Məhkəmə qərarları › İş №1(012)-419/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-419/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-419/2020 09.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs Əliağa oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evində qeydiyyatda oaln, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ kağıza bükülü bükümdə ümumi 0,272 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlaayaraq özü ilə daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 17:40 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evin qarşısında olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının arxa sağ cibindən həmin bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,272 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,729 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan təmiz çəkisi 0,273 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fərdi evinin yataq otağında, çarpayının altındakı pul kisəsində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 20:45-də evində aparılan baxış zamanı təqdim etdiyi pul kisəsində olan kibrit qutusunun içərisindəki bir ədəd şəffaf ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,729 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə, sonuncu dəfə 2016-cı ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzamı çəkdikdə sonra azadlığı buraxılmışdır. Xeyli müddətdir narkotik vasitə istifadəçisidir. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin bükülünü qara rəngli şalvarının arxa sağ cibinə qoymuşdur ki, imkan olanda istifadə etsin. Sonra yaşadığı evi tərəfə yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə gəlmişdir. Yaşadığı evin qarısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də ona hüquq vəzifələri izah edilmiş və onun üçün dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə video çəklişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Bu zaman əynində olan qara qara rəngli şalvarın arxa sağ cibinə qoyduğu bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb stolun üstünə qoymuş və həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən bir bükümünə 10 manat verib aldığını demişdir. Onun üzərindən aşkar edilmiş, 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Abşeron RPİ-nin istintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildikdən sonra müvəqqəti saxlama yerindən azad olunmuşdur. Bundan başqa 2020-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində tanımadığı bir İran vətəndaşından öz istifadəsi üçün 80 manata iki kibrit qutusuunda narkotik maddə almışdır. Həmin qutulardan birində marixuana, ikincu qutuda isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitələri yaşadığı evdə gizlətmişdir. Ağrılarını kəsmək üçün istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında həmkəndlisi və dostu olan X7 polis əməkdaşları ilə yaşadığı evə gəlmişlər və polis əməkdaşları bir neçə gün əvvəl Emilin ona verdiyi təmir-tikinti alətlərini təqdim etməsini bildirmişlər. Emilin ona verdiyi alətləri təqdim etmiş, həyətdə təmir işləri apardığı üçün alətlərin bəzilərindən istifadə etdiyini və həmçinin Emilin həmin alətləri ona borcunun müqabilində verdiyini bildirmişdir. Polis əməkdaşları daha nə olduğunu soruşduqda evdə yataq otağında gizlətdiyi iki ədəd kibrit qutusunda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu barədə protokol tərtib etmişlər və onu şübhəli şəxs qismində saxlamışlar. Həmin narkotik vasitəni yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsində üzdən tanıdığı İran vətəndaşından 80 manata öz istifadəsi üçün almışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarındə bölmənin rəhbərliyi onu və bölmənin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Nahid Məmmədovla birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin evinə baxış keçirilməsində iştirak etmişdir. Şahid4 və İdarənin müstəntiqi, polis kapitanı Nahid Məmmədovla həmin ünvana yollanmışlar. Təxminən saat 20 radələrində onlar həmin ünvana gəlmişlər. Həmin ünvanda olan qapını döyüb və həyətə keçmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evi mişar daşından inşa edilmiş bir mərtəbəli bir binadan ibarətdir. Bina arakəsmə ilə iki yerə bölünmüşdür. Binanın bir hissəsində Təqsirləndirilən şəxs valideyinləri, binanın ikinci hissəsində Təqsirləndirilən şəxs tək yaşayır. Evin ümumi bir dəhlizi vardır. Ümumi dəhlizdən binaya daxil olaraq dəhlizin sol tərəfində yerləşən giriş qapısından binanın Təqsirləndirilən şəxs yaşadığı hissəsinə keçdikdə müəyyən edilmişdir ki, binanın Təqsirləndirilən şəxs yaşadığı hissəsi bir ümumi qonaq otağından və iki yataq otaqlarından ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs soldakı yataq otağına keçərək orada yerdə olan iki ədəd daş yonan laqundanı, bir ədəd dəmir kəsən laqundanı, iki ədəd balaca dreli və bir ədəd böyük dreli göstərərək həmin alətləri X4 Emilin ona 250 manat məbləğində olan borcunun əvəzinə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağındakı qaynaq cihazını göstərərək həmin cihazı da borc əvəzinə Emil Xəlilovdan aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Emil Xəlilovdan başqa əşyaların əldə edilməsi soruşulduqda və əldə etdiyi həmin əşyaların da təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs Emil Xəlilovdan başqa əşya əldə etmədiyini bildirərək, lakin tanımadığı İran vətəndaşından 3-4 gün bundan əvvəl yaşadığı Aşağı Güzdək qəsəbəsində 80 manata narkotik vasitələri olan marixuana və “kakos” adlanan heroin aldığını bildirərək sağ tərəfdə yerləşən yataq otağına keçib orada yataq çarpayının altındakı qara rəngli pul kisəsini götürüb açaraq içində olan iki ədəd kibrit qutusunu təqdim edib həmin kibrit qutularının birinin içində marixuana, ikincinin içərisində ilə “kakos” adlanan heroin olan narkotik vasitələrinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana olduğu kibrit qutusu kimi təqdim etdiyi qutu açıldıqda qutunun içərisində narkotik vasitəsi olan marixuanaya oxşar bitki mənşəli kütlənin olması aşkar edilmişdir.Təqsirləndirilən şəxs narkotik vasitə olan “kakos” adlanan heroinin olduğu kibrit qutusu kimi təqdim etdiyi qutu açıldıqda qutunun içərisində iki ədəd şəffaf ağ rəngli kağız bükülünun içərisində narkotik vasitəsi olan heroinə oxşar qəhvəyi rəngli kütlənin olması aşkar edilmişdir Hər iki kibrit qutuları bir zərfə qoyularaq qablaşdırılmş, Binəqədi RPİ-nin dəftərxanasının möhürü ilə möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən, o, cümlədən də Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmış və götürülmüşdür. Bundan başqa baxış zamanı iki ədəd daş yonan laqunda, bir ədəd dəmir kəsən laqunda, iki ədəd balaca drel, bir ədəd böyük dreli və bir ədəd qaynaq cihazı götürülüb idarə etdiyib avtomobilə yerləşdirilmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Baxışda iştirak edən şəxslər tərəfindən, o, çümlədən Təqsirləndirilən şəxs tərəfindən video görüntüyə baxış keçirilmiş və bununla bağlı müstəntiq Nahid Məmmədov tərəfindən baxış protokolu tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin NMQ-nun nəliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 16.11. 2019-cu il tarixdə 1977-cı ildə Şamaxı şəhərində anadan olmuş, Abşeron rayonu, Güzdək kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə olmuş məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Abşeron rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3la birlikdə Abşeron rayonu, Güzdək kəndində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Güzdək kəndində saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə idarə rəisinə raportla müraciət etmiş, sonra idarə rəisinin göstərişi ilə həmin raport əsasında Abşeron rayon İdarəsində otaqların birində videoçəkilişlə Abşeron rayonu, Güzdək kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara şalvarının arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində qəhvəyi toz halında maddə aşkar olunduğunu görmüşlər. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir və ona məxsus olduğunu, arada bir, narkotik vasitə olan heroindən şpris vasitəsi ilə əzələsinə qəbul edir, üzərindən aşkar olunmuş bir bükümdə olan heroini isə bir neçə saat əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olarkən tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Həmin narkotik vasitə zərfə qoyulub zərfin üzəri 56 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağızına bülükmüş bir büküm narkotik vasitəyə oxşar maddə qablaşdırılmış, bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 28493 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs Əliağa oğlundan.... sözləri və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.272 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,222 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 583 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş iki ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 1,527 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (qalıq 1,477 qram - 0,05 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir), digərdə təmiz çəkisi 0,729 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (qalıq 0,679 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir) və təmiz çəkisi 0,273 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,223 qram - 0,05 qram metamfetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 3051 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəsasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 08 gün hsissəsini şərti olaraq azadlığa buraxılmışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən həmin bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fərdi evinin yataq otağında, çarpayının altındakı pul kisəsində olan kibrit qutusunun içərisindəki bir ədəd şəffaf ağ rəngli kağıza bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf ağ rəngli kağıza bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək həbsdə saxlanıldığı 01 ay 04 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,477 qram narkotik vasitə qurudulmuş marixuana, 0,679 qram narkotik vasitə heroin, 0,223 qram psixotrop maddə olan metafetamin və 0,222 narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 69 manat 82 qəpik və 65 manat məhkəmə-bioloji ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək həbsdə saxlanıldığı 01 ay 04 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 1,477 qram narkotik vasitə qurudulmuş marixuana, 0,679 qram narkotik vasitə heroin, 0,223 qram psixotrop maddə olan metafetamin və 0,222 narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69 manat 82 qəpik və 65 manat məhkəmə-bioloji ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi 15 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 90 manat Xırdlan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar