Məhkəmə qərarları › İş №1(012)-421/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-421/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-421/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mirəsəbli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndi S.Aslan küçəsi ev 2, mənzil 12-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girərək bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndi Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı ərazidə 0.02 ha boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsini hərracla alıb ona hər sotunu 2000 manata satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 05 may 2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda 1830 manat, 15 may 2022-ci il tarixdə yenidən eyni ünvanda 2170 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4000 manat pulu alıb ələ keçirərək verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girərək bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı ərazidə onlara məxsus olmayan 0.02 ha boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsini hərracla alıb ona hər sotunu 2000 manata satacağına və hasara alınmasına icazə alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 21 may 2022-ci il tarixdə özünün yaşadığı ünvan 3 ünvanda 2000 manat, 20 avqust 2022-ci il tarixdə ünvan 4iyində yerləşən «Seyidin kafesi» deyilən kafedə 2200 manat, 23 avqust 2022-ci il tarixdə eyni ünvanda 300 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat pulunu Təqsirləndirilən şəxs2la birlikdə alıb ələ keçirərək verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girərək bir qrup şəxs halında sonuncunun qohumu Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndi Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı ərazidə 0.02 ha boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsini hərracla alıb ona hər sotunu 2000 manata satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 05 may 2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda 1830 manat, 15 may 2022-ci il tarixdə yenidən eyni ünvanda 2170 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4000 manat pulunu birlikdə alıb ələ keçirərək verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girərək bir qrup şəxs halında sonuncunun qohumu Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı ərazidə 0.02 ha boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsini hərracla alıb ona hər sotunu 2000 manata satacağına və hasara alınmasına icazə alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanda 2000 manat, 20 avqust 2022-ci il tarixdə ünvan 4iyində yerləşən «Seyidin kafesi» deyilən kafedə 2200 manat, 23 avqust 2022-ci il tarixdə eyni ünvanda 300 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat pulunu Təqsirləndirilən şəxs1la birlikdə alıb ələ keçirərək verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qohumlarıdır. Onlarla münasibətlərim yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Özü Masazır kəndi ərazisində torpaq alqısatqısı ilə məşğul olur, Təqsirləndirilən şəxs2 qonşusu olmaqla sonuncu da torpaq alqısatqısı ilə məşğul olur. 2022-ci ilin may ayının əvvəllərində Elmi və Rəşad ona Masazır kəndində “Arpaçay” restoranının yaxınlığında hər birinə 2 sot torpaq sahəsi almaq istədiklərini demişlər. Həmin ərəfədə həm ona və həm də Dilavərə pul lazım olduğu üçün qərara gəlmişlər ki, onlara həmin ərazidə boş torpaq sahəsi göstərsinlər və həmin torpağın sxeminin onlarda olduğunu deyib, hərrac yolu ilə almaq mümkün olduğunu bildirsinlər. Buna görə də Elmi və Rəşada demişdir ki, həmin ərazidə Dilavərin boş torpağı var, həmin torpağı hərrac yolu ilə sənədləşdirib satmaq istəyir, əgər almaq istəyirlərsə Dilavərlə görüşsünlər. Sonuncular da razılaşmış, həmin günün səhərisi, yəni 05 may 2022-ci il tarixdə Rəşadla zəngləşmiş və torpaqla bağlı məsələni həll etmək üçün onlara gəlmələrini demişdir. Sonuncular onun evinə gəldikdə arvadı Susanə də evdə olmuş, evdə söhbət edərkən Rəşad və Elmiyə demişdir ki, «siz istədiyiniz yerdə Dilavərin 4 sot torpağı var və sotunu 2000 manata satır». Dilavər də onun sözümü təsdiq etmiş və sonra həmin göstərəcəkləri boş sahəyə getmişlər. Orada Dilavər özünə aid olmayan boş sahəni göstərib torpağın sxemini aldığını və hazırda torpağı hərraca çıxarıb adına sənədləşdirməyin mümkün olduğunu demişdir. Elmi də, Rəşad da torpağı bəyənmiş və aqmal istədiklərini bildirmişlər. Lakin əvvəlcə Rəşad pul tapıb iki dəfəyə ödəyəcəyini demiş, buna görə də yenidən evə qayıdıb gəlmişlər. Evdə bir qədər söhbət edəndən sonra Rəşad çıxarıb ona 1830 manat pul vermiş və demişdir ki, pulun qalanını 10 günə verəcəkdir. O da həmin pulu sonuncuların yanında Dilavərə vermişdir. Rəşad qalan pulu 10 günə gətirib gətirəcəyinə söz vermişdir. Dilavər də demişdir ki, torpağın sənədini harraca hazırlayacaqdır. Bir neçə gün sonra Rəşad onunla əlaqə saxlamış, ona demişdir ki, Dilavər bütün sənədləri hərraca hazırlayıb, bir problemi qalmayıb, bir neçə günə torpağın sənədi hazır olacaqdır. 15 may 2022-ci il tarixdə Rəşad yenidən ona zəng etmiş və demişdir ki, pulu hazırlayıb, belə olduqda ona demişdir ki, Dilavəri çağıracaqdır evinə, gəlib pulu verər. Həmin günü axşam radələrində Rəşad onlara gəlmiş və 2170 manat pulu ona ödəmişdir. Həmin pul onda qalmış, Dilavər demişdir ki, «necə razılaşmışıq, elə də sənədi hazırlayıb sənə verəcəm» və Rəşadla Elmi çıxıb getmişdir. O da Dilavərlə razılaşdığı kimi, həmin pulun 500 manatını özünə götürmüş, qalan pulu isə Dilavərə vermiş, belə ki, sonuncuya çox pul lazım olduğu üçün əvvəlcə o, az miqdar pul götürmüşdür. 21 may 2022-ci il tarixdə Elmiyə zəng etmiş və demişdir ki, «Rəşadın torpağı artıq hazırdı, sən də torpağı almaq istəyirsənsə, gətir pulun bir hissəsini ver sənin də işinə başlasın». Elmi onun sözünə inandığı üçün digər onlara göstərdiyi 2 sot torpağı almağa razılıq vermişdir. Həm də demişdir ki, belə ucuz torpaq bir də ələ güşməyəcək. Həmin günü yəni, 21 may 2022-ci il tarixdə Rəşadla Elmi onlara gəlmiş, Dilavər də onlarda olmuş. evdə bir qədər söhbət etmiş, söhbət zamanı Dilavər Elmiyə demişdir ki, «əgər torpağa hasar çəkdirmək istəyirsənsə əlavə 500 manat da pul verərsən, həm sənədi hazırlayaram, həm də torpağın hasarlanmasını razılaşdıraram». Elmi razı olub torpaq üçün ümumilikdə 4500 manat pul verməyə razı olmuş, sonra Elmi 2000 manat pulu çıxarıb ona vermiş, o da pulu alıb Dilavərə demişdir ki, «sən sənədləri hərraca hazırla, qalan pulu Elmi ödəyəndə həm də hasarlanma işini həll edərsən». Dilavər də vəd etdiyi kimi torpaq işini həll edəcəyinə söz vermiş, sonra onlar çıxıb getmişlər. Bir müddət sonra bir neçə dəfə torpaq məsələsi ilə bağlı Rəşad ondan maraqlandıqda, sonuncunu arxayın edib sənədlərin hazırlandığını bildirmişdir. 2022-ci ilin avqust ayında Elmiyə zəng edib demişdir ki, «sən qalan 2500 manat pulu da götür gəl, sənədləşmə işini Dilavər bitirsin». 2022-ci ilin avqust ayının 20-də Elmi və Rəşadla Masazır kəndində Zəngilan şəhərciyində yerləşən «Seyidin kafesi» deyilən kafedə görüşmüş, hər ikisinə torpağın sənədinin artıq tam hazır olduğunu və imzalanma ərəfəsində olduğunu deyib onları inandırmışdır. Bundan sonra Elmi qalan pulun 2200 manatını Dilavərə vermiş, qalan 300 manat pulu isə 3 gün ərzində tapıb ödəyəcəyini demişdir. 3 gün sonra yenidən həmin kafedə görüşmüş və çay içmiş, Elmin qalıq qalmış 300 manat pulu da Dilavərə ödəmişdir. Bu minvalla Rəşadın torpaq almaq üçün verdiyi 4000 manam pulun 500 manatını, Elminin 4500 manat pulunun isə 2000 manatını özü, qalan pulu isə Dilavər götürmüşdür. Sonuncular onlardan torpaqların sənədlərinin nə vaxt hazır olacağı barədə məlumat aldıqda Dilavər demişdir ki, «Allah hər ikinizin xeyrini versin», sənədlər qısa mdüdətə hazır olacaq və onlar ayrılmışlar. Sonradan bir neçə dəfə sənədlə bağlı zəng edilsə də, hər dəfə sənədlərin hərracda gecikməsi ilə bağlı bəhanələr vermişlər. Lakin sonradan onların hər ikisinin polisə şikayət etmələri barədə məlumat almışdır. Göstərmişdir ki, Elmi ilə Rəşaddan torpaq adı ilə pul almaq barədə əvvəlcədən qazılığı olmuş, əsl həqiqətdə hər hansı torpaq sahəsi olmamış və torpaq sahəsinin mövcudluğundan heç bir söhbət ola bilməzdi. sonunculardan pul almaq üçün bu bir bəhanə olmuş. həmin pulu qeyd etdiyi kitmi öz aralarında bölmüş, həmin puldan hər hansı şəxsə, hər hansı miqdarda verməmiş və belə bir fikir də olmamışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs2 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənlərə oxşar məzmunlu ifadə verərək, hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs1la ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əmisi oğludur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və xalasının kürəkənidir. Bəxtiyarla ədavət və düşmənçiliyi olmamışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. O və əmisioğlu Elmi özümüzə ev tikmək üçün Masazır kəndində torpaq almaq istəmiş, bu barədə qohumu Bəxtiyarla söhbəti olmuş və sonuncu da Dilavər adlı torpaq makleri tanışının olduğunu demişdir. Buna görə də ondan hər ikisi xahiş etmiş ki, ucuz və məsləhətli torpaq olarsa, onlara xəbər versin. 2022-ci ilin may ayının əvvəllərində Bəxtiyar Dilavərdə 4 sot torpaq sahəsinin olduğunu demiş və hələ ki, həmin torpağın 2 sotunu sənədləşdirmək mümkün olduğunu, yəni bələdiyyədə hərracdan ala biləcəyini bildirmişdir. Elmi ona zəng edib bu barədə dedikdə ona bildirmişdir ki, «gedək birlikdə baxaq, hansımız bəyənəriksə, götürərik». May ayının əvvəllərində Elmi, Bəxtiyar və adını sonradan bildiyi və tanıdığı Dilavər adlı şəxslə Masazır qəsəbəsində görüşmüş və birlikdə Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı əraziyə getmişlər. Dilavər əlində bir ədəd sxem tutub orada boş torpaq sahəsini göstərib bildirmişdir ki, həmin torpağın 2 sotunun sxemini çəkdirib və əgər bəyənəriksə torpağın 2 sotunu hərracdan alıb verə bilər, onlar torpağa baxmışlar. Hər ikisi torpağı bəyənsələr də, onun sənədi hazır olmadığı üçün Elmi bir qədər fikirləşmişdir. O, Dilavərdən sənədin hansı tezliklə hazır olacağı barədə maraqlandıqda Dilavər bildirmişdir ki, pulu ödədikdən bir ay sonra sənədlər hazır olacaqdır. Dilavər həm də bildirmişdir ki, həmin torpağın qonşuluğundakı 2 sot torpaq sahəsi də ona məxsusdur və onu da hərracdan ala bilər. O, birinci göstərilmiş torpağı almağa qərarlı olduğu üçün razılaşmışdır ki, həmin torpağı alsın, sonradan digər 2 sotun sənədi hazır olduqda Elmi həmin torpağı alar. Onların Dilavərlə apardığı torpaqla bağlı olan söhbətlərdə və razılaşmalarda Bəxtiyar da çox canfəşanlıq etmiş və hər vasitə ilə çalışmışdır ki, razılıq verib torpağı alsınlar. Belə ki, Bəxtiyar demişdir ki, «siz pulu hazırlayıb verin, mən qalan məsələləri özüm həll edəcəm». Bundan sonra onlar birlikdə Bəxtiyarın evində görüşmüş, orada da Bəxtiyar yenidən torpağı tərifləyib demişdir ki, «torpağı alsaz uduzmazsız». Bundan sonra o daha da həvəslənmiş və torpağın qiyməti barədə razılaşma aparmışdır. 2 sot torpağı Dilavər və Bəxtiyarla 4000 manata razılaşmış, Dilavər demişdir ki, «ayın 5-də pulun bir hissəsini, qalan pulu isə 10 gün ərzində verərsən. Dilavər ilkin pulu götürüb sxemi Bələdiyyə ilə razılaşacağını bildirmiş və sonra torpağı hərraca çıxarıb pulun qalan hissəsini götürəcəyini vəd etmişdir. Eyni zamanda Elmiyə də söz vermişdir ki, narahat olma, «o biri torpağı da sənin adına sənədləşdirəcəm». Bu minvalla 05 may 2022-ci il tarixdə Bəxtiyar onunla zəngləşdikdən sonra əmisi oğlu Elmi ilə birlikdə Bəxtiyarın evinə getmişlər. Bu vaxt evdə orada Bəxtiyar və arvadı Susanə olmuş, Orada Bəxtiyara 1830 manat pul vermiş, Bəxtiyar da həmin pulu Dilavərə vermiş, o, qalan pulu razılaşdıqları kimi 10 günə gətirib verəcəyinə söz vermişdir, Dilavər də bildirmişdir ki, «razılaşdığımız kimi torpağın sənədini harraca hazırlayacam». O, Dilavərin həqiqətən torpağın sənədləşdirəcəyinə inandığı üçün qayıdıb gəldikdən sonra qalan pulu hazırlamağa başlamış, bir neçə gün sonra Bəxtiyarla əlaqə saxlamış, sonuncu bildirmişdir ki, Dilavər bütün sənədləri hərraca hazırlayıb, heç bir problemi yoxdur, yaxın günlərdə torpağın sənədi hazır olacaqdır. 15 may 2022-ci il tarixdə Bəxtiyarla zəngləşmiş, ona demişdir ki, «mən pulu hazırlamışam», Bəxtiyar da demişdir ki, Dilavəri çağıracaq evinə, gəlib onun evində görüşüb pulu vermək lazımdır. O da sonuncunun dediyi kimi etmiş və həmin günü axşam saatlarında Bəxtiyarın evinə gəlmiş, orada qalan 2170 manat pulu onlara ödəmişdir. Dilavər də demişdir ki, «necə razılaşmışıq, elə də sənədi hazırlayıb sənə verəcəm». O da sonunculardan ayırılıb aldığı torpağın sənədinin hazır olacağını gözləməyə başlamışdır. 21 may 2022-ci il tarixdə Bəxtiyar əmisi oğlu Elmiyə zəng edərək ona vəd etdikləri torpağın da sənədini onun sənədi ilə birlikdə hazırlamaq mümkün olduğunu demiş, Elmi də onun almaq istədiyi torpağın sənədinin hazırlandığını başa düşdüyü üçün ona göstərilmiş torpaq sahəsini qonşuluğunda həmin 2 sot torpağı da almağa razılıq vermişdir. Buna görə də Bəxtiyar Elmiyə demişdir ki, belə ucuz torpaq ələ güşməyəcək, əgər torpağı istəyirsənsə, gəl sənədin hərraca hazırlanması üçün ilkin ödənişi et, Dilavər də sənədləri hazırlasın». Elmi ona bu barədə bildirdikdə o, artıq torpağının sənədinin hazırlanma ərəfəsində olduğuna əmin olduğu üçün Elmiyə demişdir ki, yəqin iki sənədi eyni vaxtda təsdiq etdirəcəklər. Buna görə də Elmi ilə birlikdə həmin günü yəni, 21 may 2022-ci il tarixdə Bəxtiyarın evinə gəlmişlər. Orada Elmi ilə Dilavər və Bəxtiyar söhbət etmiş, söhbət zamanı Dilavər Elmiyə bildirmişdir ki, «əgər torpağa hasar çəkdirmək istəyirsənsə əlavə 500 manat da pul verərsən, həm sənədi hazırlayaram, həm də torpağın hasarlanmasını razılaşdıraram». Elmi razı olub torpaq üçün Dilavərgilə 4500 manat pul verməyə razı olduğu üçün ilkin 2000 manat pulu çıxarıb Bəxtiyarın evində onlara ödəmiş, Bəxtiyar da Dilavərə demişdir ki, «sən sənədləri harraca hazırla, qalan pulu Elmi ödəyəndə həm də hasarlanma işini həll edərsən». Dilavər də vəd etdiyi kimi torpaq işini həllə edəcəyinə söz vermiş və onlar ayrılıb getmişlər. Həmin müddətdə Bəxtiyara 4000 manat pul ödədiyi 2 sot torpaq sahəsinin sənədlərinin hazırlanmasının nə səbəbə gecikdiyini Bəxtiyardan soruşmuş, sonuncu da ona «narahat olma həll edəcəyik» demişdir. Bu minvalla artıq sonuncuların vəd etdiyi müddətdən artıq müddət keçməyə başlamış, o, hər dəfə torpaq məsələsi ilə bağlı Bəxtiyargildən maraqlandıqda, onların hər ikisi ona eyni sözləri deyib arxayın etməyə başlamışdır. 2022-ci ilin avqust ayında Bəxtiyar Elmiyə zəng edərək bildirmişdir ki, «sən qalan 2500 manat pulu da götür gəl, sənədləşmə işini Dilavər bitirsin». 2022-ci ilin avqust ayının 20-də Elmi 2000 manat borc pul tapıb əvvəlcədən razılaşdığı kimi Masazır kəndində Zəngilan şəhərciyində yerləşən «Seyidin kafesi» deyilən kafeyə gəlib orada Bəxtiyar və Dilavərlə yenidən görüşmüş, söhbət əsnasında hər ikisi torpaqların sənədlərinin artıq tam hazır olduğunu və imzalanma ərəfəsində olduğunu bildirib onları tam inandırmışdır. Belə olduqda Elmi özündə olan 200 manat pulu borc aldığı 2000 manatın üzərinə qoyub 2200 manat pulu Bəxtiyarla Dilavərə ödəmiş, qalan 300 manat pulu isə 3 gün ərzində tapıb ödəyəcəyini Elmi onlara dedikdə, Dilavər heç bir problemin olmadığını bildirmişdir. Onlar ayrıldıqdan 3 gün sonra yenidən həmin kafedə dördlükdə görüşmüş və əyləşib çay içən zaman Elmi qalıq qalmış 300 manat pulu da ödəmişdir. Dilavər pulu götürüb onlara demişdir ki, «Allah hər ikinizin xeyrini versin» və çay içib ayrılmışlar. Lakin, sonradan torpağın sənədləşməsi ilə bağlı proseslərin gecikdiyini görüb həmin torpaq sahəsinə getmiş, orada məlum olmuşdur ki, onlara satılması üçün göstərilən hər iki torpaq sahəsi başqa şəxsə məxsusdur. Belə olduqda Bəxtiyarın və Dilavərin hər ikisini aldatdığını başa düşmüş və şikayət etmək qərarına gəlmişlər. Əlavə olaraq dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əmisi oğludur. Təqsirləndirilən şəxs1 həmkəndlisi və Rəşadın xalasının kürəkənidir. Bəxtiyarla onların ədavət və düşmənçiliyi olmamışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. O və əmisioğlu Rəşad özünə ev tikmək üçün Masazır kəndində torpaq almaq istəmiş, bu barədə qohumu Bəxtiyarla söhbəti olmuş və sonuncu onlara Dilavər adlı torpaq makleri tanışının olduğunu demişdir. Buna görə də hər ikisi xahiş etmiş ki, ucuz və məsləhətli torpaq olarsa, onlara xəbər versin. 2022-ci ilin may ayının əvvəllərində Bəxtiyar Dilavərdə 4 sot torpaq sahəsinin olduğunu demiş və hələ ki, həmin torpağın 2 sotunu sənədləşdirmək mümkün olduğunu, yəni bələdiyyədə hərracdan ala biləcəyini bildirmişdir. O, Rəşada zəng edib bu barədə demiş, məsləhətləşmişlər ki, gedib birlikdə torpağa baxsınlar, hansı bəyənərsə, götürər. May ayının əvvəllərində Rəşad, Bəxtiyar və adını sonradan bildiyi və tanıdığı Dilavər adlı şəxslə Masazır qəsəbəsində görüşmüş və birlikdə Yeni Bakı yaşayış massivinin arxasında yerləşən “Arpaçay” restoranın yaxınlığındakı əraziyə getmişlər. Dilavər əlində bir ədəd sxem tutub orada boş torpaq sahəsini göstərib bildirmişdir ki, həmin torpağın 2 sotunun sxemini çəkdirib və əgər bəyənərsə torpağın 2 sotunu hərracdan alıb verə bilər, onlar torpağa baxmış, hər ikisi torpağı bəyənsələr də, onun sənədi hazır olmadığı üçün bir qədər fikirləşmişdir. Rəşad Dilavərdən sənədin hansı tezliklə hazır olacağı barədə maraqlandıqda Dilavər bildirmişdir ki, pulu ödədikdən bir ay sonra sənədlər hazır olacaqdır. Dilavər həm də bildirmişdir ki, həmin torpağın qonşuluğundakı 2 sot torpaq sahəsi də ona məxsusdur və onu da hərracdan ala bilər. Rəşad birinci göstərilmiş torpağı almağa qərarlı olduğu üçün razılaşmışdır ki, həmin torpağı alsın, sonradan digər 2 sotun sənədi hazır olduqda həmin torpağı o özü alar. Onların Dilavərlə apardığı torpaqla bağlı olan söhbətlərində və razılaşmalarda Bəxtiyar da çox canfəşanlıq etmiş və hər vasitə ilə çalışmışdır ki, razılıq verib torpağı alsınlar. Belə ki, Bəxtiyar demişdir ki, «siz pulu hazırlayıb verin, mən qalan məsələləri özüm həll edəcəm». Bundan sonra onlar birlikdə Bəxtiyarın evində görüşmüş, orada da Bəxtiyar yenidən torpağı tərifləyib demişdir ki, «torpağı alsaz uduzmazsız». Bundan sonra Rəşad daha da həvəslənmiş və torpağın qiyməti barədə razılaşma aparmışdır. Rəşad 2 sot torpağı almaq üçün Dilavər və Bəxtiyarla 4000 manata razılaşmış, Dilavər demişdir ki, ayın 5-də pulun bir hissəsini, qalan pulu isə 10 gün ərzində verərsən. Dilavər ilkin pulu götürüb sxemi Bələdiyyə ilə razılaşacağını bildirmiş və sonra torpağı hərraca çıxarıb pulun qalan hissəsini götürəcəyini vəd etmişdir. Eyni zamanda ona da söz vermişdir ki, «narahat olma, o biri torpağı da sənin adına sənədləşdirəcəm». Bu minvalla 05 may 2022-ci il tarixdə Bəxtiyar Rəşadla zəngləşdikdən sonra onunla birlikdə Bəxtiyarın evinə getmiş, bu vaxt evdə Bəxtiyar və arvadı Susanə də olmuş, orada Rəşad Bəxtiyara 1830 manat pul vermiş, Bəxtiyar da həmin pulu Dilavərə vermişdir. Rəşad qalan pulu razılaşdıqları kimi 10 günə gətirib verəcəyinə söz vermiş, Dilavər də bildirmişdir ki, «razılaşdığımız kimi torpağın sənədini harraca hazırlayacam». Onlar Dilavərin həqiqətən torpağın sənədləşdirəcəyinə inandıqları üçün qayıdıb gəldikdən sonra Rəşad qalan pulu hazırlamağa başlamış, bir neçə gün sonra Rəşad Bəxtiyarla əlaqə saxlamış, sonuncu Rəşada bildirmişdir ki, Dilavər bütün sənədləri hərraca hazırlayıb, heç bir problemi yoxdur, yaxın günlərdə torpağın sənədi hazır olacaqdır. 15 may 2022-ci il tarixdə Rəşad Bəxtiyarla zəngləşmiş, pulu hazırladığını bildirmiş, Bəxtiyar da ona demişdir ki, Dilavəri çağıracaq evinə, gəlib onun evində görüşüb pulu vermək lazımdır. Rəşad da onun dediyi kimi etmiş və həmin günü axşam saatlarında onunla Bəxtiyarın evinə gəlmiş, Rəşad orada qalan 2170 manat pulu ödəmişdir. Dilavər də Rəşada demişdir ki, «necə razılaşmışıq, elə də sənədi hazırlayıb sənə verəcəm». 21 may 2022-ci il tarixdə Bəxtiyar ona zəng edərək vəd etdikləri torpağın da sənədini Rəşadın sənədi ilə birlikdə hazırlamaq mümkün olduğunu demişdir. O da Rəşadın almaq istədiyi torpağın sənədinin hazırlandığını başa düşdüyü üçün Dilavərgilin ona göstərildikləri torpaq sahəsini Rəşadın almaq istədiyi torpağın qonşuluğunda olduğu üçün almağa razılıq vermişdir. Söhbət əsnasında Bəxtiyar ona demişdir ki, «belə ucuz torpaq ələ düşməyəcək, əgər torpağı istəyirsənsə, gəl sənədin hərraca hazırlanması üçün ilkin ödənişi et, Dilavər də sənədləri hazırlasın». O, bu barədə Rəşada dedikdə Rəşad artıq torpağının sənədinin hazırlanma ərəfəsində olduğunu əmin olmuş, buna görə də ona demişdir ki, yəqin iki sənədi eyni vaxtda təsdiq etdirəcəklər. Belə olduqda daha da qərarlaşmış və Rəşadla birlikdə həmin günü yəni, 21 may 2022-ci il tarixdə Bəxtiyarın evinə gəlmişlər. Orada Dilavər və Bəxtiyarla söhbət etmiş, söhbət zamanı Dilavər ona bildirmişdir ki, «əgər torpağa hasar çəkdirmək istəyirsənsə əlavə 500 manat da pul verərsən, həm sənədi hazırlayaram, həm də torpağın hasarlanmasını razılaşdıraram». O da sənədi alandan sonra çətinlik yaranmaması üçün razı olub torpaq üçün Dilavərgilə 4500 manat pul verməyə razı olmuş, buna görə də ilkin 2000 manat pulu çıxarıb Bəxtiyarın evində onlara ödəmişdir. Bəxtiyar da Dilavərə demişdir ki, «sən sənədləri hərraca hazırla, qalan pulu Elmi ödəyəndə həm də hasarlanma işini həll edərsən». Dilavər də vəd etdiyi kimi torpaq işini həllə edəcəyinə söz vermiş və onlar ayrılıb getmişlər. 2022-ci ilin avqust ayında Bəxtiyar mənə zəng edərək bildirmişdir ki, «sən qalan 2500 manat pulu da götür gəl, sənədləşmə işini Dilavər bitirsin». Onun həmin vaxtı əlində pul olmadığı üçün 2022-ci ilin avqust ayının 20-də mən tanışından bir həftəlik 2000 manat borc pul almış, əvvəlcədən razılaşdığı kimi Masazır kəndində Zəngilan şəhərciyində yerləşən «Seyidin kafesi» deyilən kafeyə gəlmişdir. Orada Bəxtiyar və Dilavərlə yenidən görüşmüş, söhbət əsnasında hər ikisi torpaqların sənədlərinin artıq tam hazır olduğunu və imzalanma ərəfəsində olduğunu bildirib onları tam inandırmış, belə olduqda o, özündə olan 200 manat pulu borc aldığı 2000 manatın üzərinə qoyub 2200 manat pulu Bəxtiyarla Dilavərə ödəmişdir. Qalan 300 manat pulu isə 3 gün ərzində tapıb ödəyəcəyini demiş, Dilavər heç bir problemin olmadığını bildirmişdir. Onlar ayrıldıqdan 3 gün sonra yenidən həmin kafedə dördlükdə görüşmüş və əyləşib çay içən zaman qalıq qalmış 300 manat pulu da onlara ödəmiş və heç bir borcu qalmamışdır. Dilavər pulu götürüb onlara demişdir ki, «Allah hər ikinizin xeyrini versin» və onlar çay içib ayrılmışlar. Lakin, sonradan torpağın sənədləşməsi ilə bağlı proseslərin gecikdiyini görüb həmin torpaq sahəsinə getmiş, orada bizə məlum olmuşdur ki, onlara satılması üçün göstərilən hər iki torpaq sahəsi başqa şəxsə məxsusdur. Belə olduqda Bəxtiyarın və Dilavərin hər ikisi aldatdığını başa düşmüş və şikayət etmək qərarına gəlmişlər. Əlavə olaraq dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 xalası oğlu və Zərərçəkmiş şəxs2 isə Rəşadın əmisi oğlu kimi tanımışdır. Onlarla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 onun əri, Təqsirləndirilən şəxs2 isə qonşusudur. Əri Bəxtiyar yaşadığ binada gözətçi işləyir. 2022-ci ilin may ayında xalası oğlu Rəşad və əmisi oğlu Elmi onlara gəlmiş, əri Bəxtiyara onların hər birinə 2 sot torpaq sahəsi satmasını demişlər. X4 ilə birlikdə Elmi və Rəşada hər birinə Masazır kəndindən 2 sot torpaq sahəsi satmaq üçün Rəşaddan 4000 manat, Elmidən isə 4500 manat pul aldıqlarını, lakin torpağın sənədlərinin Rəşad və Elminin adına düzəldə bilmədiklərini, bundan sonra da Rəşad və Elminin Bəxtiyar və Dilavərdən şikayət etdiklərini eşitmişdir. Həmin məsələdə əri Bəxtiyar sonradan bilmişdir ki, ümumilikdə 2500 manat pulu alıb xərcləmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. "xxxx" ASC-nin Abşeron filialının qəbzində görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 1000 manat dövlət büdcəsinə ödəniş edilmişdir. "xxxx" ASC-nin Abşeron filialının qəbzində görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 1130 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından yayındığına barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tutularaq Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiklərini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilmələrini və barələrində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxslərin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər "xxxx" ASC-nin “Abşeron” filialına xx.xx.2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 8500 manat məbləğində maddi ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında – 2125 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barələrində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslələ barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar