Məhkəmə qərarları › İş №1(012)-422/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-422/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-422/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Gülmalı oğlunun iştirakları ilə, xx xxxxx 1962-ci il tarixdə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx” ASC-nin avtonəqliyyat xidmətində sürücü işləyən, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 fevral 2021 -ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi «Mercedes Benz 190» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 45-ci kilometrliyində Şamaxı istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs, X5 və Şahid1 avtomobilin qabaq hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ diz oynağında və sağ aşağı ətrafında hərəkətlərin məhdudluğu ilə, oynağa mayenin toplanması ilə və oynağın bağlarının travmatik cırılması ilə nəticələnən sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin geniş həcimli qançır-şişkinliyi, hemartrozu, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Şahid1 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, üz sümüklərində-hər iki almacıq, hər iki əng, burun və alt çənə sümüyünün sağ tac çıxıntısının qapalı yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızına ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların qançır-şişkinliyi, hər iki dodağın əzilmişcırılmış yaraları, alın nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, X2 daxili qanaxma ilə miişayət olunan, dalağın travmatik cırılması, sol baldır sümüklərinin yuxarı 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, çoxqəlpəli yerdəyişən sınıqları, sol baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş-cırılmış yarası, sağ əlin arxa səthin və sağ əlin 3-cü barmağının sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi özünə məxsus “Mercedes Benz 190” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Şamaxı yolu ilə Bakı şəhərindən Qobustan rayonuna gedərkən həmin yolun Abşeron rayonu ərazisindən keçən hissəsində avtomobili sağ zolaqda 40 km/saat sürətlə hərəkət etdirmiş və həmin zaman avtomobildə qonşu kənddən olan Aqşin adlı şəxs olmuşdur. Hamin vaxtlarda qarşıda yolun sağ kənarında bir avtobus dayanmışdır. O, avtobusu ötüb keçərkən avtobusun önündən sağdan sola doğru bir neçə piyada qadının küləkli qarlı havada yolu bir birilərinin ardınca keçdiklərini görüb ayağını tormoza atsa da avtomobilin qabaq sağ hissəsi ilə qadınları vurmuşdur. Həmin qadınlar xəsarət almışlar. O, dərhal avtomobili saxlayıb yerə düşmüş və oraya yığışan şəxslərlə köməkləşib yaralıları xəstəxanaya yola salmışlar. Hadisə zamanı özləri xəsarət almamışlar. Digər avtomobilə, eləcə də avtobusa toxunmamışdır. Maşında yük olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 24 fevral 2021-ci il tarixdə saat 09 radələrində tanıdığı Fərhad adlı şəxsin idarə etdiyi avtobusla iş yoldaşları ilə birlikdə Bakı şəhərindən Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən iş yerinə gedərkən yolda avtobusda nasazlıq yaranmış, bu səbəbdən iş yerinə çatmağa az qalmış Fərhad adlı sürücü avtobusu yolun sağ ehtiyat hissəsinə verib saxlamışdır. Onlar işçilərlə birlikdə avtobusdan düşüb yolu sağdan sola doğru keçmək istədikdə soldan Bakı istiqamətindən gələn boz rəngli “Mercedes” markalı avtomobil onları yolda vurmuşdur. Onunla birlikdə Şahid1 və Nuranə Qurbanova da yolu keçərkən hadisə nəticəsində hər üçü xəsarət almışlar. İş yoldaşları onları xəstəxanaya aparmışlar. Onlar yolu asta addımlarla keçmiş, hava qarlı və küləkli, çovğun olmuşdur. O, ”Mercedes” markalı avtomobilin sürətini bilməmiş, həmin avtomobilin sürücüsü yaşlı kişi olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində işlədiyi «xxxx» MMC-yə məxsus olan Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Müşviq qəsəbəsindən Bakı-Şamaxı-Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən işlədiyi «xxxx» MMC-yə gedərkən avtobusda ondan başqa 10- 11 nəfər işçi olmuşdur. Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda sürücü avtobusu yolun sağında saxlamışdır. Həmin vaxtı hava qarlı və küləkli, yer sürüşkən olmuşdur. Sürücü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini demiş və onlara avtobusdan düşüb yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Onlardan əvvəl bəzi işçilər yolu keçmişlər. O. Zərərçəkmiş şəxs və Nuranə Qurbanova yolu keçərkən soldan rayon istiqamətinə hərəkətdə olan minik avtomobili onları vurmuşdur. Onlar da xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. Sürücünü əvvəllər tanımamış, hadisə baş verdiyi gündən «Mercedes» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun sağalması üçün maddi köməkliklər göstərmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, «xxxx» MMC-də sürücü işləyir. 24 fevral 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı- Şamaxı-Yevlax yolunda idarə etdiyi “Jak” markalı avtobusda nasazlıq yaranmış, o, su tapıb radiatora tökmüş və yoluna davam etmişdir. «Yemiş satılan» yerdə yenidən avtomobildə nasazlıq yaranmışdır. Avtomobildə donma və tormozlanma getdiyindən o, avtobusu yolun kənarına çəkib saxlamışdır. Hava çovğun olduğu üçün avtobus donmuşdur. Avtobusda olan MMC-nin işçiləri ona bildirmişlər ki, «qapını aç, aşağı düşüb gəzsinlər». O, avtobusun qapısını açmış, özü də sükan arxasından salona keçmişdir, Həmin vaxtlarda qışqırıq səsləri eşidib yerə düşəndə «Mercedes» markalı avtomobilin üç qadın işçini vurduğunu, qızların yerdə yaralı olduğunu görmüş, lakin hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. O, hadisə yerində olan şəxslərlə köməkləşib yaralıları xəstəxanaya yola salmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəni bir daha təstiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 24 fevral 2021- ci il tarixdə səhər saatlarında yaşadığı Qobustan kəndindən “JAC” markalı iş avtobusu ilə işlədiyi Bakı-Şamaxı yolunun kənarında yerləşən «xxxx» MMC-yə işə gedərkən avtobusda təxminən 15-20 nəfər sərnişin olmuşdur. İşlədiyi yerlə üzbəüz Bakı-Şamaxı yolunun 45-ci km-də sürücü Fərhad adlı şəxs avtobusu yolun sağ tərəfində sarı xəttin kənarında saxlamış və avtobusda nasazlıq olduğunu, başqa avtomobil ilə işə getmələrini bildirmişdir. Qadınlar avtobusdan düşüb yolun digər tərəfinə keçmişlər. O. avtobusun salonunda oturmuşdur. Birdən avtobusdakı adamlar qışqıraraq qadınları maşın vurduğunu demiş, o. avtobusdan aşağı düşdükdə qadınları maşın vurduğunu, Sevinc adlı xanımı yolun ortasında olan beton zolağının ortasına atdığını, Nuranə adlı xanımı avtomobil vurduğu yerdən 20-30 metr qabağa apardığını, Günay adlı xanımı isə avtobusun qabağına atdığını görmüşdür. Hər üç qadın xəsarət almışdır. Həmin qadınları “Mercedes Benz 190” markalı avtomobil vurmuşdur. O, qadınları vuran “Mercedes Benz 190” markalı avtomobilin sürətini bilməmiş, həmin avtomobilin sürücüsü yaşlı kişi olmuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəni bir daha təstiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2014-cü ildən Bakı-Şamaxı yolunun 45-ci km-də yolun kənarında yerləşən «xxxx» MMC-nin yanında yerləşən «xxxx» MMC-də işləyir. 24 fevral 2021ci il tarixdə «xxxx» MMC-və məxsus “Jac” markalı avtobusla yaşadığı Abşeron rayonu, Qobustan kəndindən minib işə gedərkən sürücü «xxxx» MMC-nin yaxınlığına çatdıqda sürücü Fərhad avtobusda nasazlıq olduğunu bildirmiş, rəhbərliyə zəng vurub avtobusun yoldan sağa ehtiyat hissəyə çəkib saxlamış, işçilərdən bir neçə qadın yolu əks tərəfə keçirmişlər, O, aşağı düşüb avtobusun qarşısından sola keçmək istəmiş, yolun ortasında dalbadal yolu keçmək istəyən qadınlardan üçünü Bakı istiqamətindən gələn “Mercedes Benz 190” markalı avtomobil gəldiyi sürətlə vurub hərəsini bir tərəfə irəliyə atmışdır. Qadınlardan Nuranəni həmin avtomobildən təxminən 20-30 metr irəliyə aparmışdır. Onlar Nuranə, Sevinc və Günayı xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. O, qadınları vuran “Mercedes Benz 180” markalı avtomobilin sürətini bilməmiş, həmin avtomobilin sürücüsü yaşlı kişi olmuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəni bir daha təstiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Volodiya oğlunun məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, «xxxx» MMC-də direktor müavini və «xxxx» MMC-də icraçı direktor vəzifəsində işləyir. 24 fevral 2021-ci il tarixdə sürücü Fərhad idarə etdiyi sərnişin daşıma nəqliyyatının nasaz olduğunu bildirmiş, o, avtobusun nasaz olduğu yerə getmişdir. Hava şəraiti çox pis olduğundan, yəni qar yağdığından və çovğun olduğundan avtomobilin şüşələri belə donmuşdur. O, işçilərdən 5 nəfərini öz avtomobilnə götürüb şirkətə daxil olmuşdur. İşçilərdən çoxu piyada yolu keçib işə gəlirmişlər. O. geri qayıdanda hadisə yerinə 20 metr qalmış “Mercedes Benz” 190” markalı avtomobil işçilərdən üçünü yolun ortasında vurduğunu görmüşdür. “Mercedes Benz 190” markalı avtomobili sürəti yüksək olmamışdır. O, tez avtomobildən düşüb işçilərə baxmış, hamını köməyə çağırmışdır. Ağır vəziyyətdə olan Şahid1 avtomobilinə qoyub dərhal təcili tibbi yardıma çatdırmışdır. Digər iki nəfər işçini şirkət maşını təcili tibbi yardıma aparmışdır. Hadisə olan vaxtı saat 09:15 radələrində tez 103 xidmətinə zəng vurub yaralıların vəziyyəti ağır olduğuna görə təcili yardıma gətirmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Volodiya oğlu məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəni bir daha təstiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 24.02.2021-ci il tarixdə səhər saatlarında bacısı Nuranə Qurbanova iş yerinə gedərkən Bakı-Şamaxı yolunun 45-ci km-də yolu keçən zaman onu rayon istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobil vurmuş, nəticədə Nuranə Qurbanova xəsarət almışdır. 12.03.2021-ci il tarixdə Nuranə ayağından əməliyyat olunmaq üçün klinikaya aparılmış və orada ölmüşdür. Bacısı Nuranənin meyiti daxili və xarici müayinə olunduqdan sonra Abşeron rayonu, Qobustan kənd qəbiristanlığında dəfn edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 24.02.2021-ci il tarixdə saat 09:30 radələrində Müşviqabad qəsəbəsindən tanışı Təqsirləndirilən şəxsla idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunda Şamaxı şəhər istiqamətində hərəkətdə olarkən yolun təxminən 45-ci km-də qabaqda təxminən 100 metr irəlidə yolun sağ kənarında böyük avtomobilin dayandığı görünürmüş. Təqsirləndirilən şəxs avtomobili təxminən 40-50 km/saat surətlə idarə etmişdir. Onlar avtomobilə yaxınlaşanda dayanan maşının avtobus olduğunu görmüşdür. Onlar sağ zolaqda hərəkət etmişlər. Yolda arasıra yerlərdə asfalt üzərində qar varmış, yol dumanlı, çovğunlu və donmuş imiş. Onlar həmin zolaqda hərəkətdə olarkən böyük bir qar çovğunu onların maşını və avtobusu görünməz etmiş, demək olar ki, avtobusun arxa hissəsinə çatarkən avtobusun qabaq hissəsi tərəfindən həmin qar çovğunu içərisində bir neçə qaraltını görmüşlər. Həmin anda sürücü avtomobilin əyləcini basmış, yolun sol kənarındakı hərəkət xəttinin tamamilə sovrulan qar tərəfindən örtüldüyündən maşın sürüşərək həmin qaraltılara tərəf getdiyi an onların insan olduğunu görmüş, sürücünün reaksiya verməyini gözləmədən o, gözlərini yummuş və həmin an qabaq tərəfinin nəyəsə dəydiyini hiss etmişdir. Sürücü maşını həmin yerdən qabaqda saxlamış, sonra özünə gəlmiş, yolda iki yaralı qadının olduğunu görmüşdür. Sonra onları oraya yığışanlarla birlikdə köməkləşib xəstəxanaya yola salmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 12 mart 2021-ci il tarixli 29 saylı meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər daxili qanaxma ilə müşayət olunan dalağın cırılması (dalağın xaric edilməsi ilə), sol baldır sümüklərinin açıq və sağ baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları ümumilikdə həyatidirlər, zərərçəkənin M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) 24 fevral 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə bilavasitə səbəb anesteziya, intubasiya tədbirləri ilə əlaqədar ağciyərlərdə inkişaf etmiş kəskin və yayılmış atelektazdan baş vermiş kəskin ağciyər çatışmazlığı olmuşdur. X1 ölümü Uni Klinikada 12 mart 2021-ci il tarixdə, saat 16:30-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsndə etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 29 aprel 2021-ci il tarixli, KEŞ-456 saylı iş materialları üzrə ekspertiza rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər daxili qanaxma ilə müşayət olunan dalağın cırılması (dalağın xaric edilməsi ilə), sol baldır sümüklərinin açıq və sağ baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları ümumilikdə həyatidirlər, zərərçəkənin M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) 24 fevral 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə bilavasitə səbəb anesteziya, intubasiya tədbirləri ilə əlaqədar ağciyərlərdə inkişaf etmiş kəskin və yayılmış atelektazdan baş vermiş kəskin ağciyər çatışmazlığı olmuşdur. İş materiallarında olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilmiş 21 may 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 və X3 dəymiş ziyanın tam ödənildiyini, həmin zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı şikayət olmadığını nəzərə alaraq barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, Zərərçəkmiş şəxs şikayəti olduğunu nəzərə alaraq Zərərçəkmiş şəxs ilə münasibətdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş üzrə “Mercedes Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, X5 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində deyil, anesteziya, intubasiya tədbirləri ilə əlaqədar ağciyərlərdə inkişaf etmiş kəskin və yayılmış atelektazdan baş vermiş kəskin ağciyər çatışmazlığından Uni klinikada 12 mart 2021-ci il tarixdə, saat 16:30-da öldüyündən həmin faktla bağlı material ayrılmış və araşdırma aparılması üçün Respublikası Prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə Şahid1 X2 zərərçəkmiş şəxs qismində fəaliyyətinə xitam verilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X8 canlı şəxsin ekspertizasına dair 01 aprel 2021-ci il tarixli, 15 Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ diz oynağında və sağ aşağı ətrafında hərəkətlərin məhdudluğu ilə, oynağa mayenin toplanması ilə və oynağın bağlarının travmatik cırılması ilə nəticələnən sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin geniş həcmli qançır-şişkinliyi, hemartrozu, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 24 fevral 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 12 mart 2021-ci il tarixli, 8/475 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes Benz 190” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli, 42020-1221 saylı məktubdan görünür ki, xx xxxxx 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 01 dekabr 2019-cu il tarixdə (01 dekabr 2029-cu il tarixədək müddətə etibarlı olan) AC 573384 nömrəli, “A BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır bədən xəsarəti yetrilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 fevral 2021 -ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi «Mercedes Benz 190» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 45-ci kilometrliyində Şamaxı istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs, X5 və Şahid1 avtomobilin qabaq hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ diz oynağında və sağ aşağı ətrafında hərəkətlərin məhdudluğu ilə, oynağa mayenin toplanması ilə və oynağın bağlarının travmatik cırılması ilə nəticələnən sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin geniş həcimli qançır-şişkinliyi, hemartrozu, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Şahid1 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, üz sümüklərində-hər iki almacıq, hər iki əng, burun və alt çənə sümüyünün sağ tac çıxıntısının qapalı yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızına ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların qançır-şişkinliyi, hər iki dodağın əzilmişcırılmış yaraları, alın nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, X2 daxili qanaxma ilə miişayət olunan, dalağın travmatik cırılması, sol baldır sümüklərinin yuxarı 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, çoxqəlpəli yerdəyişən sınıqları, sol baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş-cırılmış yarası, sağ əlin arxa səthin və sağ əlin 3-cü barmağının sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olmuş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 10 mart 2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, 26 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Gülmalı oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs X7 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Gülmalı oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar