Məhkəmə qərarları › İş №1(012)-421/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-421/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-421/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ucar rayonu,Boyat kəndində anadan olan,, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi ev 33Ada qeydiyyatda olan, Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan və Abşeron rayonu Xirdalan şəhərində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 X6 əməkdaşı kimi təqdim edərək, “MİDA”nın Yasamal lahiyəsindən 3 otaqlı güzəştli sosial mənzil verilməsinə köməklik edəcəyini yalandan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ev 3, mənzil 32-də 2.500 manat, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “Unibank” filialının yaxınlığında 16.500 manatı, ümumilikdə vahid niyyətlə 19.000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 X6 əməkdaşı kimi təqdim edərək sonuncuya sosial vəziyyəti ilə bağlı dövlət tərəfindən 155 baş xırdabuynuzlu, 8 baş iribuynuzlu heyvan və 26 qutu arı verilməsinə köməklik edəcəyini yalandan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayında Abşeron rayonu, Masazır qəsəbəsində “Araz” marketin yaxınlığında 1.200 manat, bir gün sonra Abşeron rayonu, Masazır qəsəbəsində “Yeni Saray” şadlıq sarayının yaxınlığında 800 manat, 2023-cü ilin mart ayında Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyində 3900 manat, 2023cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi yeni məhəllədə yerləşən evindən bank kartma göndərdiyi 450 və 550 manatı, ümumilikdə vahid niyyətlə 6900 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam ödədiyini və bu əsasla sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. zərərəçəkmş şəxs Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanın əvəzinə bacısı tərəfindən torpaq sahəsi təklif edilsə də, Gülnarənin bunu qəbul etmədiyini, azadlıqda olarsa Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı az müddətdə ödəyəcəyini, əməlindən səmimi peşman olmasını və ziyanın bir hissəsini qaytarmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanışı Şahid vasitəsi ilə tanımış, onun mənzil almaq istədiyini öyrənikdən sonra ona “MİDA”-nın Yasamal lahiyəsindən 3 otaqlı güzəştli sosial mənzil verilməsinə köməklik edə biləcəyini yalandan vəd verib aldadaraq, ümumilikdə 19.000 manat pulunu alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, onun həmin vaxtlar xeyli miqdarda borcu olmuş, fikirləşmişdir ki, borclanı qaytardıqdan bir az sonra maddi imkanları düzələr və Zərərçəkmiş şəxs1 da pulunu qaytarar. Lakin işlər onun düşündüyü kimi getməmiş, nəticədə Zərərçəkmiş şəxs1 vurduğu ziyanı qaytara bilməmişdir. Sonuncudan aldığı vəsaiti öz ehtiyacları üçün sərf etmiş, Şahid onun niyyətindən xəbəri olmamışıdır. Bundan başqa, Abşeron rayon, Masazır qəsəbəsində icarə əsasında ferma işlətdiyi zaman Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Eldənizlə söhbət zamanı ona sosial heyvanlar gətirə biləcəyini bildirmiş və öz mobil nömrəsini vermişdir. Sonradan Eldəniz ona zəng edib heyvanlar gətirməsini istəmiş və Eldənizə 155 baş qoyun, 8 baş inək, 26 qutu arı gətirəcəyini yalandan vəd verib 2023cüilin fevral və mart aylarında Masazır qəsəbəsində hissə-hissə olmaqla ümumilikdə 6900 manat Zərərçəkmiş şəxs2 pul almışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onurğasında “kifozü onurğa defanimasiyası”, ’’pratruziya” və “revmoartrit” xəstəlikləri var. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında sevgilisi Rövşanənin sayəsində tanımışdır. 2018-ci ildə evləri plana düşdüyündən sökülmüş və söküntüyə görə verilən məbləğə Sabunçu rayonu, Zabrat qəsəbəsində Yeni Məhəllə yerləşən evi almışlar. 29000 manat artıq pul qalmışdır. Atası 15 il qabaq rəhmətə getdiyi üçün, vəsiyyətinə uyğun olaraq yaşadıqları ev qardaşı X3 qalmış, bu səbəbdən ailə daxili söhbət edib qərarlaşdırmışlar ki, artıq qalan həmin 29000 manat məbləğ ilə ona ev alınsın. 2018-ci ilin sonlarında Sumqayıt şəhərində bir otaqlı ev almış onurğasında olan xəstəlikləri xroniki hala çevrildiyindən hər il kurs müalicə almışdır. Təxminən 2021-ci ildə müalicə almaq üçün maddi imkanı olmadığndan Sumqayıt şəhərində yerləşən bir otaqlı evini 34.000 manata satmış, müalicədən sonra qalan 30.000 manatı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 243 ünvanında yerləşən “Uni Bank”-ın 28 May filialına depozitə qoymuşdur. Depozitdə olan pulun faiz gəlirləri ilə özünü müalicə edib dolanmışdır. 2022-ci ildə 3 saylı Sabunçu xəstəxanasında müalicəyə yazılmış, xəstəxanaya yaxın olmaq üçün Sabunçu rayonu Stansiya adlanan ərazidə kirayə mənzil tapıb tək kirayə yaşamağa başlamışdır. Kirayə yaşadığı evdə qonşuda bir nəfər ailə digər otaqda kirayə yaşamış və yaşadıqca həmin ailə ilə daha doğrusu evin gəlini olan Xanım adlı şəxslə münasibətləri yaranmışdır. Tez-tez Xanımın yanına atası və bacısı Rövşanə gəlib gedirdi. Xanımla danışan zaman ona bankda 30.000 manat depozitdə pulu olduğunu və həmin pul ilə özünə ev almaq istədiyini bildirmişdir. 2023-cü ilin yanvar ayında Xanımın bacısı Rövşanə ona bir nəfər Aqşin adında şəxs tanıdığını, həmin şəxsin onun bacısı Xanıma sosial yardımlar etdiyini sosial yardım fondunun işçisi olduğunu bildirmişdir. O, sosial mənzil almaq istədiyindən 2023-cü ilin fevral ayında Rövşanə Aqşini kirayə yaşadığı Biləcəridəki evinə dəvət etmiş və orada ilk dəfə Təqsirləndirilən şəxs görmüşdür. Danışıq zamanı Aqşin ona səhhətinda olan xəstəliklə əlaqədar olaraq fonddan ev almağa kömək edə biləcəyini bildirmişdir. Ancaq əlilliyi olmadığı üçün mənzil üçün kiçik ödəniş tələb olunacağını yerdə qalan məbləği fond tərəfindən ödənəcəyini demişdir. Bununla razılaşdığı üçün Aqşin onun şəxsiyyət vəsiqəsini özü ilə götürmüş və bir gün sonra əlaqə saxlayıb təbrik edərək ona sosial mənzil düşdüyünü bildirmişdir. Bundan sonra Yasamal rayonunda yerləşən Midanın tiktiyi evləri ona təklif etmiş hissə-hissə ödənişlər edərək mənzili ala biləcəyini demişdir. Sevinərək bununla razılaşmış və Aqşinin ona təklif elədiyi iki otaqlı ev üçün 13000 manat pul istəmiş daha sonra Aqşin 2 otaqlı evlərin bitdiyini ancaq 3 otaq evlərin qaldığını bnun üçün isə 15500 manat istədiklərini və sənədləşməyə əlavə pullar çıxacağını bildirmişdir. 2023-cü ilin fevral ayında ilk dəfə Rövşanənin yaşadığı Biləcəri qəsəbəsi, evdə Aqşinə 2500 manat nəğd pul vermişdir. Aqşin özü bildirmişdir ki, qeyd olunan məbləği lazım olduqca hissə-hissə ondan alacaqdır. 2500 manatı verdikdən bir neçə gün sonra Aqşin yenidən ondan pul istəmiş, həmin pulların bəzilərini öz kartından Aqşinin kartına göndərmiş, bəzilərini isə nəğd olaraq vermişdir. 2023-cü ilin fevral ayının sonlarında sonuncu dəfə Aqşinə, Rövşanənin iştirakı ilə ünvan 2 ünvanında yerləşən “Uni Bank”-ın 28 may filialında 2500 manat pulu depozitdən çıxararaq elə bankın içində Aqşinə vermişdir. Bundan sonra demək olar ki, Aqşin hər 3-4 gündən bir ondan işin həll olunması üçün müxtəlif məbləğlərdə pul istəmiş, banka gedib pulu çıxarıb Aqşinə vermişdir. Ümumilikdə 2023-cü ilin fevral ayında ünvan 2 ünvanında yerləşən “Uni Bank”-ın 28 may filialında ona sosial mənzil alması üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 19.000 manat pul vermişdir. Razılaşmaya əsasən Aqşin bir ay ərzində mənzil işini həll edib ona açarları təhvil verməli idi. Lakin sonradan müxtəlif bəhanələr gətirib prossesi uzatmağa başlamışdır. Bundan sonra hər dəfə əlaqə saxlayanda Aqşin fondda olduğunu bildirib çıxa bilməyəcəyini demişdir. Aqşindən pullarını tələb etdikdə Aqşin ona hədə qorxu gəlmiş və təhqir etmişdir. Artıq pullarını Rövşanədən tələb etdikdə Rövşanə ona bildirmişdir ki, Aqşinin ayağında elektron qolbağ var. Bu işi daha dəqiq öyrəndikdə yalandan Rövşanə demişdir ki, güya Aqşinin dələduzluq işi olduğuna görə ayağına qolbağ olduğunu yeni bilib. Bundan sonra artıq ona məlum olmuşdur ki, Aqşin dələduzdur, onun pulunu etibarından istifadə edərək ələ keçirmişdir. Ona dəymiş olan ziyan ödənilməmişdir. Aqşinin bacısı və qohumları tərəfindən ona torpaq təklif edilməmiş, əksinə onu məcbur etməyə çalışmışdırlar ki, o, şikayətini geri götürsün. Dəymiş ziyaynın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin fevral ayının əvvəllərindən tanımışdır. Belə ki, X4 şəhəriciyinin yaxınığında yerləşən fermanı işlədirdi. O da həmin fermanın yaxınlığında işləmişdir. Aqşinlə tanış olub söhbət edərkən, Aqşin özünü ona “H.Əliyev” fondunun işçisi kimi təqdim etmişdir. Aqşin sosial heyvanlar təşkil edə biləcəcəyini demiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini verib əlaqə saxlamasını xahiş etmişdir. Bundan bir neçə gün sonra Aqşindən ona sosial heyvan verilməsində köməklik göstərməsini xahiş etmişdir. Fermanın qarşısında Aqşinlə görüşüb heyvan gətirilməsi məsələsi ilə bağlı söhbət etmişlər. Danışıq zamanı Aqşin onu inandırınb guya ona 155 baş qoyun, 8 baş inək 26 qutu arı verilməsində köməklik edəcəyini bunun müqabilində ondan 6900 manat pul istəmişdir. Aqşinə həmin məbləğin yalnız hissə-hissə verə biləcəyini bildirdikdə, Aqşin də razılaşmışdır. Elə həmin gün Masazır qəsəbəsində Araz marketdin içindəki bankomatdan “Kapital Bank” kartından 1200 manat çıxarıb elə orada Aqşinə vermişdir. Sabahı gün Aqşin ona zəng edib heyvanların gəldiyini deyib, sənədlərini istəmiş, fonda gedib təsdiq elətdirəcəyini və yenə pul verməli olduğunu bildirmişdir. Masazır qəsəbəsində Yeni Saray şadlıq sarayının qarşısında Aqşinlə görüşüb 800 manatı Aqşinə vermiş Aqşin ən geci 1 aya heyvanların gətiriləcəyini qeyd etmişdir. Bu müddət ərzində təxminən 2023-cü ilin mart ayında Aqşinlə Masazır qəsəbəsində fermanın yanma görüşüb hissə-hissə olmaqla 3900 manat Aqşinə pul vermişdir. Aqşinin ona göndərdiyi bank kartına, 550 və 450 manat olmaqla 1000 manat göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 2023-cü ilin fevral və mart aylarında Abşeron rayonu, Masazır qəsəbəsində ona sosial heyvanlar gətirməsi üçün 6900 manat pul vermişdir. Lakin sonradan Aqşin guya işin alınmadığını pulunu qaytaracağını demiş, hər dəfə müxtəlif bəhanələr gətirib nə verdiyi vədə əməl etmiş, nə də ki, pulunu qaytarmışdır. O, Aqşin barədə soraqlaşdıqda Aqşinin dələduz olduğunu başa düşmüş və 01 may 2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vurub Aqşin barədə şikayət etmiş və daha sonra Abşeron rayon Polis İdarəsinə ərizə yazmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin 12 mart 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından sonra tanımışdır. Belə ki, Gülnarə bacısının evində kirayə yaşamışdır. O da bacısıgilə gedəndə Gülnarə ilə tanış olmuşdur. Münasibətləri çox yaxşı olduğundan, bir müddət sonra Gülnarəni öz yaşadığı evə gətirmişdir. 2022-ci ilin noyabr ayına qədər Gülnarə onunla qalmışdır. 2023cü ilin Yanvar ayından bacısının ailəsində maddi vəziyyət pis olduğundan Aqşin adlı şəxs onlara ərzaq yardımı etmişdir. Aqşin özünü fondun işçisi kimi təqdim etmiş və müntəzəm bacısının ailəsinə yardımlar etmişdir. Hətta onunla tanış olduqdan sonra Aqşin onların Biləcəridə yerləşən kirayə yaşadıqları mənzilə yardımlar gətmişdir. Aqşin hətta atasına və qardaşına da iş düzəldəcəyinə vəd vermiş və onları inandırmışdır ki, fondda çalışır, əli hər yerə çatır. Aqşin həmin zamanlarda onlara 10000 manata sosial ev ala biləcəyini söyləmişdir. Onların bu məbləğdə imkanı olmadığı üçün o, bu barədə Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 ucuz qiymətə olan evlərlə maraqlanıb almaq istədiyini bildirdiyindən bu təklifi edib, Aqşinlə Gülnarəni tanış etmişdir. Onları tanış etdikdən sonra, onlar artıq öz aralarında razılaşmışlar. Bildiyinə görə Aqşin Gülnarəyə vəd vermişdir ki, ona sosial mənzil alınmasında köməklik edəcək. Gülnarə onun yanında 28 May metrostansiyasının yaxınlığıdakı Unibankın qarşısında Aqşinə hissə-hissə xeyli miqdarda pul vermişdir. Aqşin ilk əvvəl Gülnarəyə 2 otaqlı mənzil söz vermiş, daha sonra iki otaqlı mənzilin bitdiyini bildirib 3 otaqlı mənzil verilməsinə söz verərək ondan pul almışdır. Hətta Aqşin onları inandırmaq üçün Gülnarə ilə onu Yasamal rayonunda yerləşən MİDA binalarına aparmış uzaqdan binanı göstərib Gülnarəyə həmin binadan ev veriləcəyini demişdir. Pulun məbləğini əvvəl bilməmiş, polisə dəvət olunanda Gülnarənin Aqşinə mənzil üçün 19000 manat pul verməsini bilmişdir. Aqşinin Gülnarəni aldatması yalan vəd verib pulunu ələ keçirməsini əvvəlcədən bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham elan olunması üçün tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazsisində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-804/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-478/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)- 478/2022 saylı hökmü ilə 02 il 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 09 ay 16 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay 18 gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq təkrarən və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, sonuncunun əvvəllər eyni xarakterli cinayətinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsinə baxmayaraq yenidən eyni tərkibli cinayəti törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə zərərçəkən Zərərçəkmiş şəxs1y vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın prinsiplərinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2022ci il tarixli, 1(012)-478/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) günü müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 07 (yeddi) ay 09 (doqquz) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı 25 oktyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 (yeddi) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq təyin edilmiş cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilsin, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 mülki qaydada iddia qaldırmaq hüququ izah olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə) Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar