) satış qiyməti – 336,00 manat müəyyən edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid3 götürülmüş 01 cüt qızıl sırğa, Şahid2 götürülmüş bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbaq maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, Hacıqabul rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsibarədə əvvəlcədən məlumatlandırmaq vəzifələricəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün müddət çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 götürülmüş 01 cüt qızıl sırğa, Şahid2 götürülmüş bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbaq maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə dəymiş ziyan 2396 manat 90 qəpik təşkil edir. Dəymiş ziyandan qismən, yəni 1350 manat 90 qəpik məbləğində ödənilmişdir. İş üzrə məhkəmə ekspertizası xərci 200 manat təşkil edir ki, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqda şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət,CMnin 68.1.1-2 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, Hacıqabul rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Hacıqabul rayon İcra şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq “X2” MMC-nin nəfinə Təqsirləndirilən şəxs tutulsun. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 götürülmüş 01 cüt qızıl sırğa, Şahid2 götürülmüş bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbaq maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkən Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmün icrası Hacıqabul rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar