Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-419/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarand şəhərciyi”ndə yerləşən futbol meydançasında futbol oynayan zaman tanışı Zərərçəkmiş şəxs onun və oyun yoldaşlarının ünvanına söyüş söyməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarand şəhərciyi”ndə yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında mübahisəni davam etdirən zaman əlində olan bıçaqla Zərərçəkmiş şəxs sağ yan hissəsinə qəsdən bir dəfə vuraraq sonuncuya hər iki sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri ilə bir yerdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, onunla eyni küçədə fərqli binalarda yaşayırlar, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarand şəhərciyi”ndə yerləşən futbol meydançasında futbol oynadıqları zaman aralarında mübahisə yaranmışdır. Mübahisənin səbəbi Ayxan ilə Nicat və Nihad qardaşları arasında yaranmış mübahisə olmuşdur. Nicatın qardaşı Nihad orada olanların ünvanına söyüş söymüşdür. Buna görə Nihadla aralarında dava-dalaş olmuşdur. Bundan sonra, Nicat onun qardaşı Nihadla aralarında olan dava-dalaşa müdaxilə etdiyindən Nicatla da aralarında dava-dalaş olmuşdur. Nəticədə onları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarand şəhərciyi”ndə yerləşən futbol meydançasından çıxarıb sakitləşdirmişlər. Lakin Nicat ünvanına söydüyü söyüşə görə ondan üzr istəmədiyi üçün onların aralarında yenidən mübahisə baş vermişdir. Onun və Nicatın Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarand şəhərciyi”ndə yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında aralarında dava-dalaş olmuşdur. Nəticədə o, cibində olan dırnaqtutanın üstündəki bıçaqla Nicatın sağ yan hissəsinə bir dəfə vurub həmin bıçağı Əfsərin sağ cibinə qoyaraq oradan qaçıb getmişdir. Hazırda əməlindən peşimandır, zərərçəkənlə barışmağa hazırdır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Mehdiabad qəsəbəsi X4 ev 3 mənzil 18 ünvanında valideynləri ilə birlikdə yaşayır. Bakı İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin 4-cü kurs tələbəsidir. Hərdənbir yaşadığı binanın həyətində olan stadionda futbol oynamışdır.xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində o, binanın həyətində yerləşən futbol meydançasında futbol oynayan zaman qarşı komandaya Ayxan adlı şəxsin də oyunçu kimi daxil olacağını dedilər. Onlar da demişlər ki, “əgər Ayxan qarşı komandadan gəlirsə bizə də bir nəfəri verin”. Hər komandada 5 nəfər olmuşdur. Bundan sonra, Ayxan gələndə onun dostu, onunla eyni komandada oynayan Yadulla demişdir ki, “gəlirsə gəlsin”. O, oyunun başlaması üçün öz qapılarına tərəf getmişdir. Ayxan komandaya qoşulandan sonra komanda yoldaşları və Ayxan onun komanda yoldaşı Yadullaya demişlər ki, “guya Ayxan orada olan Yadulla ona demişdir ki, sizin qanınız xarabdı”. Bu zaman elə bunun üstündə futbol dayanmış və Ayxanla Yadulla arasında sözlə mübahisə baş vermişdir. O da Ayxanla Yadullanın mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Mübahisənin nəyin üstündə baş verdiyini soruşanda Ayxan demişdir ki, “Yadulla bizə qanı xarab demişdir”. O da Yadulladan soruşmuşdur ki, “onlara belə bir söz demişdirmi?” Lakin, Yaduilla demişdir ki, “belə bir söz deməmişəm”. Buna baxmayaraq Ayxan onlara üzünü tutaraq qanı xarabların olmalarını bildirmişdir. O, da Ayxanın bu söyüşündən sonra Ayxana etiraz etmiş və aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxtı Ayxanın yanına tanımadığı şəxslər gəlmişlər. Bu zaman kənardan Murad adlı şəxs Ayxangilə demişdir ki, “nəyə görə bizim yəni mənim və Yadullanın üstünə düşüblər”. Ayxan və yanında olan şəxlər isə bildirmişlər ki, guya onlara söyüş söymüşlər. Orada mübahisə gedərəkən bu zaman Binəqədi Gənclər şəhərciyində vaxitlə yaşayan Murad adlı şəxs onlara yaxınlaşıb demişdir ki, “burada mübahisə etməyin camaat gəlib gedir, ona görə də gedək başqa yerə”. Onlar da stadiondan çıxaraq şəhərciyin girişinə doğru getmişlər. Yolda gedərkən bu zaman görmüşdür ki, şəhərcikdə qalan Mirsaleh qardaşı Nihadla mübahisə edərək Nihadı döyür. Mirsalehlə bərabər tanımadığı başqa uşaqlar da qardaşı Nihadı döymüşlər. O da dərhal araya girib Nihadı aralamaq istəyən zaman Ayxan başının arxa hissəsindən yumruq ilə vurmuşdur. Zərbənin təsirindən hiss etmişdir ki, başında ağrılar olmuşdur. Sonradan o, Mirsalehlə Nihadı ayırmış və onlar birlikdə şəhrəciyin girişinə gəlmişlər. Orada onları tanımadıqları təxminən 26-27 yaşlarında şəxs gəlib Nihadla Mirsalehi əl tutuşduraraq barışdırmışdır. Sonra isə çıxıb getmişdir. O, həmin şəxsi tanımamışdır. Şəhrciyin girişində o, Ayxana demişdir ki, “nəyə görə mən Nihadı aralaşdıranda sən mənim başıma yumruq ilə vurdun”. Bu zaman Ayxan ona demişdir ki, “əcəb edib vurmuşdur”. Elə bunun üstündə Ayxanla yenidən mübahisə yaranmış lakin uşaqlar onları ayırmışlar. Onlar oradan şəhərciyin kənarından meyvə tərəvəz satışı ilə moykanın arasına getmişlər. Orada sarışın Murad ona söymüş, o da Murada həmin söyüşü qaytaran zaman Murad onun sağ sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu anda başının qarışdığını görən Mirsaleh arxan tərəfdən qaça-qaça gəlib onun sağ arxa perenal nahiyyəsindən bir dəfə bıçaq ilə vurmuş və qaçmağa davam etmişdir. Bir iki addım qaçandan sonra qaçmağı davam edib, bıçağı orada olan Əfsərə vermişdir. Sonra qaçıb çıxıb getmişdir. O, isə oradan evə gəlmiş oradan isə valideyinləri ilə birlikdə X5 getmişlər. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, Abşeron Rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivi,bina 3, mənzil 18-də ailə üzlərimlə birlikdə yaşayır. Zəngilan rayonu 34 nömrəli tam orta məktəbin 10-cu sinifində oxuyur. 11 iyul 2023-cü il tarixdə, saat 18-19 arası yaşadıqları şəhərciyin həyətində yerləşən stadionda futbol oynamışlar. Hər komanda 5 nəfərdən ibarət olmuşdur. O, qardaşı Zərərçəkmiş şəxs ilə eyni komandada oynamışdır. Bir qədər oynadıqdan sonsa onların komanda yoldaşlarından bir nəfər oyundan çıxmış, onların komanda üzvləri azalaraq 4 nəfər olmuş, rəqib kamanda üzvləri isə əvvəlki kimi 5 nəfər qalmışdır. Bir xeyli oynamışlar ki, rəqib komandadan da bir nəfər oyundan çıxmışdır. Bu zaman Ayxan adlı oğlan rəqib komandadan oyuna girmək istəmişdir. Onların komanda üzvləri demişlər ki, “biz bayaqdan 4 nəfərlə oynayırıq”. Sonra hər iki tərəf razılaşmışdır ki, onlardan da bir nəfər əlavə oyunçu oyuna daxil olsun. Məsələnin həll olunduğunu düşünüb o, və qardaşı Nicat oyunu davam etdirmək üçün öz qapılarına tərəf getmişlər. Bu zaman səs küy gəlmiş və baxıb görmüşdür ki, Ayxan onların komandasında oynayan Yadulla ilə sözlə mübahisə edir. X7 Yadullaya yaxinlaşmış, nə üçün mübahisə etdiklərini soruşmuşdur. Ayxan da Yadullanı göstərərək demişdir ki, “bu bizə qanı xarab deyir”. Nicat da Yadulladan soruşmuşdur ki, “belə söz demisən?” Yadulla da demişdir İd, “yox demimişəm”. Sonra da Ayxan üzünü onlara tərəf tutaraq demişdir ki, “qanıxarab sizsiniz”. Ayxanın qardaşı Nicatla sərt və əl qolla danışdığını görüb Ayxana demişdir ki, “Nicat səndən yaşca böyükdü niyə belə danışırsan”. Ayxan da ona demişdir ki, “nə böyük eee”. Qıraqdan da xeyli uşaq onlara qarşı sözlə mübahisəyə qoşulmuşdur. Bu vaxt stadionun çölündən keçən bir oğlan qarşı tərəfə üzünü tutub onları göstərərək demişdir ki, “niyə hamınız bunların üstünə düşmüsünüz, ayıbdı qıraqdan gəlib gedən var eşidillər, gedin söhbətinizi kənarda edin”. Onlar stadiondan kənara çıxmaq istəyərkən futbolu qıraqdan izləyən bir oğlan uşağı ona söz atmışdır. O, cavab verəndə isə söyüş söymüşdür. O da söyüşü həmin şəxsə qaytarmışdır. Həmin vaxt stadionun qırağında olan Mirsaleh adlı oğlan, ona acıqlanmışdır ki, “niyə söyüş söyürsən”. O da Mirsalehə demişdir ki, “birinci o mənə söydü”. Söz onun ağzından çıxar-cıxmaz Mirsaleh onun başına əli ilə zərbə vurmuşdur. O da Mirsalehə qarşılıq verməyə çalışmışdır. Amma Mirsaleh ondan böyük olduğu üçün gücü çatmamışdır. Onlar dalaşərkən bir az əvvəl qıraqda dayanan digər oğlanlar da onu arxadan yumuruq və təpiklə vururmuşlar.Onu döydüklərini görən qardaşı Nicat onları aralaşdırmağa gəlmişdir. Onu tutub kənara çəkərkən Ayxan Nicatın başına yumuruqla zərbə vurmuşdur. Qardaşı ondan niyə vurduğunu soruşanda Ayxan əcəb edirəm demişdir. Nicat onu kənara çəkmiş və demişdir ki, “evə get”. Həmin vaxt 26-27 yaşlarında olan bir nəfər onu və Mirsalehi stadiondan kənara çıxararaq şəhərciyin hasarından kənarda meyvə satışı dükanı ilə avtoyumanın arasında olan sahəyə aparmışdır. Onları əl tutuşduraraq barışdırmış, bir də dalaşmamaqlarinı tapşırıb sonra çıxıb getmişdir. Bu vaxt Nicatgildə stadiondan uzaqlaşaraq onların arxasınca gəlmişlər. Orada uşaqlarla bir müddət söhbət etməyə başlamışlar. Onlar söhbət edərkən Mirsaleh gözə dəyməmiş,harasa getmişdir. Bir az söhbət etmişlər ki, Murad adlı oğlan Nicata söyüş söymüş, Nicat da söyüşü Murada qaytaranda Nicatın üzünə yumuruqla zərbə vurmuş və geri çəkilmişdir. Nicat da Murada tərəf getmişdir ki, “məni niyə vurursan”. Nicat üzü avtoyuma tərəfə durmuşdur. O, da Nicatın bir neçə addım arxasında, bir qədər sağda dayanmışdır. Bu vaxt ayaq tapbıltısı, qaçış səsi eşitmişdir. Dönüb baxanda görmüşdür ki, Mirsaleh qaça-qaça gəlir. Mirsaleh arxadan qaça-qaça gələrək Nicatı arxadan oturacaq nahiyəsinə bıçaqla vurmuş, bir neçə addım qaçdıqdan sonra dönüb geriyə- Nicata baxıb sonra yenə qaçmağa davam etmişdir. Qaçarkən bıçağı bir qədər aralıda dayanan Əfsər adında oğlana uzatmışdır. Əfsər də bıçağı alıb cibinə qoymuşdur. Mirsaleh qaçmağa davam edərək oradan uzaqlaşmışdır. Nicatdan qan axmış və ağrıdığını demişdir. Ona görə də onlar evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Füzuli şəhəri, Xanlar küçəsində qeydiyyatda olmalqa ünvan 5 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarand şəhərciyində yerləşən 34 saylı orta məktəbin 10-cu sinifində oxuyur.xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Qarand şəhərciyində yerləşən futbol meydançasında futbol oynamışdır. Bu zaman Mirsalehlə Nicatın arasında futbol oynamaq üstündə mübahisə baş vermişdir.O da ora yaxınlaşıb onları sakitləşdirmək istəmişdir. Bu zaman Nicat ona nəlayiq ifadələr işlətmişdir. O da əli ilə Nicatın başından arxaya itələmişdir. Lakin həmin vaxtı Nicat heç bir xəsarət almamışdır. Bundan sonra o, Nicatgilin harasa Mirsalehlə mübahisə etmək üçün getdiklərini görüb öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 6 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs eyni binada yaşayırlar. O, cümlədən Mirsalehlə yan yana binada yaşamışlar. xx.xx.2023cü il tarixdə saat 19 radələrində o, yaşadığı Mehdaiabad qəsəbəsində yerləşən Qarand şəhərciyində yerləşən Meyvə Tərəvəz dükanın yanında olmuşdur. Bu zaman Mirsalehin qaça-qaça ona tərəf gəldiyini görmüşdür. Mirsaleh onun yanma yaxınlaşanda əlində olan bıçağı onun sağ cibinə qoyaraq qaçıb çıxıb getmişdir. O da cibinə baxanda görmüşdür ki, bıçaqdı bu zaman həmin bıçağı Meyvə tərəvəz dükanın yanında bağ sahəsinə tullamış və çıxıb evinə getmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2023-cü il tarixli 2102 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2023-cü il tarixli 35 Ə saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-hər iki sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sübutlarla təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yüngülləşdirən hal cinayəti törədərkən yetkinlik yaşına çatmaması hesab olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkən şəxs təqsirləndirilən şəxslə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1.maddəsinə görə cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 30 saat olmaqla, 180 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 30 saat olmaqla, 180 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-419/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-419/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver