Məhkəmə qərarları › İş №1(012)-418/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-418/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-418/2025 10.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi ev 13, mənzil 72-də qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 19 yanvar 2025-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07:30-da Abşeron rayonu, Saray qəsəbəsi, ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 80 manat müqabilində xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd sellofan bükümdə çəkisi 6,71 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev küçəsində daşımış və üzərində saxlamış, 23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə çevik polis alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Saray qəsəbəsi H.Əliyev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 09:25-dən 09:33-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 6,71 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmənin 09 dekabr 2024-cü il tarixdə keçirilən iclasında Təqsirləndirilən şəxs təqsirini etiraf etmiş və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsi, H.Əliyev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmiş o, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə getmiş, bölmədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş o, da könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəfaff selofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, hal-hazırda Saray PBnin əməliyyat müvəkkili vəzifəsində işləyir, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi ev 13, mənzil 72-də qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir düşmənçiliyi və ədavətim olmamış, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, X6 xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda iştirak etmiş, həmin zaman ondan başqa üç nəfər polis əməkdaşlarının iştirakı ilə narkotik vasitələrin istifadəsində, daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra isə video görüntü və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibində bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olmasını bildirmiş, daha sonra üzərinə həmin şəxsin üzərinə baxış keçirilən zaman başqa hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm onların iştirakı ilə zərfə qoyulub, möhürlənmiş və protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir şikayət daxil olmamış, şifahi sorğu sual zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı həmin günü yəni saxlanılmamışdan əvvəl səhər saatlarında Saray qəsəbəsində tanımadığı şəxsdən 80 manata öz istfadəsi üçün almışdır. Məhkəmə iclasına dəvət edilmiş, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamış, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində xidmətdə olduğu zaman bir nəfər şəxsin küçənin qaranlıq yerində dayandığını görüb, onunla birlikdə postda xidmət aparan əməkdaşlarla birlikdə həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etdikdən sonra, həmin şəxsin narkotik aludəçisi olmağından və üzərində narkotik vasitə daşımasından şübhələndikləri üçün onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmiş, həmin şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmiş, polis bölməsində məlum olmuşdu ki o, 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi ev 13, mənzil 72-də qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs olmağı müəyyən edilmiş, bundan sonra həmin şəxsin üzərinə xidməti otaqların birində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə video görüntü və vəkilin iştirakı ilə saxlanılan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl saxlanılan şəxsin üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olmasını bildirmiş, daha sonra başqa hər hansı əşya aşkar edilməmiş, saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi büküm onların iştirakı ilə zərfə qoyulub, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahidlər Şahid2 və Şahid1 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:25 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 avqust 2024-cü il tarixli, 7/1410 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuananın təmiz çəkisi – 6,71 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 6,69 qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir;

3. “Cinayət işinin başlanması haqqında” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş, və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur;

6. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

7. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” haqqında 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 6,71 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmalı və tədqiqatdan sonra qalıq 6,69 qram marixuana saxlanması üçün Abşeron RPİ-nin X4sı yerinə təhvil verilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2024-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum edilmişdir.,

9. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında 18 sentyabr 2024-cü il tarixli, 6328 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,71 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş 0,02 qram çıxılmaqla qalıq 6,69 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılmasından ötrü Abşeron RPİnin X4 Yerinə təhvil verilməsi nəzərə alınmalı, “şəxsi axtarış və götürmə aparılması” haqqında 23 avqust 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 7/1410 nömrəli ekspert rəyi, ambulator məburi-X5ya dair 18 sentyabr 2024-cü il tarixli, 6328 №li rəyi, “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2024-cü il tarixli protokol, “diskə baxış keçirilməsi” haqqında protokol və işdə olan digər hüquqi sənədlər iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir;

11. Abşeron Rayon Məhkəməsinin 1(012)-418/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

12. Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 22 aprel 2025-ci il tarixli, 54-4/2-2259/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə ürəyin zədələnməsi ilə hiperteziv xəstəlikdən vəfat etmişdir.

13. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “fərdi məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə vəfat etmişdir.

14. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,Təqsirləndirilən şəxs Nurəddin oğlu 19 yanvar 2025-ci il tarixdə vəfat etmişdir.

15. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş 10 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisidir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 23 avqust 2024-cü il tarixli protokol və ona əlavə edilmiş disk tədqiq edilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara şalvarının sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdəki kütlənin narkotik vasitə olan marixuana olmasını, özünəməxsus olmasını, tanımadığı şəxsdən Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 80 manata almasını, həmçinin istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanai əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaqda verdiyi ifadəsi, həmçinin şahidlərin məhkəmə iclasında verdikləri və elan edilmiş ifadələri, bundan başqa toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, ekspert rəyləri, və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.3-cü maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-cü maddəsinə əsasən Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxsin yaxın qohumlarına müvafiq bildiriş göndərilmiş,lakin təqsirləndirilən şəxsin yaxın qohumları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəklərini bildirməmişlər.Odur ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçinin daxil olmuş yazılı ərizəsini və araşdırılmış halları nəzərdən keçirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,69 qram narkotik vasitə-marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 72 (yetmiş iki) manat məbləğində pul dövlətə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 230 manat (20 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,69 qram narkotik vasitə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 72 (yetmiş iki) manat məbləğində pul dövlətə aid edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Mərhum Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 230 (iki yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar