Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-42/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində tanışı Şahid3 satış məqsədilə qanunsuz olaraq tanışları Şahid2 və Şahid1 verdiyi 35 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan ümumi 1,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alıb, Şahid2 və Şahid1 ilə birlikdə bir hissəsini qəbul etdikdən sonra qalan narkotik vasitə olan heroni bölərək 0.187 qramını Şahid2, qalan 0,198 qram çəkidə narkotik vasitə heroini isə Şahid1 vermiş, Şahid2 22 aprel 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib, idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş kustar üsulla hazırlanmış 0,187 qram çəkidə narkotik vasitə olan heroin, Şahid1 həmin tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş olan, kustar üsulla hazırlanmış 0,198 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşaraq, evin giriş qapısının açıq olmasından istifadə edib, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 120 manat dəyərində 01 ədəd 2 qram çəkili, 585 əyyarlı qızıl qadın üzüyünü, 20 manat dəyərində 01 ədəd qadın qol saatını, 50 manat dəyərində 01 ədəd qara rəngli dəri kəmərli qadın qol saatını və 10 manat dəyərində 01 ədəd gümüş qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 qızma məxsus fərdi yaşayış evinin hamam otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığı zor tətbiq etmək yolu ilə sındırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 220 manat dəyərində 01 ədəd “Bosch” markalı laqondanı, 180 manat dəyərində 01 ədəd “Bosch” markalı preforatoru, 100 manat dəyərində 01 ədəd elektrik tənzimləyicini, 90 manat dəyərində 01 ədəd kiçik əl drelini, 500 manat dəyərində 01 ədəd çay dəstini, 40 manat dəyərində 01 “Eurolux” markalı ütünü, hamam otağından 70 manat dəyərində 01 ədəd feni, 90 manat dəyərində 01 ədəd paltar qurutmaq üçün qızıdırıcı radiatoru, həmin evin arxasında yerləşən əl damının plastik qapısını açmaq yolu ilə, saxlanc yeri hesab olunan əl damma qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində 01 ədəd “İmmerqas” markalı kombi aparatını, 1500 manat dəyərində 01 ədəd markası məlum olmayan kondisioneri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4590 (dörd min beş yüz doxsan) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid1, Şahid2, X6 və Şahid3 o, tanıyırm həmin şəxslər onunla birlikdə yaşadığı qəsəbədə yaşayırlar. X10 isə onun əmisi oğludur. Şahid3 narkotik vasitə satmasından onun xəbəri olmuş, çünki o, hər dəfə Vaqifdən narkotik vasitə alıb həm özü, həm də tanışları Rəvan və Rəsula verirmiş. Rəvanla Rəsul, Vaqifi üzdən tanısalar da, özləri sonuncudan narktoik Vasitə ala bilmirmişlər. Rəvangilə narkotik vasitə lazım olan zaman, narkotik vasitəni özü Vaqifdən alıb həmin şəxslərə verirmiş. xx.xx.2020-ci il tarixdə Rəvanla Rəsul ona narkotik vasitə lazım olduğunu bildirmiş və o, Rəvana «pul verin Vaqifdən alım gətirim» sözlərin demişdir. Bundan sonra Rəvanla Rəsul ona 35 manat pul vermişlər və o, gedib Vaqifdən 1 qram narkotik vasitə olan heroin alıb gətirmişdir. Onlar həmin 1 qram narkotik vasitədən bir yerdə qəbul etmiş, qalan narkotik maddə olan heroini Rəvanla Rəsul öz aralarında bölüşdürüb götürmüşrlər. Daha sonra o, həmin gün X12 rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarını bilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yaşayan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 yaşadığı həyətin darvazasını bağladığını və harasa çıxıb getdiyni gördükdə, Saray bələdiyyəsinin həyətindən hasardan aşaraq, həmin həyətə keçmişdir. Evin giriş qapısı açıq olduğundan, həmin evə daxil olmuşdur. Evin yataq otağında olan dolabdan bir ədəd pul qabını götürüb həmin evi tək etmişdir. Daha sonra həmin pul qabının içərsiniə baxdıqda 01 ədəd qadın üzüyü, bijuteriya və bloknotun oduğunu görmüşdür. Bundan sonra o, həmin üzüyü tanımadığı bir nəfər qızıldan başı çıxan şəxsə göstərmiş və həmin şəxs üzüyün qızıl olmadığını ona bildirmişdir. Bundan sonra o, üzüyü, pul qabını və bloknotu Saray qəsəbəsində olan zibilliyə tullamışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yaşadığım evdən çıxıb Saray qəsəbəsində oğurluq etməyə ev axtarırmış. Onun diqqətini qəsəbədə yaşayış olmayan bir ev cəlb etmiş, sonradan həmin evin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Həmin evin həyətinə hasardan tullanıb keçmiş və evin arxasında kiçik əl damında kombi ilə kondisioner olduğunu görmüşdür. Evin hamam otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığını güc tətbiq edərək yerindən çıxardıb pəncərənin şüşəsini sındıraraq həmin pəncərədən evə daxil olmuş və evdən 01 ədəd “Bosch” markalı laqondanı, 01 ədəd “Bosch” markalı preforatoru, 01 ədəd elektirk tənzimləyicini, 01 ədəd kiçik əl direlini, 01 ədəd çay dəstini, 01 ədəd ütünü, hamam otağından isə 01 ədəd feni və 01 ədəd paltar qurutmaq üçün qızıdırıcı radiatoru götürüb evə girdiyi yerdən çıxmışdır. Daha sonra o, evin arxa tərəfinə keçmiş və orada olan əl damının olduğunu görmüşdür. Həmin əl damının plastik pəncərəsini dartaraq açıb oraya daxil olmuşdur. Orada o, 01 ədəd qoşulmamış vəziyyətdə kondisionerin və 01 ədəd qoşulmuş vəziyyətdə kombi aparatının olduğunu görmüşdür. Əl damında taxta kəsən mişarın olduğunu görüb həmin mişarla kombi aparatının plastik borularını kəsib kombi aparatını yerindən çıxamışdır. Bundan sonra kondisioneri oradan götürüb həmin evdən biraz kənarda qoymuq, sonra qayıdıb kombi aparatını da götürüb kondisionerin yanma gətirmiş, daha sonra isə evdən oğurladımı əşyaları da bir yerə gətirib yığaraq gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə səhər tezdən tanımadığı taksi ilə həmin yerə gələrək, oğurladığı əşyaları həmin vatomobilə yığıb, Sumqayıt şəhəri, «Yaşma» bağlar massivinə aparıb tanımadığı şəxsə 400 manat müqabilində satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki. Tovuz rayonunda yaşayasa da, onun Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundov küçəsində fərdi yaşayış evi vardır. xx.xx.2020-ci il tarixdə sonuncu dəfə Saray qəsəbəsindən çıxaraq. Tovuz rayonuna getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Tovuz rayonundan çıxaraq, Saray qəsəbəsində olan evimə gələrkən, evin pəncərəsinin dəmir barmaqlığının sımdırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, evindən oğurluq olduğunu zənn edib DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirən zaman, evin həyətindəki yardımçı tikilidən bir ədəd 1800 manat dəyərində “İmmerqas” markalı kombi aparatının, bir ədəd 1500 manat dəyərində markasını bilmədiyi 100 kvadratlıq kondisionerin, bir ədəd 220 manat dəyərində "Bosch” markalı laqondanın, bir ədəd 180 manat dəyərində "Bosch” markalı pereferatorun, bir ədəd 100 manat dəyərində tənzimləyicinin, bir ədəd 90 manat dəyərində kiçik əl direlinin, hamam otağından bir ədəd 70 manat dəyətində fenin, 90 manat dəyərində paltar qurutmaq üçün qızıdırıcı batareyanın, evin qonaq otağından isə bir ədəd 500 manat dəyərində çay dəstini və bir ədəd 40 manat dəyərində "Eurolux” markalı ütünün oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4590 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi V.Axundov küçəsi ev 29Bdə qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı evin həyətyanı sahəsi 0,02 ha torpaq sahəsindən ibarətdir. Həmin həyətdə bir mərtəbəli kürsülü fərdi yaşayış evi, qalan hissəsi isə həyətyanı sahədir. Həyətinin ətrafı mişar daşlan ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. 10 iyun 2020-ci il tarixdə saat 19 radələrində evin giriş qapısını açıq qoysa da, həyətin qapısını bağlayıb dərman almaq üçün Xırdalan şəhərinə getmişdir. Həmin gün saat 20 radələrində evinə qayıdarkən, evin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Evinə daxil olarkən, naməlum şəxsin evin yataq otağındakı paltar şkafından 120 manat dəyərində bir ədəd 2 qram çəkidə 585 əyyarlı qızıl qadın üzüyünün, 20 manat dəyərində bir ədəd qızılı rəngli bijuteriya qadın qol saatının, bir ədəd 50 manat dəyərində qara dəri kəmərli bijuteriya qadın qol saatının və bir ədəd 10 manat dəyərində gümüş qadın üzüyünün oğurlandığını aşkat etmişdir. Baş vermişn oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 200 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır Asimlə münasibətləri hər zaman yaxşı olmuş. Asimlə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Ona narkotik vasitə lazım olan zaman o, tanışı Təqsirləndirilən şəxs pul verirmiş və Asim də Abşeron rayonu, Saray qəsəbə sakini Şahid3 narkotik vasitə olan heroin alaraq ona verirmiş. 22 aprel 2020- ci iltarixdə 11 radələrində tanışı Rəsulla bir yerdə digər tanışı Təqsirləndirilən şəxs 40 manat vermiş və Asim də Abşeron rayonu. Saray qəsəbə sakini Şahid3 narkotik vasitə heroin alaraq tanışı Rəsulla ona vermişdir. Onlar həmin narkotik vasitə heroindən bir qədər qəbul etmişlər, qalan narkotik vasitə olan heroini Rəsulla öz aralarında bölüşdürüb götürmüşlər. O, öz payına düşən narkotik vasitə olan heroini siqaretin gümüşü rəngli kağızına qoyaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra onlar ayrılmış və hərə öz evinə getmişdir. Həmin günü 22 aprel 2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu. Saray qəsəbəsində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirib vəsiqələrini göstərib onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməli olduğumu bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Abşeron rayon Polis İdarəsində olan zaman ona dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar olunmuşdur. Sonra üstündən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə tərkibinin müəyyən edilməsi üçün ekpertizaya göndəriləcəkdir. Sorğu zamanı polis əməkdaşlarına ilkin olaraq üstümdən aşkar edilmiş narkotik vasitə heroini 22 aprel 2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən öz istifadəm üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirlməsi barədə protokol tərtib edilmişdir. Sonra özü səmimi olaraq bildirmişdir ki, himin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə Abşeron rayonu. Saray qəsəbə sakini Şahid3 təxminən 35-40 manata almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır Asimlə münasibətləri hər zaman yaxşı olmuş. Asimlə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Ona narkotik vasitə lazım olanda tanışı Təqsirləndirilən şəxs pul vermiş, Asim də Abşeron rayonu, Saray qəsəbə sakini Şahid3 alaraq ona vermişdir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 22 aprel 2020-ci iltarixdə 11 radələrində tanışı Rəvanla bir yerdə digər tanışı Təqsirləndirilən şəxs 35-40 manat vermiş və Asim də Abşeron rayonu, Saray qəsəbə sakini Şahid3 narkotik vasitə heroin alaraq tanışı Rəvanla ona vermişdir. Onlar həmin narkotik vasitə heroindən bir qədər qəbul etdik qalan narkotik vasitə olan heroini Rəvanla öz aralarında bölüşdürüb götürmüşlər. O, öz payına düşən narkotik vasitə olan heroini siqaretin gümüşü rəngli kağızma qoyaraq əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibinə qoymuşdur. Sonra onlar ayrılmışlar və hərə öz evinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:20 radələrində Abşeron rayonu. Saray qəsəbəsi, Vəli Axundov küçəsində olarkən Abşeron rayon polis idarəsinin əməkdaşları onu saxlayıb Abşeron rayon polis idarəsinə dəvət edib gətirmişlər. Abşeron rayon polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. O da əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroini çıxardıb təqdim etmişdir. Üzərində olan təqdim etdiyi bir ədəd büküm qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən heç bir şikayət, ərizə və vəsatət daxil olmamışdır. Protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxx 1985-ci il təvəllüdlü Şahid2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin TŞnin baş təhqiqatçısı polis kapitanı X3 və Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı X5 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 23 aprel 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi. Vəli Axundov küçəsində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Şahid2 yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Şahid2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib Şahid2 Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 9-cu məhəllə, 2-ci paralel küçəsində qeydiyyatda olan, Abşeron rayonu. Saray qəsəbəsi. Üzümlük yaşayış massivi, M.F.Axundov küçəsi ev 12-də yaşayan Şahid2dur. Abşeron RPİ- nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Şahid2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şahid2 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində tünd qəhvəyi rəngli toz şəkili maddə müşahidə olunmuşdur. Sorğu zamanı Şahid2 bildirmişdir ki, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofan bükümün içərisində olan tünd qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroindir, bir ədəd şəffav rəngli bükümdə olan narkotik maddə heroni 23 aprel 2020-ci il tarixdə səhər saat 11 radələrində Sumqayıt şəhəri 17 mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata alıb özü ilə Abşeron rayonu Saray gəsəbəsinə daşıyaraq saxlamışdır. Şahid2 üzərində aşkar olunan bir ədəd şəffav rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Şahid2 izahatı alınmışdır. Şahid2 özünün deməsinə görə həmin narkotik vasitə olan tiryəki Sumqayıt şəhəri 17 mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Lakin keçirdikləri əməliyyat tədbirləri zamanı Şahid2 üzərində saxladığı narkotik maddəni Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şahid3 aldığı müəyyən olunmuşdur. Bundan başqa Şahid2 ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı müyyən olunmuşdur ki, Şahid2 22 aprel 2020-ci il tarixdə saat 05 radələrində tanışları Şahid1 və X10 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında X7ma məxsus Abşeron rayonu, Saray qəsəbəsi, “Tərlan” adlı şadlıq sarayının yaxınlığında yerləşən tərdi evinin qarşısına gələrək hasardan evin həyətinə qanunsuz daxil olmaqla həmin həyətdən 500 manat dəyərində tikinti alətlərini, bir ədəd 750 manat dəyərində olan generatoru, bir ədəd 750 manat dəyərində olan elektrik qaynaq aparatını və evin ikinci mərtəbəsinin eyvanından bir ədəd 150 manat dəyərində olan samovarını gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs X7ma ümumilikdə 2150 manat maddi ziyan vurmuşdur. Sorğu zamanı Şahid2 yuxanda adı qeyd olunan evdən oğurluq etməsini etiraf etmişdir. Şahid3 Abşeron rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü o, Abşeron RPİ- nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X2 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 aprel 2020-cu il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəs,’’Tərlan” şadlıq sarayının arxasında yerləşən fərdi yaşayış evinin qarşısında məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Şahid3 yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Şahid3 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə yaşayan Şahid3dur. Abşeron RPİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Şahid3 vəkilinin yanında tərəfılərndən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şahid3 əynində olan qara rəngli yarım gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm çıxararaq təqdim etmişdir. Təqdim edilmiş bir ədəd bir ədəd ağ rəngli kağıza bükülmüş bükümə içərisinə baxış keçirən zaman həmin bükümün içərisində içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı Şahid3 bildirmişdir ki, “əynində olan qara rəngli yarım gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə tünd qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroindir, həmin heroini 24 aprel 2020-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhərində, Mərkəzi bazar deyilən ərazidə tanımadığı şəxsdən 10 manata alıb özü ilə Abşeron rayonu. Saray qəsəbəsinə daşıyaraq saxlamışdır.” Şahid3 üzərində aşkar olunan bir ədəd ağ rəngli kağızma bükülmüş büküm zərlə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Şahid3 izahatı alınmışdır. X4 ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı müyyən olunmuşdur ki, Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Şahid1 Şahid3 satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşları Şahid5 və Şahid6 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 200271059 nömrəli cinayət işi üzrəməhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2020-ci il tarixli 6/523 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1... sözləri və yazılar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.198 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,137 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). 200271059 nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2020-ci il tarixli 6/534 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid2... sözləri və yazılar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.187 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,148 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). 200271059 nömrəli cinayət işi üzrə üzrə məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2020-ci il tarixli 6/551 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3... sözləri və yazılar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.212 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,162 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). 200271059 nömrəli cinayət işi üzrə nömrəli cinayət işi üzrə üzrə məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2020-ci il tarixli 6/965 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 üzərində şəxsi axtarış aparılarkən...” sözləri və yazısı olan bir ədəd zərfdəki (zərf № 1) 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.162 qram narnotik vasitə heroin, üzərində “...Şahid1...” yazısı olan bir ədəd zərfdəki (zərf № 2) 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,148 qram narnotik vasitə heroin, üzərində “...Şahid2...” yazısı olan bir ədəd zərfdəki (zərf № 3) 01(bir) ədəd bükümdə təmiz çəkisi 0.137 qram narnotik vasitə heroin kimyəvi kompanent tərkiblərinə görə eynidirlər (qalıq 0,112 qram - 0,050 qram, qalıq 0,098 qram - 0,050 qram və qalıq 0,087 qram - 0,050 qram narkotik vasitə heroinlər tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli, 21/119R nömrəli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi, R.Axundoı küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 qızma məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı 08 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 01 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1985- ci ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağın əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2042 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui - istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmuşdur. Şübhəli şəxsi tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır. Axtarışda olan şəxsin tutması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş və MSY-sə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 151923 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 66.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1200 manat miqdarında cərimə cəzası saxlanılmış və həmin cərimə cəzası 01 il müddətinə qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində təyin olunmuş islah işləri cəzasını bu günədək icra etməmişdir. Amnistiya aktının tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 7(012)-22/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla islah işləri cəzasından azad edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid3, Şahid1 və Şahid2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,087, 0,98 və 0,112 qram çəkilərdə heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi hazırkı cinayət işi üzrə nəzərə alınması göstərilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs оğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Abşeron rayon Pİ-də saxlanılan Şahid3, Şahid1 və Şahid2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,087, 0,98 və 0,112 qram çəkilərdə heroinin taleyi hazırki iş üzrə yekun məhkəmə qərarı ilə həll edilə bilməz, sözügedən maddi sübutun taleyinin ********* nömrəli cinayət işi üzrə yekun qərarla həll edilməli oduğu nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Şahid3, Şahid1 və Şahid2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,087, 0,98 və 0,112 qram çəkilərdə heroinin maddi sübut qismində taleyinin ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı ilə həll edilməli oduğu nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-42/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-42/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver