Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-422/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 08:20 radələrində etibarnamə ilə idarə etdiyi “Foton BJ 1089” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə bazar” adlanan yerdən AAAF-Park yaşayış kompleksi istiqamətinə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Mini” marketin qarşısında, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan əvvəl manevri təhlükəsiz yerinə yetirməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələbinə əməl etməyərək yolu soldan sağa keçən, xx.xx.1983-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, alın sümüyünün xətti sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, 2022-ci ilin avqust ayından xx.xx.2022- ci il tarixədək sürmək üçün etibarnamə əsasında “Foton BJ 1089” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıma fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. 31 oktyabr 2022-ci il tarixdə saat 08:20 radələrində idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “Köhnə bazar” adlanan yerdən üzü AAAF-Park yaşayış kompleksi istiqamətində təxminən 30 km/saat sürətlə hərəkətdə olduğu zaman “AAAF-Park” yaşayış kompleksinə çatmamış bir nəfər qadın piyadanın yolun sol tərəfindən sağ tərəfinə doğru keçmək istədiyini görüb avtomobili saxlamışdır ki, həmin piyada yolu keçib getsin. Bu zaman həmin piyada hansısa səbəbdən yolun ortasında olan düz xəttə təxminən yarım metr qalmış dayanıb onun keçib getməyini gözləmişdir. Bundan sonra o, avtomobilini hərəkətə gətirib təxminən 2-3 metr getmişdir ki, qəflətən həmin piyadanın yolun sağına doğru qaçdığını görüb o, dərhal avtomobilinin əyləcini bassa da avtomobilin qabaq sağ yan güzgüsü ilə həmin piyadanı vurmuşdur. Fləmin an piyadaçı yerə yıxılmış və o, dərhal avtomobili saxlayıb yerə düşüb həmin şəxsə köməklik göstərib onu qucağına alıb yoldan kənara aparmış və X6 zəng etmişdir. Bundan sonra həmin piyadanı xəstəxanaya aparılması üçün hadisə yerinə yaxınlaşan polis əməkdaşlarının xidməti avtomobilinə əyləşdirmiş və özü də idarə etdiyi avtomobillə onların arxasınca getməyə başlamışdır. Bildirir ki, həmin vaxt polis əməkdaşlarının həmin piyadanı X5 aparacaqlarını düşündüyü üçün o, X5 getsə də piyadanın həmin xəstəxanaya aparılmadığını görmüşdür. Bundan sonra isə o, Abşeron RPİ- nə qayıdıb dəqiqləşdirdikdə ona məlum olmuşdur ki, həmin piyada ilk öncə Abşeron rayon Mərkəzi xəstəxanasına, bundan sonra isə X5 aparılmışdır. Sonrakı vaxtlarda da o, mütəmadi olaraq adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanıb onun müalicəsinə köməklik göstərmişdir. Fləmin yol-nəqliyyat hadisəsinin onun səhlənkarlığı səbəbindən baş verdiyini də etiraf edir.hazırda dəymiş ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır, ona görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, döngə-3, dalan, ev 50-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində o, azyaşlı qızı X3 şəhərində yerləşən 5 nömrəli orta məktəbə aparmışdır. Sonra isə yaşadığı evə qayıdarkən Xırdalan şəhəri, H.Əliyev prospektində yolu əks tərəfə keçmək istədiyi zaman köhnə bazar istiqamətindən bir yük avtomobilinin gəldiyini görmüşdür. Ona görə də o, yolun orta hissəsindəki düz xəttin üstündə dayanıb həmin avtomobilin keçib getməsini gözləmişdir. Bu zaman həmin avtomobilin sürücüsünün avtomobilini dayandırdığını gördüyü üçün o, yolu keçməyə başlamışdır. Lakin həmin sürücü o, yolu tam keçməmiş avtomobilini hərəkətə gətirdiyinə görə onu həmin avtomobiinin sağ yan güzgüsü ilə vurmuş və o, yerə yıxılmışdır. Qeyd edir ki, o, hadisə vaxtı hüşunu itirdiyinə görə ayılarkən artıq Bakı şəhərində yerləşən X2 görmüşdür. O, həmin yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə xəstəxanada təxminən 1 həftə qaldıqdan sonra isə yaşadığı evə qayıtmış və müalicəsini ev şəraitində davam etdirir. Hazırda dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmlışdır, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxış iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, hazırda DİN-in X7 Alayının 12-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. Bildirir ki, 31 oktyabr 2022-ci il tarixdə polis nəfərləri, polis serjantları Şahid3 və Şahid4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində 9647 çağırışlı xidməti avtopatrulla xidmətdə olarkən saat təxminən 08:20 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində, “Mini” marketin qarşısında yol kənarında vətəndaşların toplaşdığını gördükləri üçün onlar dərhal həmin yerə yaxınlaşmışlar. Bu zaman nə baş verdiyini aydınlaşdırdıqda onlara həmin yolda yol-nəqliyyat hadisəsinin baş verdiyi, “Foton” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yolu əks tərəfə keçən bir nəfər qadın piyadanı vurduğu məlum olmuşdur. Onlar həmin vaxt yolda hərəkəti tənzimləməklə yanaşı xəsarət alan vətəndaşın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün dərhal həmin vətəndaşı xidməti avtopatrula əyləşdirib onu Abşeron rayon Mərkəzi xəstəxanasına apararaq həkimlərə təhvil vermişlər. Bundan sonra da Abşeron RPİ-nin rəhbərliyinə raportla müraciət edərək baş vermiş həmin yol-nəqliyyat hadisəsi barədə məlumat vermişlər. Qeyd edir ki, sonradan onlara məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nərticəsində xəsarət alan həmin qadın piyada Zərərçəkmiş şəxsdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 12-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid4 da ifadələrində polis nəfəri Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və istintaqa analoji ifadələr vermişlər. Məhkəmə baxış iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, döngə-3, dalan, ev 50-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 31 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində o, işdən evə gələn zaman evdə ona bir qədər əvvəl, yəni saat 08 radələrində azyaşlı uşağını 5 nömrəli orta məktəbə aparıb qoyduqdan sonra evə qayıdarkən qızı Xədicəni Xırdalan şəhəri, H.Əliyev prospektində yolu əks tərəfə keçmək istədiyi zaman yük avtomobili vurduğunu, Xədicənin əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən X5 aparıldığını bildirmişlər. Ona görə də o, dərhal həyat yoldaşı ilə birlikdə X5 getmişdir. Həkimlər həmin gün onun Xədicə ilə görüşməyinə icazə verməmişlər. Buna baxmayaraq ertəsi gün günorta saatlarında o, həmin xəstəxanada Xədicə ilə görüşmüşdür. Onu da əlavə edir ki, hadisəni törətmiş sürücü ilə söhbət əsnasında ona məlum olmuşdur ki, hadisə yaşadığı evin yaxınlığında, H.Əliyev prospektində baş vermişdir. Belə ki, adı ona sonradan məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Foton” markalı yük avtomobili ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə bazar” adlanan yerdən üzü AAAF-Park yaşayış kompleksi istiqamətinə hərəkətdə olarkən həmin yolda yolu əks tərəfə keçən qızı Xədicəni vuraraq ona xəsarət yetirmişdir. Bildirir ki, qızı Xədicə həmin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə xəstəxanada təxminən 1 həftə qaldıqdan sonra isə onu yaşadıqları evə gətirmişlər. Hazırda da Xədicə müalicəsini ev şəraitində davam etdirir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2707 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, alın sümüyünün xətti sınığı, ənsə nahiyəsinin əzilmişcırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 yanvar 2023-cü il tarixli 8/3620 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Foton BJ 1089 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə əlavə olunmuş sürücülük vəsiqəsinin surətindən və Abşeron RPİ-nin DYPŞ-dən alınmış arayışdan görünür ki, xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİŞ/ 3 Saylı ASAN xidmət mərkəzi tərəfindən “BC” kateqoriyalı, AC-505241 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş üzrə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 2/36454 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman ayıq olmuşdur. İş üzrə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, Foton BJ 1089 markalı, ** CE *** dövlət qeydiyyat nişanlı yük avtomobilini hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etmişdir. İş üzrə “Foton BJ 1089” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı yük avtomobili sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1- ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə “Foton BJ 1089” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı yük avtomobili sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə “Foton BJ 1089” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-422/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-422/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver