Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-419/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Quba rayonu, Mirzəməmmədkənd kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində sonuncunun dəvəti ilə təmizlik işləri apararkən evin ikinci mərtəbəsində uşaq otağında paltar dolabında olan dəmir pul qabının içərisindən Azərbaycan manatına ekvivalentdə 5950 manat təşkil edən 3500 ABŞ dollarını və 1500 manat pulu, cəmi vahid niyyətlə 7450 (yeddi min dörd yüz əlli) manat miqdarında pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 7450 (yeddi min dörd yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisəni törərmişdir, amma məbləğ şişirdilmişdir, cəmisi 3000 manat oğurlamışdır, bunu da xəstə uşağının müalicəsinə sərf etmişdir.Vurulan ziyanı qaytarmışdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki,2 ildir Bakı şəhərində təmizlik şirkətlərində təmizlikçi işləyir. Sifariş əsasında şirkət onu fərdi yaşayış evlərində təmizlik işinə göndərmişdir. Həmçinin özü də sifariş əsasında evlərə təmizliyə getmişdir. Təxminən 1 il əvvəl “Təmiz evim” şirkətindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 92A, mənzil 627-də təmizlik işi görmək üçün göndərilmişdir. Onunla birlikdə iki nəfər qadın da həmin mənzilə təmizlik işinə göndərilmişdir. Bir gün ərzində evin təmizlik işini görüb qurtarmışlar. Həmin mənzildə yaşayan Rəhilə adlı qadın onun telefon nömrəsini götürüb, onu təmizlik işi üçün çağıracağını bildirmişdir. Bundan sonra həftədə bir dəfə və ya 10 gündən bir Rəhilə adlı qadının sifarişi ilə onların Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 92A-da yerləşən 627 nömrəli mənzilini və Abşeron rayonu, Saray qəsəbsində yerləşən bağ evlərini təmizləmişdir. Rəhilə mənzildə və bağ evində kürəkəni və qızı ilə birlikdə yaşayır. Təmizlik üçün Rəhiləgil ona hər dəfə 100 manat ödəmişlər. Yay fəslində Rəhiləgil bağ evində yaşadıqları üçün 2024-cü ilin iyun ayından Saray qəsəbəsində yerləşən bağ evlərinin həftədə bir gün təmizlik işini görmüşdür. Saray qəsəbəsində bağ evinin ikinci mərtəbəsində uşaq yataq otağında paltar dolabının içində üstündə dollar şəkli olan pul kassası olmuşdur. Həmin kassada pul olduğunu hiss etmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o, Saray qəsəbəsinə Rəhiləgilin bağ evlərinə gəlmişdir. Həmin vaxtı evdə Rəhilənin kürəkəni Zamin və qızı Zərifə evdən çıxıb getmişlər. O, da evin təmizlik işini görməyə başlamışdır. Həmin gün saat 11 radələrində uşaq otağında dolabda olan pul kassasını götürüb silkələmiş və içində pul olduğuna əmin olub kassadan pul oğurlamaq qərarına gəlmişdir. Buna görə kassanın pul atılan deşiyindən dırnaqları ilə pul çıxarmağa başlamışdır. Həmin gün kassadan 1500 manat 50 və 100-lük əskinaslar və 3 ədəd 100-lük ABŞ dolları çıxarıb kassanı dolaba yerinə qoymuşdur. Həmin gün axşam bağ evindən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 08-də yenidən Saray qəsəbəsinə Rəhiləgilin bağ evinə təmizlik işi görmək üçün getmişdir. Həmin vaxtıda evdə heç kim olmamışdır. O, həmin gün yenidən uşaq otağında olan pul kassasını götürüb kassadan pul atılan deşiyindən dırnaqları ilə 1000 manat 50 və 100-lük əskinaslar çıxarmışdır. Pulu çıxaran zaman bəzi pul əskinasları cırılıb zədələnmişdir. O, zədələnmiş əskinaslarıda yapışdırıb şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan bir neçə gün sonra Rəhilə ona zəng edib kassadan pul götürüldüyünü bildirmiş, o, əvvəl bu barədə heç nə bilmədiyini desədə, sonradan kassadan pul oğurladığını etiraf etmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdə pul qabından 3500 (üç min) ABŞ dolları oğurlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə tərəfindən 2250 manat ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunmuş ifadəsində göstərmişdir ki, evlərinin təmizlik işinin görülməsi üçün 1 il əvvəl təmizlik şirkətinə müraciət etmiş və həmin vaxtı şirkət evin təmizliyi üçün üç nəfər qadın göndərmişdir. Həmin qadınlar bir neçə gün ərzində evin təmizlik işlərini görüb getmişlər. Həmin qadınlardan bir nəfəri Təqsirləndirilən şəxs telefon nömrəsini onlara verib iş olduqda çağırmalarını bildirmişdir. Həmin müddətdən onlar Ruhiyyə adlı qadına müraciət edib evin təmizlik işlərini gördürmüşlər. Ruhiyyə həmçinin bu ilin 3 ay yayı müddətində bonların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bağ evlərində də təmizlik işləri görmüşdür. Təxminən 1 ildir uşaq üçün üzərində dollar işarəsi olan pul kassası alıb içinə pul yığırmış. Hər ay kassaya 400 ABŞ dolları və 200 manat pul salmışdır. 2024-cü ilin iyun ayında Saray qəsəbəsində olan bağ evlərinə köçdüyü üçün həmin kassanıda bağ evinə aparmışdır. Ruhiyyə də həftədə bir dəfə bağ evinə gəlib bir gün ərzində təmizlik işini görüb getmişdir. Elə vaxt olmuşdur ki, Ruhiyyə bağ evində tək qalıb təmizlik işini görmüşdür. Sonuncu dəfə Ruhiyyə bağ evində xx.xx.2024-cü il tarixdə olub təmizlik işi görmüşdür. Ruhiyyə sonuncu xx.xx.2024-cü il tarixdə bağ evindən gedən zaman xəstə olduğunu bir müddət gələ bilməyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, pul yığdığı kassanın pul atılan deşiyinin ağızının cızıldığını görmüşdür. Həmçinin kassanı çalxaladıqda kassada pul azaldığını hiss etmişdir. O, dərhal kassanı açıb içinə baxdıqda kassada olan 920 ABŞ dolları və 160 manat pul olduğunu aşkar etmişdir. Həmin pullardan 3 ədəd 100 və 1 ədəd ABŞ dolları əskinasının və 1 ədəd 50 manatlıq əskinasın cırıldığını görmüşdür. Kassadan 3500 ABŞ dolları və 1500 manat pul oğurlanmışdır. O, oğurluğu evlərində xadiməçi işləyən Ruhiyyədən şübhələnmiş və qayınanası Quliyeva X3 zəng edib bu barədə dedikdə Ruhiyyə əvvəl pulu oğurlamadığını bildirmişdir. Səhəri gün Ruhiyyə qayınanası Rəhiləyə zəng edib kassadan 1000 manat oğurladığını etiraf edib, polisə şikayət etməmələrini xahiş etmişdir. O, da bundan sonra Saray polis bölməsinə şikayət etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, qızı Zərifə onun ailəsi ilə birlikdə yaşayır. Yay fəslində Abşeron rayonu, Saray qəsəbəsində bağ evində yaşayırlar. Evlərinin təmizlik işlərini görmək üçün 1 il əvvəl təmizlik şirkətinə müraciət etmişlər və həmin şirkət evin təmizliyi üçün üç nəfər qadın göndərmişdir. Həmin qadınlardan bir nəfəri Təqsirləndirilən şəxs telefon nömrəsini onlara verib, iş olduqda çağırmalarını bildirmişdir. Həmin müddətdən onlar Ruhiyyə adlı qadına müraciət edib evin təmizlik işini gördürmüşlər. Ruhiyyə həmçinin bu ilin 3 ay yay fəslində, yəni iyun ayından, sentyabr ayına qədər Saray qəsəbəsindəki bağ evlərində təmizlik işləri görmüşdür. Təxminən 1 ildir kürəkəni Zərərçəkmiş şəxs uşaqları üçün üzərində dolları işarəsi olan pul kassası alıb içinə pul yığmışdır. Yay fəslində bağda olduqları üçün Zamin kassanı bağ evinə aparmışdır. Ruhiyyə həftədə bir dəfə bağ evinə gəlib, gün ərzində təmizlik işini görüb getmişdir. Elə vaxt olmuşdur ki, Ruhiyyə bağ evində tək qalıb təmizlik işini görmüşdür. xx.xx.2024-cü il tarixdə axşam saatlarında kürəkəni Zamin pul yığdığı kassaya müdaxilə olduğunu ağız hissəsinin cızıldığını bildirmişdir. Zamin həmçinin kassada az pul olduğunu hiss etdiyini deyib, kassanı açmışdır. Kassada 920 ABŞ dolları və 160 manat pul manat olduğunu görmüşdür. Zamin kassadan 3500 AB dolları və 1500 manat pulun oğurlandığını bildirmişdir. Oğurluğun Ruhiyyə tərəfindən edildiyindən şübhələndikıəri üçün o, Ruhiyyəyə zəng edib əvvəl yoxlamaq üçün Ruhiyyədən kassanın evin hansı otağında olduğunu soruşmuşdur. Ruhiyyə əvvəl kassanı evin 1-ci mərtəbəsində, sonra yuxarı otaqda olduğunu bildirmişdir. O, Ruhiyyəyə kassadan pul oğurlandığını və pulun onun tərəfindən götürülüb-götürülmədiyini soruşmuşdur. Ruhiyyə kassadan 1000 manat pul oğurladığını etiraf etmişdir. O, Ruhiyyəyə kassadan daha artıq pul oğurladığını bildirmişdir. Kürəkəni Zamin bu barədə polisə şikayət etmişdir. Ruhiyyə sonradan ona zəng edib kassadan 3000 manat oğurladığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü qismən təqsirli bilməsini, əməlindən peşiman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması, ziyanın qismən ödənilməsi, himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Bakı Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-419/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-419/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver