Məhkəmə qərarları › İş №1(012)-422/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-422/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-422/2022 24.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu il ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağları, Gədi yolu deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus tikintisi başa çatmamış evin zirzəmisinin plastik pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 1 ədəd 350 manat dəyərində təxminən 5-6 litr su tutumuna malik, üzərində “Bataşevc” dairəvi möhürlər və yazılar olan odun samovarı, 1 ədəd 300 manat dəyərində samovar, hər biri 100 manat olmaqla ümumi 200 manat dəyərində su nasosu, 1 ədəd 40 manat dəyərində qaynaq ütüsü, 1 ədəd 40 manat dəyərində ütü, 1 ədəd 40 manat dəyərində fen, 1 ədəd 30 manat dəyərində saç ütüsü, 350 manat dəyərində vintilləri, bundan başqa evimin otaqlarında divarda çəkilmiş 100 metr uzunluğunda 300 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1650 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində evdən çıxıb nənəsinin yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağları, Gədi yolu deyilən əraziyə getmişdir. Həmin ərazidə boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra piyada hərəkət edərkən işıqları sönmüş iki mərtəbəli ev görmüşdür. Həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həmin ev tam təmir olunmamış ev olmuşdur. Evin zirzəmisinin plastik pəncərəsini əli ilə bərk itələyib açmışdır. Həmin pəncərədən evin içərisinə daxil olmuşdur. Ev tam təmir olunmamış vəziyyətdə olmuşdur. İçəridə evin zirzəmisində olan dolabların yanında yerdə iki ədəd samovar görmüşdür. Bundan sonra həmin samovarları götürüb daxil olduğu pəncərədən bayıra həyətə çıxarmışdır. Oğurladığı həmin samovarları götürüb hasardan keçməklə küçəyə düşüb həmin yerdən uzaqlaşmışdır. Həmin samovarları yaşadığı evə aparıb evin zirzəmisində gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında oğurladığı samovarlardan bir ədədini götürüb qonşu küçədə yaşayan tanışı Vüqara satmaq üçün aparmışdır. Vüqarın evinə çatıb qapını döymüşdür. Tanışı Vüqar qapını açmışdır. O, Vüqara özünə məxsus samovar olduğunu və həmin samovarı satmaq istədiyini bildirmişdir. Vüqar ondan həmin samovarın oğurluq olub-olmamasını soruşduqda, o, Vüqara həmin samovarın özünə məxsus olduğunu deyərək maddi sıxıntıları olduğuna görə satmaq istədiyini demişdir. Vüqar da ona hazırda pulu olmadığını bir müddət sonra pul verə biləcəyini təklif etmişdir. O, da Vüqarla razılaşıb həmin samovarı Vüqara 30 manat müqabilində satmışdır. Vüqar samovarı götürdükdən sonra əlinə pul düşən zaman 30 manat pulu ona verəcəyini bildirmişdir. O, da Vüqarla razılaşıb sağollaşıb oradan ayrılmışdır. Digər samovarı isə bəyəndiyi üçün gələcəkdə istifadə etmək məqsədi ilə özündə saxlamışdır. Özündə saxladığı oğurladığı samovarlardan birini istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. Zərərçəkmiş şəxs evindən oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, o, həmin cinayəti tək törətmişdir. Zərərçəkmiş şəxs dedikləri razı olmadığını, Zərərçəkmiş şəxs məxsus evin zirzəmisindən 2 ədəd samovardan başqa heç bir əşya oğurlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağları, Gədi yolu deyilən ərazidə özünə məxsus 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində iki mərtəbəli tam təmir olunmamış fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış yoxdur. Arada vaxtı olanda gedib evinə baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evinə baş çəkən zaman hər şey qaydasında olmuşdur. Evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində evinə getmişdir. Evin həyətinə daxil olmuş, evə yaxınlaşdıqda evin zirzəmisinin nəfəsliyinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, evin qapısını açıb içəri daxil olmuşdur. Evin otaqlarına baxdıqda evdə olan əşyaların dağılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bir qədər sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək evinə baxış keçirmişlər. Baxış zamanı naməlum şəxs və ya şəxslərin ona məxsus evin zirzəmisində yerdə yığdığı 1 ədəd 2000 manat dəyərində qədimi mis samovar, 1 ədəd 300 manat dəyərində samovar, hər biri 100 manat olmaqla ümumi 200 manat dəyərində su nasosu, 1 ədəd 40 manat dəyərində qaynaq ütüsü, 1 ədəd 40 manat dəyərində ütü, 1 ədəd 40 manat dəyərində fen, 1 ədəd 30 manat dəyərində saç ütüsü, 350 manat dəyərində vintillər, bundan başqa evinin otaqlarında divarda çəkilmiş 100 metr uzunluğunda 300 manat dəyərində elektrik naqillərini sökərək oğurladığı məlum olmuşdur. Ona məxsus evdən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3300 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/3325 nömrəli rəyi ilə verilmiş qiymətə etirazı yoxdur, ekspertiza rəyi ilə razıdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, DİO-da 2018-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən polis leytenantı rütbəsi ilə xidmət edir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Novxanı qəsəbəsidir. xx.xx.2022-ci il tarixdə vət. Əliyev X3 rayon Polis İdarəsinin Saray polis bölməsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağları, Gədi yolu deyilən ərazidə yerləşən təmiri başa çatmamış evindən müxtəlif məişət və tikinti alətlərinin oğurlanması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi cinayətində ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra Mahirə sözügedən cinayətin törədilməsində şübhəli olduğunu bildirdikdən sonra Mahiri Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinə dəvət etmişdir. Mahir də etiraz etməyib onunla polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı Mahir Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağları, Gədi yolu deyilən ərazidə yerləşən evdən oğurluq etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə zəruri istintaq hərəkətləri keçirilməsi üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təmin edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinnin xx.xx.2022-ci il tarixli 9/3325 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 5-6 litr su tutumuna malik, üzərində “Bataşevc” dairəvi formalı möhürlər və yazılar olan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən edilir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış 1 ədəd təxminən 5-6 litr su tutumuna malik, üzərində “Bataşevc” dairəvi möhürlər və yazılar olan odun samovarı saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəsxə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmçinin Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına, cəzasını yüngülləşdirən halı, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut 1 ədəd təxminən 5-6 litr su tutumuna malik, üzərində “Bataşevc” dairəvi möhürlər və yazılar olan odun samovarı ibtidai istintaq zamanı saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzər alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut 1 ədəd təxminən 5-6 litr su tutumuna malik, üzərində “Bataşevc” dairəvi möhürlər və yazılar olan odun samovarı ibtidai istintaq zamanı saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzər alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar