Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-420/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Alıkeyxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi, ev 2, mənzil 31-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarəti xuliqanlıq niyyəti ilə yetirmişdir. Belə ki, o, 16.01.2021-ci il tarixdə saat 01:10 radələrində idarə etdiyi “Volsvagen Golf” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Lusky Oil” yanacaqdoldurma məntəqəsinə gəlib həmin YDM-də kassir-operator işləyən Zərərçəkmiş şəxs ödəyəcəyi 50 manat pul əskinazından çıxılmaqla 8 manat dəyərində 10 litr dizel yanacağını avtomobilinin yanacaq çəninə doldurmasını sifariş vermiş, bundan sonra ödəyəcəyi pula görə 42 manat qalıq pulunu sonuncudan almış, Zərərçəkmiş şəxs verməli olduğu 50 manat pul əskinazını ona təqdim etmədiyi halda, bunun əksini iddia etdikdə xidməti vəzifəsini yerinə yetirib ondan haqlı olaraq verməli olduğu pul əskinazının verilməsini tələb edən Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, onun yanacaqdoldurma məntəqəsini tərk etmək istədiyini görüb ödəmə etməsini tələb edən və ödəməni etmədən oradan getmənin qarşısını almaq məqsədi ilə onun köynəyinin yaxasından tutan Zərərçəkmiş şəxs kobudluqla əli ilə geri itələyərkən avtomobilin sükanının sol tərəfindən tutan Zərərçəkmiş şəxs yüksək təhlükə mənbəyi olan avtonəqliyyat vasitəsini sürətlə hərəkətə gətirəcəyi təqdirdə xəsarət alacağını əminliklə bilib öz şəxsiyyətini Zərərçəkmiş şəxs və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq birgə yaşayış normalarına zidd olaraq yanacağın ödəniş pulunun həqiqətən verilib-verilməməsini aydınlaşdırmadan idarə etdiyi avtomaşını nümayişkaranə hərəkətə gətirib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə qəsdən sürüyərək yerə yıxması nəticəsində sonuncuya xuliqanlıq niyyəti ilə sol bayır topuq sümüyünün qapalı yerdəyişməyən sınığı, sol aşıq-baldır oynagının şişkinlik halında hematoması, sol said və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi “Volsvagen Golf” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobillə *8555 taksi şirkətindən müştəri qəbul edib daşımaqla məşğul olur. 16 yanvar 2021-ci il tarixdə saat 01:10 radələrində “Volsvagen Golf” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə müştəri gətirmiş və həmin müştəri gediş haqqını ödədikdə ona 50 manatlıq əskinaz vermiş, o isə gediş haqqını çıxıb üzərində olan xırda pulu müştəriyə qaytarmış, üzərində xırda pul qalmamışdır. Gecə təxminən saat 01 radələrində avtomobilin dizel yanacağı azaldığı üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Luch Oil” yanacaqdoldurma məntəqəsinə gəlmiş, YDM-də avtomobili saxlayıb, əvvəlcə tanımadığı, adını sonradan bildiyi operator Zərərçəkmiş şəxs 8 manat dəyərində 10 litr dizel yanacağını avtomobilinin yanacaq çəninə doldurmasını sifariş vermiş, operatora üzərində 50 manatlıq əskinaz olduğunu deyib xırdanın olub-olmadığını soruşmuş, operator Mobil cibindən xırda pullar çıxarıb sayaraq ona 42 manat qaytaran anda ondan həmin qalığı almış, eyni anda əlində olan 50 manatlıq əskinaz qatlanmış formada olduğu üçün ona tərəf uzatmış, həmin vaxtı hava qaranlıq olduğundan operatordan qalıq pulu alarkən əlində olmuş 50 manatlıq əskinazın operator tərəfindən götürüldüyünü zənn etmiş, mühərriki işə salıb hərəkət etmək istədikdə operator Mobil ondan 50 manatlıq əskinazı tələb edərkən ondan qalığı götürdükdə pulu da verdiyini ona bildirmiş, lakin Mobil qəzəbli halda ondan pulu tələb etməyə başlamış və gözləmədiyi anda onun sinəsindən tutub sıxanda sonuncunun hərəkətləri ona pis təsir etdiyindən sükan arxasından bir dəfə onun sinəsindən vurmuş və zərbənin təsirindən Mobil yanı üstə yerə yıxılmış, o, maşını hərəkətə gətirib getmək istəyərkən onun maşınının qapısından bərk yapışdığını görüb maşını saxlamış və mühərriki söndürmədən maşından düşüb ona qarşı etdiyi kobud hərəkətlərə görə onun üzərinə getmiş, Mobil isə yerə yıxılmış halda qəzəblə ondan pulu tələb etmiş, sonuncuya cibində yalnız onun verdiyi 42 manat pul olduğunu deyib, üzərində başqa pul olmadığını bildirmiş və qalıq pulu ondan aldığı anda 50 manatlıq əskinazı ona uzatdığını bildirsə də, Mobil ondan hər hansı pul əskinazı almadığını inadla demiş, həmin vaxtı operator Orxan onlara yaxınlaşmış və Mobili sakitləşdirib pulun maşının ətrafına və yaxud salona düşüb-düşməyəcəyi ilə maraqlanmışdır. Orxanın dediyi söz onda maraq doğurduğu üçün qayıdıb salona baxdıqda 50 manatlıq əskinazın maşının döşəməsində rezinin üzərinə düşdüyünü gördükdə götürüb Orxana ödəmiş və çıxıb getmişdir. Sonradan Mobilin onun barəsində polisə şikayət etdiyini eşidib könüllü polis idarəsinə gəlib təslim olmuşdur. Sonda zərərçəkmiş şəxslə barışdığını, hərəkətindən peşman olduğunu, məcburi köçkün olmaqla himayəsində azyaşlı bir uşağının olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 2020-ci ilin may ayından Abşeron rayonu Mehdiabad-Balaxanı şossesində yerləşən “Lusky Oil” yanacaqdoldurma məntəqəsində operator kassir vəzifəsində növbəli işləyir. 15.01.2021-ci il tarixdə saat təxminən 20 radələrində növbəyə gəlmiş, həmin vaxtı növbəni təhvil aldıqdan sonra müxtəlif müştərilərin avtomobillərinə yanacaq vurmaqla məşğul olmuşdur. 16 yanvar 2021-ci il tarixdə gecə növbəsində olduğu zaman təxminən saat 01:10 radələrində yanacaqdoldurma məntəqəsinə gümüşü rəngli “Volksvagen Golf” markalı avtomobil gəlmiş, həmin avtomobilin sürücüsü avtomobilin çəninə 8 manat dəyərində 10 litr dizel yanacağı vurmağı, ona 50 manatlıq əskinaz verəcəyini bildirmiş və ona 42 manat qalığı qaytarmağı demiş, o, həmin şəxsin avtomobilinə yanacağı vurduqdan sonra onun tələb etdiyi 42 manatı sonuncuya verdikdə əlində qatlanmış halda 50 manatlıq əskinaz olduğunu görmüş, lakin ona pulun qalığını uzatdıqda əlindəki digər pulları cibinə qoymuş, lakin sürücünün verəcəyi 50 manatlıq əskinazı ona verməmiş və heç nə olmamış kimi pulun qalığını ondan alaraq mühərriki işə salıb getmək istədikdə 50 manatlıq əskinazı ondan tələb edərkən həmin şəxs ona pulu ödədyini bildirmiş, ona pulu vermədiyini desə də həmin şəxs heç nə olmamış kimi maşını sürüb getmək istədikdə sürücü tərəfdən qapının açıq şüşəsindən sürücünün yaxasından tutmuş və onu saxlamağa çalışmış, lakin gözləmədiyi halda həmin şəxs bir dəfə sinəsindən yumruqla vurmuş, zərbənin təsirindən onun ayağı sürüşmüş və yerə yıxılan anda əlini onun sinəsindən buraxsa da, maşının qapısından buraxmamış, sürücü maşını bir qədər irəli sürsə də, o yerə yıxılmış vəziyyətdə maşının qapısını buraxmadığı üçün maşın onu bir qədər irəli sürümüş, həmin anda o sol ayağından, xüsusən də topuğundan xəsarətlər aldığı üçün əlini maşının qapısından buraxmışdır. Sürücü bir neçə metr irəlidə maşını saxlamış və maşından düşüb ona tərəf gələrək onu döymək istədikdə iş yoldaşı Orxan cəld sürücüyə yaxınlaşmış və qarşısını kəsmiş, hər ikisi sürücüdən ona ödəməli olduğu 50 manatı tələb etmişlər. Sürücü hər vasitə ilə pulu ona verdiyini desə də, cibində olan pulları çıxarıb göstərmiş və pulların arasında 50 manatlıq əskinaz olmadığını dedikdə sürücü də ona verdiyi qalıq pulu çıxarıb ondan aldığı puldan başqa cibində başqa pul olmadığını bildirmişdir. Belə olduqda Orxanın tələbi ilə sürücü gedib maşının salonuna baxdıqda 50 manatlıq əskinazın ayaqaltıya düşdüyünü bildirmiş və həmin pulu gətirib Orxana verərək heç nə olmamış kimi maşını sürüb çıxıb getmişdir. Bundan sonra Orxan ona köməklik edib YDM-nə gətirmiş, sürücünün hərəkətləri ona pis təsir etdiyindən DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, məhkəmənin adına teleqram göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad-Balaxanı şossesində yerləşən «Lusky Oil» yanacaqdoldurma məntəqəsində kassir-operator vəzifəsində işləyir. 16 yanvar 2021-ci il tarixdə gecə növbəsində olduğu zaman təxminən saat 01:10 radələrində yanacaqdoldurma məntəqəsinə gümüşü rəngli “Volksvagen Golf” markalı avtomobil gəlmiş və operator Mobilin dayandığı aparatın qarşısında avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüsü Mobilə avtomobilin çəninə 8 manat dəyərində 10 litr dizel yanacağı vurmağı bildirmiş və Mobil də yanacağı çənə vurmaq üçün aparatda şifrəni yığmışdır. Həmin vaxtı yanacaqdoldurma məntəqəsində başqa maşın olmasa da, o aparatın yanında gəzişmiş, bu zaman sürücü ilə Mobil arasında mübahisə düşdüyünü görmüş və sürücü Mobilə “sənə pulu vermişəm” deyib maşını sürüb getmək istərkən Mobil maşının qapısından əlini buraxmadığı üçün maşın onu bir qədər irəliyə tərəf dartmış və Mobil əlini maşından buraxdıqda maşın dayanmışdır. O, həmin vaxtı Mobilə tərəf yaxınlaşarkən sürücünün maşından düşüb Mobilə tərəf qəzəblə gəldiyini görüb cəld onun qarşısına keçmiş və baş verə biləcək dava-dalaşın qarşısını almışdır. Mobil əli ilə ayağını tutduğu üçün onun ayağından zədə aldığını başa düşmüş, Mobilin sürücüdən ödəməli olduğu pulu tələb etdiyini görüb o da sürücüdən pulu ödəməsini tələb etmiş, sürücü isə hər vasitə ilə pulu verdiyini desə də Mobil cibində olan pulları çıxarıb göstərmiş və pulların arasında 50 manatlıq əskinaz olmadığını bildirdikdə sürücü də Mobil tərəfindən ona verilmiş qalıq pulu çıxarıb göstərmiş və cibində başqa pul olmadığını demişdir. Belə olduqda o sürücüyə demişdir ki, gedib maşının içərisinə baxsın, hava qaranlıqdır, bəlkə pul salona düşmüşdür. Sürücü belə olduqda maşının salonuna gedib baxmış və əyilib ayaqaltının üzərinə düşmüş 50 manatlıq əskinazı götürüb gətirib ona vermiş və heç nə olmamış kimi maşını sürüb çıxıb getmişdir. Bundan sonra o, Mobilə köməklik edib YDM-nə gətirmiş, sonra Mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad-Balaxanı şossesində yerləşən «Lusky Oil» yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyir. 16 yanvar 2021-ci il tarixdə gecə növbəsində olduğu zaman təxminən saat 01:10 radələrində yanacaqdoldurma məntəqəsindəki ofisdə əyləşərkən iş yoldaşı Orxanın digər iş yoldaşı Mobilə koməklik edərək ofisin içərisinə doğru gətirdiyini görüb ona köməklik edib Mobili ofisdə yerləşdirmiş, Mobil sol ayağını dartıb axsamış, ondan nə baş verdiyini soruşduqda bir nəfər sürücü ilə arasında qalıq pulun ödənilməməsi ilə bağlı anlaşılmazlığı olduğu üçün mübahisələrinin düşdüyünü və sürücü də onu vurub yerə yıxaraq maşını onun ayağının üstündən sürərkən xəsarət aldığını bildirmişdir. O, hadisə vaxtı ofisdə olduğu üçün hadisənin şahidi olmamış və maşının sürücüsünü də tanımamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28.01.2021-ci il tarixli, 131 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bayır topuq sümüyünün qapalı yerdəyişməyən sınığı, sol said və hər iki diz oynağı nahiyələrin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 16.01.2021-ci il tarixdə hərəkətdə olan avtomobilin onu sürüyərək yerin bərk örtüyünə atması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Mənzil İstsmar Sahəsi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 27 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK-ya köçmüşdür. O, ordu sıralarında qulluq etmiş, Sabunçu rayonu, Kürdəxanı 810 YYK-da keçirilən tədbirlərdə iştirak etmiş, sakinlər arasında böyük hörmətə malikdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, məcburi köçkün olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisini və saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-420/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-420/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver