Məhkəmə qərarları › İş №1(012)-42/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-42/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-42/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1996-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə törətdiyi oğurluq cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham olunub barəsində Abşeron rayon Məhkəməsində baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında 30 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs oğlına məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən sahibi olduğu "xxxx" MMC-nin ofis binasına pəncərəni açmaqla qanunsuz daxil olub oradan içərisində 10.300 manat pul olan 150 manat dəyərində dəmir seyfi birlikdə gizli olaraq talayıb özünə məxsus «Opel» markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobilə yerləşdirmiş, bundan sonra binada quraşdırılmış videomüşahidə kameralarının yaddaşına düşməmələri üçün geri qayıdıb orada quraşdırılmış və hər birinin dəyəri 200 manat olan ümumi 400 manat dəyərində 2 ədəd «Multstar» markalı yaddaş qurğusunu, həmçinin bir ədəd 500 manat dəyərində 64138 №-li, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, «LU- MAR Maqnum» modelli çaxmaqsız, hamar təklüləli, sürüşən lüləaltı yastıq vasitəsi ilə təkrar doldurulan ov tüfəngini gizli olaraq talayıb avtomobilinin yük yerində gizlətməklə ov tüfəngini gizli olaraq talaması barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verməyib, Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 11.050 manat dəyərində yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 08 aprel 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsciq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,187 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis əməkdaşları tərəfindən Abşeron rayonu,Mehdiabad qəsəbəsində saxlanılıb Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gətirilərək, bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd bükümdə 0,187 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında 30 noyabr 2021-ci il tarixdə saat 03 radələrində X6 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən sahibi olduğu "xxxx" MMC-nin ofis binasına pəncərəni açmaqla qanunsuz caxil olub, oradan içərisində 10.000 manat pul olan 150 manat dəyərində dəmir seyfi və hər birinin dəyəri 200 manat olan ümumi 400 manat dəyərində 2 ədəd «Multstar» markalı yaddaş qurğusunu birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10.550 manat dəyərində yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Abşeron rayonu, Mehiabad qəsəbəsində yaşayır, lakin ata-baba vətəni Novxanı kəndi olduğu üçün tez-tez Novxanı kəndinə gedir. Oğurluq hadisəsini etməzdən təxminən 3 gün əvvəl Novxanı kəndinə getmişdir. Kənddə olan zaman təsadüfən tanışı iki il müddət tanıdığı Abbasqulu ilə rastlaşmışdır. Abbasqulu ilə haləhval etdikdən sonra sonuncu ona əvvəl işlədiyi yerdən oğurluq etmək istədiyini və birlikdə həmin yerdən oğurluq etmək üçün getməyi ona təklif etmişdir. O, Abasqulu ilə razılaşmış və nə vaxt getmək lazım olarsa hazır olduğunu bildirmişdir. Abbasqulu həmin yerin “parnik sahəsi” olduğunu, həmin yerdə ofisdə pul olmadığını, həmin yeri yaxşı tanıdığını, gecə vaxtlarında orada heç kimin olmadığını da bildirmişdir. 2021-ci ilin noyabr ayının son günlərində, dəqiq günü xatırlamadığı vaxtda, saat təxminən 03 radələrində Abbasqulu ilə telefon əlaqəsi saxlamış, ona özünə məxsus “Opel” markalı avtomobil ilə Novxanı kəndinə gələcəyini bildirmişdir. Novxanıya çatan vaxt Abbasqulu ilə görüşmüş, birlikdə Abbasqulunun dediyi ünvana getmişlər. Həmin ünvana çatdıqda idarə etdiyi avtomobili bir küçə aralıda saxlamış, ətrafa baxış keçirdikdən sonra kiminsə olmadığını yəqin edib daş hasardan həyətə tullanmışlar. Həyətdə də heç kim olmamış, ətrafa baxış keçirikdən sonra orada olan ikimərtəbəli tikiliyə plastik pəncərəni vintaçanla açmaqla daxil olmuş, həmin yerdə axtarış işləri keçirdikdən sonra dəmirdən olan seyfi götürüb pəncərədən daxil olduğu yerdən çıxmışlar. Sonra hasardan çölə tullanaraq avtomobili saxladığı yerə gedib həmin seyfi maşının salonuna qoymuş, binaya oğurluğa girdikdə içəridə kameralar olduğu üçün həmin kameralara düşməmələri üçün gedib kameraların yaddaş qurğusunu götürməyi qərara almışdır. Bu məqsədlə seyfi maşına qoyduqdan sonra Abasquluya maşında əyləşməsini və özü tək gedib kameraların yaddaş qurğusunu çıxarıb qayıdacağını bildirmişdir. Bundan sonra Abasqulu maşında qalmış və özü tək qayıdıb yenidən binaya girmiş, içəridə quraşdırılmış kameraların 2 ədəd yaddaş qurğusunu çıxardıqdan sonra yenidən ətrafa nəzər salmış və gözü bir ədəd ov silahına sataşmışdır. Həmin silah xoşuna gəldiyi üçün onu da gğtürməyi qərara almışdır. Buna görə də həm kameraların iki ədəd yaddaş qurğusunu və həm də ov silahını götürüb binadan çıxmış, ətrafa nəzər saldıqda kimsənin olmadığına əmin olub birbaşa maşınana yaxınlaşmış, arxadan maşının yük yerini açıb həm kameraların yaddaş qurğusunu və həm də silahı yük yerinə qoymuş, sonra maşına əyləşib oradan uzaqlaşıb getmişlər. Abasqulu kameraların yaddaş qurğusunu çıxarıb maşının yük yerinə atdığını yəqin etdiyi üçün bu barədə maraqlanmamış və o da oğurladıqları seyfdən əlavə ov silahını da götürdüyünü sonuncuya deməmişdir. Dəmir seyfin qapısı bağlı vəziyyətdə olmuş, buna görə də maşını sürüb Mehdiabad istiqamətinə gəlmiş və yolun kənarında xatırlamadığı bir yerdə maşını saxlamış, avtomobilin arxa oturacağının yerində balaca balta olmuş, həmin baltanı götürüb seyfin qıfılını qırmışlar. Seyfin içərisində pullar və kağızlar olmuş, pulları götürüb seyfi də içərisində olan kağızlarla birlikdə həmin yerdə tullayıb oradan uzaqlaşmışlar. Seyfdən götürdükləri pulları sayan zaman orada 7200 manat pul olduğunu görmüş, həmin 7200 manat pulu iki yerə bölmüş və 3600 manat pulu Abbasquluya vermiş, qalan 3600 manat pulu isə özü götürmüşdür. Sonra Abbasqulunu gətirib yolun kənarında düşürmüş və oradan yaşadığı evə qayıtmış, binadan götürdüyü ov silahını yaşadığı evdə gizlətmiş, həmin silahı yaşadığı evdə gizlətməsindən heç kimin xəbəri olmamışdır. Həmin vaxtdan ov silahından istifadə etməmiş, silah gizlətdiyi yerdə də qalmışdır. Əlavə olaraq bildirdi ki, o, pulu böldükdən sonra həmin yaddaş qurğuları ona lazım olmadığından sındırıb atmış, törətdiyi oğurluq hadisəsi barədə kimsəyə hər hansı bir məlumat verməmiş, oğurluq nəticəsində əldə etmiş olduğu pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa göstərdi ki, o, təxminən 1 il olar ki, narkotik vasitə hesab olunan heroindən damarına şpris vasitəsi ilə vurmaqla istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Ş.Qurbanov küçəsi ilə gedərkən bu zaman yolu sağ kənarında bir ədəd kağız bükülü olduğunu görüb həmin bükülünü açmış və içərisinə baxanda bükülünün içərisində olan maddəni heroinə oxşatmışdır. Buna görə də həmin heroini əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq işlərini görmüşdür. Həmin günü saat təxminən 17 radələrində Mehdiabad qəsəbəsi Ş.Qurbanov küçəsi ilə gedərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan heroini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gələrək orada polis işçilərinin iştirakı ilə təhqiqatçı Cəlal Hacıyev tərəfindən üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Ondan üzərindən hər hansı bir qadağan olunmuş əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə heroni çıxarıb onlara təqdim etmişdir. Götürülmüş heroin çəkilərək ümumi çəkisi 0,187 qram müəyyən olunmuşdur. Sonra isə öz bükümünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmış, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin sonuna imzalar etmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əmisi oğlu onunla qonşuluqda yaşayır. Bu vasitə ilə o, Ceyhunla tanış olmuşdur. Abşeron rayonu Novxanı kəndində yerləşən Akif və Əbülfəzə məxsus olan "xxxx" gül parnikində sürücü vəzifəsində işləmiş, dükanlara və obyektlərə gül çatdırma işi ilə məşğul olmuşdur. 2021-ci ilin mart ayının 21-də işdən çıxmış, həmin vaxt ofisə gedib gələndə ofisdə Əbülfəz və Akifin istirahət otağında seyf görmüş, ona görə də işdən çıxandan sonra oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Ceyhunla Abşeron rayonu, Novxanı qəsəbəsində onların məhlələsində görüşmüş, həmi n vaxtı Ceyhuna pulu olmadığını demiş və ona əvvəllər işlədiyi yerdən oğurluq etmək istədiyini və ona köməklik göstərməyi təklif etmişdir.Ceyhun da onunla razılaşmış və onunla birlikdə oğurluq edəcəyini demişdir. Bundan sonra Ceyhunla axşama kimi küçədə oturub gözləməyi razılaşmış və xx.xx.2021-ci il tarixə keçən gecə gül dükünına, yəni ofisə gedib oradan seyfi oğurlamağı qərara almışlar. xx.xx.2021-ci il tarixdə saat təxminən 03 radələrində Ceyhunla birlikdə sonuncuya məxxsus olan “Opel Astra” markalı minik avtomobil ilə Abşeron rayonu Novxanı kəndində yerləşən əvəllər işlədiyi gül parnikinin ofisinin yanına getmiş, avtomobili ofisin yerləşdiyi yerdən bir küçə kənarda saxlayıb avtomobildən düşmüşdür. Həmçinin vintaçanı Ceyhun özü ilə götürmüşdür. Bundan sonra Ceyhun onun göstərişinə əsasən ofisin sağ kənarında yerləşən hasardan aşıb həyətə düşmüş, pəncərəni açmağı ona başa salmışdır. Sonradan isə kənara nəzər yetirib hasardan düşüb ofisin həyətinə keçmiş, bundan sonra ofisin pəncərəni sıxıb açaraq içəri daxil olaraq hər ikisi 2-ci mərtəbəyə çıxmışlar. Orada müdirün otağının qapısını sıxıb açaraq içəri daxil olmuş, müdirin otağında yerləşən istirahət otağından seyfi axtarıb tapmış, həmin seyfı hər ikisi düşəndə götürmək üçün pəncərədən çölə atmışlar. Sonra hər ikisi dərhal aşağı düşüb seyfi götürüb Ceyhunun avtomobilinə qoymuşlar. Ceyhun binaya oğurluğa girdikdə içəridə kameralar olduğunu görmüş, buna görə də həmin kameralara düşməmələri üçün gedib yaddaş qurğularını götürmək üçün qərara gəlmişlər. Bu məqsədlə seyfi maşına qoyduqdan sonra ona maşında əyləşməyi və özünün tək gedib kameraların yaddaş qurğusunu çıxarıb qayıtmağı demişdir. O, razılaşıb maşında qalmış və Ceyhun özü tək qayıdıb yenidən binaya girmişdir. Bir neçə dəqiqə sonra Ceyhun geri qayıtmış və maşının arxadan yük yerini açıb yaddaş qurğularını oraya atmış, sonra sükan arxasına əyləşib maşını sürərək oradan uzaqlaşıb getmişlər. Dəmir seyfin qapısı bağlı vəziyyətdə olmuş, buna görə də Ceyhun maşınını sürüb Mehdiabad istiqamətinə gəlmiş və yolun kənarında maşını saxlamış, avtomobilin arxa oturacağının yerində balaca balta olmuş, o, Ceyhunla köməkləşib həmin balta ilə seyfin qıfılını qırmışlar. Seyfin içərisində pullar və kağızlar olmuş, pulları götürüb seyfi də içərisində olan kağızlarla birlikdə həmin yerdə tullayıb oradan uzaqlaşmış, seyfdən götürdükləri pulları sayan zaman orada 7200 manat pul olduğunu görmüş, həmin 7200 manat pulu Ceyhun iki yerə bölmüş və 3600 manat pulu ona vermiş, qalan 3600 manat pulu isə Ceyhun özü götürmüşdür. Bundan sonra maşınla gəlib yolun kənarında düşmüş və oradan yaşadığı evə qayıtmış, Ceyhun da çıxıb evinə getmişdir. Binaya pul üçün getdikləri üçün əvvəlcə binadan yalnız seyfi götürüb oradan çıxmış, lakin maşına mindikdə kameraların yaddaş qurğusuna düşməmələri üçün Ceyhun özü tək geri qayıdıb yaddaş qurğusunu götürməyi qərara almış, Ceyhun yaddaş qurğusunu götürdükdə onun həmin binadan ov silahı götürməsindən xəbərsiz olmuş, bu barədə Ceyhun ona bir söz deməmiş, həm də o, arxadan maşının yük yerinə yaxınlaşdıqda onun əlində silah olduğuna fikir verməmiş və görməmişdir. Ceyhun arxadan maşına yaxınlaşdıqda yük yerini açıb yaddaş qurğularını maşının yük yerinə qoyduğunu zənn etmiş, onun yük yerinə silah qoyduğunu görməmişdir. Həmçinin Ceyhun maşına əyləşdikdə silah barədə ona bir söz deməmiş, pulu böldükdən sonra həmin yaddaş qurğuları Ceyhun sındırıb atacağını ona bildirmişdir. Onlar törətdikləri oğurluq hadisəsi barədə kimsəyə hər hansı bir məlumat verməmiş, oğurluq nəticəsində əldə etmiş olduğu pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Novxanı kəndində yerləşən Botanika 2016 MMC-nin sahibidir. Lakin rəsmi olaraq qardaşı X3 məxsusdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən çıxmış, xx.xx.2022-ci il tarixdə oğlu Əbülfət həmin ofisə gedərkən naməlum şəxs və ya şəxlər ofisin sıxıb açmaq yolu ilə ofisə daxil olaraq oradan ona məxsus olan 3000 manat dəyərində 01 ədə vinçestr markalı of silahını, içərisində 10000 manat olan seyfi o, cümlədən 2 ədəd Multstar markalı hər birinin dəyəri 200 manat olan diviarların oğurlandığını görmüşdür ki, Bundan sonra oğlu Əbülfəz hadisə ilə bağlı Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, həmin vaxt xəstə olmuşdur. Silah və pul ona məxsusdur.Hadisə nəticəsində ona ümumilikdə 13400 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CAÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.1987-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni üzərində qəbulu, saxlaması və gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdirilməsində şübhəli olduğu üçün 08 aprel 2022-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Mehdiabad PB-nin CAÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 08 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti məlum olan Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığı üçün üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nə dəvət edilmiş, Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli falqa kağızında narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta radələrində Mehdiabad qəsəbəsində küçədən tapdığını və öz üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Mehdiabad PB-nin CAÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılıb Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gətirilərək, bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd bükümdə 0,187 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 6/1991 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №242 möhür əksi, Əhmədov C… və s sözlər, imzalar olan zərfdəki 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2022-ci il tarixli, aa/332R saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 64138 №-li silah, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli LU-MAR MAGNUM modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləli yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Ədliyyə Nazirliyi MEM-dən alınmış 09 iyun 2022-ci il tarixli, 9/3942 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 12 çaplı, üzərində «LU- MAR Magnum» yazıları olan «Təklüləli» ov tüfənginin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 500 manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış ekspert tədqiqatından qalıq qalmış 0,137 qram narkotik vasitə heroin, bir ədəd dəmir seyf, edilmiş 01 ədəd 64138 №-li silah, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli LU-MAR MAGNUM modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləli yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngi saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qanunsuz olaraq binaya daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş və odlu silahı talamış, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək daşımaqla saxlamış, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qanunsuz olaraq binaya daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün həmin cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsinin xaric edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri törətmələri özlərinin etirafları ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun Bakı Ağır Cinayətlər Məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü ilə 180.3.3-cü maddəsi ilə törətdiyi əməl AR CM-nin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilmiş, ona qəti olaraq AR CM-nin 66.5-ci maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və o, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəməbelə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 etdiyi əməli səmimi etiraf etməsini nəzərə alır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər də müxtəlif cinayətləri törətməkdə təqsirli bilinib məhkum edilməsini onun bu növ qanunsuz əməllərə meyilli bir şəxs olaraq şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları hədlərində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi ilə qəti cəza təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2291 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,137 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 160 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs1 tutulmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqsirləndiirlən şəxs Namazov X4 rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum olunmuş və o, qeyd edilən cəriməni xx.xx.2018-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalına, xx.xx.2016-cı il və xx.xx.2021-ci il tarixlərdə fəxri fərmana layiq görülmüşdür. Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Namazov X4 rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsi, 15 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və etdiyi əməli səmimi etiraf etməsini nəzərə alır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və onun barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 01(bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə zalında azad olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut olan Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd dəmir seyf, edilmiş 01 ədəd 64138 №-li silah, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli LU-MAR MAGNUM modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləli yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngi zərərçəkmiş şəxsə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat və məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərəktəyin edilmiş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilsin və ona qəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edillsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyaya görə məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Abşeron RPİnin saxlanc anbarında saxlanılan 0,137 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə olduğu 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan seçilsin və o, hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd dəmir seyf, edilmiş 01 ədəd 64138 №-li silah, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli LU-MAR MAGNUM modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləli yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngi zərərçəkmiş şəxsə təhvil verilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat və məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu gündən) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar