Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-420/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 22-də qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində, Abşeron rayonu, Məmmədli kəndində yerləşən «Nihad» marketdə, həmin marketdə satıcı işləyən Zərərçəkmiş şəxs onun azyaşlı qızına işlədiyi mağazadan alış-veriş etmədiklərinə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı əli və başı ilə Zərərçəkmiş şəxs sifət sifətindən qəsdən vuraraq, ona burun sümüyünün yerinidəyişməyən sınığı, sağ yanaq nahiyəsinin sıyrığı, burun beli və sağ gözətrafı nahiyələrin qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında yerləşən «Nihad» marketdə satıcı işləyir. Orada işlədiyi müddətdə bir neçə dəfə mağazadan çıxardığı tullantıları onun qapısı qarşısına yığdığına görə dəfələrlə Zərərçəkmiş şəxs öz iradını bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, «Nihad» marketə gedən zaman üzdən tanıdığı şəxsin mağazaya qatıq gətirdiyini görmüş və həmin şəxsdən öz pulu ilə bir banka qatıq istəmişdir. Bu zaman İlahi həmin şəxsə qışqıraraq ona qatıq verməməsini tələb etmişdir. Buna görə də bir qədər əsəbiləşmiş və qatığı İlahinin özündən alaraq əsəbi halda evinə qayıtmışdır. Evdə söhbət zamanı azyaşlı qızı Fəridə ondan nə baş verdiyini soruşduqda, satıcı İlahinin onun əsəbiləşdirdiyini demişdir. Həmin vaxt Fəridə İlahinin bir neçə dəfə ona da irad bildirərək nə üçün həmin mağazadan alış-veriş etmədiklərini soruşduğunu demişdir. Bu məsələyə aydınlıq gətirmək üçün yenidən həmin mağazaya qayıtmış və orada alış-veriş edən qadın çıxıb-getdikdən sonra mülayim tərzdə azyaşlı qızına hansı səbəbdən belə suallar verdiyini İlahidən soruşmuşdur. Həmin vaxt İlahi səsküy salaraq ondan mağazanı tərk etməsini tələb etmişdir. Buna görə də İlahidən bayıra çıxmasını tələb etmiş, sonuncu gəlmədikdə isə onun yaxasından tutub özünə tərəf dartmışdır. Bu zaman İlahi əlini vitrinə doğru apardığından hər hansı bir əşya götürüb onu vuracağından ehtiyyat edərək, İlahinin sifət nahiyyəsindən sağ əli ilə bir dəfə sillə ilə vuraraq, mağazadan bayıra çıxmışdır. İlahi də onun arxasınca mağazadan çıxaraq qaçmağa başlamış və ondan polisə şikayət edəcəyini bildirmişdir. Baş vermiş mübahisənin mağazanın içərisində, təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, Məhəmməd adlı şəxsə məxsus olan «Nihad» marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs isə həmin marketlə üzbəüz olan evdə yaşayır və sonuncu mağazanın daimi müştərisidir. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində, Təyyar mağazaya gələrək bir banka qatıq alıb getmiş, bir neçə dəqiqədən sonra isə əsəbi halda geri qayıdaraq onun haqqında danışması və azyaşlı qızına atasının mağazadan nə üçün alış-veriş etmədiyini soruşması ilə bağlı ona irad bildirmişdir. Təyyara belə bir halın olmadığını və qızının həmin gün ümumiyyətlə mağazaya gəlmədiyini bildirmişdir. Bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təyyar kassaya tərəf gələrək ilk əvvəl onun qarın nahiyyəsindən bir dəfə təpiklə, daha sonra isə sillə ilə sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Lakin bununla da sakitləşməyən Təyyar başı ilə bir dəfə onun burun nahiyyəsindən vurmuşdur. Aldığı kəllə zərbəsindən sonra onun burnundan qan axmağa başlamışdır. Təyyar isə onu əli ilə vitrinə tərəf itələmişdir. Çətinliklə soyuducunun üzərindən tullanaraq mağazadan qaçıb getmiş, Təyyar isə evinə qayıtmışdır. Bundan sonra DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş, daha sonra isə xəstəxanaya getmişdir. Təyyarla aralarında yaranmış münaqişənin işlədiyi mağazanın içərisində təxminən 5-7 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1074 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün yerinidəyişməyən sınığı, sağ yananq nahiyəsinin sıyrığı, burun beli və sağ gözətrafı nahiyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon İHB-nın Məmmədli kəndi inzibati ərazi üzrə nümayəndəsinin xasiyyətnaməsindəngörünürki, Təqsirləndirilən şəxsyaşayış yeri üzrə müsbət xarakterizəolunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-420/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-420/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver